Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Similar topics
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Qaraqoyunlu dovleti EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Qaraqoyunlu dovleti EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Qaraqoyunlu dovleti EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Qaraqoyunlu dovleti EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Qaraqoyunlu dovleti EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Qaraqoyunlu dovleti EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Qaraqoyunlu dovleti EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Qaraqoyunlu dovleti EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Qaraqoyunlu dovleti EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
USAIN_15
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
-αуtαc-
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
ŞəMSəDDiN
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
teardrop
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
๑NumBer๑One๑
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
moon_shin
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
Ghost Rider
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
DAFFODIL
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
-мαviαdα-
Qaraqoyunlu dovleti Vote_lcapQaraqoyunlu dovleti Voting_barQaraqoyunlu dovleti Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Qaraqoyunlu dovleti Vote_lcap27%Qaraqoyunlu dovleti Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Qaraqoyunlu dovleti Vote_lcap10%Qaraqoyunlu dovleti Vote_rcap
 10% [ 8 ]
İdmana
Qaraqoyunlu dovleti Vote_lcap16%Qaraqoyunlu dovleti Vote_rcap
 16% [ 13 ]
İnternetə
Qaraqoyunlu dovleti Vote_lcap11%Qaraqoyunlu dovleti Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Qaraqoyunlu dovleti Vote_lcap3%Qaraqoyunlu dovleti Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Qaraqoyunlu dovleti Vote_lcap13%Qaraqoyunlu dovleti Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Qaraqoyunlu dovleti Vote_lcap1%Qaraqoyunlu dovleti Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Qaraqoyunlu dovleti Vote_lcap6%Qaraqoyunlu dovleti Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Qaraqoyunlu dovleti Vote_lcap11%Qaraqoyunlu dovleti Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Qaraqoyunlu dovleti Vote_lcap1%Qaraqoyunlu dovleti Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Qaraqoyunlu dovleti

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Qaraqoyunlu dovleti Empty
Yeni mövzuMövzu: Qaraqoyunlu dovleti   Qaraqoyunlu dovleti EmptyB.e. May 30, 2011 6:18 pm

Qaraqoyunlu dövlətinin yaranması

24 may 1388 - Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan qovuldu, 1410-cu ildə isə Qaraqoyunlu dövlətinin yarandığı elan edildi.

Tanınmış Qaraqoyunlu hökmdarları Qara Məhəmməd (1380-1389), Qara Yusif (1390 – 1420), Qara Isgəndər (1420 – 1435), Cahan Şah (1435 – 1467) olmuşdur.

Qaraqoyunlu sülaləsinin banisi Baharlı tayfasından olan Bayram Xoca olmuşdur. Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsası 1380 - 1389-cu illərdə Qara Məhəmməd tərəfindən qoyulmuşdur. 1387-ci ilin yazında, Çapaqcur döyüşündə Qara Məhəmməd Əmir Teymurun hərbi qüvvələrini məğlub etdi. Lakin onun ölümündən sonra Əmir Teymurun orduları Qaraqoyunlu birliyinin mərkəzi olan Van şəhərini tutdular.

Qara Yusif dövrü

Qaraqoyunlu dövlətinin banisi isə Qara Yusif olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa Ermənistan, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub. Tayfa ittifaqı kimi fəaliyyət göstərən qaraqoyunlular Teymurun hakimiyyətində olan Təbrizi ələ keçirtməyə çalışırdılar. 1394-cü ilin yayında Teymurun ordusu Bağdad yaxınlarında qaraqoyunlu və cəlayirli birləşmiş qoşunlarını məğlub edir. Bu məğlubiyyətdən sonra çarəsiz qalan Qara Yusif (1389-1420) cəlairli Sultan Əhmədlə birlikdə Osmanlı Sultanı İldırım Bəyazid in (1389-1402) himayəsinə girir.Teymur bu iki lideri geri tələb etsə də, İldırım Bəyazid bundan qəti surətdə boyun qaçırır. Qara Yusif vəziyyəti daha da gərginləşdirmək istəmədiyi üçün Osmanlı dövlətini tərk edərək, öz adamlarını ətrafında toplayır və Teymur əleyhinə ittifaq yaratmaq məqsədilə Sultan Əhməd Cəlairilə birlikdə Misirə getdi. Misir məmlük sultanı Berkuk onları yaxşı qarşılasa da onun varisi Fərəc Əmir Teymurun əmri ilə Qara Yusiflə Sultan Əhməd Cəlairini həbs etmişdi. Əmir Teymurun ölümündən sonra Qara Yusiflə Sultan Əhməd Cəlairi Azərbaycana qayıtdılar. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əmir Teymura qarşı mübarizədə qətiyyətlə müqavimət göstərmiş Əlincə qalasının bərpa edilməsi və vergiləri azaltmaq haqqında fərman verdi.

Teymurun Azərbaycana hakim təyin etdiyi Miranşahın oğlu Əbubəkr Təbrizə yaxınlaşanda şəhər əhalisi Sultan Əhməd Cəlairiyə köməklik göstərmədi. Sultan Əhməd Bağdada qaçdı. Təbrizlilərin köməyinə yetişən Qara Yusif 1406-cı ilin payızında Şənbi Qazan yaxınlığında Əbubəkrlə təkbətək döyüşdə onu yendi və Teymuri ordularını darmadağın etdi. 1408-ci ildə Təbriz yaxınlığında, Acıçay (Sərdrud) sahilində oğlu Əbubəkrin qisasını almağa gələn Miranşahın ordusu da Qara Yusif tərəfindən 1408-ci ildə darmadağın edildi və Miranşah öldürüldü. Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu.

Keçmiş müttəfiqi Qara Yusifin nüfuzunun artmasından qorxuya düşən Sultan Əhməd Cəlairi Şirvanşah İbrahimlə ittifaqa girdi. Şirvanşah İbrahim Sultan Əhmədə oğlu Kəyumərsin başçılıq etdiyi hərbi dəstə göndərdi. Lakin onların birləşməsinə imkan verməyən Qara Yusif Kəyumərsin başçılıq etdiyi ordunu darmadağın etdi, onun özünü isə əsir aldı. Kəyumərsin cavanlığına qıymayan Qara Yusif onu azadlığa buraxsa da, doğma atası Kəyumərsini guya Qara Yusiflə işbirliyində suçlayaraq edam etdirdi. Qara Yusif 1410-cu ildə II Şənbi-Qazan döyüşündə Sultan Əhmədi məğlubiyyətə uğratdı. 1410-cu ildə paytaxtı Təbriz şəhəri olan, Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqlarını, indiki Türkiyə Cümhuriyyətinin şərq əyalətlərini, indiki Gürcüstanın şərqini (Borçalını), indiki Ermənistanı, Qərbi İran və İraqı əhatə edən Azərbaycan - Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri seçilir.Ali idarəçilik Qara Yusifdə olsa da, təngələrdə (pullarda) oğlu Pirbudağın adı göstərilirdi.

Şirvanşah I İbrahimin oğlu Kəyumərsi qoşunla Sultan Əhməd Cəlairiyə yardıma göndərməsi onunla Qara Yusif arasında düşmənçiliyə gətirib çıxarmışdı. I İbrahim Şəki hakimi Seyid Əhməd və Kaxetiya çarı II Konstantinlə birlikdə Qara Yusifə qarşı koalisiya yaratdı. 1412-ci ilin payızında Şirvanşah və onun müttəfiqlərinin birləşmiş qüvvələri ilə Qara Yusifin qoşunu arasında Kür çayı sahilində bir ay davam etmiş döyüş oldu. I İbrahim, Seyid Əhməd və II Konstantin məğlub olaraq əsir düşdülər. Şirvanşah İbrahimi taxtda öz yanında oturdan Qara Yusif onu 1200 İraq tüməni bac ödətdirdikdən sonra əsirlikdən azad etdi. Lakin İbrahim Qara Yusifdən vassal asılılığını qəbul etmək müqabilində Şirvanı idarə etmək hüququ da aldı. Lakin ona qoşularaq Qara Yusifə qarşı çıxmış müttəfiqlərinin aqibəti daha acınacaqlı oldu. Seyid Əhməd və 300 gürcü aznauru ilə birlikdə II Konstantin edam edildilər. Hələ 1407-ci ildə gürcü dəstələrini öz ərazilərindən qovmuş Borçalı türkləri 1416-cı ildə Qara Yusifin hakimiyyətini tanıdılar. Borçalıda möhkəmlənən Qara Yusif Üç qalanı (gürcücə Samtsxe) da tutdu.

Cahanşah dövrü

1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən şirvanşah 1 Xəlilullahın köməyinə Şahrux gəlir. Cahanşah da qardaşına qarşı çıxış edir. İskəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İskəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır. İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır və burada öz yaxın adamlarının sui-qəsdilə öldürülür və beləliklə Cahanşah Azərbaycanın müstəqil hökmdarı olur.

Görkəmli dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi Müzəffərəddin Cahanşah həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Cahanşah Azərbaycan Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. 1440-41 -ci ildə o, Gürcüstan üzərinə uğurlu bir yürüş edir, bir neçə ildən sonra isə ərəb İraqına hücum çəkərək, Bağdadı alır. Bundan sonra kiçik yaşlı oğlu Məhəmməd Mirzəni İraq hakimi təyin edir. Mosul şəhərini isə qardaşı İskəndərin oğlanları Əlvəndə, Rüstəmə, Tərxana və Mahmuda verir. Atası və qardaşı İskəndərdən fərqli olaraq Teymurilərdən Şahrux və Osmanlı sultanı ilə dostluq siyasəti yeritməklə Cahanşah nəinki Qaraqoyunlular dövlətinin əvvəlki sərhədlərini bərpa edir, hətta onun ərazisini qonşu torpaqlar hesabına genişləndirir. Lakin bütün bunlara baxmayaraq, Qaraqoyunlular dövləti Teymurilərdən asılı olaraq qalırdı. Qaraqoyunlular dövləti yalnız 1447-ci ildə Şahrux Xorasanda dünyasını dəyişəndən sonra tam müstəqillik qazanır. Hakimiyyətsizlikdən istifadə edən Cahanşah Sultaniyyə, Qəzvin və Həmədanı Qaraqoyunlu torpağlarına qatır, elə həmin ildə Gürcüstan üzərinə yürüş edir. Bu vaxt İskəndərin oğlu, Mosul hakimi Əlvənd Mirzə Cahanşaha qarşı üsyan qaldırır və ətraf yerləri tutaraq özünü müstəqil elan edir. Bu barədə xəbər çatan kimi Cahanşah Təbrizə qayıdır və öz qoşunlarını Əlvənd Mirzənin üzərinə göndərir. Əlvənd məğlubiyyətə uğrayır və Ağqoyunlu hökmdarı Cahangirin yanına qaçır. Bu isə Cahanşahı məcbur edir ki, öz qoşununu Cahangirin üzərinə yönəltsin. Cahangirin qoşunları əzilir və onun torpaqlarının bir hissəsi Cahanşahın tabeçiliyinə keçir.

Qaraqoyunlu dövlətinin süqutu

Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Ermənistanın cənubundakı Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahanşahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahanşahı öldürür.

Bu hadisə 1467-çi ilin 4 oktyabrında baş verir. Cahan şahın cəsədini Təbrizə gətirir və onu özünün tikdirdiyi "Göy məscid"də dəfn edirlər. Qaraqoyunlu dövləti özünün mövcudluğunun 58-ci ilində süqut edir.
Əvvələ qayıt Aşağa gitmek
-αуtαc-
Admin
Admin
-αуtαc-


Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 26
Nerden : Azərbaycan-Biləsuvar

Qaraqoyunlu dovleti Empty
Yeni mövzuMövzu: Geri: Qaraqoyunlu dovleti   Qaraqoyunlu dovleti EmptyÇ.a. May 31, 2011 5:21 am

Eşitmişəm ama keçməmişik
Təşəkkürlər
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Qaraqoyunlu dovleti Empty
Yeni mövzuMövzu: Geri: Qaraqoyunlu dovleti   Qaraqoyunlu dovleti EmptyÇ.a. May 31, 2011 5:59 am

sag ol
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Qaraqoyunlu dovleti Empty
Yeni mövzuMövzu: Geri: Qaraqoyunlu dovleti   Qaraqoyunlu dovleti Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Qaraqoyunlu dovleti
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Şirvanşahlar dovleti

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Azərbaycan Tarixi-
Keç: