Həyat!Hamı üçün sonsuz vacib və şirin olan həyat! Bir düşünün hamımız nəyin uğrunda çalışırıq? Nəyə can atırıq? Ailəmiz,yaxınlarımız üçün firəvan həyat qurmağa çalışırıq.Amma hamımız üçün labüd olan bir şey var:Ölüm!Hamımız nə vaxtsa bu dünyadan köçüb gedəcəyik. Bu dünyada olan bəziləri üçün şirin, bəziləri üçün mənasız görünən həyata son qoyacağıq.
Biz anadan oluruq, böyüyürük, günbəgün, saatbasaat boy atırıq..Valideynlərimiz bizi bacardıqları qədər vacib olan şeylərlə təmin etməyə çalışırlar.Bizi əlimizdən tutub məktəbə aparırlar.Bizi oxutmağa çalışırlar.Niyə? Çünki onlar düşünürlər ki, oxuyub elmli və sivil bir insan olmaq bu rəhmsiz həyatda bizim etibarlı silahdaşımız olacaq.Biz təhsil alırıq,öyrənirik,qavrayırıq,kamilliyə can atırıq. Məktəbi bitiririk.Ali məktəbə daxil oluruq.Təhsilimizi artırırıq.Biz bir gün öz həyatımızı birlikdə keçirməyə layiq biri ilə tanış oluruq.Və ailə qururuq.beləliklə adətən valideynimizdən ayrılırıq.Bizim də uşaqlarımız olu və ən nəhayət biz də valideynlərimizin yaşadıqlarını təkrar yaşayırıq. Yalnız onda bir çox övladlar öz valideynlərinin qədrini bilir.Bu qədər əziyyət, çalışmaq ,məktəbə getdiyin gündən öyrənməyə çalışmaq, gecələri düşünmək, əziyyət çəkmək, tam mənasında əziyyət çəkmək!............
Ardı ZİRVƏ-10 qəzetində
BABA SEYİDOĞLU