Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Ramazan ayı haqqında EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Ramazan ayı haqqında EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Ramazan ayı haqqında EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Ramazan ayı haqqında EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Ramazan ayı haqqında EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Ramazan ayı haqqında EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Ramazan ayı haqqında EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ramazan ayı haqqında EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ramazan ayı haqqında EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
USAIN_15
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
-αуtαc-
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
ŞəMSəDDiN
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
teardrop
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
๑NumBer๑One๑
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
moon_shin
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
Ghost Rider
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
DAFFODIL
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
-мαviαdα-
Ramazan ayı haqqında Vote_lcapRamazan ayı haqqında Voting_barRamazan ayı haqqında Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Ramazan ayı haqqında Vote_lcap27%Ramazan ayı haqqında Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Ramazan ayı haqqında Vote_lcap10%Ramazan ayı haqqında Vote_rcap
 10% [ 8 ]
İdmana
Ramazan ayı haqqında Vote_lcap16%Ramazan ayı haqqında Vote_rcap
 16% [ 13 ]
İnternetə
Ramazan ayı haqqında Vote_lcap11%Ramazan ayı haqqında Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Ramazan ayı haqqında Vote_lcap3%Ramazan ayı haqqında Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Ramazan ayı haqqında Vote_lcap13%Ramazan ayı haqqında Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Ramazan ayı haqqında Vote_lcap1%Ramazan ayı haqqında Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Ramazan ayı haqqında Vote_lcap6%Ramazan ayı haqqında Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Ramazan ayı haqqında Vote_lcap11%Ramazan ayı haqqında Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Ramazan ayı haqqında Vote_lcap1%Ramazan ayı haqqında Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Ramazan ayı haqqında

Aşağa gitmek 
3 posters
MüəllifIsmarıc
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Ramazan ayı haqqında   Ramazan ayı haqqında EmptyÇər. Avq. 03, 2011 2:11 pm

İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu ilə ramazan ayı barədə söhbət.

- BismilləhirRahmənirRahim. Ramazan ayı artıq öz geniş rəhməti və bərəkəti ilə üzərimizə gəlməkdədir və inancımız İslam dini ramazan ayını bizə məhz belə təqdim edir. Peyğəmbərimiz (ə.s.) öz mübarək "Şabaniyyə" xütbəsində də Ramazan ayını belə xarakterizə eləmişdi ki, mübarək Ramazan ayı öz rəhmət və bərəkəti ilə bizim üzərimizə gəlir. Bu, özünəməxsus fenomendir ki, biz ona getmirik, ay öz rəhməti ilə bizə doğru gəlir və bizim bu rəhmət və bərəkətdən nə qədər bəhrələnəcəyimiz bizim özümüzdən asılıdır. Əslində mübarək Ramazan ayının mahiyyətində, fəlsəfəsində dayanan əsas mövzu insanın ilahi təqvaya sahib çıxmasıdır.

"Qurani-Kərim" də bizdən Ramazan ayında tutulan orucun hədəf və məqsədi olaraq təqvaya sahib çıxmağımızı istəyir. Yəni əgər Ramazan orucu bizi təqvaya gətirib çıxarmayacaqsa, bunun gerçək oruca bir aidiyyəti yoxdur. Ramazan orucu sadəcə ac və susuz qalmaq deyil. Ramazan ayında tutulan oruc həm bədənlə, həm də ruhla olmalıdır. Yəni Ramazan, ilin digər aylarında Allahın haram buyurduqlarından çəkinmək vərdişlərimizin immunitetimizdə əks olunmmasına gətirib çıxmalıdır. Bu anlamda gözəl ayın içindəyik. Bu, ilahi ziyafətdir, çox geniş imkanlar yaradır, hər kəs öz imkanları daxilində sübhlərində, günortalarında, axşamlarında bundan bəhrələnə bilər. Yəni bu ilahi nemət qarşımıza qoyulub, nə qədər istifadə edəcəyimiz bizdən asılıdr.

- Namaz qılmayanlar oruc tuta bilərlər?

