ŞəMSəDDiN
Mesaj Sayısı : 1165 Doğum tarihi : 16/03/99 Kayıt tarihi : 16/01/11 Yaş : 25 Nerden : Biləsuvar , 1 may küçəsi
| Mövzu: TEST:Türk dünyasının coğrafiyası Ş. Okt. 29, 2011 5:15 am | |
| 8. Türkiyənin həmsərhəd ölkələrindən biri: A) Qazaxıstan B) Türkmənistan C) Bolqarıstan D) Əfqanıstan E) Tacikistan
16. Türk xalqları hansı dil ailəsinə məxsusdur? A) Qafqaz B) Hind-Avropa C) Altay D) Ural E) Çin-Tibet
24. Türk dil qrupunun oğuz yarımqrupuna daxil olan xalqlar: A) azərbaycanlılar, qazaxlar, kumuqlar B) türklər, tatarlar, başqırdlar C) türkmənlər, qaqauzlar, azərbaycanlılar D) türkiyə türkləri, özbəklər, altaylar E) yakutlar, xakaslar, azərbaycanlılar
30. Pambıq istehsalına görə dünyada liderlik edən ölkələr: A) Pakistan, Türkmənistan B) İran, İraq C) Çin, ABŞ D) Braziliya, Avstraliya E) İspaniya, Misir
32. Türk dünyasında ən hündür zirvənin yerləşdiyi ölkə: A) Türkiyə B) Qazaxıstan C) Qırgızıstan D) Azərbaycan E) Türkmənistan
40. Mənşəyinə görə türk xalqları hansı qruplara ayrılır? A) uyğur, slavyan, bulkar, tat B) tatar, qıpçaq, uyğur, kartli C) uyğyr, oğuz,bulkar, qıpçak D) oğuz, german, iran, tacik E) qıpçak, qazax, oğuz, tibet
48. Rusiya Federasiyasının Volqaboyu regionunda yaşayan yerli türk xalqları: A) tatarlar, altaylar B) başkırtlar, yakutlar C) tatarlar, çuvaşlar D) tatarlar, tuvalılar E) qaraçaylılar, balkarlar
56. Qaqauz türklərinin əsasən məskulaşdığı ölkə: A) Bolqarıstan B) Gürcustan C) Moldova D) Albaniya E) Ukrayna
62. Qazaxıstan və Türkmənistan Respublikaları üçün oxşar olan əlamətlər: 1. Çöl zonası geniş yer tututr. 2. Xəzər dənizinə çıxışa malikdir. 3. Azərbaycan ilə su sərhədlərinə malikdir. 4. Zəngin dəmir və kömür yataqları vardır. 5. Turan ovalığı bu ölkələrin ərazisindədir. 6. İki qitədə yerləşirlər. A) 1, 4, 5 B) 1, 4, 6 C) 2, 3, 6 D) 2, 3, 5 E) 1, 3, 6
70. Qazaxıstan və Türkmənistanın bir-birindən fərqli ələmətləri: 1. Çöl zonası geniş yer tutur. 2. Xəzər dənizinə çıxışa malikdir. 3. İqlimin kontinentallığı müşahidə olunur. 4. Avropa və Asiya qitələrində yerləşirlər. 5. Zəngin dəmir və kömür yataqları vardır. 6 .Turan ovalığı bu ölkələrin ərazisindədir. A) 1, 2, 3 B) 2, 3, 5 C) 2, 4, 6 D) 1, 4, 5 E) 1, 2, 4
79. Türkiyə və Qazaxıstanın oxşar cəhətləri. 1. Dünya okeanına çıxışa malikdirlər. 2. İki qitədə yerləşirlər. 3. Ərazisində kömür ehtiyatları zəngindir. 4. İqlimi kontinental mülayim tipli ilə səciyyələnir. 5. Paytaxtları ölkənin iri sənaye mərkəzi deyil. 6. Neft-qaz yataqları zəngindir. A) 2, 3, 4 B) 1, 3, 5 C) 2, 4, 5 D) 2, 3, 5 E) 1, 3, 6
88. Türkiyə və Qazaxıstan üçün fərqli əlamətlər: 1. Dünya okeanına çıxışa malikdirlər. 2. İki qitədə yerləşirlər. 3. Zəngin daş kömür yataqları mövcuddur. 4. Paytaxtları ölkənin iri sənaye mərkəzi deyil. 5. Subtropik qurşağın Aralıq dəniz tipi iqlimi hakimdir. 6. Yarımsəhra və çöl landşaftı geniş yer tutur. A) 2, 3, 4 B) 1, 2, 5 C) 1, 4, 6 D) 1,5, 6 E) 2, 3, 6
97. Türkmənistan və Qırğızıstanın oxşar əlamətləri: 1. Materikdaxili mövqeyə malikdirlər. 2. Dağlıq relyef hökmrandır. 3. Kənd əhalisi üstünlük təşkil edir. 4. Qoyunçuluq inkişaf etmişdir. 5. Ərazilərində səhra landşaftı geniş yayılmışdır. 6. Təbii qaz ehtiyatlarınına görə dünyada görkəmli yer tuturlar. A) 1, 2, 5 B) 2, 3 ,4 C) 1, 5, 6 D) 1, 3, 4 E) 2, 4, 6
106. Türkmənistan və Qırğızıstanın fərqli əlamətləri: 1. Materikdaxili mövqeyə malikdirlər. 2. Dağlıq relyef üstündür. 3. Səhra landşaftı geniş yayılmışdır. 4. Kənd əhalisinin payı üstündür. 5. Təbii qaz ehtiyatına görə dünyada görkəmli yerlərdən birini tutur. 6. Kənd təsərrüfatında qoyunçuluq üstündür. A) 1, 4, 6 B) 1, 2, 3 C) 2, 4, 5 D) 2, 3, 5 E) 1, 4, 5
122. Türk dünyasına daxil olan ölkələrdən hansılarının Xəzər dənizinə çıxışları vardır? 1. Türkiyə 2. Qazaxıstan 3. Özbəkistan 4. Azərbaycan 5. Türkmənistan 6. İran A) 1, 3, 6 B) 1, 2, 5 C) 2, 3, 4 D) 1, 2, 3 E) 2, 4, 5
129. Tükənməyən təbii ehtiyatlar qrupu: A) şirin su, torf, günəş enerjisi B) dəmir filizi, neft, təbii qaz C)Dünya okeanı, günəş enerjisi, geotermal enerji D) Dünya okeanı, torpaq, qızıl E) meşə, bitki aləmi, daş kömür
139. Türk dünyasına daxil olan ölkələri əhalisinin sayına görə azalan sırasını təyin edin: 1. Özbəkistan 2. Türkiyə 3. Qazaxıstan 4. Azərbaycan A) 1, 2, 3, 4 B) 2, 4, 1, 3 C) 2, 3, 4, 1 D) 4, 3, 2, 1 E) 2, 1, 3, 4
142. Türk dünyasına daxil olan ölkələrin hansında əhalisinin sayı milyon nəfərdən çox olan şəhər vardır? 1. Türkiyə 2. Türkmənistan 3. Qırğızıstan 4. Özbəkistan 5. Azərbaycan 6. Şimali Kipr A) 1, 2, 3 B) 2, 3, 5 C) 4, 5, 6 D) 2, 3, 6 E) 1, 4, 5
162. Türk dövlətləri ərazisində yerləşən düzənliklər: 1. Anadolu 2. Ustyurt 3. Qobi 4. Kolxida 5.Turan 6. Dekan A) 1, 4, 5 B) 3, 4, 6 C) 2, 4, 5 D) 1, 2, 6 E) 1, 2, 5
169. Türk dövlətlərindən hansılarda ölkənin paytaxtı iqtisadi mərkəz rolunu oynamır? 1. Özbəkistan 2. Qazaxıstan 3. Türkiyə 4. Türkmənistan 5. Azərbaycan A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 1, 5 E) 4, 5
174. Türk xalqları hansı dil ailəsinə mənsubdurlar? A) Altay B) Hind-Avropa C) Qafqaz D) Ural E) Hamid- Samid
182. Özbəklər türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar? A) Tunqus B) Oğuz C) Uyğur D) Qıpçaq E) Bulkar
190. Qazaxlar türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar? A) Tunqus B) Oğuz C) Uyğur D) Qıpçaq E) Bulkar
198. Tatarlar türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar? A) Tunqus B) Oğuz C) Uyğur D) Qıpçaq E) Bulkar
206. Qaqauzlar türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar? A) Tunqus B) Oğuz C) Uyğur D) Qıpçaq E) Bulkar
214. Qırğızlar türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar? A) Tunqus B) Oğuz C) Uyğur D) Qıpçaq E) Bulkar
222. Krım tatarları türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar? A) Tunqus B) Oğuz C) Uyğur D) Qıpçaq E) Bulkar
| |
|