Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Teymurilər EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Teymurilər EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Teymurilər EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Teymurilər EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Teymurilər EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Teymurilər EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Teymurilər EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Teymurilər EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Teymurilər EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
USAIN_15
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
-αуtαc-
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
ŞəMSəDDiN
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
teardrop
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
๑NumBer๑One๑
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
moon_shin
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
Ghost Rider
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
DAFFODIL
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
-мαviαdα-
Teymurilər Vote_lcapTeymurilər Voting_barTeymurilər Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Teymurilər Vote_lcap27%Teymurilər Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Teymurilər Vote_lcap10%Teymurilər Vote_rcap
 10% [ 8 ]
İdmana
Teymurilər Vote_lcap16%Teymurilər Vote_rcap
 16% [ 13 ]
İnternetə
Teymurilər Vote_lcap11%Teymurilər Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Teymurilər Vote_lcap3%Teymurilər Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Teymurilər Vote_lcap13%Teymurilər Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Teymurilər Vote_lcap1%Teymurilər Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Teymurilər Vote_lcap6%Teymurilər Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Teymurilər Vote_lcap11%Teymurilər Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Teymurilər Vote_lcap1%Teymurilər Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Teymurilər

Aşağa gitmek 
+4
Nice_lady
-αуtαc-
moon_shin
๑NumBer๑One๑
8 posters
MüəllifIsmarıc
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Teymurilər Empty
Yeni mövzuMövzu: Teymurilər   Teymurilər EmptyŞ. Apr. 23, 2011 6:31 am

Teymur türk tayfasından idi. Teymurilər nəsli Amudərya və Sırdərya çaylarının arasındakı vadidə yerləşən Müvəraünnəhrdə, Keş şəhərində (müasir Şəhrisəbz) türkləşmiş monqol tayfasında yaşayıblar. Teymurun atası Tuqay Barlas bəylərindən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur erkən gəncliyindən tayfalararası döyüşlərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı.

Həmin dövrdə Mavəraünnəhr türk əmirlərinin əlində idi. Teymurun cəsarətini görənlər onun ətrafına yığırdı. Düşmən tayfalara qarşı hərbi meydana atılanda onun cəmi on nəfər adamı vardı. Gəncliyində Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanında xidmət etmiş və tez bir zamanda onun hörmətini qazanmışdı. 1356-cı ildə Əmir Qazan Xorasan üzərinə yüyüşdə fərqləndiyi üçün Teymuru qiymətli hədiyyələrlə müküfatlandırdı. Az keçmiş nüfuzlu türk əmirinin qızıyla evlənən Teymur digərlərinə qulluq etmək istəmədi. O, öz qaynı Hüseynlə (Əmir Hüseyn Əmir Qazandan sonra hakimiyyətə keçmişdir) ittifaq bağlayır. Bu zaman Teymurla Cağatay hakimi Toğluq Teymurun arasında düşmənçilik hökm sürürdü. Teymur və Hüseynin birləşmiş dəstələri 1365-ci ildə Daşkənd yaxınlığında Toğluq Teymur tərəfindən məğlub edildilər. Toğluq Teymur Səmərqənd üzərinə yeridi. Bu zaman Səmərqəndin sənətkarları içərisində monqol zülmünə qarşı mübarizliyi ilə fərqlənən sərbədarilər adlandırılan qrup mövcud idi. Sərbədari rəhbərləri Səmərqəndin müdafiəsini öz üzərilərinə götürdülər. Toğluq Teymurun atlıları şəhərə daxil oldu, əlverişsiz küçə döyüşündə 2000 nəfər döyüşçü itirən cağataylar qaçdılar. Sərbədarilərin hakimiyyəti bütün Səmərqənd vilayətinə yayıldı. Lakin 1366-cı ildə Teymur və Hüseynin dəstələri Səmərqənd vilayətinə daxil oldular. Onlar üsyanı qəddarlıqla yatırılar.

Hakimiyyət uğrunda Teymurla Hüseyn arasında başlayan mübarizə 1370-ci ildə Teymurun qələbəsi ilə başa çatdı. Mərkəzi hakimiyyətin tərəfdarı olan iri feodalların köməyi ilə Teymur sərkərdələrin qurultayında “əmir” titulunu götürərək yeni dövlətin əsasını qoydu. Əmir Teymur möhkəm dövlət yaratmağa, feodal dağınıqlığını ləğv etməyə, xalq hərəkatını yaratmağa çalışırdı. Hakimiyyətin ilk illərində Teymur bütün Mərkəzi Asiyanı ələ keçırdi. Zəngin Xarəzm uğrunda isə mübarizə isə xeyli vaxt çəkdi.

Ölkənin müdafiəsi üstündə baş sındırarkən əmir Teymur özü üçün 3 qanun müəyyyən elədi ki, ömrünün sonunacan onlra sadiq qaldı: öz ərazində müharibə eləməmək, müdafiəyə baş qoşmamaq və düşmənin zərbəsindən əvvəl həmlə eləmək. Ordunun və ölkənin möhkəmlənməsində Teymur Çingizxanın təcrübəsindən istifadə etdi. O vaxt Çingizxan Yasa adlanan qanunlar toplusu elan eləmişdi ki, bu qanunlar xalqın bütün həyatını müəyyən eləyirdi. Qadağalar şəklində elan olunmuş həyat tərzini təmin edən qaydalarda əmir Teymur bircə əsil-nəsil məsələsini çıxarmışdı. İndi bütün mükafatlar və rutbələr döyüş meydanında qazanılırdı. Teymur monqolların buynuzlu bayraqlarını qızılı aypara ilə əvəz elədi.

Teymur 1380-ci ildən etibarən İran ,Azərbaycan, Qafqaz, İraq, Suriya və Kiçik Asiya üzərinə müntəzəm hərbi səfərlər etməyə başladı. 1404-cü ilədək davam edən yürüşlər nəticəsinə bu ərazilər işğal edilərək, Teymur dövlətinin tərkibinə qatıldı. Vaxtilə Teymurun vassalı olan Toxtamış xanın Qızıl Orduda hakimiyyəti ələ keçirməsindən sonra onlar arasında mübarizə daha da qızışdı. Yalnız üç böyük yürüşdə (1389, 1391, 1395) Teymur Qızıl Ordunu məğlub edə bildi. Əmir Teymur Hindistana yürüş etmək qərarına gəldi. Onun məqsədi Hindistanın sərvətlərini, münbit torpaqlarını ələ keçirmək idi. 1398-ci ildə qoşunlar Hindistan üzərinə yeridi . Dehli şəhəri işğal olundu. 1399-cu Teymur Səmərqəndə qayıtdı . Hindistan səfərindən sonra Əmir Teymurun Kiçik Asiyada əsas rəqibi İldırım Bayazid idi. O, Bayazidə məktub göndərərək, təslim olmasını tələb etdi. İldırım Bayazid isə öz növbəsində Teymura təhqiredici cavab yazdı. Bu məktub müharibənin başlanmasına bəhanə oldu. Teymur Şərqi Anadolu ya girərək, Sivası sonra Malatyanı tutdu və Dəməşqə qədər irəlilədi. Məmlükləri özünə tabe etdi. Teymur 1402-ci ildə təkrar Anadoluya yürüş etdi. Bu dəfədəki hədəf Osmanlı dövlətinin torpaqları oldu. İldırım ordusunun bir hissəsini bir Konstantinopolun mühasirəsi, hissəsini isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan, Teymura qarşı sayca xeyli az hərbi qüvvə toplamışdı. 1402-ci il iyulun 28-də Ankara düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Bayazid və onun iki oğlu əsir düşdü. Bayazid zəhər içib özünüöldürdü.

Əmir Teymur Çinə böyük yürüşü ərəfəsində 1405-ci il martın 19-da Otrar şəhərində vəfat etdi. Onu Səmərqənddə dəfn etdilər.

Tarixçilər əmir Teymuru böyük şəhərlədə sakinləri qılıncdan keçirən, qansız və rəhmsiz qəssab kimi qələmə verirlər. Onun İran səfəri zamanı İsfahanda 70 min adamın başını üzüb kəllələrdən qüllə yaratması barədə də çox danışırlar. Deyilənlərə görə Xorasan şəhəri Səbzəvarda o, adamları diri-diri divara hördürüb inildəyən canlı divarlar yaratmışdı. Teymurun Hindistan səfərində Orta Asiyaya aparmaq çətin olduğundan yüz min əsiri qırmasından da danışırlar. Bağdad səfəri zamanı bir gün ərzində 90 min adamın qılıncdan keçirib kəllələrdən 120 qüllə ucaldırmasından da yazırlar. Şaiyələrə görə Misiri zəbt eləyəndə əmir Teymur bir damcı müsəlman qanı axıtmayacağına söz verdiyinə görə guya ki, xristianları qılıncdan keçirib müsəlmanları diri-diri torpağa basdırmışdı. Amma Teymurun törətdiyi «vəhşiliklər»dən bir dənə də olsun təsdiq edici sübut, sənəd məlum deyil.

Teymurun ölümündən sonra daxili çəkişmələr baş verdi. Lakin Oğlu Şahrux çəkişmələrə son qoydu. O, paytaxtı Herata köçürüb Mavərənnəhri oğlu Uluqbəyə xanədan kimi verdi. Şahruxun ölümündən sonra (1447-ci il) çəkişmələr yenidən başladı. Sonuncu Teymuri hökmdarı Hüseyn Baykaranın ölümündən sonra 1507-ci ildə Şeybanilər Teymurilər dövlətinin varlığına son qoydu.