- Mübarək inancımız namazı vacib əməl kimi buyurub. Əgər mömin bu vacibatı tərk edərsə, böyük günah etmiş olur və buna görə cavab verəcək. Amma namazla yanaşı, mübarək Ramazan orucu da vacib əməldir. Və müstəqil vacib əməldir. Orucun namazla tutulmaq kimi şərti yoxdur. Ona görə də bir kəs namaz qılmırsa, günah iş görür, yanlış iş görür. Amma namaz qılmır deyə, oruc da tutmayaraq ikinci günahı işləməməlidir. Çünki mübarək Ramazan ayında oruc tutmaq özü də müstəqil vacib əməldir. Bir kəs namaz qılmayaraq oruc tutsa, bu onun orucunun qəbuluna mane deyil. Oruc müstəqil vacib əməldir.

- Bizdən əvvəlki nəslin nümayəndələri avqust orucunun çətinliyindən və məsuliyyətindən danışırdılar. Fiziki və mənəvi baxımdan avqust orucunun başqa oruclardan fərqi var?

- Çox fərqi var. Bu, insanın öz iradəsini gücləndirməsi üçün böyük bir fürsətdir. İnsanın öz bədənindəki gücünü səfərbər etməsi üçün fürsətdir. Əslində mən bu orucu keyfiyyət orucu adlandırardım. Çünki bəziləri hər zaman dəbə görə oruc tuturdularsa, indi gerçəkdən oruc tutanlar oruc tutacaq və keyfiyyətli bir proses gedəcək. İnancımız da kəmiyyətin yox, keyfiyyətin tərəfdarıdır.

- İsti hava şəraiti ilə əlaqədar kim bu orucu tutmaya bilər?

- Ümumilikdə fiqhdə kimin oruc tutub-tutmayacağı bəllidir. Əgər həkim orucun zərər verəcəyini bildiribsə, həmin xəstələr oruc tutmaya bilər. Bu anlamda insanın səhhətində oruc tutmaq üçün hər hansı bir maneə yoxdursa, inancımızda havaların isti olmasına görə oruc tutmamaq səbəbi yoxdur. İslamda sağlam bir möminin hər hansı bir səbəblə oruc tutmaması kimi bir şərt yoxdur.

- Ramazan ayında rəhmətə gedən biri üçün gün ərzində təamla ehsan vermək doğrudur?

- Ramazan ayında bu haram bir əməldir. Gün ərzində, yəni iftardan əvvəl belə şeylər haramdır. Hər hansı bir şəkildə belə işlərə dəstək vermək də haramdır və mənəvi baxımdan yolverilməzdir. Rəhmətə gedən insanın da ancaq zərərinədir. Belə hüzrlərə gedən din xadimləri maarifləndirmə aparmalı və hüzrdə iştirak edənlərə bunun haram olduğunu başa salmalıdırlar ki, biz müsəlmanıqsa, biz "Quran"ı tanıyırıqsa, biz Allahı tanıyırıqsa və bu işi rəhmətə gedənin xeyri üçün ediriksə, bunun ona xeyri yox, zərəri var.

- İslam peyğəmbəri Həzrəti Məhəmməd (ə.s.) oruc tutana iftar verənlər üçün böyük mükafatlar veriləcəyini bildirir. Bu mükafata nail olmaq üçün bir xurma, bir qurtum su kifayət edər, yoxsa hökmən süfrə açılmalıdır?

- Burada söhbət daha çox ondan gedir ki, insanlar yardımlaşma mədəniyyətini öyrənsinlər. Bəzi cəmiyyətlərdə insanlar sadəcə eqoizmə yönəlir və onların toplumdan təcridləşməsi prosesi gedir. Bu əslində insanların bir-birinə sahib çıxması, diqqət göstərməsi deməkdir. Bu bir xurma ilə, bir udum su ilə də ola bilər. Və sözsüz ki, burada söhbət niyyətdən, səmimilikdən gedir.

- Oruc tutmayan birinin verdiyi iftar dəvətinə getmək olar?

- Bir adam oruc tutmursa və iftar verirsə, getmək olar. Bunun üçün heç bir problem yoxdur. Amma çox gözəl olar ki, insan özü Allahın bəyəndiyi işi görsün və başqalarından da bunu gözləsin. Nəzərə almalıyıq ki, xalqımız Sovet hakimiyyətinin süqutundan sonra bu işləri yeni öyrənir. Hər kəs hələlik, sadəcə, bacardığı qədər xeyir əməl görürsə, bunu alqışlamaq lazımdır və dua etmək lazımdır ki, etmədiyi əməlləri də etsin.

- Ramazan ayının başlaması bəzən bizim ölkə ilə başqa ölkələrdə fərqli olur. Bunu necə izah etmək olar?

