Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Coğrafiya Sınaq 4 EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Coğrafiya Sınaq 4 EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Coğrafiya Sınaq 4 EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Coğrafiya Sınaq 4 EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Coğrafiya Sınaq 4 EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Coğrafiya Sınaq 4 EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Coğrafiya Sınaq 4 EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Coğrafiya Sınaq 4 EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Coğrafiya Sınaq 4 EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
USAIN_15
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
-αуtαc-
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
ŞəMSəDDiN
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
teardrop
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
๑NumBer๑One๑
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
moon_shin
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
Ghost Rider
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
DAFFODIL
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
-мαviαdα-
Coğrafiya Sınaq 4 Vote_lcapCoğrafiya Sınaq 4 Voting_barCoğrafiya Sınaq 4 Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Coğrafiya Sınaq 4 Vote_lcap27%Coğrafiya Sınaq 4 Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Coğrafiya Sınaq 4 Vote_lcap10%Coğrafiya Sınaq 4 Vote_rcap
 10% [ 8 ]
İdmana
Coğrafiya Sınaq 4 Vote_lcap16%Coğrafiya Sınaq 4 Vote_rcap
 16% [ 13 ]
İnternetə
Coğrafiya Sınaq 4 Vote_lcap11%Coğrafiya Sınaq 4 Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Coğrafiya Sınaq 4 Vote_lcap3%Coğrafiya Sınaq 4 Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Coğrafiya Sınaq 4 Vote_lcap13%Coğrafiya Sınaq 4 Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Coğrafiya Sınaq 4 Vote_lcap1%Coğrafiya Sınaq 4 Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Coğrafiya Sınaq 4 Vote_lcap6%Coğrafiya Sınaq 4 Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Coğrafiya Sınaq 4 Vote_lcap11%Coğrafiya Sınaq 4 Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Coğrafiya Sınaq 4 Vote_lcap1%Coğrafiya Sınaq 4 Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Coğrafiya Sınaq 4

Aşağa gitmek 
MüəllifIsmarıc
ŞəMSəDDiN

ŞəMSəDDiN


Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 25
Nerden : Biləsuvar , 1 may küçəsi

Coğrafiya Sınaq 4 Empty
Yeni mövzuMövzu: Coğrafiya Sınaq 4   Coğrafiya Sınaq 4 EmptyŞ. Okt. 29, 2011 5:14 am

1. Kiçik Qafqaz təbii vilayətindən axan çaylar:
a) Kürəkçay, Sumqayıtçay, Ağstafaçay b) Şinçay, İncəçay, Xaçınçay c) Qusarçay, Qudyalçay, Həkəri d) Tərtər, Qarqarçay, Xaçınçay


2. Okeanın 3750 m dərinliyinə exolotdan göndərilmiş səs siqnalı neçə saniyəyə geri qayıdar?
a) 4 san b) 5 san c) 6 san d)2 san


3.Qırmızı-sarı ferralit torpaqlar üçün xas deyil:
a) İfrat rütubətlənmə şəraitində əmələ gəlir b) Mineral maddələrlə zəif təmin olunmuşdur c) Codyarpaqlı meşələr altında formalaşır d) Yayıldığı ərazilərdə yağıntı buxarlanmadan çoxdur


4.Respublikamızda rütubətlənmə əmsalının daha az olduğu ərazilər:
1. Lənkəran ovalığı 2. Cənub-şərqi Şirvan düzü 3.Abşeron yarımadası 4.Vulkanik yayla 5. Şollar düzü

a) 4, 5 b) 1,3 c) 1, 5 d) 2, 3

5. 0,5 litr suda 12 qram duz olduğu müəyyənləşdirildi. Duzluluq neçə promildir?

a) 12 0/00 b) 24 0/00 c) 42 0/00 d) 27 0/00

6. Hansı iqlim qurşağında düz radiasiya daha böyük qiymət alır?

a) Tropik b) Ekvatorial c) Qütb d) Mülayim

7. Kür-Araz ovalığına aid olmayan düzlər:
1. Acınohur 2. Muğan 3. Salyan 4. Gəyən 5. Şirvan 6. Lənkəran

a) 1,3,5 b) 2,3,5 c) 1,4,6 d) 2,4,6

8. Atlantik okenı hövzəsinə aid olmayan çaylar:
1. Parana 2. Amur 3. Lena 4. Missisipi 5. Niger 6. Murrey

a) 2,3,6 b) 1,3,5 c) 1,4,5 d) 4,5,6

9. Gürcüstanla həmsərhəd olan fiziki-coğrafi rayon hansıdır?

a) Dağlıq Şirvan b) Qanıx-Əyriçay c) Qonaqkənd d) Samur-Dəvəçi

10. Kürə tökülən çaylar:
a) Bolqarçay, Türyançay, Araz, Tərtər b) Pirsaat, Qanıx, Tərtər, Oxçuçay c) Ağsuçay, Gəncəçay, Qabırrı, Viləşçay d) Ağstafaçay, Türyançay, Araz, Qanıx

11. Hansı bənddəki zirvələr arasında relyef amplitudu 627 metrə bərabərdir?

a) Böyük Kirs-Dəlidağ b) Tufandağ-Babadağ c) Qapıcıq-Dəlidağ d) Küküdağ- Kömürgöy

12. Dağ çaylarının düzənliyə çıxdıqları yerlərdə yaratdığı relyef formaları:

a) Gətirmə konusları b) Kanyonlar c) Barxan, dyun d) Meandr

13. Temperaturu 200 olan havada nisbi rütubət 78%-dən 48%-ə enmişdir. Bu dövr ərzində mütləq rütubətin neçə qram azaldığını tapın.

a) 30 q b) 5,1 q c) 1,7 q d) 3,4 q

14. Antarktika və Arktika üçün ümumi olmayan cəhət:

a) Ərazilərində yerin maqnit və coğrafi qütbləri yerləşir. b) Ərazilərini bütün meridianlar kəsir. c) Avrasiya və Şm.Amerika materikləri ilə əhatə olunublar d) Ən uzun qütb gecə və gündüzləri müşahidə edilir.

15. Orta Araz vilayətində təsərrüfatın inkişafına mane olan əlamətlər:
1. Yüksək dağlıq relyefin üstünlüyü
2. Mineral ehtiyatların bolluğu
3. Su ehtiyatlarının çatışmamağı
4. Aqroiqlim ehtiyatların zənginliyi
5. Qışın soyuq, yayın isti və quraq keçməsi

a) 1,4,5 b) 1,3,5 c) 3,4,5 d) 1,2,3

16. Torpaq əmələgəlməsi üçün daha əlverişli şərait olan təbii zonalar:
a) Səhra, yarımsəhra, ekvatorial meşə
b) Tundra, yarımsəhra, savanna
c) Tayqa, tundra, çöl
d) Çöl, meşə-çöl, savanna

17. Yarımsəhra və quru-çöl iqlim tipi hakim olmasına baxmayaraq Şollar düzündə düzən meşələrinin yaranmasının səbəbi:
a) Xəzərin sahilində yerləşməsi
b) Rusiya ilə sərhəddə yerləşməsi
c) Yeraltı suların səthə yaxınlığı
d) Samur-Abşeron kanalının təsiri

18. Hansı qitələr üzərində kontinental tropik hava kütlələri formalaşır?
1. Avropa
2. Asiya
3. Amerika
4. Afrika
5. Avstraliya
6. Antarktida

a) 2,4,5 b) 1,3,6 c) 1,3,5 d) 2,4,6

19. Qış gündönümündə günəş şüalarının 900 bucaq altında düşdüyü məntəqə ilə şimal tropiki arasındakı dərəcə fərqini tapın.
a) 700 b) 470 c) 900 d) 430
20. Araz çayının sol sahilində yerləşən düzənlikləri seçin.

1. Cənub-şərqi Şirvan
2. Mil
3. Gəyən
4. Muğan
5. Böyükdüz
6. Şirvan
7. Ceyrançöl
a) 1,3,4 b) 2,4,6 c) 1,5,7 d) 2,3,5

21. Şm.Amerika sahillərinin iqliminə təsir etməyən okean cərəyanları:
a) Qolfstrim, Kurosio, Şm.Passat b) Folklend, Kaliforniya, Q.Avstraliya c) Bengel, C.Passat, Somali d) Şm. Sakit okean, Peru, Alyaska

22. İqlim xüsusiyyətlərinə əsasən hansı məntəqələrdə meşə landşaftı yarana bilməz? MəntəqəTemperaturYağıntıBuxarlanma
I 130 700 680
II -90 200 150
III 150 800 850
IV 280 300 1200
a) I, III b) II, IV c) I, IV d) II, III

23. Eyni tektonik zonada yerləşən əraziləri tapın.
a) Samur-Dəvəçi ovalığı, Şirvan düzü b) Kiçik Qafqaz, Talış dağları c) Qanıx-Əyriçay vadisi, Şollar düzü d) Gəncə-Qazax düzü, Zəngəzur silsiləsi

24. Bakıdan 2700 azimutla 9394 km məsafədə yerləşən A məntəqəsinin yerləşdiyi saat qurşağını və Bakıyla arasındakı yerli vaxt fərqini tapın.
a) VII – 5.32 dəq. b) XXI – 7.12 dəq. c) XIX – 6.40 dəq. d) XX – 7.20 dəq.

25. Xəzərin cənub hissəsinə aid olan əlamətlər:
1. Çox dərindir
2. Duzluluğu yüksəkdir
3. Dərinliyi azdır
4. Neft-qaz yataqları ilə zəngindir
5. Qışda donur

a) 1,2,4 b) 2,4,5 c) 1,3,5 d) 2,3,4

26. Azərbaycanda rütubətlənmə əmsalının vahid və vahiddən böyük olduğu ərazilərdə formalaşan torpaq tipləri:
1. Sarı 2. Boz-qonur 3. Qonur-meşə 4. Şoran 5. Dağ-çəmən 6. Boz-qəhvəyi 7. Boz-çəmən

a) 2,3,6 b) 1,3,5 c) 1,4,7 d) 2,5,7

27. Miqyası 1:4000000 olan birinci xəritədə M və N nöqtələri arasındakı məsafə 3 sm-dir. İkinci xəritədə həmin məsafə 60 sm olarsa, onun miqyasını tapın.

a) 1:1000000 b) 1:600000 c) 1:3000000 d) 1:200000

28. Tropik işıqlanma qurşağında yerləşən yarımadalar:
a) Kaliforniya, Koreya b) Karpentariya, Ərəbistan c) Malakka, Yutlandiya d) Kamçatka, Somali

29. Kiçik Qafqaz vilayətində yerləşən göllər:

a) Maralgöl, Göygöl b) Göygöl, Sarısu c) Acınohur, Tufangöl d) Batabat, Ağgöl

30. Sarısu gölü hansı düzənlikdə yerləşir?

a) Şirvan b) Salyan c) Gəyən d) Mil






Əvvələ qayıt Aşağa gitmek
 
Coğrafiya Sınaq 4
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Coğrafiya-
Keç: