Konunun ilk mesajı :
Yaşayırıq ,günlərimiz gedir..sanki çox adi haldı artıq bu...Bəzən özümüz haqda düşünürük ...
Bəzən sə ancaq ətrafdakılar haqda.Demək olar ki elə özümüzdən çox başqalarını düşünürük.Bəzən bunların hamısı artıq yorucu gəlir.
Həyatımız kitab kimi bir günün içində vərəqlənir.Lazım olan səhifələri cırıb bir dəftərin arasında saxlayırıq.Lazım olmayanlarısa sadəcə yandırııb atırıq.
Ancaq unuduruq ki onlarıda biz yaşadıq.Həyatımızıa hər gün yeni bir səhifə açırıq amma açılanı sona qədər yazmaqdan yorulub bağlayırıq,çünki eyni qələmlə yazılır,şəkilsiz,rəngsiz..
Baxırıq rəngarəng yazılara,şəkilli kitablara və özümüzün yazımız mənasız gəlir.
Eyniylə də həyatımız..Həyatımız o qədər qısa ki hər bir şeyi ora sığışdırmaq olmur..bəzilərimizin həyatını bir rəsmə çəksək sadəcə ağ-qara bir rəsmxət olacaq..
Sonu,ucu-bucağı görünməyən bir yol..yolun kənarında heç ağaclar belə yoxdu..Bir maraq qatacaq mənzərə belə yoxdu.Və belə bir mənasız şəklin üzərinə birdən bir ləkə düşsə o əsər lap mənasızlaşır,ucuzlaşır,artıq baxmaq belə istəmirsən rəsmə..
Amma bəzəndə rəsmin üzərinə elə bir gözəl boya düşür ki bilmədən daha da gözəlləşir rəsm əsəriniz..sanki gözünü belə çəkmək istəmirsən rəsmdən.Həyatınada həmin an nə sə bir şey rəngarənglik qatır.
Daha da həvəslənirsən.