ŞəMSəDDiN
Mesaj Sayısı : 1165 Doğum tarihi : 16/03/99 Kayıt tarihi : 16/01/11 Yaş : 25 Nerden : Biləsuvar , 1 may küçəsi
| Mövzu: Biologiya test sualları (202 TEST) Ş. Okt. 29, 2011 5:32 am | |
| I. Bitkilər
1. Sfaqnum hansi bitki qrupuna aiddir? A) yosunlar B) mamırlar C) qıjıkimilər D) çılpaqtoxumlular E) örtülü toxumlular
9. Plaun hansı bitki qrupuna aiddir? A) örtülütoxumlular B) yosunlar C) qıjıkimilər D) çılpaqtoxumlular E) mamırlar
17. Çöl qatırquyruğu hansı bitki qrupuna aiddir? A) mamırlar B) örtülütoxumlular C) yosunlar D) çılpaqtoxumlular E) qıjıkimilər
25. Qaraçöhrə hansı bitki qrupuna aiddir? A) çılpaqtoxumlular B) yosunlar C) örtülütoxumlular D) qıjıkimilər E) mamırlar
33. Adi şam hansı bitki qrupuna aiddir? A) yosunlar B) çılpaqtoxumlular C) mamırlar D) örtülütoxumlular E) qıjıkimilər
41. Spirogira hansı bitki qrupuna aiddir? A) mamırlar B) örtülütoxumlular C) çılpaqtoxumlular D) yosunlar E) qıjıkimilər
49. Aqava hansı bitki qrupuna aiddir? A) mamırlar B) yosunlar C) örtülütoxumlular D) qıjıkimilər E) çılpaqtoxumlular
57. Verilmiş bitkilərdən hansı öz veqetasiya dövründə daha çox su buxarlandırır? A) günəbaxan B) buğda C) vələmir D) noxud E) lobya
58. Aşağıda verilmiş bitkilərdən hansının toxu­mun­da endosperim var? A) lobya B) üçrəng bənövşə C) fındıq D) noxud E) badam
65. Quttasiya nə vaxt baş verir? A) soyuq havada B) quraq havada C) günəş bitkini möhkəm qızdırdığı zaman D) səhər isti və rütubətli havada E) küləkli havada
66. Hansı sırada qeyri-tam çiçəkləri olan bitkilər verilib? A) alma, armud, gilas B) nar, alça, heyva C) göyrüş, söyüd, qovaq D) ərik, zeytun, göyəm E) albalı, itburnu, çiyələk
73. Uyğun olaraq bir sırada yerləşmiş süpürgə və sa­də sünbül çiçək qrupuna malik bitkiləri göstə­rin: A) çəltik bağayarpağı B) buğda, vələmir C) vələmir, darı D) bağayarpağı, günəbaxan E) qarğıdalı, quşəppəyi
74. Hansı bitkilərin toxumunda nişasta daha çoxdur? A) itburnu, qoz B) pambıq, xaş – xaş C) zeytun, fındıq D) çəltik, qarğıdalı E) noxud, soya
81. Bitkilərin hansında çiçəklər gecədən səhərə qədər açıq olur? A) badam B) ərik C) yabanı turp D) buğda E) ətirli tütün
82. Efemer sayılır: A) kökləri torpağın dərinliyinə gedən bitkilər B) gövdəsi yaxşı inkişaf etmiş bitkilər C) kök sistemi zəif inkişaf etmiş bitkilər D) kökü 15 m dərinliyə gedən bitkilər E) yerüstü hissəsi yaxşı inkişaf etmiş bitkilər
89. Hansı sıradakı bitkilər fasiləsiz çiçəkləyir? A) alma, armud, ağcaqayın B) limon, naringi, pambıq C) zoğal, badam, pambıq D) xurma, cökə, əzgil E) soğan, kələm, çuğundur
90. Çiçəkaçma və meyvəəmələgətirmə dövründə bitkilərin tələbatı artır: A) bol suvarmaya B) vegetativ çoxalmaya C) fosfor gübrələrinə D) kalium gübrələrinə E) azot gübrələrinə
97. Günəbaxananın səbət çiçək qrupunda hansı tip çiçəklər olur? A) qıfşəkilli və boruşəkilli B) ancaq boruşəkilli C) dilcikşəkilli və boru şəkilli D) ancaq qıf şəkilli E) ancaq dilcikşəkilli
98. Vələmir hansı xüsusiyyətlərinə görə buğda və çovdardan fərqlənir? A) çiçək qrupuna görə B) küləş gövdəsinə görə C) kök sisteminə görə D) yarpaqların damarlanmasına görə E) toxumunda ləpələrin sayına görə
105. Taxıllar fəsiləsinə aid olan hansı bitkilərin hər ikisində çiçək qrupu süpürgədir? A) buğda və arpa B) darı və çovdar C) çovdar və vələmir D) darı və vələmir E) buğda və çovdar
106. Zəncirotunun səbət çiçək qrupunda hansı tip çiçəklər olur? A) ancaq boruşəkilli B) ancaq dilcikşəkilli C) ancaq qıfşəkilli D) qıfşəkilli və boruşəkilli E) dilcikşəkilli və boruşəkilli
169. Əmici tellər kökün hansı zonasında yerləşir? A) böyümə zonası B) ötürücü zona C) bölünmə zonası D) sorucu zona E) kök üsküyü
170. Hansı yosun birhüceyrəlidir? A) xlorella B) ulotriks C) laminariya D) ulva E) gpirogira
177. Aşağıda verilmiş toxumalardan hansı bit­kilər­də yoxdur? A) törədici toxuma B) mexaniki toxuma C) qığırdaq toxuma D) örtücü toxuma E) ötürücü toxuma
178. Hansı yosunu “dəniz kələmi” adlandırır­lar? A) ulvanı B) spirogiranı C) ulotriksi D) xlorellanı E) laminarıya
185. Hansı sırada meyvəkök əmələ gətirən bitkilər verilib? A) yerkökü, turp B) xiyar, kələm C) səhləb, banyan D) turp, xiyar E) georgin, yerkökü
186. Aşağıdakılardan hansı yosun deyil? A) Sfaqnum B) plevrokokk C) xlamidomonada D) ulva E) xlorella
191. Saçaqlı kök sistemi olan bitkilər hansı sırada verilib? A) günəbaxan, bağayarpağı B) bağayarpağı, qarğadalı C) zəncirotu, qırmızı turp D) lobya, noxud E) pomidor, badımcan
192. Aşağıdakılardan hansı mamırlarda yoxdur? A) kök B) rizoid C) gövdə D) yarpaq E) spor
201. Mil kök sistemi olan bitkilər hansı sırada verilib? A)buğda, arpa B) günəbaxan, qarğıdalı C) bağayarpağı, yerkökü D) soğan, sarımsaq E) lobya, yonca
202. Quşmamırından fərqli olaraq sfaqnumda... A) gövdə yoxdur B) rizoid yoxdur C) vakuol yoxdur D) yarpaq yoxdur E) sporlar yoxdur
| |
|