Həzrəti Rəsulu əkrəmin hüzur şəriflərində oturan, Qureyş xatunlarından biri, yüksək səs ilə danışarkən, həzrəti Ömərin yanına gəlib, içəri girməyə icazə aldı. Xatunlar qalxıb, sürətlə pərdə arxasına çəkildilər. Həzrəti Ömərə icazə verildi, içəri girdi. Baxdı ki, Həzrəti Rəsulu əkrəm gülürdü.
Ömərə dedi ki:
- Allahu təala həzrətləri mübarək dişlərini güldürsün, ya Rəsulullah! Niyə gülürsünüz?
Həzrət (s.ə.v) buyurdu:
- Bu xatunlara heyrətləndim ki, mənim yanımda idilər. Nə vaxt ki, sənin səsini eşitdilər, qaçıb pərdənin arxasına girdilər.
Həzrəti Ömər dedi:
- Ey qadınlar! Məni görəndə, Rəsulullahın hüzurunda olduğunuz halda, nə üçün qorxub qaçdınız? Onun hüzurunda rahat oturub, qorxmursunuz!
Xatunlar, pərdə arxasından dedilər:
- Ya Ömər! Sən yaradılışda şiddətli və qəzəblisən.
Sərvəri kainat buyurdu:
- Ey Xəttab oğlu! Sən sözündən fərəqət et! Allahu təalaya and içərəm ki, şeytan yolda sənə rast gəlsə, o yolu buraxıb, başqa yola qaçar, yolunu dəyişdirər.
Peyğəmbərimizin qadınlar ilə oturması hicab ayəsi gəlməmişdən əvvəl idi. Hicab ayəsi gələndə, qadınlar ilə bir yerdə oturmadı.