Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Sevginin nifrətə döndüyü an EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Sevginin nifrətə döndüyü an EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Sevginin nifrətə döndüyü an EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Sevginin nifrətə döndüyü an EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Sevginin nifrətə döndüyü an EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Sevginin nifrətə döndüyü an EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Sevginin nifrətə döndüyü an EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Sevginin nifrətə döndüyü an EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Sevginin nifrətə döndüyü an EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
USAIN_15
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
-αуtαc-
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
ŞəMSəDDiN
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
teardrop
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
๑NumBer๑One๑
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
moon_shin
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
Ghost Rider
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
DAFFODIL
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
-мαviαdα-
Sevginin nifrətə döndüyü an Vote_lcapSevginin nifrətə döndüyü an Voting_barSevginin nifrətə döndüyü an Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Sevginin nifrətə döndüyü an Vote_lcap27%Sevginin nifrətə döndüyü an Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Sevginin nifrətə döndüyü an Vote_lcap10%Sevginin nifrətə döndüyü an Vote_rcap
 10% [ 8 ]
İdmana
Sevginin nifrətə döndüyü an Vote_lcap16%Sevginin nifrətə döndüyü an Vote_rcap
 16% [ 13 ]
İnternetə
Sevginin nifrətə döndüyü an Vote_lcap11%Sevginin nifrətə döndüyü an Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Sevginin nifrətə döndüyü an Vote_lcap3%Sevginin nifrətə döndüyü an Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Sevginin nifrətə döndüyü an Vote_lcap13%Sevginin nifrətə döndüyü an Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Sevginin nifrətə döndüyü an Vote_lcap1%Sevginin nifrətə döndüyü an Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Sevginin nifrətə döndüyü an Vote_lcap6%Sevginin nifrətə döndüyü an Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Sevginin nifrətə döndüyü an Vote_lcap11%Sevginin nifrətə döndüyü an Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Sevginin nifrətə döndüyü an Vote_lcap1%Sevginin nifrətə döndüyü an Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Sevginin nifrətə döndüyü an

Aşağa gitmek 
4 posters
MüəllifIsmarıc
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Sevginin nifrətə döndüyü an Empty
Yeni mövzuMövzu: Sevginin nifrətə döndüyü an   Sevginin nifrətə döndüyü an EmptyÇər. Okt. 26, 2011 9:14 am

Onlar beş il evli idilər. Allah iki gözəl fidan bəxş etmişdi onlara. Hər şey öz yolunda kimi idi elə bil. Lakin son vaxtlar nəsə soyuqluq hiss etmişdi Aynur. Yoldaşı evə gec gəlir, bəhanə axtarırmış kimi hər şeyi problemə çevirib, söz- söhbət salırdı. O, səbr edib hər şeyə dözürdü. Düşünürdü ki, yəqin işləri düz getmir, axır vaxtlar stress, gərginlik bütün bunlarla əlaqəlidir. O, yoldaşına dəstək olmalı, ona arxa olmalıdır. Çalışırdı ki, ailə daxili əsayişi qorusun, yoldaşı ilə üz- üzə gəlməsin, pərdə götürülməsn. Qəfil zəng hər şeyi dəyişdi. Heç vaxt ağlına gətirmədiyi hadisə onun başına gəlmişdi. Yoldaşının həyatında başqası var idi. Qəfil, anonim zəng qısa və konkret şəkildə " Yoldaşının həyatında başqa qadın var, inanmırsan yoxla" demişdi. Əvvəl inanmadı, düşündü yəqin səhv düşüblər, bu zəng ona ünvanlanmayıb. Sonra son vaxtlar yoldaşının davranışını yadına salınca, yoxlamağı qərara aldı. Aynur ümid edirdi ki, bu anlaşılmazlıqdı, heç cür qəbul edə bilmirdi ki, belə hadisə onun başına gələ bilər. «Bu ola bilməz, heç vaxt iki balası olan ata belə iş tutmaz. Axı, mən də pis adam deyiləm, hər dediyini edirəm, evdə səs qaldırmıram, hörmətini saxlayıram, yox, o, heç vaxt mənə xəyanət edə bilməz». Aman Allah, xəyanət sözünə necə nifrət edirdi. Bu yeddi səsli söz onu necə də hövsələdən çıxarırdı. O, bu sözü nə dostluqda, nə sevgidə, heç bir halda qəbul etmirdi. Amma indi… bu sözü nəyinki qəbul etmək, hətta yaşamaq üçün güc tapmaq lazım idi. Yox, indi o, hər şeyi araşdıracaq və əmin olacaq ki, hər şey öz yolunda, yoldaşı tərtəmiz, vicdanlı, məsuliyyətli bir insandır, belə iş tutmaz.



Aynur unudurdu ki, biz insanıq, nəfsimiz var, yalan danışmaq da əlimizdən gəlir. Unudurdu ki, insan hər şeyə qadirdi, sadəlövhcəsinə inanırdı. İnanırdı və bu onun faciəsi idi.



Aynur öz dünyasında yaşayırdı. Saf, yalandan uzaq, bu real dünyadan çox fərqli, utopik dünyasında. O, inanırdı ki, pis bir şey onun başına gələ bilməz. lakin şübhə elə acı və qorxulu toxumdur ki, tez boy atır və bütün vücuduna hakim olur. Nəhayət, ürək edə bilmədiyi bir işə başlamağı qət etdi. O, hər şeyi yoxlamalı, araşdırmalı idi. Gecə yoldaşı yatınca onun telefonunu axtardı. Tapa bilmədi. Birdən ağlına gəldi ki, son vaxtlar yoldaşı telefonu yastığının altında gizlədir. Buna gizlətməkdən başqa nə ad vermək olardı ki? Ehmalca telefonu götürdü. şübhəli gələn nömrələri qeyd etdi və onlara bir-bir zəng vurmağa başladı. Bu proses elə də asan deyildi. Onun bütün bədəni tit-tir əsirdi. Ona bir anlıq elə gəldi ki, yer ayağının altından qaçdı, başı fırlandı, əli titrəməyə başladı. Lakin bir neçə zəng hələ heç nə demirdi. O sakitləşdi. Sevinməyə başladı, gözlərində ümid işığı yandı, lakin sonincu nömrəni yığdıqda telefona qadın səsi cavab verdi. O, inana bilmirdi qulaqlarına. Bu ola bilməzdi. Bu qadın kim idi? Necə olmuşdu ki, onun nömrəsi yoldaşının telefonunda ən çox zəng etdiyi nömrələr sırasında olsun? Yəni, anonum zəng həqiqəti ona söyləmişdi? Aman Allah, niyə bunlar onun başına gəldi? Yox, bu həqiqət ola bilməz, burda nəsə bir anlaşılmazlıq var.



Aynur, halsız şəkildə divana oturdu. bir müddət düşünmə qabiliyyətini itirdi, gözləri bir boşluğa zillənmişdi, nə edəcəyini, bundan sonra necə yaşayacağını bilmirdi. Ancaq onu bilirdi ki, həyatı alt -üst olmuşdu. Özünü kimsəsisiz, aciz, lazımsız hiss etdi. Hər şeyi aydınlaşdırmaq lazım idi. O hiss edirdi ki, içində nəsə, heç vaxt duymadığı hisslər baş qaldırır. Nəsə anlaşılmaz, ağır, onun nəfəsini kəsən hisslər. O, uyumalı idi. Yatmaq, dincəlmək lazım idi. Belə də etdi. Neçə saat yatdığını bilmədi. Ancaq onu bilirdi ki, heç ayılmaq belə istəmirdi. Sanki ölmək, canını qurtarmaq çıxış yolu idi. Ancaq ölməmişdi və olanları yaşamaq, reallıqla barışmaq, həyatına davam etmək, ayaqları üstə dayanmaq, sınmamaq lazım idi. O, düşünürdü ki, indiyə kimi elə bil yuxuda imiş, balaca uşaq kimi nağıllarda yaşayırmış.



Axşam yoldaşı evə gəldikdə onun gözlərinə diqqətlə baxmağa başladı. İndi bu gözlərə məhəbbətlə yox, başqa cür baxırdı. İndi onlara əvvəlki tək qürurla baxmırdı. İndi onlara əvvəlki tək güvənmirdi. Əksinə olmuşdu hər şey. İndi onlara şübhə ilə, yad insana, tanımadığı birisinə baxdığı kimi baxırdı. Qarşıdakı insanın, ona hər zaman hamıdan yaxın olan, bir yastığa baş qoyduğu bu şəxsin kim olduğunu xatırlaya bilmirdi sanki. Belə də olur demək. İnsan bir günə, bir saata da böyüyə bilərmiş. İndi o, anlamışdı ki, indiyə kimi 5 yaşlı qızcığaz imiş. Nə olsun ki, iki uşaq anasıdır. Psixoloji baxımdan elə balalarından heç də fərqlənmir. İndi isə çox qocalmış, beli bükülmüşdür. Sevgi insanı xöşbəxt etmək qüdrətinə malikdir, amma...bədbəxt etmək qüdrəti var imiş. Xöşbəxtlik çox qısa olur, unudulur, bədbəxtlik isə ömrünün sonuna kimi sənə yoldaşdır. Bütün bunları bir günün içində anlamışdı. O, yatmış, oyandıqda tamam başqa insan kimi durmuşdu. 5 yaşlı qız yatmış 65 yaşlı qarı kimi oyanmışdı. Həyatda güclü olmaq lazımdır, əks halda necə yox olduğunu heç özün də hiss etməyəcəksən. Səni hər kəs unudacaq. İnsanlar unutqan olur.



Anonim zəng, telefon nömrəsi barədə yoldaşına hər şeyi danışdı. Təbii ki, o da hər şeyi inkar etdi. Lakin artıq onun üçün heç nəyin fərqi yox idi. Bir günün içində onun gözlərindən qəflət pərdəsi qalxmışdır. İndi onun necə şirin yalan danışdığını görürdü. Əvvəl gözüyumulu ona inanırdı. İndi isə… hər kəlməsinin yalan, ya həqiqət olduğunu necə də aydın görsənirdi.



Həyat budur… Niyə də o seçilmiş olmalıydı? Bu həyatda o qədər əziyyət çəkən insan var ki. Niyə o bu insanlardan fərqli olmalı idi? Hansı səbəbə görə? Həyat yalnız yeyib — yatmaqdan ibarət deyil ki. Həmişə onun bəxti gətirməli deyil ki...Bunları düşünə- düşünə sakitcə pəncərəyə yaxınlaşdı və yağışı dinləməyə başladı. İçindəki inam, insanlara və hər kəsə olan inamı bu yağışla birgə yuyulub gedirdi. İçindəki saflıq yox olmuşdu. Artıq o, kinli realistə çevrilmişdi. O, bütün gücünü səfərbər etmiş və indidən sonra necə yaşayacağını düşünürdü.



Müəllif: Zeynalova Vüsalə.M
Əvvələ qayıt Aşağa gitmek
Yaralı

Yaralı


Mesaj Sayısı : 26
Doğum tarihi : 08/09/98
Kayıt tarihi : 26/10/11
Yaş : 25
Nerden : Celilebad

Sevginin nifrətə döndüyü an Empty
Yeni mövzuMövzu: Geri: Sevginin nifrətə döndüyü an   Sevginin nifrətə döndüyü an EmptyÇər. Okt. 26, 2011 10:11 am

Maraqlı idi.Sağol.
Əvvələ qayıt Aşağa gitmek
Farid

Farid


Mesaj Sayısı : 166
Doğum tarihi : 25/04/97
Kayıt tarihi : 10/10/11
Yaş : 26
Nerden : Cəlilabad

Sevginin nifrətə döndüyü an Empty
Yeni mövzuMövzu: Geri: Sevginin nifrətə döndüyü an   Sevginin nifrətə döndüyü an EmptyC.a. Okt. 27, 2011 8:07 am

Maraqlı idi çox sağ ol.
Əvvələ qayıt Aşağa gitmek
torres

torres


Mesaj Sayısı : 256
Doğum tarihi : 06/07/98
Kayıt tarihi : 05/10/11
Yaş : 25
Nerden : bilesuvar

Sevginin nifrətə döndüyü an Empty
Yeni mövzuMövzu: Geri: Sevginin nifrətə döndüyü an   Sevginin nifrətə döndüyü an EmptyC.a. Okt. 27, 2011 8:09 am

Maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Sevginin nifrətə döndüyü an Empty
Yeni mövzuMövzu: Geri: Sevginin nifrətə döndüyü an   Sevginin nifrətə döndüyü an Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Sevginin nifrətə döndüyü an
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: Hekayələr və Şeirlər-
Keç: