ŞəMSəDDiN
Mesaj Sayısı : 1165 Doğum tarihi : 16/03/99 Kayıt tarihi : 16/01/11 Yaş : 25 Nerden : Biləsuvar , 1 may küçəsi
| Mövzu: Biologiyadan test : Sitologia və biokimya Ş. Okt. 29, 2011 5:33 am | |
| Sitologia və biokimya
5. Hüceyrənin hansı orqanoidi bilavasitə zülal sintezini həyata keçirir? A) hamar endoplazmatik şəbəkə B) lizosom C) ribosom D) vakuol E) Hölci kompleksi
13. Verilmiş orqanoidlərdən hansı bilavasitə hüceyrədaxili həzm prosesində iştirak edir? A) xloraplast B) lizosom C) ribosom D) hüceyrə mərkəzi E) nüvəcik
21. Verilmiş orqanoidlərin hansıda lizosomlar formalaşır? A) xloraplast B) mitixondri C) nüvəcik D) Holci kompleksi E) hüceyrə mərkəzi
29. Hansı orqanoid hüceyrədə bölünmə vətərlərinin əmələ gəlməsində iştirak edir? A) mitoxondri B) hüceyrə mərkəzi C) lizosom D) vakuol E) xloroplast
37. Verilmiş orqanoidlərdən hansında ATF-in sin­tezi gedə bilər? A) lizosom B) ribosom C) nutoxondri D) endoplazmatik şəbəkə E) vakuol
45. Hansı orqanoid hüceyrənin enerji stansiyası adlanır? A) vakuol B) lizosom C) hüceyrə mərkəzi D) ribosom E) mitoxondri
53. Hansı orqanoidin tərkibinə zülal və RNT daxildir? A) lizosom B) vakuol C) ribosom D) hamar endoplarmatik şəbəkə E) Hölci kompleksi
63. Eukariot hüceyrələrdə m – RNT harada sintez olunur? A) ribosomda B) nüvəcikdə C) endoplazmatik şəbəkədə D) nüvədə E) lizosomda
71. Zülalların I, II, III quruluşundakı rabitələr hansı sırada ardıcıl olaraq düzgün verilmişdir? A) peptid, hibrofob, hidrofil və es – es (S – S) B) dipeptid, hibrofob, hidrogen və es – es (S – S) C) polipeptid, hibrofob, hidrofil və es – es (S – S) D) hidrogen, hidrofob və es – es (S – S) E) peptid, hidrogen, hibrofob və es – es (S – S)
79. İnsanda qazlar mübadiləsi zülalların hansı funksiyası ilə əlaqədardır? A) katalitik B) nəqliyyat C) mübadilə D) siqnal E) energetik
87. Hüceyrələrin xarici mühitin müxtəlif amillərinə cavab reaksiyası zülalların hansı funksiyası ilə bilavasitə əlaqədardır? A) siqnal B) nəqliyyat C) energetik D) müdafiə E) katalitik
95. Zülalların hansı funksiyası fernentlərin aktivliyi ilə əlaqədardır? A) katalitik B) energetik C) müdafiə D) siqnal E) nəqliyyat
101. Çevrilmələrdən hansı insan orqanizmində getmir? A) yağlar ® karbohidratlar B) karbohidratlar ® yağlar C) yağlar ® zülallar D) zülallar ® yağlar E) zülallar ® karbohidratlar
118. Xemosintez prosesini hansı canlılar həyata keçirir? A) viruslar B) bitkilər C) göbələklər D) heyvanlar E) bakteriyalar
126. Hansı proses fotosintezin qaranlıq mərhələsində baş verir? A) ATF-in sintezi B) suyun fotolizi C) karbohidratın sintezi D) oksigenin udulması E) oksigenin xaric olunması
134. Hansı proses fotosintezin işıq mərhələsində baş vermir? A) oksigenin xaric olunması B) karbohidratın sintezi C) ATP-in sintezi D) suyun fotolizi E) xlorofil molekulunun həyacanlanması
142. Fotosintez zamanı bitkilər, üzərinə düşən günəş enerjisinin neçə faizindən istifadə edir? A) 100% B) 50% C) 20% D) 25% E) 1%
150. Hüceyrənin enerji almaq üçün istifadə etdiyi əsas maddə hansıdır? A) zülal B) yağ C) qlükoza D) DNT E) RNT
158. Heyvani hüceyrələrdə qlükozanın oksigensiz parçalanması necə adlanır? A) hidroliz B) qlikoliz C) biosintez D) fotosintez E) xemosintez
166. DNT molekulunda zülalın ilkin quruluşu haqqında məlumata malik olan sahə necə adlanır? A) genetik kod B) xromatin C) gen D) xromosom E) n-RNT
VI. Mikro və makrotəkamül. ontropogenlər
64. Hansı kriteriya növün xarici və daxili quruluşunda olan oxşarlıqları əks etdirir? A) genetik B) morfoloji C) fizioloji D) biokimyəvi E) ekoloji
103. Müasir atlarda hansı barmaqlar yaxşı inkişaf etmiş və hansı barmaqlar rudiment haldadır? A) IV barmaq yaxşı inkişaf edib, III barmaq rudimentdir B) III barmaq yaxşı inkişaf edib, I və V barmaq rudimentdir C) I barmaq yaxşı inkişaf edib, III barmaq rudimentdir D) III barmaq yaxşı inkişaf edib, II və IV barmaq rudimentdir E) I barmaq yaxşı inkişaf edib, III və IV barmaq rudimentdir
119. Təkamülün vahidi nədir? A) fərd B) cins C) növ D) populyasiya E)sort
120. İnsanda aşağıdakılardan hansı rudimentdir? A) sıx tük örtüyü B) çox məməlik C) kor bağırsaq çıxıntısı D) quyruğun olması E) qaşüstü çıxıntı
127. Təkamülün əsas hərəkətverici qüvvəsi hansıdır? A) yaşamaq uğrunda mübarizə B) irsi dəyişkənlik C) təbii seçmə D) populasiya dalğası E) təcrid
128. İnsanda aşağıdakılardan hansı atavizimdir? A) büzdüm sümüyü B) sıx tük örtüyü C) seyrək tük örtüyü D) ağıl dişləri E) kor bağırsaq çıxıntısı
135. Bitkilər aləminin təkamülündə çiçəyin əmələ gəlməsi: A) idiodoptasiyadır B) aromorfozdur C) degenerasiyadır D) bioloji tənəzzüldür E) konvergensiyadır
136. Antropogenezin sosial amillərinə aid deyil: A) əmək B) ictimai həyat C) yaşamaq uğrunda mübarizə D) nitq E) təfəkkür
143. Heyvanlar aləminin təkamülündə süd vəzilərinin əmələ gəlməsi: A) aramorfozdur B) konvergensiyadır C) idioadaptasiyadır D) degenerasiyadır E) bioloji tənəzzüldür
144. Antropogenezin bioloji amillərinə aid deyil: A) yaşamaq uğrunda mübarizə B) mutasiya C) təbii seçmə D) irsi dəyişkənlik E) nitq
151. Bitkilər aləminin təkamülündə meyvə və toxumların yayılmağa uyğunlaşması: A) ümumi degenerasiyadır B) aromorfozdur C) bioloji tənəzzüldür D) ideoadaptasiyadır E) konvergensiyadır
152. Bütün insan irqləri: A) eyni növə aiddir B) eyni populyasiya daxildir C) müxtəlif növlərə aiddir D) müxtəlif cinslərə aiddir E) bütün irqlər bir böyük irqə daxildir
159. Heyvanlar aləminin təkamülündə, balıqların dərinlikdə yaşamağa uyğunlaşması: A) bioloji tənəzzüldür B) idiodaptasiyadır C) ümumi degenerasiyadır D) konvergensiyadır E) aramarfozdur
160. Aşağıdakılardan hansını ancaq kromonyonlar bacarırdı? A) od əldə etmək B) dəri paltar geyinmək C) əkinçiliklə məşğul olmaq D) daş alətlər hazırlamaq E) bitki kökləri toplamaq
168. İnsan irqləri bir-birindən nə ilə fərqlənir? A) xromosom sayı ilə B) əqli fəaliyyəti ilə C) morfoloji xüsusiyyətləri ilə D) təfəkkür qabiliyyəti ilə E) çoxalma xüsusiyyətləri ilə
175. İnsan rüşeyiminin inkişafı zamanı aşağıda­kı­lar­dan hansı baş vermir? A) beyin qovuqlarının başlanğıcı qoyulur B) ziqotun parçalanması baş verir C) qəlsəmə yarıqlarinin başlanğıcı qoyulur D) onurğanın quyruq şöbəsi əmələ gəlir E) xarici skletinin başlanğıcı qoyulur
183. İnsan və insanabənzər meymunlar üçün ümumi olmayan hansıdır? A) 4 qan qrupu B) ümumi xəstəliklər C) xromosomlardakı oxşarlıq D) baş beyinin həcmi E) gözün quruluşu
197. Ən qədim insanlara aiddir: A) avstrolopitek B) kromonyon C) neandertal D) ptekantrop E) neantrop
199. İnsan və insanabənzər meymunlar üçün ümumi olan hansıdır? A) onurğanın əyrılıkləri B) dörd qan qrupu C) baş beynin həcmi D) baş beynin cəthinin sahəsi E) II siqnal sistemi
207. Monqoloidlər üçün xarakterik olan əlamətlər hansı cırada düzəün verilib? A) qıvrım saçlar, enli burun B) düz saçlar, enli göz yarıqları C) qıvrım saçlar, qarabuğdayı dəri D) dalğalı saçlar, ağ dəri E) düz saçlar, dar göz yarıqlar
215. İnsanın təkamülündə ən yüksək pillə sayılır: A) dərrakəli insan B) düzqamətli insan C) bacarıqlı insan D) Heydelberq adamı E) cin adamı
223. Hansı insanlar üçün kannibalizim xarakterik deyil? A) ptekantroplar B) kromonyonlar C) neandertallar D) avstrolopiteklər E) sinantroplar
VII. Genetika, seleksiya, çoxalma
6. DNT-nin monomeri hansıdır? A) amin turşusu B) qlükoza C) nukleotid D) ATF E) yağ turşusu
7. Heteroziqot sarı noxudla, homoziqot sarı noxudun çarpazlaşmasından alınan nəslin neçə faizini sarı noxudlar təşkil edir? A) 25% B) 75% C) 50% D) 100% E) 0
14. Hemoqlobin zülalı hansı funksiyanı yerinə yetirir? A) katalitik B) siqnal C) nəqliyyat D) ifrazat E) inşaat
15. Homoziqot sarı noxudla yaşıl noxudun çarpazlaşmasından alınan nəslin neçə faizini yaşıl noxudlar təşkil edir? A) 100% B) 25% C) 0 D) 75% E) 50%
22. Aşağıdakılardan hansı biopolimer deyil? A) qlükoza B) nişasta C) hemoqlobin D) DNT E) RNT
23. Monhibrid çarpazlaşmada hibrid sarı noxudların öz-özünə nozlanması zamanı alınan nəslin neçə faizini sarı noxudlar nəşkil edir? A) 0 B) 25% C) 50 D) 75% E) 100%
30. Aşağıda verilənlərdən hansı biopolimerdir? A) qlikoza B) amin turşusu C) hemoqlobin D) nukleotid E) süd turşusu
31.Monohibrid çarpazlaşmada hibrid sarı noxudların öz-özünə tozlanması zamanı alınan nəsilin neçə faizini yaşıl noxudlar təşkil edir? A) 100% B) 0 C) 25% D) 50% E) 75%
38. Zülalın ilkin qurluşunun əmələ gəlməsində hansı kimyəvi rabitələr iştirak edir? A) ion B) peptid C) hidrofob D) hidrogen E) S-S (es-es)
39. Homoziqot sarı noxudla, yaşıl noxudun çarpazlaşmasından alınan nəsilin neçə faizini sarı noxudlar təşkil edir? A) 25% B) 0 C) 50% D) 75% E) 100%
46. Hansı maddələrin monomerləri aminturşular sayılır? A) karbohidratların B) zülalların C) lipidlərın D) nuklein turşularının E) yağların
47. Heteroziqot sarı noxudla yaşıl noxudun çarpazlaşmasından alınan nəslin neçə faizini sarı noxudlar təşkil edir? A) 25% B) 0 C) 75% D) 50% E) 100%
54. Hansı sırada ancaq hidrofob maddələr verilib? A) nişasta və balıq yağı B) qlükoza və xörək duzu C) etil spirti və qlükoza D) nişasta və qlükoza E) A vitamini və etil spirti
55. Heteroziqot sarı noxudla yaşıl noxudun çarpazlaşmasından alınan nəslin neçə faizini yaşıl noxudlar təşkil edir? A) 50% B) 25% C) 0 D) 100% E) 75%
80. Seleksiya işində çətinlik törədən hansı dəyişkənlik formasıdır? A) kombinativ B) irsiyyətsiz C) modifikasiya D) nisbətli E) qeyri-kombinativ
88. Mitozun hansı mərhələlərində gedən proseslər bir – birinin əksinədir? A) profaza və metafaza B) profaza və telofaza C) profaza və anafaza D) anafaza və telofaza E) metafaza və anafaza
96. Meyozun I bölünməsinin telofaza mərhələsinin sonunda çov­da­rın bir hüceyrəsində xromosom sayı nə qədər olar? (2n=14)? A) 14 B) 7 C) 28 D) 21 E) 56
104. Hansı bitkidə kütləvi seçmə aparmaq olar? A) arpa B) buğda C) çovdar D) vələmir E) noxud
112. Saf xətlərdə irsi dəyişkənliyə səbəb nədir? A) intensiv çoxalma B) homoziqotluq C) heteroziqotluq D) mutasiyalar E) miqrasiyalar
176. Hüceyrələrdəki hansı bölünmə həm də reduksion bölünmə adlanır? A) mitoz B) amitoz C) meyoz D) sadə bölünmə E) düz bölünmə
184. Hansı sırada mitoz bölünmənin fazaları düzgün ardıcıllıqla verilmişdir? 1. metafaza 2. profaza 3. telofaza 4. anafaza A) 2, 1, 4, 3 B) 2, 4, 3, 1 C) 3, 1, 4, 2 D) 4, 3, 1, 2 E) 1, 2, 3, 4
198. İnsanın 5 bağırsaq hüceyrəsində mitozun əvvəlində neçə cinsiyyət xromosomu olar? A) 5 B) 10 C) 15 D) 46 E) 0
200. Dörd başlanğıc hüceyrənin mitoz yolla bölünməsi nəticəsində necə hüceyrə əmələ gələr? A) 4 B) 2 C) 8 D) 6 E) 16
208. Hansı hüceyrə qamçılara malikdir? A) sperm B) yumurta hüceyrə C) spermatozoid D) eritrosit E) leykosit
216. Toxumluğun yetişmə zonasına daxil olan 2 başlanğıc hüceyrədən necə spermatozoid əmələ gələr? A) 2 B) 4 C) 16 D) 8 E) 6
224. Yumurtalıqların yetişmə zonasına daxil olmuş 2 başlanğıc hüceyrədən necə yumurta hüceyrə əmələ gələr? A) 2 B) 4 C) 8 D) 16 E) 6
VIII. Ekologiya, biosfer 8. Palıdlıq biogeosenozundakı qida zəncirlərində hansı bitki produsent kimi iştirak edə bilməz? A) palıd B) fındıq C) ağac sümürgəni D) mamır E) meşəalması
16. Taxıl bitkiləri---çəyirtkə---X----ilan---kirpi. Yuxarıda verilmiş qida zəncirində X canlısını müəyyən edin. A) hörümçək B) balıq C) köstəbək D) tor gənəsi E) qurbağa
24. Verilmiş canlılardan hansı bitkiyeyən konsu­ment deyil? A) çəyirtkə B) xaçlı hörmüçək C) may böcəyi D) boz dovşan E) xallı maral
32. Şirin su biogeosenozu üçün xarakterik olan ben­tos orqanizmi göstərin? a ) durna balığı B) infuzor-tərlik C) üzər böcək D) anadonta E) triton
40. Şirin su biogeosenozu üçün xarakterik olan nek­ton orqanizmi göstərin? A) üzər böcək B) anadonta C) zəli D) infuzor tərlik E) sədəf ilbizi
48. Şirin su biogeosenozu üçün xarakterik olan zooplankton orqanizmi göstərin? A) göy-yaşıl yosun B) yaşıl bakteriya C) infuzor D) anadonta E) sədəf ilbizi
56. Bakteriyalar---infuzorlar--ibtidai xərçənglər---X---yırtıcı quşlar. Yuxarıda verilmiş qida zəncirində X canlısını müəyyən edin. A) çəyirtkə B) kirpi C) kələm kəpənəyinin tırtılı D) nutriya E) balıq
72. Biosferdə canlı maddələrin ən sıx olduğu hissə: A) strotosferlə hidrosferin qovuşma sahəsidir B) hidrosferlə ozon qatının qovuşma sahəsidir C) litosfer və hidrosferlə atmosferin qovuşma sahəsidir D) troposferin yuxarı sahəsidir E) troposferlə ozon ekranının təmasda olduğu hissədir
| |
|