Ghost Rider
Mesaj Sayısı : 550 Doğum tarihi : 21/09/97 Kayıt tarihi : 14/10/11 Yaş : 26 Nerden : Bilesuvar
| Mövzu: Siz məqsədinizə çatmaq üçün nə edərdiniz? C. Noy. 18, 2011 6:16 pm | |
| Günəşli bir gündə Xinq Şi şagirdləri ilə birgə çayın sahilinə gəzməyə çıxır. Sahil yaxınlığında Xinq Şİ ayaq saxlayıb şagirdlərinə deyir: — Baxın, çay da həyat kimidir, gah durğun, gah coşqun. Həyat kimi daim müxtəlif libaslarda anbaan dəyişir.
Şagirdləri diqqətlə çaya baxdılar. Bu zaman müəllim soruşur: -Deyə bilərsinizmi məqsədinizə çatmaq üçün nə edərdiniz?
Birinci şagird cavab verdi: — Mən daim axına qarşı mübarizə aparardım və cəsarətlə ona qarşı üzərək məqsədimə çatmağa çalışardım.
-Bu yaxşıdır-deyə Xinq Şi dilləndi- lakin sən bir gün çaya qalib gəlmədən batmaq riski ilə üzləşə bilərsən.Sənə bir məsləhətim, axına qarşı üzmədən əvvəl, öyrən, sənin məqsədin məhz o istiqamətdədirmi?
İkinci şagird dedi: -Mən isə bax o yarpaq kimi axın istiqamətində küləklərlə birgə üzərdim və bu yolda təcrübələr qazanardım. — Bu yalnız axının səni məqsədinə doğru apardığı zaman yaxşı ola bilər. Əks halda hara üzməsinin bir o qədər də əhəmiyyəti olmayan məhz o yarpaq kimi olarsan — deyə Xinq Şi qeyd etdi.
Üçüncü şagird: — Mən isə daim taktikamı dəyişməklə məqsədimə doğru üzərdim. Gah axına qarşı üzərdim, gah axın istiqamətində… Ən təhlükəli əraziləri keçərdim, bəzən istirahətə dayanardım, sonra yoluma davam edərdim.
— Sənin də cavabın yaxşıdır, lakin kifayət qədər müdrik deyil-deyə müəllim qeyd etdi və evə doğru addımladı. Şagirdlər isə uzun müddət çaya baxdıqdan sonra müəllimin yanına getdilər: — Müəllim, bəs sizin həyat çayında yolunuz necədir?
Xinq Şi ayaq saxladı, şagirdlərinə baxıb gülümsündü və dedi:................................sizcə o nə dedi.
| |
|
Farid
Mesaj Sayısı : 166 Doğum tarihi : 25/04/97 Kayıt tarihi : 10/10/11 Yaş : 27 Nerden : Cəlilabad
| Mövzu: Geri: Siz məqsədinizə çatmaq üçün nə edərdiniz? C. Noy. 18, 2011 6:28 pm | |
| meqsedime catmaq ucun ne lazimdirsa onu | |
|
Ghost Rider
Mesaj Sayısı : 550 Doğum tarihi : 21/09/97 Kayıt tarihi : 14/10/11 Yaş : 26 Nerden : Bilesuvar
| Mövzu: Geri: Siz məqsədinizə çatmaq üçün nə edərdiniz? C. Noy. 18, 2011 6:29 pm | |
| | |
|
Farid
Mesaj Sayısı : 166 Doğum tarihi : 25/04/97 Kayıt tarihi : 10/10/11 Yaş : 27 Nerden : Cəlilabad
| Mövzu: Geri: Siz məqsədinizə çatmaq üçün nə edərdiniz? C. Noy. 18, 2011 6:30 pm | |
| | |
|
Ghost Rider
Mesaj Sayısı : 550 Doğum tarihi : 21/09/97 Kayıt tarihi : 14/10/11 Yaş : 26 Nerden : Bilesuvar
| Mövzu: Geri: Siz məqsədinizə çatmaq üçün nə edərdiniz? C. Noy. 18, 2011 6:32 pm | |
| Mən onun nə dediyini yazım:
— Mən üzməzdim... — Deməli siz artıq məqsədinizə çatmısınız?-deyə şagirdlər təəccüblə soruşdular
— Xeyr- deyə Xinq Şi cavab verdi — axı bütün məqsədlərə yalnız üzərək çatmaq olmaz...
| |
|
Sponsored content
| Mövzu: Geri: Siz məqsədinizə çatmaq üçün nə edərdiniz? | |
| |
|