Gənc ailə başçısı axşamdan qalma böyük bir baş ağrısıyla oyanmış, çətinliklə gözlərini açaraq, yatağından çevrilib ətrafına nəzər saldı..Yatağın yanındakı tumbanın üstündə 1 stəkan su və 2 aspirin var idi..Dərmanları içərkən yatağın ayaq tərəfindəki divanın üstündə isə ütülənmiş kastyumu və digər əşyaları və balaca kağız parçası diqqətini çəkir. Kağızda: «Sevgilim sabahın xeyir. Səhər yeməyin mətbəxdə hazırdır.Mən alış-veriş üçün çıxdım tez qayıdacam,səni sevirəm».
Paltarlarını geyinib,mətbəxə keçərkən oğlu səhər yeməyini yeyirdi.Öz yerinə diqqət yetirdi,boşqabı və qəzeti hazır idi.Oturub yeməyə başladı və oğlundan soruşdu: oğlum gecə nə olub?
Oğlu: Dünən sən sərxoş olaraq evə gəldin saat 4-ə işləmişdi. Əvvəl koridordakı stolu və üstündəkiləri aşırdın, sonra qusdun, sonra üzünü otağın qapısına çırpdın və bir gözün göyərdi.
Gənc ailə sahibi ata çaşmış vəziyyətdə: Mən heç nə başa düşmədim,bəs niyə hər yer belə təmizdir, hər şey də yerli yerindədir? yeməyim hazır paltarlarım da ...
Uşaq: Onu soruşursan? Anam səni otağa aparıb paltarlarını çıxardığında «ay xanım əl çəkin məndən, mən evli adamam» deyə qışqırdın....