ŞəMSəDDiN
Mesaj Sayısı : 1165 Doğum tarihi : 16/03/99 Kayıt tarihi : 16/01/11 Yaş : 25 Nerden : Biləsuvar , 1 may küçəsi
| Mövzu: Dünyanın ən bahalı gülü 5000 dollaradır Ç.a. İyul 19, 2011 6:51 am | |
| Yeddi ən bahalı və gözəl gül
Güllər dünyanın bəzəyi, naxışıdır. Xanımları gülsüz, gülləri də xanımlarsız çətin təsəvvür etmək olar. Sizi dünyanın yeddi ən bahalı və ən gözəl gülləri ilə tanış edirik:
1. Dünyanın ən bahalı gülü “Kinabalu qızılı” adlanır. Bu gül ancaq Borneo adasında yerləşən Kinabalu dağında yetişir. Gülün ləçəkləri rəngbərəng və zolaq-zolaqdır. Bir dəstəsi 5 000 dollardır.
2. Zərif çəhrayı rəngli “Medinella” dünyanın ən gözəl ekzotik gülü sayılır. Vətəni Fillipin və Madaqaskar adalarında yerləşən tropik meşələrdir. Bir buketi 700 dollardır.
3. “Holland qızılgülü”. Güllərin şahanəsi “Den Bosch” şirkətində texnoloji üsulla əldə olunur. Al rəngdə qızılgül əldə etmək üçün onun gövdəsinə xüsusi rəng yeridilir. Ləçəkləri xüsusi qulluq tələb edir. Belə qızılgüllərin 30 ədədli buketi 325 dollardır.
4. Dünyanın ən bahalı güllərindən biri də tünd bənövşəyi və zil qara çalarlı zanbaqdır. Bu gülə çox vaxt “Gecələr şahı” deyirlər. Vaxtı ilə bu gülün toxumu bir sürü qoyunla, iki ton yağla, 300 litr çaxırla, 4 ton pivə ilə, 4 öküzlə və yaxud dörd donuzla dəyişdirilirdi. Bu gün isə bu gülün toxumu 20 dollara satılır.
5. Dünyanın ən gözəl və ən bahalı qızıl güllərindən biri də “Pyer de Ronsar” adlanır. O, tanınmış fransız komiki Lui de Fünesin ən sevimli gülüdür. Açıq çəhrayı rəngi var. Belə qızılgül kolu hər bir bağın yaraşığıdır. Qönçələri ağır olur. Bir qönçəsi 15 avrodur.
6. Dünyanın ən ağır və qeyri-adi qoxusu olan gül isə “Raffleziya” və yaxud “Ölü gülü” adlanır. Kalimantan və Sumatra cəngəlliklərində yetişir. Ağırlığı 11 kiloqrama çatır. 9 aya yetişir, cəmi iki gün gül açır.
7. Dünyanın ən nadir və az tapılan gülü isə “Qırmızı Middlemist“ adlanır. Dünyada bu gülün cəmi iki növ kolu qalıb. Bu gözəl kollar da ancaq Yeni Zelandiyada və Böyük Britaniyanın kral sarayın istixanasında saxlanılır. | |
|
USAIN_15
Mesaj Sayısı : 1479 Doğum tarihi : 22/05/96 Kayıt tarihi : 13/04/11 Yaş : 27 Nerden : Biləsuvar
| Mövzu: Geri: Dünyanın ən bahalı gülü 5000 dollaradır Ç.a. İyul 19, 2011 6:52 am | |
| Maraqlı idi sağol.Amma o biri güllərin şəkillləri olsaydı lap yaxşı olardı | |
|
teardrop
Mesaj Sayısı : 1139 Doğum tarihi : 24/10/94 Kayıt tarihi : 24/03/11 Yaş : 29 Nerden : bilesuvar
| Mövzu: Geri: Dünyanın ən bahalı gülü 5000 dollaradır Ç.a. İyul 19, 2011 7:08 am | |
| he mencede ama menim ucun en gozel gul qirmizi qizilguldur sagol maraqlidi ama men pulumu bele vermezdim (ama eslinde vererdim eeeeeeee neyse) | |
|
Fidan
Mesaj Sayısı : 428 Doğum tarihi : 22/05/96 Kayıt tarihi : 18/06/11 Yaş : 27 Nerden : Biləsuvar
| Mövzu: Geri: Dünyanın ən bahalı gülü 5000 dollaradır Ç.a. İyul 19, 2011 9:23 am | |
| Məncə ən gözəl güllər ağ güllərdi. Bütün ağ gülləri çox sevirəm. Bu güllərdən isə bir dənə Raffleziya adını eşitmişdim. Çox sağ ol Şəmsəddin güllər həqiqətən də dünyanın ən gözəl varlıqlarıdır. | |
|
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Dünyanın ən bahalı gülü 5000 dollaradır Ç.a. İyul 19, 2011 10:27 am | |
| Cox sag ol Shemseddin Tesekkurler | |
|
Sponsored content
| Mövzu: Geri: Dünyanın ən bahalı gülü 5000 dollaradır | |
| |
|