ŞəMSəDDiN
Mesaj Sayısı : 1165 Doğum tarihi : 16/03/99 Kayıt tarihi : 16/01/11 Yaş : 25 Nerden : Biləsuvar , 1 may küçəsi
| Mövzu: Azərbaycan tarixi ümumi xronologiya Ş. Okt. 29, 2011 5:55 am | |
| AZƏRBAYCAN İBTİDAİ-İCMA QURULUŞU DÖVRÜNDƏ
120-100-40-30-cu minilliklər – İbtidai icma quruluşunun formalaşması 1,5 min. il—150—120 minilliklər — Quruçay mədəniyyətinin dövrü Təxm. 40—35 min—12—10 min il — Paleolit dövrü 10—12 min il əvvəl — Qobustanda həyatın başlanması 10—12 min il—8 min əvvəl — Mezolit dövrü e.ə. 7—6 minilliklər — Neolit dövrü e.ə. 6—4 minilliklər — Eneolit dövrü e.ə. 4 minilliyin əvvəli — Bəsit dulus çarxının meydana gəlməsi e.ə. 4 min. II yarısı—2 min. sonu — Tunc dövrü e.ə. 4 min. sonu—3 minillik — Erkən tunc dövrü. Kür-Araz mədəniyyəti. e.ə. 3 min. yarısı — Əmlak və sosial bərabərsizliyin artması. e.ə. 3 min. axırıncı rübü—2 min. I yarısı — Orta tunc dövrü. İkinci böyük ictimai əmək bölgüsü. e.ə. II min. I yarısı — Şəhərsalma mədəniyyətinin təşəkkülü e.ə. II min.—I min. əvvəli — Naxçıvan mədəniyyəti e.ə. XIV—VIII əsrlər — Son tunc və ilk dəmir dövrü e.ə. XIV—VIII əsrlər — Xocalı-Gədəbəy mədəniyyəti e.ə. XIV—VII əsrlər — Talış-Muğan mədəniyyəti e.ə. XIII—XII əsrlər — Borsunlu kurqanı e.ə. XII—XI əsrlər — Sarıçoban kurqanı e.ə. VII—V əsrlər — İnkişaf etmiş dəmir dövrü
AZƏRBAYCAN QULDARLIQ DÖVRÜNDƏ e.ə. III min. I yarısı — Erkən dövlət qurumu Aratta e.ə. XXVIII—XXIV əsrlər — Şumer şəhər-dövlətləri e.ə. III min. II yarısı — Kuti və Lullubi dövlətlərinin yaranması e.ə. təxm. 2240—2220-ci illər — Elam hökmdarı Kutik-İnşuşinakın hakimiyyəti e.ə. t. 2236—2200-ci illər — Akkad hökümdarı Naram-Suenin hakimiyyəti e.ə. t. 2230—2200-ci illər — Lullubi hökmdarı Satuninin hakimiyyəti e.ə. t. 2225—2205-ci illər — Kuti hökmdarı Enridavazirin hakimiyyəti e.ə. t. 2220—2170-ci illər — Lullubi hökmdarı İmmaşqunun hakimiyyəti e.ə. t. 2204—2197-ci illər — Kuti hökmdarı İmtanın hakimiyyəti e.ə. t. 2200—2175-ci illər — Akkad hökmdarı Şarkalişarrinin hakimiyyəti e.ə. t. 2198—2192-ci illər — Kuti hökmdarı İnqeşauşun hakimiyyəti e.ə. t. 2191—2185-ci illər — Kuti hökmdarı Sarlaqın hakimiyyəti e.ə. 2184—2178-ci illər — Kuti hökmdarı Yarlaqaşın hakimiyyəti e.ə. t. 2177—2171-ci illər — Kuti hökmdarı Elulumeşin hakimiyyəti e.ə. t. 2175-ci il — Kuti sülaləsinin İkiçayarasında hakimiyyətə gəlməsi e.ə. t. 2170—2150-ci illər — Lullubi hökmdarı Anubaninin hakimiyyəti e.ə. t. 2135—2133-cü illər — Kuti hökmdarı Laharabın hakimiyyəti e.ə. t. 2127—2120-ci illər — Kuti hökmdarı Puzur-Suenin hakimiyyəti e.ə. t. 2120—2113-cü illər — Kuti hökmdarı Yarlaqandanın hakimiyyəti e.ə. t. 2112—2105-ci illər — Kuti hökmdarı Siumun hakimiyyəti e.ə. t. 2112—2003-ci illər — III Ur sülaləsinin hökmranlığı e.ə. 2104-cü il — İkiçayarasında Kuti hakimiyyətinin süqutu e.ə. 2093—2046-cı illər — Ur hökmdarı Şulqinin hakimiyyəti e.ə. II minillik — Dövlət qurumlarının parçalanması e.ə. II min. I yarısı — Turukki və su tayfalarının siyasi fəaliyyətinin başlanması e.ə. 1813—1781-ci illər — Assur hökmdarı I Şamşi-Adadın hakimiyyəti e.ə. 1797—1757-ci illər — Assur hökmdarı I İşme-Daqanın hakimiyyəti e.ə. 1792—1750-ci illər — Babilistan hökmdarı Hammurapinin hakimiyyəti e.ə. 1307—1275-ci illər — Assur hökmdarı I Adadnirarinin hakimiyyəti e.ə. 1274—1245-ci illər — Assur hökmdarı I Salmanasarın hakimiyyəti e.ə. 1244—1208-ci illər — Assur hökmdarı I Tükulti-Ninurtanın hakimiyyəti e.ə. IX—VIII əsrlər — Midiya ərazisində xırda vilayət hakimləri e.ə. IX əsr. I yarısı — Zamua ölkəsində xırda dövlət qurumları e.ə. 883—859-cu illər — Assur hökmdarı II Aşşurnasirpalın hakimiyyəti e.ə. 880-ci il — II Aşşurnasirpalın Zamua ölkəsinə yürüşü e.ə. 859—824-cü illər — Assur hökmdarı III Salmanasarın hakimiyyəti e.ə. 825—812-ci illər — Urartu hökmdarı İşpuininin hakimiyyəti e.ə. 823—811-ci illər — Assur hökmdarı V Şamşi-Adadın hakimiyyəti e.ə. 820-ci il — V Şamşi-Adadın Nairi ölkəsinə hərbi səfəri e.ə. 810—783-cü illər — Assur hökmdarı III Adadnirarinin hakimiyyəti e.ə. 810—781-ci illər — Urartu hökmdarı Menuanın hakimiyyəti e.ə. 781—760-cı illər — Urartu hökmdarı I Argiştinin hakimiyyəti e.ə. 775-ci il — I Argiştinin Mannaya soxulması e.ə. 773—693-cü illər — Skit padşahlığının mövcud olması e.ə. 760—730-cu illər — Urartu hökmdarı II Sardurinin hakimiyyəti e.ə. t. 750-ci il — II Sardurinin Mannada işğalı e.ə. 744—727-ci illər — Assur hökmdarı III Tiqlatpalasarın hakimiyyəti e.ə. 740—719-cu illər — Manna hökmdarı İranzunun hakimiyyəti e.ə. 730—714-cü illər — Urartu hökmdarı I Rusanın hakimiyyəti e.ə. 722—705-ci illər — Assur hökmdarı II Sarqonun hakimiyyəti e.ə. 719-cu il — Mannada İranzuya qarşı üsyan e.ə. 718—716-cı illər — Manna hökmdarı Azanın hakimiyyəti e.ə. t. 716—680-cı illər — Manna hökmdarı Ullusununun hakimiyyəti e.ə. 714-cü il — II Sarqonun Mannaya böyük yürüşü e.ə. t. 712—675-ci illər — Midiya hökmdarı Deyokun hakimiyyəti e.ə. VII əsr — Sakların Albaniyada məskunlaşması e.ə. 681-668-ci illər — Assur hökmdarı Asarhaddonun hakimiyyəti e.ə. t. 675-653-cü illər — Midiya hökmdarı Faraortanın hakimiyyəti e.ə. t. 675-650-ci illər — Manna hökmdarı Ahşerinin hakimiyyəti e.ə. 668-626-cı illər - Assur hökmdarı Aşşurbanipalın hakimiyyəti e.ə. 653-625-ci illər - Midiya skitlərin hakimiyyəti altında e.ə. 650-ci il - Aşşurbanipalın Manna qoşununu məğlub etməsi e.ə. t. 650-630-cu illər - Manna hökmdarı Yallinin hakimiyyəti e.ə. 640-629-cu illər - Fars hakimi İkirim hakimiyyəti e.ə. 625-585-ci illər - Midiya hökmdarı Kiaksarın hakimiyyəti e.ə. 615-612-ci illər - Midiyanın Assuriya ilə müharibəsi e.ə. 585-ci il - Kiaksarın Lidiya ilə sülh müqaviləsinin bağlanması e.ə. 585-550-ci illər - Midiya hökmdarı Astiaqın hakimiyyəti e.ə. 584-558-ci illər - Fars hakimi I Kambizin hakimiyyəti e.ə. 558-530-cu illər - Fars hökmdarı II Kirin hakimiyyəti e.ə. 550-330-cu illər - Əhəmənilər sülaləsinin hakimiyyəti e.ə. 550-ci il - Midiyanın suquta uğraması e.ə. 530-cu il - II Kirin massaget tayfalarına qarşı yürüşü e.ə. 530-522-ci illər - Fars hökmdarı II Kambizin hakimiyyəti e.ə. 522-521-ci illər - Qaumata-Bardi və Əhməni dövlətində üsyanlar e.ə. 522-486-cı illər - Fars hökmdarı I Daranın hakimiyyəti e.ə. 486-465-ci illər - Fars hökmdarı Kserksin hakimiyyəti e.ə. 336-323-cü illər - Makedoniyalı İsgəndərin hakimiyyəti e.ə. 334-326-cı illər - Makedoniyalı İsgəndərin Şərq yürüşü e.ə. 333-cü il - Anadolu İsgəndərin hakimiyyəti altında e.ə. 331-ci il - Qavqamela (Cancal) düzənliyində döyüş e.ə. 330-cu il - Əhəməni dövlətinin süqutu e.ə. 327-ci il - Baktriya və Soqdanın İskəndər tərəfindən tutulması e.ə. 327-ci il - İskəndərin Hindistana yürüşü e.ə. 323-cü il - Adərbayqan (Atropatena) dövlətinin yaranması e.ə. 321-281-ci illər - Sələvkilər sülaləsinin hakimiyyəti e.ə. 223-187-ci illər - Sələvki II Antioxun hakimiyyəti e.ə. 222-220-ci illər - Midiya satrapı Molonun Sələvkilərə qarşı üsyanı e.ə. 220-ci il - Azərbaycanın sələvkilərdən asılılığı e.ə. 209-205-ci illər - III Antioxun Şərq yürüşü e.ə. II əsr - Albaniyada Aranilər sülaləsinin hakimiyyətə gəlməsi e.ə. 189-160-cı illər - Ərməniyə hökmdarı I Artaşesin hakimiyyəti e.ə. 175-163-cü illər - Sələvki hökmdarı IV Antioxun hakimiyyəti e.ə. 171-139-cu illər - Parfiya hökmdarı I Mitridatın hakimiyyəti e.ə. 148-147-ci illər - I Mitridatın Midiyanı zəbt etməsi e.ə. 95-55-ci illər - Ərməniyə hökmdarı I Tiqranın hakimiyyəti e.ə. 74-64-cü illər - Romanın VI Mitridatla müharibəsi e.ə. 71-ci il - Lukulun yürüşü e.ə. 67-ci il - I Tiqranın Kappadokiyanı tutması e.ə. 63-cü il - VI Mitridatın sonu e.ə. 56-34-cü illər - Ərməniyə hökmdarı II Tiqranın hakimiyyəti e.ə. 37-e. 3-cü illəri - Parfiya şahı IV Fraatın hakimiyyəti e.ə. 36-cı il - Antoninin Parfiyaya yürüşü e.ə. 31-ci il - Antoninin Oktavian ilə Aksi yanında döyüşü e. I-II əsrlər - Xristianlığın meydana gəlməsi I-III əsrlər - Roma-Parfiya münaqişələri 63-cü il - Romanın Parfiya ilə sülh müqaviləsi 68-ci il - Neronun albanlarla qarşı yürüşə hazırlaşması 81-96-cı illər - Roma imperatoru Domisianın hakimiyyəti 96-117-ci illər - Roma imperatoru Trayanın hakimiyyəti 114-cü il - Trayan tərəfindən Ərməniyənin tutulması 115-ci il - Ərməniyənin Roma vilayətinə çevrilməsi
AZƏRBAYCAN İLKİN FEODALİZM DÖVRÜNDƏ III-V əsrlər - Azərbaycanda feodalizmə xas olan iqtisadi münasibətlərin bərqərar olması III-VII əsrlər - Sasanilər sülaləsinin hakimiyyəti t. 215-255-ci illər - Alban hökmdarı I Vaçaqanın hakimiyyəti 215-276-cı illər - Maninin həyatı 226-cı il - İranda parfların hakimiyyətinə son qoyulması 226-cı il - İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi 241-272-ci illər - Sasani şahı I Şapurun hakimiyyəti 242-ci il - Mani təliminin yayılması t. 255-262-ci illər - Alban xristian hökmdarı I Vaçenin hakimiyyəti 260-cı illər - I Şapur tərəfindən Roma ordusunun məğlubiyyəti 270-275-ci illər - Roma imperatoru Avrelianın hakimiyyəti 287-332-ci illər - Ərməniyədə Arşaki nümayəndisi III Trdatın hakimiyyəti IV əsr - Ön Asiyada xristian dininin yayılması 309-379-cu illər - Sasani şahı II Şapurun hakimiyyəti IV əsr. 30-cu illəri - Xristianlığın Roma imperiyasında dövlət dininə çevrilməsi t. 332-338-ci illər - Ərməniyə hökmdarı II Xosrov Kotakın hakimiyyəti 338-345-ci illər - Ərməniyə hökmdarı Tiranın hakimiyyəti t. 342-350-ci illər - Albaniya torpaqlarının Ərməniyə tərəfindən işğalı 345-367-ci illər - Ərməniyə hökmdarı II Arşakın hakimiyyəti t. 359-371-ci illər - Alban xristian hökmdarı Urneyrın hakimiyyəti 359-cu il - Amid döyüşü 364-378-ci illər - Roma imperatoru Valentinin hakimiyyəti 369-374-cü illər - Ərməniyə hökmdarı Papın hakimiyyəti 371-ci il - Dzirav çölündə döyüş 387-ci il - Roma və İran arasında Ərməniyənin bölüşdürülməsi 399-421-ci illər - Sasani şahı I Yezdəgerdin hakimiyyəti 421-438-ci illər - Sasani şahı V Bəhram Gürün hakimiyyəti 428-ci illər - Ərməniyənin Sasani dövlətinin canişinliyinə çevrilməsi t. 443-451-ci illər - Syuni hakimi Vasakın hakimiyyəti 457-459-cu illər - İranda hakimiyyət uğrunda mübarizə 459-484-cü illər - Sasani şahı Firuzun hakimiyyəti 462-ci il - Haylandur hunların Albaniyaya gəlməsi 481-484-cü illər - Ərməniyə xristianlarının Sasani şahına qarşı üsyanları 481-529-cu illər - Məzdəkilər hərəkatı 484-488-ci illər - Sasani şahı Balaşın hakimiyyəti 485-ci il - Nvarsak sülhü 488-531-ci illər - Sasani I Kavadın hakimiyyəti 493-510-cu illər - Alban xristian hökmdarı III Vaçaqanın hakimiyyəti 498-ci il - Aquen məclisi V əsr. sonu-VI əsr. əvvəli - Albaniyada xristianlığın zorla yayılması 510-629-cu illər - Albaniyada sasani mərzbanlığı dövrü 529-cu il - Məzdəkin edam olunması 531-579-cu illər - İran şahı I Xosrov Ənuşirəvanın hakimiyyəti 570-590-cu illər - Mihranın Girdman məckəni 571-591-ci illər - İran-Bizans müharibələri 579-590-cu illər - Sasani şahı IV Hörmüzün hakimiyyəti 582-602-ci illər - Bizans şahı Mavrikinin hakimiyyəti 591-ci il - İranın Bizans ilə müqaviləsi 591-628-ci illər - Sasani hökmdarı II Xosrov Pərvizin hakimiyyəti 600-615-ci illər - Girdman qalasının tikilməsi 602-ci il - İran-Bizans müharibələrinin başlanması 602-610-cu illər - Fokanın Bizansda hakimiyyəti 610-641-ci illər - Bizans hökmdarı II İraklinin hakimiyyəti 624-cü il - Bizansların Naxçıvanı tutması t. 625-636-cı illər - Girdman hakimiyyəti Varaz-Qriqorun hakimiyyəti 628-ci il - Xəzərlərin Qafqaziyəyə yürüşü 628-ci il 3 aprel - II Kavadın Irakli ilə sülh müqaviləsinin bağlaması 630-632-ci illər - Albaniya türk xaqanlığının siyasi təsiri altında 632-634-cü illər - Abu Bəkrin hakimiyyəti 632-651-ci illər - İran şahı III Yezdəgerdin hakimiyyəti 634-636-cı illər - Yərmuq döyüşü 634-644-cü illər - Ömər ibn Xəttabın hakimiyyəti 636-680-cı illər - Albaniya hökmdarı Cavanşirin hakimiyyəti 638-ci il - Qadsiyyə döyüşü 641-668-ci illər - Bizans imperatoru II Konstantinin hakimiyyəti 642-ci il - Nəhavənd döyüşündə İranın qələbə çalması 642-ci il - Ərəblərin Muğanı işğal etməsi və müqavilənin bağlanması 644-cü il - İsfəndiyarın ərəblərlə müqaviləsi 646-cı il - Ərəblərin Arrana hücumu VII əsrin II yarısı - İslam dininin yayılması 651-ci il - Sasani imperiyasının süqutu 654-cü il - II Konstantinin Cavanşir ilə birinci görüşü 656-661-ci illər - Əmirəl-möminin imam Əli ibn Abitalibin hakimiyyəti 660-cı il - II Konstantinin Cavanşir ilə ikinci görüşü 661-680-ci illər - Müaviyə ibn Əbi Süfyanın hakimiyyəti 661-750-ci illər - Əməvilər sülaləsinin hakimiyyəti 680-683-cü illər - Yəzid ibn Müaviyənin hakimiyyəti 705-ci il - Şeruyənin edam edilməsi 705-715-ci illər - I Vəlidin hakimiyyəti 709-cu il - Ərəblərin xəzərlərlə müharibəsinin başlanması 748-ci il - Beyləqanda üsyan 748-752-ci illər - Azərbaycanda çıxışlar 750-1258-ci illər - Abbasilər sülaləsinin hakimiyyəti 778-ci il - Xürrəmilərin ərəblərə qarşı birinci üsyanı 786-809-cu illər - Xəlifə Harun ər-Rəşidin hakimiyyəti IX əsr - Rusların Azərbaycana yürüşü IX əsr - Xilafətin zəifləməsi IX-XI əsrlər - Azərbaycanda feodal dövlətlərinin istiqlaliyyətə nail olması 808-ci il - Xürrəmilərin ərəblərə qarşı İkinci üsyanı 821-822-ci illər - Azərbaycanda xürrəmilər hərəkatının genişlənməsi 829-cu il 3 iyun - Həşdadsər dağında döyüş 830-cu il - Həmədan şəhərinin xürrəmilər tərəfindən tutulması 833-cü il 25 dekabr - Həmədan yaxınlığında döyüş 836-cı il - Sərkərdə Tərxanın öldürülməsi 837-ci il 26 avqust - Bəzz qalasının süqutu 838-ci il 14 mart - Babəkin edam edilməsi
AZƏRBAYCAN FEODALİZM DÖVRÜNDƏ IX əsrin 60-cı illəri - Şirvanın istiqlaliyyətinin bərpa edilməsi 889-942-ci illər - Sacilər dövləti 889-cu il - Məhəmmədin Azərbaycanın hakimi təyin olunması 893-cü ildən başlayaraq - Məhəmmədin Ərməniyəyə yürüşləri 901-ci il - Məhəmmədin vəfatı 914-cü il - Rusların Azərbaycanın Xəzər sahili yaşayış məntəqələrinə basqınları. 919-cu il 16 iyul - Ərdəbil yaxınlığında döyüş 927-ci il 27 dekabr - Kufə şəhəri yaxınlığında döyüş. Yusifin öldürülməsi 942-981-ci illər - Salarilər sülaləsinin hakimiyyəti 944-cü il 24 avqust - Bərdə şəhərinin tutulması 945-ci il 12 avqust - Rusların Bərdəni tərk etməsi X əsrin II yarısı - Azərbaycanda Şəddadilər dövlətinin meydana gəlməsi 953-cü il - Məzrubanın Ərdəbildə hakimiyyəti ələ keçirməsi 957-ci ilin dekabrı - Məzrubanın ölümü 961-981-ci illər - İbrahimin hakimiyyəti 971-ci il - Şəddadilər dövlətinin fəaliyyətinin başlanması 981-ci il - İbrahimin məğlubiyyəti və Ərdəbilin tutulması 987-ci il - Əbdül-heycanın Ərməniyəyə hücumu 988-1030-cu illər - Sultan I Mahmudun hakimiyyəti 1010-1080-ci illər - Qətran Təbrizi 1020-1059-cu illər - Əbu Mənsur Vəhsudan 1027-1034-cü illər - Şirvanşah Mənuçöhrün hakimiyyəti 1027-1382-ci illər - Kəsranilər sülaləsi XI əsr. 30-40-cı illəri - Azərbaycanda rusların hücumlarının genişlənməsi 1038-1063-cü illər - Toğrul bəyin hakimiyyəti 1038-1157-ci illər - Səlcuq imperiyası 1042-ci ilin oktyabrı - Təbrizdə zəlzələ 1045-ci il - Həmədanın tutulması 1050-ci il - İsfahanın tutulması 1050-1067-ci illər - Əbdüləsfər Şavurun hakimiyyəti XI əsr. 50-ci illəri - Səlcuq qoşunlarının Azərbaycana daxil olması 1055-ci ilin yazı - Bağdadın tutulması 1063-1072-ci illər - Alp Arslanın hakimiyyəti 1067-ci il - Alp Arslanın Arrana gəlməsi XI əsr. 70-80-cı illəri - Şirvanşah Məzyədilər dövlətinin tənəzzülü 1071-ci il - Məlazgird yaxınlığında döyüş 1072-1092-ci illər - Məlikşahın hakimiyyəti 1074-1088-ci illər - III Fəzmunun hakimiyyəti 1088-ci il - Gəncənin tutulması 1089-1125-ci illər - IV Davidin hakimiyyəti 1108-1127-ci illər - Ağsunqurilər sülaləsi 1108-1146-cı illər - Fələki Şirvanı 1117-ci il - Şirvanın tutulması XII əsr. 20-30-cu illəri - Qafqaziyədə feodal dövlətinin istiqlaliyyət uğrunda mübarizəsi 1120-ci il - Qəbələ, Şəki, Şamaxının tutulması 1120-1160-cı illər - III Mənuçehrin hakimiyyəti 1120-1199-cu illər - Əfzələddin Xaqani (Xaqani Şirvani) 1121-1122-ci illər - IV Davidin Toğrulla müharibələri 1123-cü il - IV Davidin Şirvana gəlməsi 1123-cü il - Gülüstan qalasının tutulması XII əsr. 30-cu illəri - Azərbaycan Atabəylər dövlətinin meydana gəlməsi 1136-1225-ci illər - Atabəylər-Eldənizlər sülaləsinin hakimiyyəti 1136-1160-cı illər - Azərbaycan Eldənizlər dövlətinin təşəkkülü 1141-1209-cu illər - Nizami Gəncəvi 1160-1234-cü illər - İbn əl-Əsir 1161-1191-ci illər - Azərbaycan Eldənizlər dövlətinin çiçəklənməsi 1161-ci ilin yayı - III Georginin Gəncə və Dəbili qarət etməsi 1163-cü ilin yanvarı - Atabəy Eldənizin Gürcüstana hücumu 1164 və 1166-cı illər - Gürcülərin Azərbaycana hücumu 1174-cü il - Eldənizin Gürcüstana hücumu 1175-1186-cı illər - Atabəy Cahan Pəhləvanın hakimiyyəti 1184-1213-cü illər - Tamaranın hakimiyyəti 1186-1191-ci illər - Qızıl Arslanın hakimiyyəti 1188-ci ilin martı - Həmədan yaxınlığında döyüş 1190-1245-ci illər - Zülfüqar Şirvani 1191-1225-ci illər - Azərbaycan Eldənizlər dövlətinin tənəzzülü 1192-ci il - Şirvanda zəlzələ 1192-ci il - III Toğrulun Təbrizə hücumu XIII əsr. sonu 1447-ci il - Səfəvilər tarixinin birinci dövrü 1203-1225-ci illər - I Güstasp ibn Fərruxzadın hakimiyyəti 1206-1227-ci illər - Çingiz xanın hakimiyyəti 1210-1225-ci illər - Özbəyin hakimiyyəti 1219-cu il - Xarəzm dövlətinə basqın 1220-ci il - Monqolların Azərbaycana yürüşü 1221-ci il - Monqolların Təbrizə yürüşü 1222-ci il - Monqolların Şamaxını tutması 1224-1244-cü illər - III Fəribürzün Şirvanı idarə etməsi 1225-ci il - Azərbaycanın Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalması 1225-ci il - Azərbaycanda Atabəylər Eldənizlər dövlətinin süqutu 1231-ci il - Gəncədə xalq üsyanı 1231-ci il - Monqolların ikinci dəfə Azərbaycana soxulması 1235-ci il - Gəncənin tutulması XIII əsr. ortaları - Azərbaycana türk-monqol qəbilələrin gəlməsi 1251-1260-cı illər - Menku xanın hakimiyyəti 1251-1234-cü illər - Şeyx Səfiyəddin İshaq əl-Musəvi-əl-Ərdəbilinin hakimiyyəti 1253-cü il - I Hetum Alinin Menku xan ilə ittifaqın bağlanması 1256-cı il - Azərbaycanın istila olunması 1258-1265-ci illər - Hülakü xanın hakimiyyəti 1265-1282-ci illər - Abaqa xanın hakimiyyəti 1275-ci il - Arranda üsyanın baş verməsi 1275-1338-ci illər - Əvhədi Marağayi 1282-1284-cü illər - Əhməd xanın hakimiyyəti 1284-1291-ci illər - Arqun xanın hakimiyyəti 1291-1295-ci illər - Kəyxatu xanın hakimiyyəti 1295-1304-cü illər - Qazan xanın hakimiyyəti 1304-1316-cı illər - Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti 1316-1335-ci illər - Əbu Səidin hakimiyyəti 1319, 1320 və 1322-ci illər - Azərbaycanda ixtişaşların qalxması 1334-cü il - Sultaniyyədə üsyan 1334-1392-ci illər - Şeyx Səfiəddin Musanın hakimiyyəti 1335-ci il - Özbək xanın yenidən Azərbaycana soxulması 1335-1336-cı illər - Arpa xanın hakimiyyəti 1336-cı il - Musa xanın hakimiyyəti 1336-1338-ci illər - Məhəmməd xanın hakimiyyəti 1338-1340-cı illər - Satı-bəy xanının hakimiyyəti 1338-ci il - Şirvanşahların yenidən müstəqilliyi əldə etmələri 1340-1344-cü illər - Süleyman xanın hakimiyyəti 1344-cü il - Azərbaycanda hakimiyyətin Məlik Əşrəfin əlinə keçməsi 1344-1355-ci illər - Ənuşirəvanın padşah elan edilməsi 1345-1372-ci illər - Kavusun hakimiyyəti 1347-ci il - Məlik Əşrəfin Şirvana və Bağdada yürüşü 1350-ci il - İsfahana yürüşü 1355-ci il - Həsən xanın səltənətə çıxması 1355-1433-cü illər - Qasım Ənvər 1356-1372-ci illər - Cəlairi Sultan Üveysin hakimiyyəti 1356-1410-cu illər - Cəlairilərin hakimiyyəti 1357-ci il - Canı bəyin Azərbaycanda hakimiyyəti ələ alması 1358-ci il - Toxtamışın Təbrizə yaxinlaşması 1359-1374-cü illər - Şeyx Üveysin hakimiyyəti 1357-ci illər - Şirvanın zəbt olunması 1370-1388-ci illər - Pəhləvan bəyin hakimiyyəti 1370-1405-ci illər - Teymurun (Teymurləngin) hakimiyyəti XIV əsr. 70-ci illər - Qaraqoyunluların Ağqoyunlularla, Cəlairilərə və Teymurilərə qarşı mübarizəsi 1372-1382-ci illər - Şirvanşah Huşəngin hakimiyyəti 1378-ci il - Bağdad əmirlərinin Ucana hücum etmələri 1380-1389-cu illər - Qara Məhəmmədin hakimiyyəti 1382-1410-cu illər - Sultan Əhmədin hakimiyyəti 1382-1417-ci illər - I İbrahimin Şirvanda hakimiyyəti 1382-1538-ci illər - Dərbəndlilər sülaləsinin hakimiyyəti 1386-cı il - Teymurun Azərbaycana hücumları 1386-ci il - Toxtamışın Azərbaycana hücumu 1387-ci il - Teymurun Azərbaycanı tərk etməsi 1387-ci il - Üçlük ittifaqının yaranması 1387-1392-ci illər - Təbrizə 17 dəfə hücum 1387-1399-cu illər - Əlincə qalasının müdafiəsi 1388-ci il - Qara Məhəmmədin Təbrizi tutması 1389-1412-ci illər - Qaraqoyunlu Kəmaləddin Qara Yusifin hakimiyyəti 1392-1427-ci illər - Şeyx Xacə Əlinin hakimiyyəti 1394-1434-cü illər - Qara Yuluq Osman bəyin hakimiyyəti 1395-ci il - Teymurun Səmərqəndə qayıtması və Hindistana səfəri 1402-ci il - Anqara yaxınlığında döyüş 1405-ci il - Teymurun ölümü 1406-cı il - Qara Yusif və Sultan Əhmədin Azərbaycana qayıtması 1406-1447-ci illər - Sultan Şahruxun hakimiyyəti 1410-cu il - Sultan Əhmədin Təbrizə yürüşü və ölümü 1410-cu il 30 avqust - Şənbi-Qazan adlı yerdə döyüş 1412-ci ilin sonu - Kür sahilində döyüş və İbrahimin məğlubiyyəti 1417-1462-ci illər - I Xəlilullahın hakimiyyəti 1418 və 1420-ci illər - Azərbaycana uğursuz yürüşlər 1422-1429 və 1431-1438-ci illər - İskəndərin hakimiyyəti 1427-ci il - İskəndərin Şirvana hücumu 1427-1447-ci illər - Şeyx İbrahimin hakimiyyəti 1429-cu ilin mayı - Şahruxun Azərbaycana gəlməsi 1429-1431-ci illər - Əbu Səidin hakimiyyəti 1429-cu il - Əbu Səidin Qarabağda və Ermənistanda hökmranlığı 1434-1444-cü illər - Əli bəyin hakimiyyəti 1435-ci il 16 yanvar - Əli bəyin Diyarbəkrə daxil olması 1435-ci ilin yayı - Təbriz yaxınlığında döyüçdə İskəndərin məğlubiyyəti 1438-1467-ci illər - Cahanşahın hakimiyyəti 1444-1453-cü illər - Cahangir bəyin hakimiyyəti 1447-1449-cu illər - Uluq bəyin hakimiyyəti 1447-1460-cı illər - Şeyx Cüneydin hakimiyyəti 1447-1501-ci illər - Səfəvilər tarixinin İkinci dövrü 1449-1470-ci illər - Şeyx Cəfərin Ərdəbilin hakimi olması 1453-1478-ci illər - Uzun Həsənin hakimiyyəti 1455-1535-ci illər - Kamal əf-din Behzad 1457-ci il - Cahanşahın Curcanı və Xorasanı tutması 1459-cu ilin yanvarı - Cahanşahla Əbu Səid arasında müqavilənin bağlanması 1460-cı il 3 mart - Cüneydin Dağıstana və Şirvana yürüşü 1460-1488-ci illər - Şeyx Heydərin hakimiyyəti 1461-ci il - Yassıçəməndə müqavilənin bağlanması 1462-1501-ci illər - Fərrux Yasarın hakimiyyəti 1463-1479-cu illər - Venesiya-Türkiyə müharibələri 1465-ci il - Təbrizdə «Göy məscid»in tikilməsi 1465-ci il - Moskvaya səfirin göndərilməsi 1467-cı ilin mayı - Muş düzündə döyüş 1468-1496-cı illər - Seyfəddin Qayıtbəyin hakimiyyəti 1472-ci ilin yazı - Venesiyanın Ağqoyunlu dövləti ilə hərbi ittifaq bağlaması 1472-1473-cü illər - Ağqoyunlu-Türkiyə müharibələri 1473-cü il 1 avqust - Malatiya döyüşü 1473-cü il 11 avqust - Otluqbeli döyüşü 1474-ci ilin mayı - Şirazda qiyamın baçlanması 1474-1477-ci illər - Uzun Həsənin Gürcüstana yürüşü 1475-1536-cı illər - Qiyasəddin ibn Hümaməddin əl-Hüseyn 1477-ci il - Uzun Həsənin VI Baqratla sülh müqaviləsi 1478-1490-cı illər - Yaqub Mirzənin fəaliyyəti 1480-cı il - Urfa yaxınlığında döyüş 1481-1512-ci illər - Türkiyə Sultanı II Bəyazidin hakimiyyəti 1483-cü il - Təbrizdə «Həşt behişt» saray dəstinin tikilməsi 1488-ci il 9 iyun - Şahdağın ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaşların döyüşü 1488-1495-ci illər - Şeyx Sultanəlinin hakimiyyəti 1494-1495-ci illər - Ağqoyunluların Ərdəbili və Səfəvilərin mülklərini zəbt etməsi 1499-1500-ci illər - İsmayılın Ərzincan səfəri 1494-1556-cı illər - Məhəmməd Füzuli 1500-ci ilin sonu - İsmayılın Fərrux Yasarla döyüşü 1501-1524-cü illər - Şah İsmayılın hakimiyyəti 1501-1587-ci illər - Səfəvilər tarixinin üçüncü dövrü 1503-cü il 21 iyun - Ağqoyunlu Muradın məğlubiyyəti 1504-cü il - Türkiyə sultanı II Bəyazidin Səfəvilər dövlətini tanıması 1510-cu il 1 dekabr - Mərv qalası yaxınlığında qızılbaşların özbəklərlə döyüşü 1512-1520-ci illər - Sultan Səlimin hakimiyyəti 1514-cü il 23 avqust - Çaldıran döyüşü 1516-cı ilin əvvəli - Qoçhisarda türklərin qələbəsi 1516-1535-ci illər - Mesxi çarı IV Kvarkvarenin hakimiyyəti 1520-1566-cı illər - I Süleyman Qanuninin hakimiyyəti 1520-1574-cü illər - Kaxetiya çarı Ləvənd xanın (Levan) hakimiyyəti 1524-1535-ci illər - II Xəlilullahın Şirvanda hakimiyyəti 1524-1576-cı illər - I Təhmasibin hakimiyyəti 1526-cı ilin mayı - Səksəncik və Xərzəvil adlı yerlərdə döyüş. 1527-ci il 30 iyun - Arpaçay sahilində döyüş 1527-ci ilin iyunu - Div Sultanın ölümü 1527-1531-ci illər - Təkəli əyanlarının hökmranlığı 1534-cü il 27 sentyabr - I Süleymanın Təbrizi tutması 1534-1612-ci illər - Sadıx bəy Əfşar 1535-ilin yazı - I Süleymanın ikinci dəfə Təbrizə yürüşü 1535-1538-ci illər - Şamaxı hakimi Şahruxun hakimiyyəti 1538-ci ilin yayı - Səfəvi qoşununun Şirvana daxil olması 1540-cı il - I Təhmasibin Bakını tutması 1541-ci il - I Təhmasibin Tiflisi tutması 1547-1549-cu illər - Şirvanda Səfəvilər əleyhinə üsyanlar 1547-1554-cü illər - Şirvanda üsyanların yatırılması 1548-ci il - I Süleymanın Azərbaycana üçüncü yürüşü 1551-ci il - Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi 1552-1553-cü illər - Səfəvilərin Osmanlı ərazisinə yürüşü 1554-cü ilin yazı - I Süleymanın Azərbaycana dördüncü yürüşü 1555-ci il 29 mart - Amasiyada Səfəvi-Osmanlı dövlətlər arasında sülh müqaviləsi XVI əsr. 70-80-cı illər - Şirvanda və Talışda feodallara qarşı üsyanlar 1571-ci il - Təbriz sənətkarları və şəhər yoxsullarının üsyanı 1574-1595-ci illər - Sultan III Muradın hakimiyyəti 1577-ci il - Kürd qiyamı 1577-1584-cü illər - Krım xanı II Məhəmməd Gərayın hakimiyyəti 1578-ci il - Çıldır döyüşü 1578-ci il 24 avqust - Türklərin Tiflisi tutması 1578-ci il 28 noyabr - Ağsu çayı sahilində Mollahəsən adlı yerdə döyüş. Səfəvilərin Şirvanda qələbəsi 1578-1579-cu illər - Krım tatarlarının Şirvana və Qarabağa hücumu 1578-1587-ci illər - Məhəmməd Xudabəndənin hakimiyyəti 1583-cü ilin yazı - İmamqulu xanın Şirvana daxil olması 1583-cü ilin yazı - Fərhad paşanın Azərbaycana yürüşü 1585-ci il - Türkmən və təkəli tayfalarının qiyamı 1586-1589-cu illər - Azərbaycanın sultan III Muradın ordusu tərəfindən zəbt olunması 1587-1629-cu illər - Şah Abbasın hakimiyyəti 1587-ci il - Şah Abbasın Qəzvini tutması 1587-1736-cı illər - Səfəvilər tarixinin dördüncü dövrü 1590-1613-cü illər - Şirvan ipəyinin Venesiyaya aparılması 1590-cı il - Səfəvi-Türkiyə sülh müqaviləsi 1590-cı il - Azərbaycanın müstəqilliyinin sonu 1591-ci il - Təbriz üsyanı 1593-cü il - «Azərbaycan»ın bəylərbəylik şəkilində birləşməsi XVI əsr. 90-cı illəri-XVII əsr. – Cəlalilər hərəkatı əvvəli XVI əsr. sonu-XVII əsr. əvvəli - Azərbaycanın iqtisadi vəziyyətinin ağırlaşması XVI əsr. sonu-XVII əsr. əvvəli - Azərbaycanda kəndli çıxışları XVII əsr. əvvəli - Osmanlı imperiyasının tənəzzülü. Səfəvi dövlətinin dirçəlişi XVII əsr əvvəli - Tərzi Əfşar XVII əsr - Azərbaycan şəhərlərinin tənəzzülü XVII əsr - Azərbaycanda Yaxın və Orta Şərqin kənd təsərrüfatı məhsullarının bütün növlərinin yetişdirilməsi XVII əsr - Fars ədəbiyyatının tanəzzülü XVII əsr - Azərbaycan mədəniyyətinin zənginləşməsi XVII əsr - Sarı Aşıq XVII əsr - Aşıq Abbas Tufarqanlı 1603-cü il 21 oktyabr - I Şah Abbasın Təbrizi tutması 1603-cü il 16 noyabr - İrəvan qalasının mühasirəyə alınması 1603-1607-ci illər - Səfəvi-Osmanlı müharibələri 1604-cü il 8 iyun - I Abbasın İrəvan qalasını tutması 1605-ci il 7 noyabr - Təbriz yaxınlığında Süfiyan ətrafında döyüş 1606-cı il - Cəlalilərin Azərbaycan ərazisinə yiyələnməsi 1606-cı il 5 iyun - Gəncənin tutulması 1607-ci ilin yanvarı - Bakıda üsyan 1607-ci ilin martın əvvəli - Narınqalanın tutulması 1608-ci il - Ərzurum ətrafında osmanlı qoşununun cəlalilər ilə toqquşması 1610-cu ilin ortaları - Anadolu cəlalilərinin Səfəvi dövlətini tərk etməsi 1613-cü il 16 oktyabr - I Şah Abbasın Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana yürüşü 1616-cı ilin yazı - Sultan I Əhmədin Səfəvilərlə müharibəsi 1616-cı il - Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi 1618-ci ilin sentyabrı - I Şah Abbasla Xəlil paşa arasında Mərənd sülhünün imzalanması 1623-1640-cı illər - IV Muradın hakimiyyəti 1624-1626-cı illər - Səfəvi qoşununun Bağdad uğrunda qələbəsi 1625-ci il 30 iyun - Şah Abbasın gürcülər üzərində qələbəsi 1628-ci il - Şah Abbasın Ost-Hind kompaniyasının nümayəndə heyətini qəbul etməsi 1629-1642-ci illər - I Səfəvinin hakimiyyəti 1631-1632-ci illər - Kazakların Azərbaycana və Bakıya basqını 1634-cü il 10 avqust - Sultan IV Muradın İrəvan qalasını tutması 1635-ci il 11 aprel - İrəvan qalasının geri alınması 1638-ci il 25 dekabr - Bağdadın Türkiyənin əlinə keçməsi 1639-1640-cı illər - Dərviş Rzanın tərəfdarlarının mübarizəsi XVII əsr. ortaları - Səfəvi dövlətində iqtisadi dirçəliş t. 1684-1760-cı illər - Xəstə Qasım XVIII əsr - Azərbaycan poeziyasının Qafqaz xalqlarının poeziyasına təsiri XVIII əsr. əvvəli - Səfəvi dövlətinin ağır iqtisadi və siyasi böhranı 1703-1730-cu illər - III Əhmədin hakimiyyəti 1707-ci il - Car və Balakən camaatının üsyanı 1709-cu il - Şəki və Şirvanda kəndlilərin üsyanı 1709 və 1711-ci illər - Təbriz üsyanı 1709-1715-ci illər - Soucbulağ və Muğanda üsyan 1720-1721-ci illər - Azərbaycanda və Cənubi Dağıstanda İrana qarşı mübarizə 1722-ci il 15 iyun - I Pyotrun Azərbaycan dilində «Bəyannamə» nəşr etməsi və Azərbaycan vilayətlərinə göndərilməsi 1722-1732-ci illər - II Təhmasibin hakimiyyəti 1722-1758-ci illər - Hüseynəli xanın hakimiyyəti 1723-cü il 12 iyul - Rus eskadrasının Bakını tutması 1723-cü il 12 sentyabr - Xəzərsahili vilayətlərin zorla Rusiyaya birləşdirilməsi 1723-cü ilin yazı - Ərzurum paşasının Gürcüstana daxil olması 1724-cü il 12 iyul - Rusiya ilə Türkiyə arasında sülh müqaviləsinin imzalanması 1724-ilin mayı - Abdulla paşanın Xoy qalasını tutması 1724-cü il - Qarabağın Osmanlı Türkiyəsi tərəfindən tutulması 1725-ci il iyul-avqustu - Təbrizin qismən tutulması 1725-ci ilin oktyabrı - Sarı Mustafa paşanın Gəncəni tutması 1725-ci ilin payızı - Türkiyənin Gürcüstan, Ermənistan və Azərbaycanı ələ keçirməsi 1726-cı il - Cavad xanlığının Rusiyaya tabe edilməsi 1726-cı il - Zəngəzurda üsyan 1731-ci il - Qarabağın bütünlüklə zəbt edilməsi 1732-ci il 16 yanvar - İranla Türkiyənin sülh müqaviləsi 1732-ci il 21 yanvar - Rusiya-İran müqaviləsi 1733-cü il - Bağdad ətrafında türk qoşununun məğlubiyyəti 1734-cü ilin oktyabrı - Gəncə qalasının mühasirəsi 1735-ci il 10 mart - Gəncə yaxınlığında Rusiya-İran müqaviləsinin imzalanması 1735-ci ilin sonu - Türk qoşununun Qafqaziyədən çıxması 1736-1747-ci illər - Nadir şahın hakimiyyəti 1738-ci il - Carda üsyan 1738-ci il - Pənahəli bəyin Qarabağa qayıtması 1741-ci ilin yazı - Nadir şah ordusunun Azərbaycan və Dağıstanda məğlubiyyəti 1743-cü ilin oktyabrı - Şirvan üsyançılarının Ağsuyu tutması 1743-1744-cü illər - Şirvan, Şəki, Təbriz, Xoy və Salmasadayeni üsyanlar 1744-cü il 31 iyul - Nadir şahın Qars istiqamətində yürüşü 1744-cü il 29 noyabr - Nadir şahın Şəkiyə yürüşü 1745-ci il 13 fevral - İran qoşununun Şəkiyə ikinci yürüşü 1745-ci ilin ortaları - Türkiyə-İran arasında hərbi əməliyyat 1748-ci il - Bayat qalasının tikilməsi 1748-1763-cü illər - Pənahəli xanın hakimiyyəti XVIII əsr. ortaları - Azərbaycanda müstəqil və yarımmüstəqil dövlətlərin meydana gəlməsi XVIII əsr. 2-ci yarısı - Azərbaycanda Rusiyaya meylin güclənməsi XVIII əsr. 2-ci yarısı - Azərbaycanın iqtisadiyyatında durğunluq 1752-ci il 21 mart - II İraklinin xəyanəti. Kartli-Kaxet çarlarının xanlarla Gəncə yaxınlığında görüşü 1755-ci il - Çələbi xanın Şamaxı və Qubanın birləşmiş qüvvələrilə toqquşmada məğlubiyyəti 1755-ci il - Hacı Çələbinin ölümü 1755-1757-ci illər - Şuşa qalasının tikilməsi 1757-ci il - Məhəmməd Həsən xan Qacarın Qarabağa yürüşü 1757-ci il - Salyan xanlığının Qubaya birləşdirilməsi 1758-1789-cu illər - Fətəli xan Əfşarın hakimiyyəti 1759-cu ilin noyabrı - Dərbəndin Qubaya birləşdirilməsi VIII əsr. 60-80-cı illəri - Feodal zülmünə qarşı çıxışlar 1760-cı il - Fətəli xan Əfşarın Qarabağa hücumu 1762-cı il - Fətəli xan Əfşarın Azərbaycana yürüşü 1762-ci il - Kərim xan Zəndin Azərbaycana hücumu 1763-1806-cı illər - İbrahimxəlil xanın hakimiyyəti 1766-cı il - Bakının Qubaya birləşdirilməsi 1768-ci ilin avqustu - Fətəli xanın Şamaxını tutması 1768-ci il - Cavad xanlığının Qubaya birləşdirilməsi 1768-1774-cü illər - Rusiya-Türkiyə müharibəsi 1769-cu ilin iyulu - Fətəli xanın Hüseyn xanla müqaviləsi 1774-cü il - Birləşmiş qüvvələrin Qubaya hücumu 1774-cü il - II Yekaterinanın Türkiyə ilə müqaviləsi 1779-cu il - Nuxa qalasının tutulması 1780-1781-ci illər - Fətəli xanın Qarabağa yürüşləri 1782-ci il - İbrahimxəlil xanın Peterburqa elçi göndərməsi 1783-cü il - Gürcüstanın Rusiyanın tabeliyinə keçməsi 1783-cü il - Tərkinin Rusiyaya birləşdirilməsi 1783-cü il - Krımın ilhaq edilməsi 1784-cü il - Fətəli xanın Azərbaycanın cənubuna yürüşü 1785-ci il - Fətəli xanın Şəkini tutması 1785-ci il - Quba xanlığının Gürcüstan ilə ittifaqı 1786-1857-ci illər - Qasım bəy Zakir 1789-cu il - Mərənd yaxınlığında döyüş. Qarabağ qoşununun məğlubiyyəti 1789-1791-ci illər - Əhməd xanın hakimiyyəti 1791-1810-cu illər - Şeyxəli xanın hakimiyyəti 1794-cü il - İran qoşunlarının Əsgəran qalası yaxınlığında məğlubiyyəti 1794-1852-ci illər - Mirzə Şəfi Vazeh 1794-1847-ci illər - Abasqulu ağa Bakıxanov 1795-ci il - Şuşanın mühasirəsi 1795-ci il - Ağa Məhəmməd xan Qacarın Azərbaycana yürüşü 1796-cı il -Rus qoşunlarının Azərbaycana hərbi yürüşü 1797-ci il - Ağa Məhəmməd xan Qacarın Azərbaycana ikinci yürüşü 1797-ci il - Ağa Məhəmməd xan Qacarın Şuşaya gəlməsi
AZƏRBAYCAN KAPITALIZM DÖVRÜNDƏ
1801-ci il - 12 sentyabr Şərqi Gürcüstanın, Qazax və Şəmsədilini Rusiyaya birləşdirilməsi 1802-1870-ci illər Mirzə Kazım bəy 1802-ci il 26 dekabr - Georgiyevsk anlaşması 1803-cü il 29 mart - Rus qoşunlarının Car-Balakəni tutması 1804-cü il 3 yanvar - Gəncənın rus qoşunları tərəfindən işğalı 1804-cü ilin əvvəli - Rus qoşunlarının Zaqatala yaxınlığında məğlubiyyəti 1804-1813-cü illər - Rusiya-İran müharibəsi 1805-ci il 14 may - Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsinin imzalanması 1805-ci il 21 may - Şəki xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilənin imzalanması 1805-ci il 25 (27) dekabr - Şirvan xanlığının Rusiyaya qatılması 1806-cı il 8 fevral - General Sisyanovun Bakı ətrafında öldürülməsi 1806-cı il - Qarabağ xanı İbrahim xanın ailəsi ilə birlikdə öldürülməsi 1806-cı il - Şəki xanlığında rus işğalına qarşı üsyan 1806-cı il 22 iyun - Dərbəndin işğalı 1806-cı il oktyabr - Bakı və Quba xanlığının işğalı 1806-cı il 3 oktyabr - Bakı xanlığının ləğv edilib Bakı dairəsinin yaradılması 1806-1812-ci illər - Rusiya-Türkiyə savaşı 1807-ci ilin sonu - Şəkidə çar idarə üsulunun bərqərar olması 1809-1894-cü illər - Mir Mehdi Xəzani 1810-cu il - Əsgəran danışıqları 1810-cu il - Quba xanlığının ləğv edilib Quba əyalətinin yaradılması 1810-1811-ci illər - Quzey Azərbaycanda çar ordusuna qarşı çıxışlar 1812-ci il 16 may - Rusiya və Türkiyə arasında Buxarest barışıq müqaviləsi 1812-1873-cü illər - Əbülqasim Nəbati 1812-1878-ci illər - Mirzə Fətəli Axundov 1813-cü il 1 yanvar - Lənkəran qalasının Rus qoşunları tərəfindən alınması 1813-cü il 12 oktyabr - Gülüstan sülh müqaviləsi 1818-ci il 31 mart - Qazax, Şəmsədil və Borçalıda ağa və kəndlilər arasında münasibətləri nizamlayan "Əsasnamə"nin qəbul olunması 1819-cu il - Şəki xanlığının, Qazax və Şəmsədil sultanlıqlarının ləğv edilməsi 1819-1820-ci illər - Şəmsədildə rus ağalığına qarşı üsyan 1820-ci il - Şirvan xanlığının ləğv edilməsi 1821-ci il - Transqafqazda "İmtiyazlı gömrük" adlanan ticarət qanununun qəbul edilməsi 1822-ci il - Qarabağ xanlığının ləğv edilməsi 1824-cü il - Quba bəylərinin torpaq hüquqlarını nizamlayan "Əsasnamə"nin qəbul olunması 1825-1879-cu illər - Mirzə Qədim İrəvani 1826-cı il - Talış xanlığının ləğv edilməsi 1826-1828-ci illər - II Rusiya-İran müharibəsi 1826-cı il - Quzey Azərbaycanda "ümummüsəlman üsyanı" 1826-cı ilin sentyabrı - Şəmkir və Gəncə yaxınlığında rus ordusunun qələbəsi 1827-ci il yanvar - Rus qoşunlarının Əhəri işğal etməsi 1827-ci il 20 aprel - Xudafərin körpüsünün rus qoşunları tərəfindən tutulması 1827-ci il 26 iyun - Naxçıvanın ruslar tərəfindən tutulması 1827-ci il 1 oktyabr - İrəvanın ruslar tərəfindən işğalı 1827-ci il 13 oktyabr - Rusların Təbrizi işğal etməsi 1827-ci il - Şəkidə ilk ipək emalı fabrikinin təsis olunması 1828-ci il 28 yanvar - Urmiyanın işğalı 1828-ci il 8 fevral - Ərdəbilin işğalı 1828-ci il fevral - Şeyx Səfi məqbərəsindən 166 dəyərli əlyazmanın Sankt-Peterburqa aparəlması 1828-ci il 10 fevral - Türkmənçay müqaviləsi 1828-ci ilin apreli - Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi 1828-1830-cu illər - İran və Türkiyə ermənilərinin Qafqaza köçməsinin mütəşəkkil xarakter alması 1829-cu il - Ədirnədə Rusiya-Türkiyə müqaviləsinin imzalanması 1829-1897-ci illər - Hacı Mehdi Şükuri 1830-cu il - Car-Balakən üsyanı 1837-ci il - Quba üsyanı 1837-1907-ci illər - Mirzə Əli xan Ləli 1838-ci il - Şəki üsyanı 1838-1910-cu illər - Əfhədi Marağayi 1840-cı il - Komendant üsul-idarəsinin ləğvi 1840-cı il - İnzibati və aqrar islahatlar 1842-1907-ci illər - Həsən bəy Zərdabi 1846-cı il 6 dekabr - Bəylərin hüquqları haqqında fərman 1848-1852-ci illər - Babilər hərəkatı 1850-ci il - Zəncanda babilər üsyanı XIX əsr. 2-ci yarısı - Kapitalizmin yaranması və inkişafı XIX əsr. 2-ci yarısı - Kapitalist sənayesinin inkişafı XIX əsr. 2-ci yarısı - Burjua və fəhlə sinifinin meydana çıxması 1854-1926-cı illər - Nəcəf bəy Vəzirov 1861-1943-cü illər - Cabbar Qaryağdı 1862-1911-ci illər - Mirzə Ələkbər Sabir 1864-1940-cı illər - Əli bəy Hüseynzadə 1865-1934-cü illər - Əlimərdan bəy Topçubaşov 1866-1932-ci illər - Cəlil Məmmədquluzadə 1866-1937-ci illər - Sultanməcid Qənizadə 1868-1939-cu illər - Əhməd bəy Ağaoğlu 1870-ci ildən başlayaraq - Fəhlə hərəkatı 1870-ci il - Kəndli və inzibati islahatlar 1870-1925-ci illər - Nəriman Nərimanov 1870-1933-cü illər - Əbdürrəhim bəy Haqverdiyev 1871-ci il - Buruq üsulu ilə neft quyusunun qazılması 1872-ci il - Neft sənayesində iltizam sisteminin ləğvi 1872-1950-ci illər - Məhəmməd Səid Ordubadi 1873-cü il 22 mart - «Hacı Qara» komediyasının ilk tamaşası 1873-1934-cü illər - Mirzə Əli Möcüz Şəbistəri 1875-ci il - Təbriz dövlət məktəbinin (Təbriz Darülfünunun) açılması 1875-ci il 22 iyun - «Əkinçi» qəzetinin nəşrinin başlanması 1875-1939-cu illər - Süleyman Sani Axundov 1876-cı il - Qori seminariyasının açılması 1879-cu il - Qori seminariyasının Azərbaycan bölməsi 1879-cu il - «Ziya» qəzetinin çıxması 1897-1936-cı illər - İbrahim bəy Musabəyov 1880-cı il - İlk telefon rabitəsinin yaranması 1880-1890-cı illər - «Kaspi», «Bakinskiye izvestiya» və «Baku» qəzetləri (rus dilində) 1880-1891-ci illər - «Kəşkül» qəzeti 1880-1919-cu illər - Əliqulu Qəmküsar 1880-1943-cü illər - Əzim Əzimzadə 1882-1946-cı illər - Əli Nəzmi 1883-cü il - Qafqazda dəmir yolunun açılması 1884-1950-ci illər - Zülfüqar Hacıbəyov 1884-1955-ci illər - Məhəmməd Əmin Rəsulzadə 1885-1937-ci illər - Müslüm Maqomayev 1885-1948-ci illər - Üzeyir Hacıbəyov 1887-1943-cü illər - Yusif Vəzir Çəmənzəminli 1888-1909-cu illər - Səid Səlmasi XIX əsr. son rübü - Qaçaq hərəkatı 1894-cü il - Bakıda ilk kitabxananın açılması 1895-ci il - İlk mütəşəkkil tətil 1896-cı il - Qaçaq Nəbinin öldürülməsi 1898-1922-ci illər - Bəhruz Kəngərli 1899-cu il - Bakıda 6 sosial-demokrat hərəkatının genişlənməsi 1900-cu il - Bakı-Vladiqafqaz dəmir yolunun işə düşməsi
AZƏRBAYCAN XX ƏSRDƏ
1900 - Bakı-Petrovsk (Mahaçqala) dəmir yolu xəttinin istifadəyə verilməsi; əlvan metallurgiya sənayesinin inhisarlaşmasının əsasını qoyan müqavilənin bağlanması. 1 may 1900 - "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun"un verilməsi. 18 mart 1901 - Nazirlər Komitəsinin Rusiyadan Mil və Muğan düzlərinə 40 min nəfərədək kəndli köçürmək haqqında qərar verməsi. 1901 - H.Z.Tağıyevin Bakıda qızlar məktəbi açdırması. 1902 - Bakıda ilk açıq siyasi nümayişin keçirilməsi. M.Ə.Rəsulzadənin rəhbərliyi altında "Müsəlman gənclik təşkilatı"nın yaradılması. 21 aprel 1903 - "Cənubi Qafqazın beş qubernuyasında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haqqında" əsasnamə verilməsi. 1-22 iyul 1903 - Bakıda ilk ümumi siyasi tətilin keçirilməsi. 1904 - Rəşid bəy İsmayılovun “Muxtəsər Qafqaz tarixi” əsərini yazması. 1904-cü ilin payızı - Müsəlman sosial-demokrat “Hümmət” təşkilatının yaradılması. 30 dekabr 1904 - Bakı fəhlələrinin ümumi tətilinin qələbə ilə başa çatması. Neft sənayeçiləri ilə fəhlələr arasında “müştərək müqavilə”nin imzalanması. 1904 - “Müsəlman artistləri cəmiyyəti”nin təşkil edilməsi. 6-9 Fevral 1905 - Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlı soyqırımı törətmələri. 26 fevral 1905 - Qafqaz canişinliyinin bərpa edilməsi. 1905-ci ilin yaz və yayı - Azərbaycan milli burjuaziyanın Nazirlər Komitəsinə “Ərz-hallar” adlandırılan sənəd təqdim etməsi. 24 may 1905 - Ermənilərin İrəvanda azərbaycanlı soyqırımı törətmək cəhdlərinin iflasa uğraması. İyun 1905 - Erməni daşnaklarının Qaçar kəndi uğrunda döyüşlərdə darmadağın edilməsi. İyun 1905 - “Həyat” qəzetinin nəşrə başlaması. 16-21 avqust - Şuşa döyüşləri. Erməni quldurlarının ağır məğlubiyyətə düçar olması. 15 avqust 1905 - Ümumrusiya müsəlmanlarının I qurultayının keçirilməsi. 25 noyabr 1905 - Bakı fəhlə Deputatları Sovetinin yaradılması. 1905-ci ilin payızı - “Müsəlman cəmiyyəti xeyriyyəsi” və “Müdafiə və müsəlman kübarları və ziyalılarının ittifaqı cəmiyyəti” təşkilatının yaradılması. 12 dekabr 1905 -1905-1911-ci illər İran inqilabının başlanması. 1905 - “Qeyrət” mətbəəsinin yaradılması. 1905-1913 - Hacı Şeyx Həsən Mollazadə Gəncəvinin “Zübdətüt-tarix” əsərini nəşr etməsi. 1905-ci ilin yazı və payızı - Ə.B.Ağayev “Difai” (“Müdafiə”) təşkilatının yaranması. 15-23 yanvar 1906 - Ümumrusiya müsəlmanlarının II qurultayının keçirilməsi. aprel 1906 - “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması. 31 may 1906 - Azərbaycanda I Dumaya seçkilərin keçirilməsi. 5 avqust 1906 - Müzəfərəddin şahin konstitusiya haqqında fərman verməsi. 16-23 avqust 1906 - Ümumrusiya müsəlmanlarının III qurultayının keçirilməsi. Avqust 1906 - Azərbaycan müəllimlərinin I qurultayının keçirilməsi. 1906 - “Nəşr maarif” və “Nicat” cəmiyyətlərinin yaradılması. 30 dekabr 1906 - Müzəfərəddin şahın Konstitusiyanın qüvvəyə minməsi haqqında fərman verməsi. 1906-cı ilin sonu - Azərbaycanda II Dumaya seçkilərin keçirilməsi. 1906 - Qalakənd mis zavodunun istehsalı dayandırması. May 1907 - Gəncədə İ.Ziyadxanov “Müdafiə” təşkilatını yaratması. 1907-ci ilin əvvəli-iyun 1907 - Azərbaycanda III Dumaya seçkilərin keçirilməsi. 12 yanvar 1908 - İlk Azərbaycan operası olan “Leyli və Məcnun”un tamaşaya qoyulması. Yanvar 1908 - Təbrizdə fədai mərkəzlərinin yaradılması. 23 iyun 1908 - Tehranda əksinqilabi çevrilişin baş verməsi. Konstitusiya tərəfdarlarına və demokratik qüvvələrə divan tutulması. 18 iyul 1908 - Səttarxanın fədailəri tərəfindən Təbrizin ağ bayraqlardan təmizlənməsi. 19 mart 1910 - Səttarxan və Bağırxanın Tehrana yola salınması. 1910 - Qafur Rəşad Mirzəzadənin “Qafqaz coğrafiyası haqqında” əsərinin çap olunması. Oktyabr 1911 - “Müsavat” partiyasının əsasının qoyulması. Dekabr 1911 - Təbrizin rus qoşunları tərəfindən tutulması. İnqilabın məğlubiyyəti. 1912 - Rusiyanın və xarici ölkələrin 7 nəhəng bankı tərəfindən “Oyl” inhisar birliyinin təşkil edilməsi; Bakı və Tiflis şəhərləri arasında birbaşa teleqraf xəttinin çəkilməsi; Təbrizdə alman iş adamlarına məxsus May və sentyabr 1912 - Nuxa ipək sənayesi fəhlələrinin qələbə ilə nəticələnmiş tətillərinin başlanması. Sentyabr-oktyabr 1912 - Azərbaycanda IV Dövlət Dumasına seçkilərin keçirilməsi. Bütün Cənubi Qafqaz müsəlmanlarından yeganə deputat kimi hüquqşünas Məmmədyusif Cəfərovun deputat seçilməsi. 20 dekabr 1912 - “Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi surətdə satılması haqqında qanun”un verilməsi. 1913-cü ilin əvvəlləri - Azərbaycanın qərbində “Tovuz” portland sementi və digər tikinti materialları istehsalı səhmdar cəmiyyətinin təsis edilməsi. 7 iyul 1913 - Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərin ləğv edilməsi haqqında qanunun qəbul olunması. 4 dekabr 1914 - Sarıqamış əməliyyatı. Türk ordusunun məğlubiyyətə düçar olması. 15 yanvar 1915 - Rus qoşunlarının türk hərbi dəstələrini məğlubiyyətə uğratması. 17-20 yanvar 1915 - Rus qoşunlarının Təbrizi işğal etməsi. oktyabr 1915 - Gön-dəri sənayesini xammalla təmin etmək üçün xüsusi komitənin təşkil edilməsi. 1913 - Toxuculuq fabriklərinin istehsalını tənzim etmək və onları xammalla təchiz etmək üçün dövlət komitəsinin yaradılması. 1915 - “Açıq söz” qəzetinin nəşrə başlaması. Sentyabr 1916 - İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun Vilnüs üzərində uğurlu döyüş əməliyyatı keçirməsi. 1916 - Azərbaycanın tütün emalı fabriklərinin cəbhə üçün işləyən strateji müəssisələr sırasına daxil edilməsi. 1916 - İlk Azərbaycan filmi olan “Neft və milyonlar səltənətində” filminin ekranlaşdırılması; Təbrizdə ilk teatr binasının tikilməsi. 6 mart 1917 - Bakı Sovetinə seçkilərin keçirilməsi. 17 mart 1917 - Müvəqqəti hökümətin Bakıda yerli hakimiyyət orqanı olan “İctimai Təşkilatların İcraiyyə Komitəsi”-nin yaradılması. 27 mart 1917 - Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin seçilməsi. Mart 1917 - Bakıda sosial-demokrat “Ədalət” təşkilatının yaradılması. 15-20 aprel 1917 - Bakıda Qafqaz müsəlmanları qurultayının keçirilməsi. May 1917 - Moskvada Ümumrusiya müsəlmanlar qurultayının keçirilməsi. 1917-ci il iyunun - “Müsavat” partiyası ilə “Türk Ədəmi Mərkəziyyət” ikinci yarısı partiyasının birləşməsi. Avqust 1917 - “Birlik” təşkilatının yaradılması. Sentyabr 1917 - “Rusiyada müsəlmançılıq partiyası” və Gəncədə “İttihadi-İslam” partiyasının yaradılması. 26 oktyabr 1917 - “Müsavat” partiyasının I qurultayının keçirilməsi 1917-ci ilin sonları-1918-ci ilin əvvəlləri - Cənubi Azərbaycanın Xoy, Salmas, Soucbulaq və başqa bölgələrində azərbaycanlılara qarşı erməni-aysor və kürd quldur dəstələrinin soyqırım törətmələri. 10 (23) fevral 1918 - Cənubi Qafqaz Seyminin yaradılması 30 mart-1 aprel 1918 -“Mart soyqırımı”. Erməni-bolşevik qüvvələrinin Bakıda və ətraf ərazilərdə müsəlman soyqırımı törətmələri. 22 aprel 1918 - Cənubi Qafqaz Demokratik Federativ Respublikasının yaradılması. 25 aprel 1918 - Bakı XKS-nın yaradılması. Sədri daşnak-bolşevik Stepan Şaumyan seçildi. 26 may 1918 - Cənubi Qafqaz Seyminin son iclası. Gürcüstanın öz müstəqilliyini elan etməsi. 28 may 1918 - Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi. 28 may 1918 - F.X.Xoyski başda olmaqla I hökümət kabinetinin təşkili və fəaliyyət göstərməsi. 30 may 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə radioqram göndərilməsi. 4 iyun 1918 - Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında “Sülh və dostluq” müqaviləsinin imzalanması. 10 iyun 1918 - Bakı Sovetinin qoşunlarının Gəncə üzərinə yürüşü. 16 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin Tiflisdən Gəncəyə köçməsi. 26 iyun 1918 - Azərbaycan Milli ordusunun yaradılması. 27 iyun 1918 -Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi. 31 iyun 1918 - Bakı XKS-nın istefa verməsi. 1 avqust 1918 - “Sentrokasp” diktaturasının hakimiyyəti ələ alması 23 avqust 1918 - Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edilməsi. 28 avqust 1918 - Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etməsi. 15 sentyabr 1918 - Azərbaycan-Türk ordularının Bakını azad etməsi. “Sentrokaspi” diktaturasının devrilməsi. 17 sentyabr 1918 - Azərbaycan hökumətinin Bakıya köçməsi. 9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qəbul edilməsi. 10 noyabr 1918 - Türk ordusunun Bakını tərk etməsi. 17 noyabr 1918 - General Tomsonun komandanlığı altında ingilis ordusunun Bakıya gəlməsi. 7 dekabr 1918 - Azərbaycan parlamentinin fəaliyyətə başlaması. 15 yanvar 1919 - Xosrovpaşa bəy Sultanovun Qarabağ general-qubernatoru təyin edilməsi. 28 may 1919 - Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında ABŞ prezidenti Vilsonla görüşməsi. 1 sentyabr 1919 - Azərbaycan parlamentinin Bakı Unversitetinin açılması haqqında qanun qəbul etməsi. 15 noyabr 1919 - Bakı Dövlət Unversitetinin fəaliyyətə başlaması. 24 oktyabr 1919 - Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması. 7 dekabr 1919 - “İstiqlal” muzeyinin yaradılması. 24 dekabr 1919 - Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə beşinci hökumət kabinetinin yaradılması. 2 yanvar 1920 - RSFSR xarici işlər komissarı Çiçerinin Azərbaycan xarici işlər naziri F. Xoyskiyə birinci notasının göndərilməsi. 11 yanvar 1920 - Versal sülh konfransının Ali Şurası tərəfindən Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyini defakto tanınması. 15 yanvar 1920 - Azərbaycan nümayəndələrinə Azərbaycanın müstəqilliyinin defakto tanınması barədə Paris sülh konfransının rəsmi qərarının təqdim olunması. 23 yanvar 1920 - Çiçerinin Azərbaycana təcavüzkar ruhlu ikinci nota göndərməsi. 11-12 fevral 1920 - Azərbaycan K(b) P-nın yaradılması. 17 mart 1920 - Xoyskinin Çiçerinə növbəti nota göndərib cavab almaması. 17 mart 1920 - V.İ.Leninin Qafqaz Cəhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi. 30 mart 1920 - Nəsib bəy Yusifbəylinin beşinci hökumət kabinetinin istefa verməsi. 15 aprel 1920 - Fətəli xan Xoyskinin Dərbənd rayonuna rus qoşunlarının toplanması səbəbləri barədə məlumat vermək üçün Çiçerinin adına növbəti nota göndərməsi 22 aprel 1920 - Məhəmmədhəsən Hacınskinin yeni hökumət təşkil etməkdən imtina etməsi. 27 aprel 1920 - XI Qırmızı Ordunun Bakını işğal etməsi. 1920 - Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi. Azərbaycanın bolşeviklər tərəfindən işğal olunması. 28 aprel 1920 - Azərbaycanda sovet hakimiyyətinin elan edilməsi. Azərbaycan SSR-nin yaradılması. Bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinə verilməsi. 1920 mayın ilk günləri - Qırmızı ordunun Azərbaycan Milli Ordusunun müqavimətini qıraraq Gəncəyə daxil olması, Qazaxı zəbt etməsi, Şamaxı, Göyçay, Şəki, Zaqatala və Balakəni ələ keçirməsi; Bakı limanına hərbi donanmanın daxil olması. 3 may 1920 - Rusiyanın hərbi-dəniz donanmasının Lənkərana və Astaraya desant çıxartması; Azərbaycan İnqilab Komitəsinin dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması. 5 may 1920 - Bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi. 7 may 1920 - Ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verilməsi. 12 may 1920 - İnqilab Komitəsinin xalq məhkəməsi yaradılması haqqında dekretinin verilməsi; “əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali inqilabi tribunal təsis edilməsi; silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verilməsi. 15 may 1920 - Xalq Maarif Komissarlığının qərarı ilə vicdan azadlığının elan edilməsi; dinin dövlətdən və məktəbdən ayrılması; Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlərin milliləşdirilərək dövlət mülkiyyətinə verilməsi. 24 may 1920 - Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında dekret verməsi. 25-31 may 1920 - Sovet rejiminə qarşı Gəncədə Cavad bəy Şıxlınksinin, Mirzə Məhəmməd Qacarın və Cahangir Bəy Kazımbəyovun başçılığı altında üsyan baş verməsi və üsyanın qəddarlıqla yatırılması. 1920 iyunun əvvəli - Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekret verilməsi. 6-18 iyun 1920 - Zaqatalada Sovet rejiminin özbaşınalığına qarşı Əhmədiyevin və Molla Nafiz Əfəndinin başçılığı altnda xalq üsyanının baş verməsi. 9 iyun 1920 - Bankların milliləşdirilməsi. 15 iyun 1920 - Qarabağda Sovet işğal rejiminə qarşı Azərbaycan Milli Ordusunun hissələrinin üsyan etməsi. 15 iyul 1920 - Balıq sənayesinin milliləşdirilməsi. İyul 1920 - Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında üsyan baş verməsi. 5-9 avqust 1920 - Qırmızı ordu hissələrinin hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini Sisiyan, Qafan və Gorusdan qovması. Avqust 19 - Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və Mayılın başçılığı altında kəndli çıxışlarının baş verməsi. 26 avqust 1920 - Taxıl ticarətinin inhisara alınması haqqında dekret verilməsi. 23 sentyabr 1920 - Yoxsul komitələrinin yaradılması. 1-7 sentyabr 1920 - Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsi. 30 sentyabr 1920 - RSFSR ilə Azərbaycan SSR arasında Moskva müqaviləsinin bağlanması. 2 dekabr 1920 - Türkiyə ilə Ermənistan arasında Aleksandropol (Gümrü) müqaviləsinin bağlanması. 6 mart 1921 - Azərbaycan SSR-nin I Sovetlər qurultayının keçrilməsi. 16 mart 1921 - Türkiyə ilə RSFSR arasında Moskva müqaviləsinin imzalanması. 17 may 1921 - Azərbaycan İnqilab Komitəsinin dekreti ilə ərzaq sapalağının ləğv olunması. 19 may 1921 - Azərbaycan SSR-nin I Konstitusiyasının qəbul edilməsi. Azərbaycan İnqilab Komitəsinin ləğv olunması. Ali qanunverici, sərəncamverici, nəzarətedici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yaradılması. Aprel 1921 - Türk qoşunlarının Naxçıvandan çıxarılması. 27 iyun 1921 - Azərbaycan K(b)P MK-nın iclasında Ermənistanın Qarabağın yuxarı hissəsinə olan iddialarının rədd edilməsi. 4-5 iyul 1921 - RK(b)P-nın Qafqaz Bürosunun Qarabağın dağlıq hissəsinin Azərbaycan SSR-nin tərkibində saxlanması haqqında qərar qəbul etməsi. Sentyabr-oktyabr 1921 - Türkiyə ilə Cənubi Qafqazın Sovet respublikaları arasında Qars müqavilələrinin bağlanması. Naxçıvanın Azərbaycan hüquqlarında ərazi mənsubiyyətinin bir daha təsdiqlənməsi. 16 oktyabr 1921 - Azərbaycan Dövlət Bankının yaradılması. 12 mart 1922 - Azərbaycan, Gürcüstan və Ermənistan MİK-nin səlahiyyətli nümayəndələrinin ZSFSR-in yaradılması haqqında müqaviləni təsdiq etməsi. iyun 1922 - Cənubi Qafqaz respublikalarının xarici siyasətinin birləşdirmək haqqında qərar qəbul edilməsi. 10 dekabr 1922 - ZSFR MİK-nin yaradılması. Azərbaycan SSR-nin Formal müstəqillikdən məhrum edilməsi. 22 dekabr 1922 - ZSFSR-in SSRİ tərkibinə qatılması. 1923 - Savadsızlıqla mübarizə üçün Xüsusi Komitənin yaradılması; “Azərbaycanı Öyrənən Cəmiyyət”in yaradılması. 7 iyul 1923 - DQMV-nin yaradılması. 9 fevral 1924 - Naxçıvan MSSR-in təşkil edilməsi. 1924 - Suraxanıda turbobur vasitəsilə ilk quyu qazılması; Azərbaycan Opera və Balet teatrının fəaliyyətə başlanması. 1929 - Latın qrafikasına keçidin başa çatdırılması; Qızılağac və Zaqatala qoruqlarının yarad�
1930, fevral - Uzunluğu 822 km olan Bakı Batum neft kəməri istifadəyə verildi. 1930, 10 mart - Bakı Sənaye Akademiyası fəaliyyətə başlayır. 1930, mart - Bərdə və Qasım İsmayılov rayonlarında respublikada birinci MTS-in təşkili. 1930, 31 may - 4 iyun - AK(b) P X qurultayı. 1930, iyun - Azərbaycan Tibb İnstitutunun yaradılması. 1930, 28 avqust - AK (b) P MK bürosunun "Azərb. SSR-də ümumi icbari təhsilə keçilməsi haqqında" qərarı. 1931, 19-25 yanvar - AK (b) P XI qurultayı. 1931, 8-16 fevral VII - Ümumazərbaycan Sovetlər qurultayı. 1931, 31 mart - Azərbaycan neft sənayesinin birinci beşillik planını iki il yarıma yerinə yetirməsi münasibətilə Azərneftin 54 nəfər işçisinin Lenin ordeni ilə təltif edilməsi. 1932, 4 yanvar - C. Məmmədquluzadənin vəfatı. 1932, 19-25 yanvar - AK (b) P XI qurultayı. 1932, sentyabr - SSRİ Elmlər akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (EA ZFAB) yaradılması. 1933, 10 dekabr - Bağırov Mir Cəfər Abbas oğlu AK (b) P MK - nin birinci katibi seçilir. 1934, 11-14 yanvar - AK (b) P XII qurultayı. 1934, 13-17 iyun - Azərbaycan sovet yazıçılarının I qurultayı. 1934, noyabr - Azərbaycan Dövlət Universitetinin bərpa edilməsi. 1935, 11-17 yanvar - VIII Ümumazərbaycan Sovetlər qurultayı. 1935, oktyabr - SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (Az.OZFAN) SSRİ EA Azərbaycan Filialına (Az.FAN) çevrilməsi. 1936, mart - Azərbaycan memarlarının I qurultayı. 1936, sentyabrın axırları - Nuxa (Şəki) Dövlət Dram Teatrının açılışı. 1937, 14 mart - Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbulu. 1937, 30 aprel - M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Koroğlu" operasının ilk tamaşası. 1937, 3-9 iyun - AK (b) P XIII qurultayı. 1937, 17 sentyabr - Naxçıvan MSSR-in yeni Konstitusiyasının qəbulu. 1938, 11-14 mart - Azərbaycan aşıqlarının II qurultayı. 1938, 5-14 aprel - Moskvada Azərbaycan incəsənətinin birinci dekadası. 1938, 7-14 iyun - AK (b) P XIV qurultayı. 1939, 25 fevral - AK (b) P XV qurultayı. 1939 2 sentyabr - İkinci Dünya müharibəsinin başlanması. 1940, 1 yanvar - Azərbaycan yazısının rus qrafikası əsasında yeni əlifbaya keçilməsi. 1940, 12-16 mart - K (b) P XVI qurultayı. 1940, 6 may - Samur-Dəvəçi kanalının 1 növbəsinin açılışı. 1940, 15-28 may - Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü. 1940, 23-25 oktyabr - Azərbaycan Rəssamlar İttifaqının birinci təsis qurultayı. 1941, 22 iyun - Faşist Almaniyasının SSR-yə hücumu. 1941, 28 iyun - Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması. 1941, avqust - 402-ci Azərbaycan milli diviziyanın yaradılması. 1941 avqust - SSRİ və Böyük Britaniya qoşunlarının İrana (Cənubi Azərbaycana) müdaxiləsi. 1941, oktyabr - 223-cü Azərbaycan milli diviziyanın yaradılması. 1941, dekabr - İsrafıl Məmmədovun Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi. 1941-1945 - Cənubi Azərbaycanda milli demokratik hərəkatının birinci mərhələsi. 1942, fevral-mart - 416-cı Azərbaycan milli diviziyanın yaradılması. 1942, may - 77 Azərbaycan milli diviziyanın yenidən komplektləşdirilməsi. 1942, avqust-sentyabr - 271-ci Azərbaycan milli diviziyanın yaradılması. 1942, 9 sentyabr - Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi. 1942, 22 dekabr - Həzi Aslanova birinci dəfə Sovet ittifaqı Qəhrəmanı fəxri adının verilməsi. 1943-cü ilin payızı - Berlində mühacir Azərbaycan Parlamenti və hökumətinin seçilməsi. 1944 iyun - H. Aslanovun ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı almaq üçün təqdim edilməsi. 1945, 23 yanvar - Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması. 1945, 9 May - Faşist Almaniyası üzərində qələbə. 1945, 2 sentyabr - Yaponiya üzərində qələbə. 1945-1954 - Mingəçevir SES-nin tikilib istifadəyə verilməsi. 1946 iyun - Təbriz Universitetinin açılması. 1946 dekabr - Cənubi Azərbaycanda milli-demokratik hərəkatın süqutu. 1947 23 dekabr - 10 mart - SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən azərbaycanlıların deportasiya edilməsi haqqında qərarları. 1948 - Xəzər dənizində dünyada ilk olaraq neft-mədən estakadasının qurulması. 1948, iyun - Bakıda | |
|
Ghost Rider
Mesaj Sayısı : 550 Doğum tarihi : 21/09/97 Kayıt tarihi : 14/10/11 Yaş : 26 Nerden : Bilesuvar
| Mövzu: Geri: Azərbaycan tarixi ümumi xronologiya Ş. Okt. 29, 2011 10:13 am | |
| Maraqlıdır lazım olanda istifadə edərəm. | |
|
torres
Mesaj Sayısı : 256 Doğum tarihi : 06/07/98 Kayıt tarihi : 05/10/11 Yaş : 25 Nerden : bilesuvar
| Mövzu: Geri: Azərbaycan tarixi ümumi xronologiya Çər. Noy. 30, 2011 9:44 am | |
| | |
|
Ghost Rider
Mesaj Sayısı : 550 Doğum tarihi : 21/09/97 Kayıt tarihi : 14/10/11 Yaş : 26 Nerden : Bilesuvar
| Mövzu: Geri: Azərbaycan tarixi ümumi xronologiya C.a. Dek. 01, 2011 4:18 pm | |
| Amma dövrlərə görə bölsəydin,yaxşı olardı. | |
|
Sponsored content
| Mövzu: Geri: Azərbaycan tarixi ümumi xronologiya | |
| |
|