1941-ci ildə Teymurun məqbərəsini açmaq qərarı verildi. Qazıntılar 16 iyunda başlandı. Əvvəl nəvəsi Uluqbəyin oğullarının, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxardılar. 21-dən 22-nə keçən gecə Teymurun qəbri açıldı. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, qızılcül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yenə də müharibə ola bilər. Qəbri açandan sonra Almaniya SSRİ-yə hücum etdi. Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilmişdi. Stalin başlayan müharibədən çəkinib Əmir Teymurun sümüklərini yerinə qaytarmağı əmr etmişdir.

1995-ci ildə Daşkəndin mərkəzində Karl Marksın heykəlini yıxıb yerində Əmir Teymura abidə qoyuldu.
Əvvələ qayıt Aşağa gitmek
moon_shin

moon_shin


Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 27
Nerden : biləsuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyŞ. Apr. 23, 2011 9:52 am

Teymuriləri bu il keçdik
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyŞ. Apr. 23, 2011 3:11 pm

Nənəcan əgər əlavələrin varsa yaz
Əvvələ qayıt Aşağa gitmek
-αуtαc-
Admin
Admin
-αуtαc-


Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 26
Nerden : Azərbaycan-Biləsuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyÇ.a. May 03, 2011 2:35 pm

Mən bilmirdim ona görə əlavəm də yoxdur.
Yenə də sağol BABA!
Əvvələ qayıt Aşağa gitmek
Nice_lady

Nice_lady


Mesaj Sayısı : 389
Doğum tarihi : 15/02/95
Kayıt tarihi : 28/04/11
Yaş : 29
Nerden : bilesuvar rayon

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyÇ.a. May 03, 2011 3:05 pm

umumiyyetle tarixe maragim yoxdu eziz humanitar kordioloq
Əvvələ qayıt Aşağa gitmek
-αуtαc-
Admin
Admin
-αуtαc-


Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 26
Nerden : Azərbaycan-Biləsuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyÇ.a. May 03, 2011 5:56 pm

Nice_lady yazıb:
umumiyyetle tarixe maragim yoxdu eziz humanitar kordioloq

Marağın olsa daha yaxşı olar çünki tarix çox gözəl fəndir.Super fəndir.Tövsiyə edirəm Wink
Əvvələ qayıt Aşağa gitmek
moon_shin

moon_shin


Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 27
Nerden : biləsuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyÇər. May 04, 2011 2:11 pm

MƏNDƏ AYTACA QATILIRAM.DÜZDÜR MƏNDƏ TİBBDƏYƏM AMMA,SORUŞSANIZ FAVORİ FƏNNİN NƏDİR HEÇ ŞÜBHƏSİZ TARİX DEYƏRƏM.TARİX KİMİ GÖZƏL FƏNN VAR?
I love you
Əvvələ qayıt Aşağa gitmek
-мαviαdα-

-мαviαdα-


Mesaj Sayısı : 500
Doğum tarihi : 10/11/97
Kayıt tarihi : 02/04/11
Yaş : 26
Nerden : Bilesuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 4:21 am

Maraqlı melumata görə təşəkkürlər....
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 8:23 am

Maraqli idi.Sag ol Hemid
Əvvələ qayıt Aşağa gitmek
teardrop

teardrop


Mesaj Sayısı : 1139
Doğum tarihi : 24/10/94
Kayıt tarihi : 24/03/11
Yaş : 29
Nerden : bilesuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 10:10 am

bir az oxudum ama umumiyyetle tarixe mende marax oluf
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 10:16 am

Mende de o qeder maraq yoxdu
Əvvələ qayıt Aşağa gitmek
teardrop

teardrop


Mesaj Sayısı : 1139
Doğum tarihi : 24/10/94
Kayıt tarihi : 24/03/11
Yaş : 29
Nerden : bilesuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 10:18 am

umumiyyetle tarixde baw isletmeli bir sey de yoxdu axi
ezberre getsin.!!!!!!!!!!!!!!!!!
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 10:20 am

he.
Əvvələ qayıt Aşağa gitmek
Fidan

Fidan


Mesaj Sayısı : 428
Doğum tarihi : 22/05/96
Kayıt tarihi : 18/06/11
Yaş : 27
Nerden : Biləsuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 10:25 am

Tarix adı gələndə belə ürəyim sıxılır. Çünki ən zəif bildiyim fəndi.
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 10:38 am

Insallah duzler hamimizda
Əvvələ qayıt Aşağa gitmek
-αуtαc-
Admin
Admin
-αуtαc-


Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 26
Nerden : Azərbaycan-Biləsuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 12:22 pm

Şəms,Fidan,Şamxal düzdü bu sizin öz fikrinizdi amma tarix fənni ilə maraqlansanız ürəkdən bilərsiniz ki tarix doğurdanda maraqlı və SÜPER bir fəndir!
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər EmptyB.e. İyun 27, 2011 1:12 pm

Biz demirik ki pis fendicox gozel fendiamma hevesimiz yoxdu oxumaga
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Teymurilər
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Azərbaycan Tarixi-
Keç: