| Sözün əsl mənasında fərqlənək | |
|
+3My_Heart -αуtαc- ๑NumBer๑One๑ 7 posters |
|
Müəllif | Ismarıc |
---|
๑NumBer๑One๑
Mesaj Sayısı : 1133 Doğum tarihi : 14/01/96 Kayıt tarihi : 12/04/11 Yaş : 28 Nerden : BİLƏSUVAR
| Mövzu: Sözün əsl mənasında fərqlənək B.e. İyun 20, 2011 5:56 am | |
| İnsan bəzən davranışında, istərsə də düşüncələrində fərqli olmağa can atır. Bu yolla başqalarından seçilmək, ya da diqqət mərkəzində olmaq istəyir. Lakin hər hansı davranışımızı və ya xasiyyətimizi dəyişmək üçün 2 ünsür vacibdir-möhkəm iradə və səbr. Möhkəm iradə ona görə tələb olunur ki, əgər hər hansı bir mənfi xasiyyətimizi və ya düşüncəmizi dəyişmək istəyiriksə, bunun üzərində sonacan çalışmalı və istədiyimiz nəticəni əldə edənə kimi özümüzlə mübarizə aparmalıyıq. Qarşımıza maneələr çıxsa belə, bütün maneələri aşmalı və məqsədimizə çatmalıyıq. İkinci əsas ünsür isə səbrdir. Davranış, xasiyyət və ya düşüncə dəyişmək heç də asan bir şey deyil. Bunun üçün səbrli olmaq lazımdır. Ətrafımızda müxtəlif temperamentli insanlar var. Onlarla ünsiyyət qurmaq, yaxşı dil tapmaq üçün qarşı tərəflə özümüzü müqayisə edib, mənfiliklərimizi tapmalı və öz müsbətlərimizi qiymətləndirməliyik. Yaxşı ünsiyyət üçün mütləq qarşı tərəfin temperamentində, onun tipində olmaq vacib deyil. Bunun üçün özümüzdə də heç olmasa konformluq olmalıdır (konform-fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk edərək onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşması deməkdir.) Doğrudur, ilk baxışda fərqli olmaq insana xoş təəssürat bağışlayır. Bununla özümüzü başqalarından fərqli görməyə çalışır, ya da daim diqqət mərkəzində olmaq istəyirik. Amma daha sonra insan özünün belə qeyri-normal davranışından və ya düşüncəsindən bezməyə başlayır. Çünki ətraf mühitə uzlaşmaqda problem yaranır — başqalarının sənə verdiyi məsləhətlər səni boğmağa başlayır, səni heç kəs anlamır. Düşünürsən ki, sən onlardan çox şey bilirsən, hamı sənin düşüncələrini qəbul etməlidir, ya da “mənə nəsə olub”, ”niyə əvvəlki kimi olmadım, özümdə dəyişiklik etdim?”deyə bütün günü düşünməyə məcbur olursan. Bəs niyə əvvəl xoşluqla qəbul edib, sonra özümüzdəki dəyişiklikdən bezirik? Buna ehtiyacımız vardı? Bəli, əvvəl bütün dəyişikliyi xoşluqla qəbul etdik, amma sonra problemlər yaşadıq. Axı, insanlar bilməlidir ki, xasiyyət anadangəlmədir və özümüzdən asılı deyildir. Buna düzəliş etmək və ya dəyişmək çox çətindir. Doğrudur, hərdən dəyişilmək istəyirik, amma yenə də çətin olduğunu anlamalıyıq. Belə bir maraqlı məsəl də vardır ki, insan göydə olarkən nə xəyallar qurur, nə düşüncələr yaradır, yerə endikdə isə ətraf ona düşüncələrinin, xəyallarının nə qədər yanlış olduğunu başa salır. Hətta “göydə necə də ağılsız olmuşam”deyə düşünürsən. Yerdə isə ətraf aləmlə uzlaşmağa calışırsan. Sən onlara yalnız güclü iradən və səbrinlə qalib gələ bilərsən .Əgər güclü iradəyə malik deyilsənsə, o zaman ətrafdakı müsbətlərlə bahəm mənfilikləri də qəbul etmək məcburiyyətində qalarsan… Bəzən düşüncələrimizə görə ya dostumuz olmaz, ya da dost- tanışın olar, amma sənə kifayət etməz. Yəni, sənin düşüncələrini anlayan, səni başa düşən bir insan tapmaq çətin olar. İnsanlar ətrafa uyğunlaşma dərəcəsinə görə bir-birilərindən fərqlənirlər. Bəziləri qapalı mühiti sevər, yalnız qalmağa çalışar, bəziləri mühitlə yaxşı dil tapıb ünsiyyətcil olar, bəziləri yeni mühitə gec alışar, bəziləri tez və s. Nümunələr çoxdur. Lakin yaxşı dost olub da yaxşı dostun olması üçün çalışaq ki, bir az ekstravert olaq. Yəni, ünsiyyətcil olmaqla başqa insanlarla yaxşı ünsiyyət qurmaq, onlarla düşüncələrini paylaşmaq, ürəyiaçıq olmaqla ətrafdakıların sevgisini qazanmaq və onlara maraq göstərmək xüsusiyyətinə malik olmaq lazımdır. Heç vaxt indifferent yəni, laqeyd mövqedə dayanmamalıyıq. Ətrafla maraqlanıb, yaxşını, pisi ayırd edib, özümüzlə müqayisə etməliyik. Əgər fərqli olmaq istəsək, o zaman müsbət mənada fərqli olaq. İnsan edəcəyi hər bir işini məqsədli şəkildə qurmalıdır. Müsbət mənada fərqli olaq, kimlərdənsə seçilmək və ya diqqət mərkəzində olmaq üçün fərqlənməyək | |
|
| |
-αуtαc- Admin
Mesaj Sayısı : 1398 Doğum tarihi : 05/08/97 Kayıt tarihi : 09/10/10 Yaş : 26 Nerden : Azərbaycan-Biləsuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək B.e. İyun 20, 2011 7:35 am | |
| Düzdü razıyam Hamısını oxumadım ama oxuduğum hissələr maraqlı idi Sağol | |
|
| |
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək B.e. İyun 20, 2011 7:58 am | |
| | |
|
| |
-мαviαdα-
Mesaj Sayısı : 500 Doğum tarihi : 10/11/97 Kayıt tarihi : 02/04/11 Yaş : 26 Nerden : Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək B.e. İyun 27, 2011 3:51 am | |
| Maraqlı melumata görə təşəkkürlər.... | |
|
| |
moon_shin
Mesaj Sayısı : 551 Doğum tarihi : 23/04/97 Kayıt tarihi : 26/01/11 Yaş : 27 Nerden : biləsuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 5:31 am | |
| MARAQLIDIR AMMA,DAHA ÇOX DÜŞÜNDÜRÜCÜDÜR(MƏNƏ GÖRƏ) VƏ BİR DƏ İNSAN İRADƏLİ OLDUQDAN SONRA HƏR BİR ŞEYİ EDƏ BİLƏR... | |
|
| |
USAIN_15
Mesaj Sayısı : 1479 Doğum tarihi : 22/05/96 Kayıt tarihi : 13/04/11 Yaş : 27 Nerden : Biləsuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 6:06 am | |
| Maralı idi hamısını oxudum sağol.Bir də ki Aynur hər şeyi etmək üçün təkcə iradə bəs deyil insanda potensial da olmalıdı | |
|
| |
๑NumBer๑One๑
Mesaj Sayısı : 1133 Doğum tarihi : 14/01/96 Kayıt tarihi : 12/04/11 Yaş : 28 Nerden : BİLƏSUVAR
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 7:15 am | |
| Bəli Fərid razıyam. elə adam var ki, istək var bacarıq yoxdur, elələri də var ki bacarıq var istək yoxdur | |
|
| |
Fidan
Mesaj Sayısı : 428 Doğum tarihi : 22/05/96 Kayıt tarihi : 18/06/11 Yaş : 27 Nerden : Biləsuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 9:41 am | |
| Maraqlı idi. Amma həm səbirli həm də iradəli insan tapmaq çətindi | |
|
| |
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 9:41 am | |
| | |
|
| |
๑NumBer๑One๑
Mesaj Sayısı : 1133 Doğum tarihi : 14/01/96 Kayıt tarihi : 12/04/11 Yaş : 28 Nerden : BİLƏSUVAR
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 9:47 am | |
| belə insanlar olur. bax belələri anadan lider doğulur. bunu sonradan qazanmaq olmur | |
|
| |
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 9:49 am | |
| Hemid hec kes anadan lider dogmurr her kes ozu oz agili zehmeti ile o ise yapisir yada ata-anasini , dayilarinin komeyi ile | |
|
| |
๑NumBer๑One๑
Mesaj Sayısı : 1133 Doğum tarihi : 14/01/96 Kayıt tarihi : 12/04/11 Yaş : 28 Nerden : BİLƏSUVAR
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 9:53 am | |
| baxsənin səhvin burdadır. liderlər nadirdir. bu sonradan qazanılmır. onu kəşf etmək lazımdır.
| |
|
| |
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 9:55 am | |
| Yox Hemid Hec kes lider dogulmur Onu lider eleyen onun etrafindakilar e ozudu | |
|
| |
USAIN_15
Mesaj Sayısı : 1479 Doğum tarihi : 22/05/96 Kayıt tarihi : 13/04/11 Yaş : 27 Nerden : Biləsuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 10:01 am | |
| Mən Həmidə qatılıram hər bir insanın içində bir lider var sadəcə bəziləri bunun fərqinə varıb onu inkişaf etdirir bəziləri yox | |
|
| |
๑NumBer๑One๑
Mesaj Sayısı : 1133 Doğum tarihi : 14/01/96 Kayıt tarihi : 12/04/11 Yaş : 28 Nerden : BİLƏSUVAR
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 10:02 am | |
| ayy sağ ol. indi düzgün fikirləşirsən.bu lider mən də də var sən də. amma ola bilər bizim bəxtimiz gətirə ya da yox | |
|
| |
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 10:03 am | |
| | |
|
| |
๑NumBer๑One๑
Mesaj Sayısı : 1133 Doğum tarihi : 14/01/96 Kayıt tarihi : 12/04/11 Yaş : 28 Nerden : BİLƏSUVAR
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 10:08 am | |
| nə yox dingil. sən onsuzda səhv fikirləşirsən
| |
|
| |
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 10:46 am | |
| menim oz fikrimdi amma yalnis yolda sizsiz | |
|
| |
๑NumBer๑One๑
Mesaj Sayısı : 1133 Doğum tarihi : 14/01/96 Kayıt tarihi : 12/04/11 Yaş : 28 Nerden : BİLƏSUVAR
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 10:48 am | |
| Nəysə özün bilərsən. amma onu bilirəm ki. liderlər 100 nəfərdən biri olur | |
|
| |
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 10:50 am | |
| mende biliremki hec kes anadan lider dogulmur | |
|
| |
๑NumBer๑One๑
Mesaj Sayısı : 1133 Doğum tarihi : 14/01/96 Kayıt tarihi : 12/04/11 Yaş : 28 Nerden : BİLƏSUVAR
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 10:55 am | |
| səhv deyirsən.nəysə öz fikrindir | |
|
| |
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 11:09 am | |
| Neyse oda senin oz fikrindi | |
|
| |
USAIN_15
Mesaj Sayısı : 1479 Doğum tarihi : 22/05/96 Kayıt tarihi : 13/04/11 Yaş : 27 Nerden : Biləsuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 11:18 am | |
| Aydaaa nə oldu?Yaxşı bu mövzunu bağlayaq | |
|
| |
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 11:21 am | |
| | |
|
| |
๑NumBer๑One๑
Mesaj Sayısı : 1133 Doğum tarihi : 14/01/96 Kayıt tarihi : 12/04/11 Yaş : 28 Nerden : BİLƏSUVAR
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək C.a. İyun 30, 2011 12:31 pm | |
| deyəsən artıq dava düşəcək. bu mövzuya veto | |
|
| |
Sponsored content
| Mövzu: Geri: Sözün əsl mənasında fərqlənək | |
| |
|
| |
| Sözün əsl mənasında fərqlənək | |
|