1)Bir gün məşhur bir futbolçunu öz həyat yoldaşını qətlə yetirdiyindən şübhələndikləri üçün həbsə atırlar.Məhkəmə olan zaman futbolçunun vəkili müvəkkilini müdafiə etməyə başlayır. Və deyir: Siz cox nahaq yerə mənim müvəkkilimdən şübhələnirsiniz. Ortada heç bir dəlil yoxdur deyir.Hakim bir az dusundukden sonra qəfildən deyir, baxın qadın gəldi... hamı dönüb qapıya baxır, ancaq qadın gəlmir. Hakim bu hadisədən sonra ortada heç bir dəlilin olmamasına baxmayaraq futbolçuya ömürlük həbs cəzası verir. Sizcə hakim niyə belə bir qərar verir???
2)Təsəvvür edin ki, sizin 3 ədəd balığınız var və bir ədəd də balığı qızartmaq üçün tavanız. Tavaya 2 balıq yerləşir. Balığın bir üzü isə 5 dəqiqəyə qızarır. Sizə isə bütün balıqları qızartmaq üçün 15 dəqiqə zaman verilib. Əlinizdə olan balıqları necə qızardarsınız?