- Burada bir qəribəlik var. Azərbaycanda həmişə Ramazan ayının başlamasını elan edirlər, amma bayramı iki günə elan edirlər. Bunun niyə iki gün olduğunu soruşanda deyirlər ki, bu, ayın çıxmasından asılı olacaq. Əgər bayramla bağlı ayın çıxmağı bilinmirsə, eləcə də ayın əvvəli də bilinməməlidir. Ona görə də bu elanın özündə məntiqsizlik var. Ayın girdiyi günü elan edirlər, amma çıxması üçün iki gün elan edirlər. Mən belə düşünürəm ki, bu məsələlərdə kifayət qədər diqqətli olmaq lazımdır. Bu il mübarək Ramazan ayının şənbə günü başlama ehtimalı böyükdür. Çünki cümə günü şaban ayının 29-dur və astronomik proqramlara görə, cümə günü məğrib vaxtı təzə ayın görünmə ehtimalı çoxdur.

- Azərbaycan xalqına məsləhətləriniz, arzularınız...

- Bu ayda gözəl mənəvi bir imkan yaranır ki, hər birimiz xalqımıza məxsus milli mənəvi dəyərləri inkişaf etdirə bilək və sadaladığımız problemlərdən də qurtula bilək. Allahdan da arzumuz budur ki, bizə özümüzü tanımağı nəsib etsin. Özümüzü tanısaq, hər şey düzələr və ictimaiyyətimizə xidmət edə bilərik, İnşallah.

Əziz Bilesuvar Liseyi saytının sakinləri Ramazan Bayramınız Mubarək
Əvvələ qayıt Aşağa gitmek
Mustafayev Tehmasib

Mustafayev Tehmasib


Mesaj Sayısı : 428
Doğum tarihi : 26/10/96
Kayıt tarihi : 18/03/11
Yaş : 27
Nerden : bilesuvar

Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Geri: Ramazan ayı haqqında   Ramazan ayı haqqında EmptyÇər. Avq. 03, 2011 2:14 pm

maraqli idi ... sagol Shamxl...
hemcinin seninde bayramin mubarek
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Geri: Ramazan ayı haqqında   Ramazan ayı haqqında EmptyÇər. Avq. 03, 2011 2:16 pm

Deymez
Sag ol
Əvvələ qayıt Aşağa gitmek
Mustafayev Tehmasib

Mustafayev Tehmasib


Mesaj Sayısı : 428
Doğum tarihi : 26/10/96
Kayıt tarihi : 18/03/11
Yaş : 27
Nerden : bilesuvar

Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Geri: Ramazan ayı haqqında   Ramazan ayı haqqında EmptyÇər. Avq. 03, 2011 2:18 pm

sen oruc tutursan?????
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Geri: Ramazan ayı haqqında   Ramazan ayı haqqında EmptyÇər. Avq. 03, 2011 2:22 pm

he.Bes sen?
Əvvələ qayıt Aşağa gitmek
Mustafayev Tehmasib

Mustafayev Tehmasib


Mesaj Sayısı : 428
Doğum tarihi : 26/10/96
Kayıt tarihi : 18/03/11
Yaş : 27
Nerden : bilesuvar

Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Geri: Ramazan ayı haqqında   Ramazan ayı haqqında EmptyÇər. Avq. 03, 2011 2:37 pm

alllah qebul elsin.... men de...
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Geri: Ramazan ayı haqqında   Ramazan ayı haqqında EmptyÇər. Avq. 03, 2011 5:04 pm

Sag ol..................
Əvvələ qayıt Aşağa gitmek
Fidan

Fidan


Mesaj Sayısı : 428
Doğum tarihi : 22/05/96
Kayıt tarihi : 18/06/11
Yaş : 27
Nerden : Biləsuvar

Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Geri: Ramazan ayı haqqında   Ramazan ayı haqqında EmptyC. Avq. 05, 2011 7:36 pm

Təşəkkürlər Şamxal. Ramazan bayramınız mübarək.
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Geri: Ramazan ayı haqqında   Ramazan ayı haqqında EmptyB. Avq. 07, 2011 10:33 am

Sag ol Fidan
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Ramazan ayı haqqında Empty
Yeni mövzuMövzu: Geri: Ramazan ayı haqqında   Ramazan ayı haqqında Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Ramazan ayı haqqında
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: İslam-Din-
Keç: