M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
B. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
B. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
C. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
C. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
C. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
C. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
C. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ç.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ç.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
 
USAIN_15
 
-αуtαc-
 
ŞəMSəDDiN
 
teardrop
 
๑NumBer๑One๑
 
moon_shin
 
Ghost Rider
 
DAFFODIL
 
-мαviαdα-
 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
27%
 27% [ 21 ]
Məntiqi suallara
10%
 10% [ 8 ]
İdmana
16%
 16% [ 13 ]
İnternetə
11%
 11% [ 9 ]
Gəzməyə
3%
 3% [ 2 ]
Əlavə kitablara
13%
 13% [ 10 ]
Yatmağa
1%
 1% [ 1 ]
Musiqiyə
6%
 6% [ 5 ]
Maraqlı məlumatlara
11%
 11% [ 9 ]
Televizora baxmaqa.
1%
 1% [ 1 ]
Səslərin cəmi : 79

Paylaş | 
 

 Biologiyadan testlər : İnsan və onun sağlamlığı

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
ŞəMSəDDiN



Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 17
Nerden : Biləsuvar , 1 may küçəsi

Yeni mövzuMövzu: Biologiyadan testlər : İnsan və onun sağlamlığı   Ş. Okt. 29, 2011 5:32 am

3. Sıraların hansında uzun borulu sümüklər verilib?
A) bazu və bud sümükləri
B) döş və çanaq sümükləri
C) kürək və körpücük sümükləri
D) boyun fəqərələri və barmaq falanqaları
E) qabırğalar və alt çənə sümüyü

4. İnsanda görmə reseptorları gözün hansı hissəsində yerləşir?
A) büllurda B) buynuz qışada
C) torlu qışada D) damarlı qışada
E) ağlı qışada

11. Sıraların hansında qısa borulu sümüklər verilib?
A) mil və dirsək sümükləri
B) əl darağı sümükləri və barmaq falanqaları
C) qamış və incik sümükləri
D) bilək və ayaqdaraqarxası sümükləri
E) boyun və döş fəqərələri

12. İnsanda şirin dadı müəyyən edən reseptorlar dilin hansı hissəsində yerləşir?
A) dilin yanlarında B) dilin kökündə
C) dilin ortasında D) dilin ucu və yanlarında
E) dilin ucunda

19. Sıraların hansında qısa süngəri sümüklər verilib?
A) qamış və incik sümükləri
B) alt çənə və alın sümükləri
C) fəqərələr və bazu sümüyü
D) kürək və körpücük sümükləri
E) bilək və ayaqdaraqarxası sümükləri

20. Bəbək gözün hansı qişasının ortasında yerləşir?
A) qüzehli qişanın B) ağlı qişanın
C) torlu qişanın D) damarlı qişanın
E) buynurz qişanın

27. Sıraların hansında yastı sümüklər verilib?
A) döş sümüyü və bel fəqərələri
B) qabırğalar və bud sümüyü
C) kürək və çanaq sümükləri
D) alın sümüyü və boyun fəqərələri
E) təpə sümüyü və barmaq falanqaları

28. İnsanda dəri-əzələ hissiyatı mərkəzi baş beyin yarımkürələri qabığının harasında yerləşir?
A) mərkəzi şırımdan öndə
B) gicgah payında
C) ənsə payında
D) mərkəzi şırımdan arxada
E) alın payında

35. Orta yaşlı insanın skletində hansı sümüklər bir-birilə hərəkətsiz birləşib?
A) boyun fəqərələri bir-biri ilə
B) bazu və dirsək sümükləri
C) alın və təpə sümükləri
D) bud və çanaq sümükləri
E) alt çənə və gicgah sümükləri

36. Aşağıdakılardan hansı insanda müvazinət or­qa­nına aiddir?
A) ilbiz B) üç yarımdairəvi kanal
C) təbil pərdəsi D) eşitmə sümükləri
E) xarici qulaq keçəcəyi

43. Orta yaşlı insanın skletində hansı sümüklər bir-birilə hərəkətli birləşib?
A) alt çənə və gicgah sümükləri
B) üst çənə sümükləri
C) döş və bel fəqərələri
D) təpə və ənsə sümükləri
E) alın və almacıq sümükləri

44. Eşitmə analizatorunun hissələri hansı sırada düzgün verilmişdir?
1. qulaq seyvanı 2. ilbizin reseptorları
3. üç yarımdairəvi kanal 4. təbil pərdəsi
5. eşitmə siniri
6. baş beyin yarımkürələri qabığının gicgah payının eşitmə mərkəzi
A) 4,5,6 B) 1,2,6 C) 2,5,6 D) 1,5,6 E) 3,5,6

51. Orta yaşlı insanın skletində hansı sümüklər bir-biri ilə yarımhərəkətli birləşib?
A) üst çənə sümükləri
B) büzdüm fəqərələri
C) əl darağı sümükləri və barmaq falanqaları
D) alın və təpə sümükləri
E) döş və bel fəqərələri

52. İnsanda ağlı qişa göz almasının önündə hansı qişaya keçir?
A) buynuz qişaya B) torlu qişaya
C) qüzehli qişaya D) büllur qişaya
E) damarlı qişaya

61. Funksional sistemlər nəzəriyyəsini ilk dəfə hansı alim irəli sürmüşdür?
A) P.K.Anoxin B) A.İ.Qarayev
C) İ.P.Pavlov D) Andrey Vezali
E) Vilyam Harvey

62. İnsanda skelet əzələlərinin tonusunu təmin edir:
A) orta beyin B) ara beyin C) uzunsov beyin
D) körpü E) azan sinir

69. İnsanda bioloji proqramın daşıyıcısı nədir?
A) xromosomlar B) mitoxondrilər
C) sitoplazma D) hormonlar
E) fermentlər

70. İnsanda sərbəst qabırğalar bütün qabırğaların neçə faizini təşkil edir?
A) 15,6% B) 16,6% C) 10,6%
D) 14,6% E) 12,6%

77. II və III qan qrupu olan insanlar hansı qan qru­pu olan insanlara qan verə bilər və hansılar­dan qan ala bilər?
qan verən qan alan
A) IV I
B) III I
C) II I
D) IV II
E) IV III

78. Təzyiq ən aşağı olur:
A) aortada
B) ağciyər venasında
C) ağciyər arteriyasında
D) kapillarlarda
E) yuxarı və aşağı boş venalarda

85. Sağlam insanda yetkin eritrositlər hansı formaya malikdir?
A) kürəşəkilli B) oraqşəkilli
C) qırışıqformalı D) diskşəkilli
E) spiralşəkilli

86. İri limfa axarları haraya açılır?
A) arterial sistemə B) venoz sistemə
C) kapillyar sisteminə D) limfa sisteminə
E) qara ciyərin qapı venasına

93. Yaşlı insanın ağciyərlərinin orta həyat tutumu nə qədərdir?
A) 500 sm2 B) 1000 sm2 C) 1500 sm2
D) 3500 sm2 E) 1750 sm2

94. İnsanda dişin tacı xaricdən hansı qatla örtülüb?
A) mina B) sement C) dentin
D) kutikula E) özək

102. İnsanda böyrəyi qidalandıran arteriya damarı başlanğıcını haradan götürür?
A) qara ciyər arteriyasından
B) qara ciyər venasından
C) yuxarı boş venadan
D) aşağı boş venadan
E) qarın aortasından

109. Ancaq xarici sekresiya vəzilərinin düzgün verildiyi sıra hansıdır?
A) qara ciyər və böyrəküstü vəzi
B) qara ciyər və mədəaltı vəzi
C) böyrəküstü və mədə şirəsi vəziləri
D) ağız suyu vəziləri və hipofiz
E) mədə şirəsi və ağız suyu vəziləri

110. İnsanın hansı orqanında follikulalar yetişir?
A) toxumluğun B) yumurtalığın
C) prostat vəzin D) uşaqlıq borusunun
E) uşaqlığın

116. İnsanın tənəffüs sisteminin hansı hissəsində qığırdaq yarımhalqalar var?
A) qırtlaqda B) traxeyada
C) burun boşluğunda D) burun-udlaqda
E) ağız boşluğunda

117. Mədəaltı vəzinin hormonu hansıdır?
A) adrenalin B) xolestrin C) insulin
D) lizosim E) tiroksin

124. İnsanda səs telləri harada yerləşir?
A) ağız boşluğunda
B) burun boşluğunda
C) traxeyada
D) qırtlaq qığırdaqları arasında
E) bronxların şaxələndiyi yerdə

125. Böyrəküstü vəzinin hormonu hansıdır?
A) adrenalin B) qlukaqon C) insulin
D) tiroksin E) somatotropin

132. İnsanda traxeya bilavasitə neçə bronxa şaxələnir?
A) 2 B) 3 C) 4 D) 6 E) 8

133. Uşaqlarda qalxanabənzər vəzinin fəaliyyətinin azalması nəyə gətirib çıxarır?
A) şəkərli diabetə B) kretinizimə
C) bazedov xəstəliyinə D) giqantizimə
E) “toyuq korluğu”na

140. İnsanın tənəffüsündə iştirak edən əzələlər hansı sırada düzgün verilib?
1. boyun əzələləri 2. kürək əzələləri
3. qabırğaarası əzələlər 4. diafraqma
5. bel əzələləri
A) 1,2 B) 3,4 C) 4,5 D) 2,3 E) 2,4

141. Uşaq yaşlarında hipofiz vəzinin çox hormon ifraz etməsi nəyə səbəb olur?
A) Bazedov xəstəliyinə B) miksidemaya
C) karlikliyə D) kretinizmə
E) giqantizimə

148. Sağlam insanın ağ ciyər arteriyası ilə axan qanda hansı qaz daha çoxdur?
A) CO2 B) O2 C) N2
D) təsirsiz qazlar E) CO-dəm qazı

149. Uşaqlarda boy hormonu çatmadıqda aşağıdakılardan hansı baş verir?
A) miksedema B) kretinizim
C) karliklik D) Bazedov xəstəliyi
E) giqantizim

156. Sağlam insanın ağ ciyər venası ilə axan qanda hansı qaz daha çoxdur?
A) CO2 B) O2 C) N2
D) təsirsiz qazlar E) CO-dəm qazı

157. İnsanda insulin hormonunun çatışmaması zamanı hansı xəstəlik baş verir?
A) kretinizim B) miksedema
C) şəkərli diabet D) karliklik
E) Bazedov xəstəliyi

164. Qırtlağın qıcıqlanması nəticəsində ağızdan kəskin reflektor nəfəsvermə necə adlanır?
A) asqırmaq B) qusmaq C) öskürmək
D) hıcqırmaq E) udmaq

165. Qalxanabənzər vəzinin fəaliyyətinin artması hansı xəstəliyə səbəb olur?
A) şəkərli diabetə B) Bazedov xəstəliyi
C) miksedemaya D) bürünc xəstəliyinə
E) karlikliyə

173. Leykositlərin yad cisimləri udması hadisə­sin­i kim kəşf etmişdir?
A) P.K.Anoxin B) A.İ.Qarayev C) İ.İ.Meçnikov
D) İ.P.Pavlov E) İ.M. Seçenov

174. Ağız boşluğunda ağız suyu fermentlərin təsirindən hansı maddələr parçalanır?
A) zülallar B) yağlar C) vitaminlər
D) karbohidratlar E) hormonlar

181. Hansı infeksion xəstəliyə qarşı insan orqanizimində immunitet yaranmır?
A) vəba B) difteriya C) tetanus
D) angina E) qarın yatalağı

182. İnsanda həzm orqanlarından hansının böyük bir hissəsi qarın boşluğunda yerləşmir?
A) mədə B) qida borusu C) mədəaltı vəzi
D) öd kisəsi E) qara ciyər

189. Qanın laxtalanması üçün hansı ionların plazmada olması vacibdir?
A) К+ B) Fe2+ C) Fe3+ D) Ca2+ E) Na+

190. Ağız suyu və mədə şirəsi ifrazı mərkəzi insanın baş beyininin hansı şöbəsində yerləşir?
A) ara beyin B) uzunsov beyn C) beyincik
D) orta beyin E) beyin yarımkürələri

195. Qanın hansı funksiyası eritrositlərin fəaliyyəti ilə əlaqədardır?
A) humoral B) nəqliyyat C) faqositoz
D) ifrazat E) laxtalanma

196. Sirroz xəstəliyi həzm sisteminin hansı orqanında baş verir?
A) mədə B) qida borusu
C) mədəaltı vəzi D) qaraciyər
E) yoğun bağırsaq

205. Qan plarmasının çox hissəsi hansı maddədən təşkil olunub?
A) su B) zülallar C) yağlar
D) mineral duzlar E) qlukoza

206. Öd hansı maddələrin parçalanmasına kömək edir?
A) hormonların B) zülalların
C) karbohidratların D) yağların
E) vitaminlərin

213. Hansı xəstəliyi olan adamlar üçün qan damarlarının zədələnməsi təhlükəlidir?
A) QİÇS B) sirroz C) hemofiliya
D) difteriya E) qastirit

214. Qidalı maddələrin sorulması insanın həzm sisteminin hansı şöbəsində baş verir?
A) ağız boşluğu B) mədə
C) düz bağırsaq D) nazik bağırsaq
E) yoğun bağırsaq

221. Qanın hansı funksiyası trombasitlərlə əlaqəqədardır?
A) O2 — nin daşınması
B) faqositoz
C) bioloji fəal maddələrin daşınması
D) qanın laxtalanması
E) qidalı maddələrin daşınması

222. Orta yaşılı insanda kəsici dişlərin sayı neçədir?
A) 2 B) 8 C) 4 D) 12 E) 16








Calis basini asagi sal isini gor,ancaq basini asagi salacak is gorme
Əvvələ qayıt Aşağa gitmek
 
Biologiyadan testlər : İnsan və onun sağlamlığı
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Biologiya-
Keç: