1. Sfaqnum hansi bitki qrupuna aiddir?
A) yosunlar B) mamırlar
C) qıjıkimilər D) çılpaqtoxumlular
E) örtülü toxumlular
2. May böcəyinin sürfəsində ağız aparatı hansı tipdədir?
A) gəmirici-yalayıcı B) sorucu
C) deşib-sorucu D) gəmirici
E) kəsib-sorucu
3. Sıraların hansında uzun borulu sümüklər verilib?
A) bazu və bud sümükləri
B) döş və çanaq sümükləri
C) kürək və körpücük sümükləri
D) boyun fəqərələri və barmaq falanqaları
E) qabırğalar və alt çənə sümüyü
4. İnsanda görmə reseptorları gözün hansı hissəsində yerləşir?
A) büllurda B) buynuz qışada
C) torlu qışada D) damarlı qışada
E) ağlı qışada
5. Hüceyrənin hansı orqanoidi bilavasitə zülal sintezini həyata keçirir?
A) hamar endoplazmatik şəbəkə B) lizosom
C) ribosom D) vakuol
E) Hölci kompleksi