Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Səməd bəy Mehmandarov EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Səməd bəy Mehmandarov EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Səməd bəy Mehmandarov EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Səməd bəy Mehmandarov EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Səməd bəy Mehmandarov EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Səməd bəy Mehmandarov EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Səməd bəy Mehmandarov EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Səməd bəy Mehmandarov EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Səməd bəy Mehmandarov EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
USAIN_15
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
-αуtαc-
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
ŞəMSəDDiN
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
teardrop
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
๑NumBer๑One๑
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
moon_shin
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
Ghost Rider
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
DAFFODIL
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
-мαviαdα-
Səməd bəy Mehmandarov Vote_lcapSəməd bəy Mehmandarov Voting_barSəməd bəy Mehmandarov Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Səməd bəy Mehmandarov Vote_lcap27%Səməd bəy Mehmandarov Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Səməd bəy Mehmandarov Vote_lcap10%Səməd bəy Mehmandarov Vote_rcap
 10% [ 8 ]
İdmana
Səməd bəy Mehmandarov Vote_lcap16%Səməd bəy Mehmandarov Vote_rcap
 16% [ 13 ]
İnternetə
Səməd bəy Mehmandarov Vote_lcap11%Səməd bəy Mehmandarov Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Səməd bəy Mehmandarov Vote_lcap3%Səməd bəy Mehmandarov Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Səməd bəy Mehmandarov Vote_lcap13%Səməd bəy Mehmandarov Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Səməd bəy Mehmandarov Vote_lcap1%Səməd bəy Mehmandarov Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Səməd bəy Mehmandarov Vote_lcap6%Səməd bəy Mehmandarov Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Səməd bəy Mehmandarov Vote_lcap11%Səməd bəy Mehmandarov Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Səməd bəy Mehmandarov Vote_lcap1%Səməd bəy Mehmandarov Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Səməd bəy Mehmandarov

Aşağa gitmek 
4 posters
MüəllifIsmarıc
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Səməd bəy Mehmandarov Empty
Yeni mövzuMövzu: Səməd bəy Mehmandarov   Səməd bəy Mehmandarov EmptyB.e. İyul 11, 2011 11:53 am

Səməd bəy Mehmandarov 1310314555semed


Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik rütbəsinə bərabərdir.

I Dünya müharbəsi başlanarkən general S.Mehmandarov Varşava ətrafında xidmət edirdi. Onun komandiri olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Diviziya komandiri S.Mehmandarovun fitri istedadı nəticəsində Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir. Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-ci diviziya 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi.

1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.

1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.

General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.

Müstəqil Azərbaycan dövlətinin ərazisi Rusiyanın XI Ordusu tərəfindən zəbt edildikdən sonra S.Mehmandarov öz xalqının müqəddəratına biganə olmayaraq,


Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: "Mehmandarov nadir artileriyaçıdır".

General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.

1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.

General-polkovnik S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.

General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat etmişdir.

Fikirləriniz...
Əvvələ qayıt Aşağa gitmek
-αуtαc-
Admin
Admin
-αуtαc-


Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 26
Nerden : Azərbaycan-Biləsuvar

Səməd bəy Mehmandarov Empty
Yeni mövzuMövzu: Geri: Səməd bəy Mehmandarov   Səməd bəy Mehmandarov EmptyB. Avq. 28, 2011 8:30 am

Sağol Şamxal
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Səməd bəy Mehmandarov Empty
Yeni mövzuMövzu: Geri: Səməd bəy Mehmandarov   Səməd bəy Mehmandarov EmptyB. Avq. 28, 2011 9:31 am

Tariximizdə dünyanı mat qoyan sərkərdələrimiz çox, özü də lap çox olub. Səməd bəy də olardan biridi. sağ ol Şamxal
Əvvələ qayıt Aşağa gitmek
ŞəMSəDDiN

ŞəMSəDDiN


Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 25
Nerden : Biləsuvar , 1 may küçəsi

Səməd bəy Mehmandarov Empty
Yeni mövzuMövzu: Geri: Səməd bəy Mehmandarov   Səməd bəy Mehmandarov EmptyÇər. Okt. 05, 2011 5:03 am

Semed Bey Mehmandarov-a aid dersi 5-ci sinifde kecmisik.
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Səməd bəy Mehmandarov Empty
Yeni mövzuMövzu: Geri: Səməd bəy Mehmandarov   Səməd bəy Mehmandarov Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Səməd bəy Mehmandarov
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Azərbaycan Tarixi-
Keç: