Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Similar topics
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Dünyanın yaranması EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Dünyanın yaranması EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Dünyanın yaranması EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Dünyanın yaranması EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Dünyanın yaranması EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Dünyanın yaranması EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Dünyanın yaranması EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Dünyanın yaranması EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Dünyanın yaranması EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
USAIN_15
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
-αуtαc-
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
ŞəMSəDDiN
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
teardrop
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
๑NumBer๑One๑
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
moon_shin
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
Ghost Rider
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
DAFFODIL
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
-мαviαdα-
Dünyanın yaranması Vote_lcapDünyanın yaranması Voting_barDünyanın yaranması Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Dünyanın yaranması Vote_lcap27%Dünyanın yaranması Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Dünyanın yaranması Vote_lcap10%Dünyanın yaranması Vote_rcap
 10% [ 8 ]
İdmana
Dünyanın yaranması Vote_lcap16%Dünyanın yaranması Vote_rcap
 16% [ 13 ]
İnternetə
Dünyanın yaranması Vote_lcap11%Dünyanın yaranması Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Dünyanın yaranması Vote_lcap3%Dünyanın yaranması Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Dünyanın yaranması Vote_lcap13%Dünyanın yaranması Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Dünyanın yaranması Vote_lcap1%Dünyanın yaranması Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Dünyanın yaranması Vote_lcap6%Dünyanın yaranması Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Dünyanın yaranması Vote_lcap11%Dünyanın yaranması Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Dünyanın yaranması Vote_lcap1%Dünyanın yaranması Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Dünyanın yaranması

Aşağa gitmek 
3 posters
MüəllifIsmarıc
DAFFODIL

avatar


Mesaj Sayısı : 545
Doğum tarihi : 10/11/98
Kayıt tarihi : 05/06/11
Yaş : 25
Nerden : BİLƏSUVAR

Dünyanın yaranması Empty
Yeni mövzuMövzu: Dünyanın yaranması   Dünyanın yaranması EmptyŞ. İyul 30, 2011 9:40 am

Dünyanın yaranması Dunyapsd



İlk insanın yarandığı gündən cavabı mə’lum olan və sonra illər, qərinələr, əsrlər və eralar keçВ¬diВ¬kcə unudulan sual: В«Dünya (Yer planeti və onun üzərindəkilər nəzərdə tutulur) nə vaxt yaraВ¬nıb? Onu kim yaradıb? İnsan nə vaxt yaranıb? Nə üçün yaranıb?В» – həmişə insanları düşünВ¬düВ¬rüb. Əlbəttə, bu sual mən özümü dərk etməyə başladığım anlardan məni də düşündürməyə başladı.

Çox qəribə və eyni zamanda maraqlı bir məqamı burada qeyd etmək istəyirəm. Həmin suallara məktəbdə müəllimlərimin cavablarını eşidəndə mən çaş-baş qalırdım. Onlar çalışırdılar məni inandırsınlar ki, dünya özü-özünə, öz başına yaranıb və bitkilər də, canlılar da, o cümlədən, inВ¬san da təsadüf nəticəsində yaranıblar. Bu cavabları mən hələ uşaq olarkən bir zarafat kimi qəbul edirdim. Həmin cavabları sonralar mən universitet müəllimВ¬ləВ¬riВ¬mВ¬dən də eşitdim. Əlbəttə, Sovet məktəblərində, institutlarında, universitetlərində maВ¬terialist ideyaları ilə aşılanmış və Darvinin təkamül nəzəriyyəsi ilə silahlanmış ziyalılardan başqa bir cavab gözləmək ən azı sadəlöhvlük olardı.

Maraqlı burasıdır ki, oxuduğum bədii, elmi kitablarda da həmin cavablardan başqa bir şey tapa bilmirdim. Amma buna baxmayaraq, atamın mənə verdiyi cavabı mən həmişə , hətta kommunist partiyasının üzvü olduğum (1974-cü ildən 1990-cı il yanvarın 20-dək) illərdə də, daha doğru və daha düzgün saymışam. Bu fikrin üzərində belə möhkəm dayanmağımın səbəbi nə idi? Məntiqə əsaslanıb bu suala cavab vermək istəsəm onda bunu deyə bilərəm: uşaq həmişə atasını ən güclü, ən ağıllı, ən savadlı saydığı üçün ən çox inandığı insan da onu hesab edir, ona görə də onun dediyinə inanır və itaət edir. Əlbəttə, söhbət əsl, normal atadan gedir. Övlad böyüdükcə onun təmas dairəsi genişlənir, dünya görüşü artır və inancları, bilikləri həyatın sınaqlarına düçar olur. Bu sınaqlar nəticəsində biliklərin hansılarının doğru, düzgün, hansılarının isə səhv, yalan olduğu hər bir insan üçün müəyyənləşir. İnsan həyatında əldə etdiyi nəzəri biliklərin ən etibarlı sınağı təcrübədir.

Bizi maraqlandıran suala cavab tapmaq üçün insan təcrübə qoymaq iqtidarında deyil, yə’ni dünya yaratmaq mümkün deyil. Bəs onda bu məsələdə nəyə inanmalıyıq, nəyə inanmamalıyıq?

XIX və XX əsrlərdə kainatın (o cümlədən dünyanın) yaranmasının bir-birinə əks olan iki modeli formalaşıb: Dünyəvi elmlərə əsaslanan В«evolüsionВ» (təkamül) modeli və ona alternativ olan В«kreasionВ» (yaranma) modeli, yə’ni kainatın Allah-təala tərəfindən yaradılması.

Biz dilemma qarşısındayıq: ya dünyanı Allah-təala yaradıb – kreasion model; ya da ki, dünya təsadüf nəticəsində öz-özünə yaranıb və təkamül nəticəsində bu gün gördüyümüz şəklini alıb - evolüsion model. Təcrübə qoymaq mümkün olmadıqda, seçimdə yanılmamaq üçün nə etməli?

Elmdə bu cür hallarda belə bir fənd işlədilir. İki şeydən hansısa birinin mümkün olduğunu isbat etmək üçün o birisinin mümkün olmadığını isbat etmək kifayət edir.İndi biz deyilən fənddən istifadə edib çalışaq ki, evolüsion modelin cəfənВ¬giyyat olduğunu isbat edək . Onda biz bununla kreasion modelin düzgün olduğunu təsdiq etmiş olarıq.

EVOLÜSİON MODEL

Evolüsion model Kainatın və onda olan bütün varlıqların təsadüf nəticəsində öz-özünə əmələ gəlməsini qəbul edir və В«Böyük partlayışВ» nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə, materiya ilk öncə bir nöqtədə cəm olubmuş, sonra nəhəng partlayış baş verib materiyanı fəzaya səpələnmişdir və bu materiya parçalarından saysız-hesabsız ulduzlar və qalaktikalar yaranıb.

Buna alternativ olan В«steady stateВ» nəzəriyyəyəsi də mövcud idi. Bu nəzəriyyəyə görə, məВ¬kan əbВ¬əВ¬didir, materiya isə kainatın hüdudlarında öz-özünə yox olub, onun mərkəzində yeВ¬nidВ¬ən peВ¬yВ¬da olur. Əslində düzgün olan bu nəzəriyyənin müəllifi Fred Hoyl sonralar özünün deВ¬dВ¬iВ¬klərinin cəВ¬fənВ¬gВ¬iВ¬yВ¬yat olduğunu başa düşüb, ondan imtina etdi. Nəzərə alaq ki, bu nəzəriyyələr bВ¬iВ¬r başa müВ¬şaВ¬hВ¬idə və təcrübə nəticəsində yaranmayıb. Ona görə də onların sözün əsl məВ¬naВ¬sıВ¬nda ciddi elmi nəzəriyyə adlandırmaq olmaz. Onların yalnız fərziyyə kimi qiymətləndirmək olar.

Dünyəvi elmlər müşahidə və eksperimentə əsaslanıb mövcud obyektlərdə və onların arasında baş verən hadisələrin səbəb-nəticə əlaqəsini aşkar etməklə məşğuldur. İndiyədək heç kəs nə dünyanın yaranmasını müşahidə edib, nə də ki, dünyanı yaratmaq eksperimentini qoymaq iqtidarında olub və yəqin ki, bundan sonra da olmayacaq. Ona görə də dünyəvi elmlər dünyanın yaranışı haqqında, yəni dünyanın yaranmasının məqsədi və səbəbi haqqında səhih nəticələr əldə etməyə qadir deyil.

Belə olduqda biz nə etməliyik? Bizim bir çıxış yolumuz qalır ki, o da elm aləmində qəbul oluВ¬n¬¬¬¬muş fərziyyələri nəzərdən keçirib, onların həqiqətə nə dərəcədə uyğun olub-olmadığını müəyВ¬yəВ¬nВ¬lВ¬əşdirməkdir. Burada ulduzların qalaktikaların müasir nəzəriyyələrə görə necə yaranmasının təВ¬fВ¬silatını açmaq fikrində deyilik. Çünki onlarda çoxlu sayda mübahisəli müddəalar mövcuddur. HəВ¬min nəzəriyyələr haqqında (o cümlədən В«Böyük partlayışВ» nəzəriyyəsi haqqında da) məşhur fraВ¬nsız fiziki L. Brillüen belə demişdir : В«Bunlar həddindən artıq gözəl olduğu üçün, onlar inaВ¬nВ¬dıВ¬rıcı deyilВ». Amma nə etməli? Müasir elmdə bu qədər sirrlə dolu kainatdakı hadisələri izah edВ¬ən başqa bir nəzəriyyə yoxdur. Ona görə də biz ən geniş yayılmış nəzəriyyələrdən bəzilərini nəzərdən keçirib, onlarda olan mübahisəli və ziddiyyətli məqamlara öz münasibətimizi bildirməklə kifayyətlənəcəyik. Bunlardan ən məşhuru В«Böyük partlayışВ»dır fərziyyəsidir.

В«Böyük partlayışВ» nəzəriyyəsi bir neçə fundamental problemlərlə qarşılaşıb və onların həllində aciz qaldığı üçün bunun cəfəngiyyat olduğunu sübut edir. Bunlardan birincisi odur ki, bir nöqtədə cəmləşib və sonra partlayışı törədən materiya haradan yarandı? İkincisi odur ki, В«Böyük partlayışВ» nəzəriyyəsinə görə, bizim kainatın ölçüləri indi 1 sm olmalı idi. Halbuki, müasir astronomik müşahidələrin nəticələri göstərir ki, kainatın radiusu 1028 sm-ə bərabərdir. Üçüncüsü odur ki, В«Böyük partlayışВ»ı törədən ağılasığmaz dərəcədə böyük temperatur 1013K haradan yaranmışdır? Dördüncüsü odur ki, nəyə görə kainat təəccüb doğuran dərəcədə bircinsdir? Halbuki, partlayış nəticəsində yaranan kütlə kainatda qeyri-bərabər şəkildə paylanmalı idi. Beşincisi odur ki, materiyanın sıxlığının fluktuasiyası nəticəsində Kainatda əmələ gələn sistemlərdə onları təşkil edən elementlər (ulduzlar, planetlər, peyklər və s.) nə üçün çox nizami şəkildə hərəkət edir? Partlayış nəticəsində kainatda belə nizami hərəkət edən qalaktikalar, ulduzlar sistemi və onlara daxil olan obyektlərin əmələ gəlməsi nüvə bombasının partlayışı nəticəsində əmələ gələn daş-kəsəkdən çox mərtəbəli evlərin tikilib, prospektlər və küçələr boyunca düzülüb, böyük bir şəhərin əmələ gəlməsinə bənzəyir. Belə bir şey mümkündürmü? Sağlam düşüncəyə malik olan hər bir kəs bu suala В«yoxВ» cavabını verər.

Yuxarıda qoyulan sualları В«Böyük partlayışВ» nəzəriyyəsi uzun müddət cavabsız qoymuşdur. Nəhayət, keçən əsrin sonunda rus fizikləri E.Qliner, S.Starobinski və Amerika fiziki A.Qus tərəfindən irəli sürülmüş kainatın inflasion nəzəriyyəsi (ifrat tez genişlənmə) bu sualları cavablandırmağa cəhd etmişdir. Bu nəzəriyyə fizikanın etibarlı sahələri olan Eynşteynin В«Ümumi nisbilik nəzəriyyəsiВ»nə və sahənin В«Kvant nəzəriyyəsiВ»nə əsaslanıb, kainatın başlanğıcdan bu günə qədər genişlənmə mənzərəsinin təsvirini yaradır. Bu nəzəВ¬riyВ¬yənin əsasını təşkil edən fərziyyəyə görə, hər şeydən əvvəl, bütün fəzanı dolduran В«inflatonВ» adВ¬lanan sahə var imiş, təsadüf (fluktuasiya) nəticəsində həmin sahənin daxilində 10-33 sm ölВ¬çüdə olan onun xüsusi konfiqurasiyası yaranıb. Bundan sonra kainatın yaranması sahənin məhz bu konfiqurasiyanın kəskin genişlənməsindən (inflyasiyasından) başlayıb. Qeyd edək ki, müasir elmi nəticələrə əsaslanan hesablamalara görə, kainatın ilkin ölçüsü 10-27 sm olmuşdur. Zənn edilir ki, məhz bu miqyasdan başlayaraq bizə məlum olan fizikanın əsas qanunları işə düşür və həmin qanunlara əsasən, kainatın bundan sonra yaranma prosesi təsvir edilir. Belə güman edilir ki, fluktuasiya nəticəsində yaranan inflaton sahənin həmin xüsusi konfiqurasiyasının ölçüləri 10-35 saniyə ərzində 1027 dəfə böyüyüb, 1 sm-ə çatır. Qeyd edək ki, buradan materiyanın genişlənmə sürəti işıq sürətindən 1052 dəfə çox olub. Görəsən bu nə dərəcədə həqiqətə uyğundur? Bu absurdu əsaslandırmaq üçün inflasion genişlənmə nəzəriyyəsinin müəllifləri belə zənn edirlər ki, ilkin materiya- inflaton sahənin (sahənin xüsusi konfiqurasiyası) daxilində yerləşir və onun xəyali sərhədi qeyri-material olduğu üçün sahədə (mühitdə) genişlənərək heç bir müqavimətə rast gəlmir və buna görə də genişlənmə işıq sürətindən böyük olub. Əvvəla, materiyanın sərhədi necə qeyri-material ola bilər? Əgər В«ilkin konfiqurasiyaВ» materiyadırsa, onda materiya işıq sürətindən böyük sürətlə necə hərəkət edə bilər? Materiyanın işıq sürətindən böyük sürətlə hərəkət edə bilməyəcəyini В«İnflaton nəzəriyyəsiВ»nin müəllifləri özləri də etiraf edirlər. Əgər inflaton sahə qeyri-materiyadırsa, yəni fəzanı yaradan səbəb yoxdursa (nəzərə alaq ki, müasir elmin və fəlsəfənin qanunlarına görə, fəzanı yaradan materiyadır), onda genişlənmə hansı fəzada baş verir? Yəni materiyasız В«fəzaВ» haqqında danışmağa bizim əsasımız varmı?

Kainatın ölçüsü 1 sm olduqda inflasiya başa çatır və inflaton sahəsinin enerjisi minimuma enir. Nəticədə yığılan kinetik enerji yaranıb səpələnən zərrəciklərin enerjisinə çevrilir. Başqa sözlə desək, kainatın qızması başlayır. Elə həmin məqam bu gün В«Böyük partlayışВ» adlanır.

В«İnflasion genişlənmə nəzəriyyəsiВ»nin əsasını təşkil edən В«inflaton sahəВ» görəsən haradan yaranmışdır? Bu sahədə yaranan zərrəciklər necə yarandı?

Onlar da В«təsadüfВ» nəticəsindəmi yaranıbmış?! Kainatın yaranmasına səbəb olan inflaton saВ¬hВ¬əВ¬nin xüsusi konfiqurasiya da təsadüf nəticəsindəmi əmələ gəlibmiş?! Sahənin müasir kvant nəzəriyyəsi təsdiq edir ki, vakuumda güclü və yaxud ifrat dəyişən sahə yaratdıqda ondan zərrəciklər əmələ gəlir. Belə olduqda məsələnin bütöv həlli bu sualın cavabında cəmləşir: məkanda ilk sahə (enerji) təsadüf nəticəsində yaranmışdır, yoxsa onu Yaradan var? Ateistlər onun təsadüf nəticəsində yaranmasına inanırlar, möminlər isə onu Allah-təala yaratdığına inanırlar.

Görəsən kainatda, mikroВ¬aВ¬l¬¬əmВ¬dən tutmuş makroaləmədək cismlərin bu qədər nizami və çox dəqiq qaВ¬nВ¬uВ¬nauyğunluqla hərВ¬əВ¬kəti və onların ölçülərinin bir-birinə nisbətində olan qanunauyğunluqlar da В«təsadüfdürmü?В»

Ateistlərin də inandığı termodinamikanın ikinci qanununa görə, sərbəst (öz başına) sistemlərdə, entropiya (nizamsızlığın göstəricisi) daima artır. Belə olduqda, В«öz başınaВ» kainatın daxilində nizamsızlıq getdikcə artmalı idi və 10 milyard il (müasir elmdə kainatın mövcud olduğu müddət) ərzində o dağılmalı idi. Müşahidələr isə bunun əksini göstərir, yəni kainatın tövrü heç də pozulmur. Bu da ona dəlalət edir ki, kainat özbaşına deyil. Onun quruluşu da, ondakı hadisələr də bir-birilə qırılmaz səbəb-nəticə zəncirinin həlqələrilə bağlıdır. Həmin zəncir isə öz-özünə yarana bilməz. Deməli, onu Yaradan var!

Qeyd edək ki, protonun (hidrogen atomunun nüvəsi) ölçüsü 10-13 sm-dir. Kainatın isə müasir ölçüsü 1028 sm-ə bərabərdir. Maraqlıdır ki, kainatın ilkin ölçüsü (10-33 sm) protonun ölçüsündən neçə dəfə kiçik idisə, proton da o qədər Aydan kiçikdir. Ayın ölçüsü müasir kainatın ölçüsünə hansı nisbətdədirsə, kainatın da ilkin ölçüsü protonun ölçüsünə həmin nisbətdə olub. Görəsən cismlərin ölçülərindəki bu nisbətlər də təsadüfdürmü? Bu sualın cavabı Quranda [XIII- 8] belə açıqlanır: В«Hər şey Onun(Allahın) yanında bir ölçü ilədir.В»

Diqqəti çəkən odur ki, yuxarıda sadalanan bütün təkamül proseslərinin, inflaton sahənin xüsusi konfiqurasiyasından tutmuş ta kainatın bugünkü mənzərəsinədək hamısı təsadüf nəticəsində baş vermişdir. Saysız-hesabsız təsadüflər nəticəsində kainatda bu qədər maddə əmələ gələrkən nəyə görə həmin təsadüflər nəticəsində o qədər də antimaddə əmələ gəlmədi? Halbuki onların hər ikisinin yaranma ehtimalı eynidir. Antimaddələrin yaranmasının qarşısını alan hansı qüvvə idi? Yoxsa kainatın inkişafını müşaiyət edən materiyanın artması antimateriyanın isə yaranmaması da təsadüfdür?

Biz hətta sadalanan faktların hamısının təsadüf olduğuna inansaq da, həm idealist, həm də ma¬¬terialistlərin qəbul etdiyi fəlsəfənin qanun və qaydalarına görə, bu qədər təsadüflərin zəВ¬ruВ¬riВ¬yВ¬yВ¬əВ¬tdən irəli gəlməsini qəbul etməliyik. Həmin В«təsadüflərinВ» ardıcıl və çox nizami qaydada bir-biВ¬rinin ardınca baş verməsi onları törədən və nizamlayan şüura əsaslanan hansısa proqramın olВ¬mВ¬asına dəlalət edir. Şüur varsa, deməli, onun sahibi də olmalıdır. Deyilmi? Yəni bu В«təsaВ¬düВ¬flərinВ» səbəbləri olduğunu və bu səbəbləri törədənin, Yaradanın varlığını qəbul etməliyik.

Kainatın müxtəlif nəzəri modellərinin, o cümlədən В«Böyük partlayışВ» modelinin də, səhv olduğunu Nobel mükafatı laureatı, dünya şöhrətli fizik P.A.M. Dirakın söylədiyi fikir təsdiq edir. O, 1968-ci ildə Beynəlxalq nəzəri fizika mərkəzində (Triyest, İtaliya) müasir fizikanın problemləri simpoziumundakı məruzəsində deyir: В«Kosmologiya fizikanın həddindən artıq spekulyativ fikirlər dolaşan sahəsidir. Burada əsaslanmaq üçün dəqiq müəyyənləşmiş faktların çox az olduğuna baxmayaraq, nəzəriyyəçilər kainatın müxtəlif modellərini qururlar. Bunun üçün onlar öz fantaziyalarının yaratdığı fərziyyələrdən bəhrələnirlər. Yəqin ki, bu modellərin hamısı səhvdir. Adətən, fərz olunur ki, təbiətin qanunları keçmişdən bu günə qədər dəyişməz qalıb. Belə fərziyyələrin irəli sürülməsi üçün heç bir əsas yoxdur. Qanunlar dəyişə bilər. Hətta dünya sabitləri kimi qəbul olunan kəmiyyətlər də kosmoloji zamandan asılı olaraq dəyişə bilər. Həmin asılılıq qurulan modellərin müəlliflərini bağışlanmaz səhvə düçar edə bilərВ».

Beləliklə, aparılan elmi araşdırmaların, tədqiqatların əhatəsindən və dərinliyindən asılı olmВ¬ayaraq, həmişə bir nəticə hasil olur: bütün varlıqları Yaradan var, Yaradanın olması isə В«təsadüfünВ» olmaması deməkdir. Bununla da təsadüflərə əsaslanan evolüsion modelin cəfəngiyyat olduğunu təsdiqləmiş oluruq.

В«Böyük partlayışВ» nəticəsində kainatdakı mövcud ulduz sistemlərinin,o cümlədən Günəş sisВ¬tВ¬eminin də əmələ gəlməsi üçün bir neçə milyard il keçməli idi. İndi baxaq görək kainatın yaşı doВ¬ğrudanmı dünyəvi elmlərin təsdiq etdiyi kimi 4,5 milyard ildir, yoxsa cavandır? Bizə ən yaxın olВ¬an Günəş sisteminə nəzər salıb, onun yaranması haqqında düşünsək, əldə etdiyimiz nəticələrə əsВ¬aslanıb Kainatın yaranma tarixinə aid söylədiyimiz fikir və mülahizələr həqiqətə daha yaxın olВ¬ar. Əgər biz Günəş sisteminin cavanlığını isbat edə bilsək, onda Kainatın da cavanlığını təsdiq etВ¬miş olarıq və bununla ulduz sistemlərinin yaranması üçün tələb olunan bir neçə milyard illərə ehВ¬tiyac olmadığını təsbit etmiş olarıq. Bununla da evolüsion modelinin əsassız olduğunun təsdiqləmiş olarıq.
Əvvələ qayıt Aşağa gitmek
Mustafayev Tehmasib

Mustafayev Tehmasib


Mesaj Sayısı : 428
Doğum tarihi : 26/10/96
Kayıt tarihi : 18/03/11
Yaş : 27
Nerden : bilesuvar

Dünyanın yaranması Empty
Yeni mövzuMövzu: Geri: Dünyanın yaranması   Dünyanın yaranması EmptyŞ. İyul 30, 2011 9:50 am

maraqli idi .... axira qeder oxuya bilmedim, bagisla...
eziyyyete gore tesekkurler
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Dünyanın yaranması Empty
Yeni mövzuMövzu: Geri: Dünyanın yaranması   Dünyanın yaranması EmptyŞ. İyul 30, 2011 11:06 am

Sag ol.Maraqli idi.Eziyyete gore tessekurler
Bagisla axira qeder oxuya bilmedim.Cox uzun idi.
Əvvələ qayıt Aşağa gitmek
DAFFODIL

avatar


Mesaj Sayısı : 545
Doğum tarihi : 10/11/98
Kayıt tarihi : 05/06/11
Yaş : 25
Nerden : BİLƏSUVAR

Dünyanın yaranması Empty
Yeni mövzuMövzu: Geri: Dünyanın yaranması   Dünyanın yaranması EmptyŞ. İyul 30, 2011 6:32 pm

ox tesekkurler mende oxuyub qurtarinca ureyim kecti ama oxuyub qurtardim tesekkurlere gore sag olun usaqlar
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Dünyanın yaranması Empty
Yeni mövzuMövzu: Geri: Dünyanın yaranması   Dünyanın yaranması EmptyŞ. İyul 30, 2011 6:56 pm

Deymez Nergiz
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Dünyanın yaranması Empty
Yeni mövzuMövzu: Geri: Dünyanın yaranması   Dünyanın yaranması Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Dünyanın yaranması
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Dünyanın ən təhlükəli 10 iti
» Dünyanın ən çirkin qadını
» Dünyanın ən böyükləri

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: Məlumatlar-
Keç: