Almaniyada Mübariz İbrahimov -a həsr olunmuş poçt markası buraxılıb
Müəllif
Ismarıc
Mustafayev Tehmasib
Mesaj Sayısı : 428 Doğum tarihi : 26/10/96 Kayıt tarihi : 18/03/11 Yaş : 27 Nerden : bilesuvar
Mövzu: Almaniyada Mübariz İbrahimov -a həsr olunmuş poçt markası buraxılıb C.a. İyul 21, 2011 2:25 pm
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti, həmvətənimiz Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü ilə bu ölkədə ilk dəfə rəsmi olaraq üzərində Milli Qəhrəman Mübariz İbrahimovun adı və şəkli ilə poçt markası dövriyyəyə buraxılıb. Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasinın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, 1000 ədəd tirajla çap olunmuş markanın üzərində Azərbaycan Respublikasının bayrağı və Milli Qəhrəman Mübariz İbrahimovun təsviri ilə yanaşı, ingilis dilində “Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov”, markanın yuxarı hissəsində isə “Azərbaycan Respublikası” sözləri yazılıb.
Tengis Sade Baron zu Romkerhall deyib ki, xalqımızın mərd oğlu Mübariz İbrahimov ömrünün ən gənc cağında igidliklə şəhid olub şəxsi nümunəsi ilə Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını sübut edib. Onun əziz xatirəsinə həsr olunmuş bu poçt markası Almaniyanın bütün ünvanlarına göndəriləcək.
Almaniyada Mübariz İbrahimov -a həsr olunmuş poçt markası buraxılıb