Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Similar topics
Axtar
 
Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Dünyanın yeddi möcüzəsi EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Dünyanın yeddi möcüzəsi EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Dünyanın yeddi möcüzəsi EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Dünyanın yeddi möcüzəsi EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Dünyanın yeddi möcüzəsi EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Dünyanın yeddi möcüzəsi EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Dünyanın yeddi möcüzəsi EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Dünyanın yeddi möcüzəsi EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Dünyanın yeddi möcüzəsi EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
USAIN_15
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
-αуtαc-
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
ŞəMSəDDiN
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
teardrop
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
๑NumBer๑One๑
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
moon_shin
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
Ghost Rider
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
DAFFODIL
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
-мαviαdα-
Dünyanın yeddi möcüzəsi Vote_lcapDünyanın yeddi möcüzəsi Voting_barDünyanın yeddi möcüzəsi Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Dünyanın yeddi möcüzəsi Vote_lcap27%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Dünyanın yeddi möcüzəsi Vote_lcap10%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 10% [ 8 ]
İdmana
Dünyanın yeddi möcüzəsi Vote_lcap16%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 16% [ 13 ]
İnternetə
Dünyanın yeddi möcüzəsi Vote_lcap11%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Dünyanın yeddi möcüzəsi Vote_lcap3%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Dünyanın yeddi möcüzəsi Vote_lcap13%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Dünyanın yeddi möcüzəsi Vote_lcap1%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Dünyanın yeddi möcüzəsi Vote_lcap6%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Dünyanın yeddi möcüzəsi Vote_lcap11%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Dünyanın yeddi möcüzəsi Vote_lcap1%Dünyanın yeddi möcüzəsi Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 Dünyanın yeddi möcüzəsi

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
๑NumBer๑One๑

๑NumBer๑One๑

Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Dünyanın yeddi möcüzəsi Empty
Yeni mövzuMövzu: Dünyanın yeddi möcüzəsi   Dünyanın yeddi möcüzəsi EmptyB.e. Apr. 18, 2011 6:29 pm

Misir ehramları.

Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər - Misir fironlarının sərdabələrı təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmışdır. Bu zaman fironların hakimiyyəti hədsiz hüdudsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabəlar fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi.
Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilmişdir.
Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir və tunc o dövrdə məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlarucaldıqca onları daha yuxarı qaldırmaq lazım gəlirdi. Adları tarixdə qalmış ehram inşaatçıları aclıqdan və dözülməz zəhmətdən məhv olurdular.
Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda sərdabə qane etməmiş və o, sərdabənın yanına bütöv qayadan yonulmuş daş keşikçi qoymağı əmr etmişdir. Keşikçi insanbaşlı və aslanbədənlidir. O, Sfinks adlanır.

Semiramidanın asma bağları.

Dünyanın ikinci möcüzəsi - Semiramidanın asma bağları - Qədim şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşmişdi. əfsanəyə görə bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydançada tikilmişdi. Bu meydançada 6 cərgə pilləvarı terras (səki) qalxırdı. Kərpicdən tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvarı bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi.Yüzlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı.
Artemidanın Efes şəhərindəki məbədi.

Qədim yunan ilahəsi Artemidanın Kiçik Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü möcüzəsi sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözəl naxışları və çoxlu qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdu.
Olimpiyadakı məbəddə Zevsin heykəli.
Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltəraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü möcüzə idi. Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı. Zevsin başı, çiyinləri, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Sol çiyninə saldığı bürüncəyi (plaşı), saçları və saqqalı isə qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.

İsgəndəriyyədəki Mayakı.

Eramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında(Isgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim yunanının ən böyük mayakını tikmişdi. Dünyanın yeddinci "möcüzəsi" sayılan üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatır. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.
Rodos nəhəngi.
Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmədi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlinin qoymağa qərara aldılar.Heykəltəraş Xarosun yaratdığı və "Rodos nəhəngi" adlanan bu heykəl altıncı "möcüzə" idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tünc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardır.
Əvvələ qayıt Aşağa gitmek
-αуtαc-
Admin
Admin
-αуtαc-

Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 26
Nerden : Azərbaycan-Biləsuvar

Dünyanın yeddi möcüzəsi Empty
Yeni mövzuMövzu: Geri: Dünyanın yeddi möcüzəsi   Dünyanın yeddi möcüzəsi EmptyÇ.a. Apr. 19, 2011 2:19 am

Dünyanın təzə 8-ci möcüzəsi çıxıb bilirsiniz? 8-ci möcüzəsi
M.İbrahimov adına Biləsuvar Liseyidir.
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑

Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Dünyanın yeddi möcüzəsi Empty
Yeni mövzuMövzu: Geri: Dünyanın yeddi möcüzəsi   Dünyanın yeddi möcüzəsi EmptyÇ.a. Apr. 19, 2011 8:54 am

Bu şübhəsiz bir faktdır. Bizim lisey möcüzələr yaradacaq.
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content

Dünyanın yeddi möcüzəsi Empty
Yeni mövzuMövzu: Geri: Dünyanın yeddi möcüzəsi   Dünyanın yeddi möcüzəsi Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Dünyanın yeddi möcüzəsi
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Dünyanın ən böyükləri
» Dünyanın ən təhlükəli 10 iti
» Dünyanın ƏN"ləri

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: Məlumatlar-
Keç: