Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Similar topics
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Biologiya fənni üzrə imtahan  EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Biologiya fənni üzrə imtahan  EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Biologiya fənni üzrə imtahan  EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Biologiya fənni üzrə imtahan  EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Biologiya fənni üzrə imtahan  EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Biologiya fənni üzrə imtahan  EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Biologiya fənni üzrə imtahan  EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Biologiya fənni üzrə imtahan  EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Biologiya fənni üzrə imtahan  EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
USAIN_15
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
-αуtαc-
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
ŞəMSəDDiN
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
teardrop
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
๑NumBer๑One๑
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
moon_shin
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
Ghost Rider
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
DAFFODIL
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
-мαviαdα-
Biologiya fənni üzrə imtahan  Vote_lcapBiologiya fənni üzrə imtahan  Voting_barBiologiya fənni üzrə imtahan  Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Biologiya fənni üzrə imtahan  Vote_lcap27%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Biologiya fənni üzrə imtahan  Vote_lcap10%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 10% [ 8 ]
İdmana
Biologiya fənni üzrə imtahan  Vote_lcap16%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 16% [ 13 ]
İnternetə
Biologiya fənni üzrə imtahan  Vote_lcap11%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Biologiya fənni üzrə imtahan  Vote_lcap3%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Biologiya fənni üzrə imtahan  Vote_lcap13%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Biologiya fənni üzrə imtahan  Vote_lcap1%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Biologiya fənni üzrə imtahan  Vote_lcap6%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Biologiya fənni üzrə imtahan  Vote_lcap11%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Biologiya fənni üzrə imtahan  Vote_lcap1%Biologiya fənni üzrə imtahan  Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Biologiya fənni üzrə imtahan

Aşağa gitmek 
4 posters
MüəllifIsmarıc
ŞəMSəDDiN

ŞəMSəDDiN


Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 25
Nerden : Biləsuvar , 1 may küçəsi

Biologiya fənni üzrə imtahan  Empty
Yeni mövzuMövzu: Biologiya fənni üzrə imtahan    Biologiya fənni üzrə imtahan  EmptyŞ. Sen. 17, 2011 8:49 am

1. Azərbaycanın hansı rayonunda çay bitkisi becərilmir?

A) Lənkəran B) Astara C) Zaqatala D) Göyçay E) Masallı

VII sinfin “Bitkilər” bölməsini əhatə edən sadə və ümumiləşdirici test tapşırığıdır. Məqsəd hər gün istifadə olunan kənd təsərrüfatı bitkilərini tanımaq, onlardan istifadə qaydalarını bilmək, vegetativ və generativ orqanları müqayisə edə bilmək, nəzəri bilikləri praktikada tətbiq edə bilmək bacarığını aşkara çıxarmaqdır. Təqdim olunan test tapşırığı hafizəyönümlüdür. 70,66% şagirdlər bu tapşırığa düzgün cavab vermişlər.

Düzgün cavab: D

2.Xemosintezedici bakteriyalara aid deyil:

A) nitrifikasiya bakteriyaları

B) süd turşusu bakteriyaları

C) hidrogen bakteriyaları

D) kükürd bakteriyaları

E) dəmir bakteriyaları

Sadə faktoloji test tapşırığıdır. Məqsəd göbələkləri tanımaq, onları fərqləndirə bilmək, təbiətdə və insan həyatında onların rolunu müəyyən edə bilmək, ümumiləşdirmə, mühakimə və tətbiqetmə bacarığını yoxlamaqdır. Nəticənin 52,79% olması biologiya müəllimlərinin bu sahəyə diqqət artırmasını tələb edir.

Düzgün cavab: B

3. Aşağıdakılardan hansı balıqlarda yoxdur?

A) qabırğa B) böyrək C) qaraciyər D) döş qəfəsi E) mədəaltı vəzi

Zoologiya bölməsinə aid orta dərəcəli ümumiləşdirici test tapşırığıdır. Məqsəd təbiətdə canlı orqanizmlərin vahidliyi sistemliliyi və müxtəlifliyini, canlıların quruluşu və onların funksional xüsusiyyətlərini müqayisə, təhlil və tədqiqetmə bacarığını aşkara çıxarmaqdır. 55,56% müsbət cavab verilməsi onu göstərir ki, şagirdlər kiçik siniflərdə daha həvəslə oxuyurlar.

Düzgün cavab: D

4. İnsan orqanizmində çanaq boşluğunda yerləşmir:

A) sidik kisəsi B) böyrək C) uşaqlıq D) prostat vəzi E) düz bağırsaq

IX sinif materialına əsaslanan orta dərəcəli faktoloji test tapşırığıdır. Məqsəd ümumiləşdirmə, mühakimə və nəzəri biliklərin tətbiqi bacarığını yoxlamaqdır. Tam orta təhsilli hər bir insan öz orqanizminin quruluşunu bilməli, sağlamlığını qorumağı, zərərçəkənlərə ilk yardım etməyi bacarmalıdır. 48,43% düzgün cavab bu sahədə vəziyyətin qənaətbəxş olmadığını göstərir.

Düzgün cavab: B

5. DNT-nin bir zəncirinin müəyyən hissəsində nukleotidlərin ardıcıllığı -Q-S-Q-A-T-T- olarsa, onda bu molekulun ikinci zəncirinin həmin sahəsində neçə adenin (A) nukleotidi olar?

A) 1 B) 2 C) 3 D) 4 E) 5

X sinif “Sitologiya” bölməsi əsasında hazırlanmış çətin, məntiq tələb edən test tapşırığıdır. Məqsəd müxtəlif bilik mənbələrindən istifadə etmək, qazanılan bilikləri ümumiləşdirib nəticə çıxarmağı bacarmaq qabiliyyətini yoxlamaqdır. Təbii ki, hər bir şagird sadə riyazi biliklərə malik olmalı, onlardan gündəlik həyatında istifadə etməyi bacarmalıdır. Təəssüf ki, 25,17% nəticə onu göstərir ki, şagirdlərin bir hissəsi hələ də məntiqi təfəkkür tələb edən suallara cavab verməkdə çətinlik çəkir.

Düzgün cavab: B

6. Bitkilərin təkamülündə idioadaptasiyaya misal ola bilər:

A) toxuma və orqanların meydana gəlməsi

B) toxumla çoxalma

C) çiçəyin əmələ gəlməsi

D) köklərin əmələ gəlməsi

E) quraqlıq şəraitinə uyğunlaşma

Orta dərəcəli, faktoloji test tapşırığıdır. Biologiya fənn kurikulumunda qeyd olunur ki, tam orta təhsil pilləsində şagirdlərdə həyatın əmələ gəlməsi, üzvi aləmin inkişafı və təkamülü, canlı maddi aləmin tamlığı və vəhdət təşkil etməsi haqqında elmi dünyagörüşü və məntiqi təfəkkür inkişaf etdirilməlidir. Test tapşırığının məqsədi də müqayisə, təhlil və tədqiqetmə bacarığını yoxlamaqdır. 40,82% nəticə onu göstərir ki, bu sahəyə diqqəti artırmaq lazımdır.

Düzgün cavab: E

7. Antropogenezdə qədim insanlara aiddir:

A) avstralopitek B) kromanyon C) neandertal D) pitekantrop E) sinantrop

Orta, ümumiləşdirici fənlərarası test tapşırığıdır. Şagirdlər insanın təkamülü haqqında məlumatlarla tarix dərsində də qarşılaşmışlar. Tam orta təhsil pilləsində şagirdlərdə insanın mənşəyi haqqında ətraflı təsəvvür formalaşdırılır (fənn kurikulumu). Məqsəd şagirdlərin bu mövzu haqqındakı biliklərini ümumiləşdirib nəticə çıxarmaq bacarığını yoxlamaqdır. Düzgün cavab verən şagirdlər 43,4% təşkil edir ki, bu da qənaətbəxş sayılmır.

Düzgün cavab: C

8. Hüceyrələrdəki hansı bölünmə həm də reduksion bölünmə adlanır?

A) mitoz B) amitoz C) meyoz D) sadə bölünmə E) düzünə bölünmə

Orta dərəcəli elmi-məntiqi bioloji biliklərə əsaslanan test tapşırığıdır. Hər bir şagird canlıların quruluşu və onların funksional xüsusiyyətlərini bilməli, onları müqayisə və təhlil edib tətbiq etməyi bacarmalıdır. Test tapşırığının hazırlanmasında da məqsəd budur. 46,1% nəticə onu göstərir ki, şagirdlər məntiqi testlərlə daha çox işləməlidirlər.

Düzgün cavab: C

9. Genetikada insanın xromosomlarını öyrənməyə əsaslanan metod necə adlanır?

A) biokimyəvi B) əkizlik C) sitogenetik D) hibridoloji E) genealoji

XI sinif materialları əsasında hazırlanmışdır. Sadə terminoloji test tapşırığıdır. Tam orta təhsil pilləsində şagirdlərdə genetika və seleksiyanın əsasları haqqında ətraflı təsəvvür formalaşdırır, seleksiyanın tətbiqi yollarını izah edir, canlı maddi aləmin tamlığı və vəhdət təşkil etməsi haqqında elmi dünyagörüşü və məntiqi təfəkkür inkişaf etdirilir. Məqsəd şagirdlərin sadə genetik biliklərə malik olduğunu yoxlamaqdır. Düzgün yazılmış cavabların 38,92% olması belə deməyə imkan verir ki, hələ də bir çox müəllimlərimiz “Genetika” bölməsini yetərincə tədris etmirlər.

Düzgün cavab: C

10. V.İ.Vernadski Yerin “ağıllı” qatını necə adlandırmışdır?

A) biosfer B) noosfer C) litosfer D) troposfer E) stratosfer

Sadə ümumiləşdirici test tapşırığıdır. Biologiya fənn kurikulumunda qeyd olunur ki, XI sinfin sonunda şagird:

Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, regional ekoloji problemlərl, ekoloji amillərin canlıların həyatında rolunu izah edir. Məqsəd bu bacarığın yoxlanılmasıdır. 31,43% göstərici şagirdlərdə bu bacarıqların zəif olduğunu göstərir.

Düzgün cavab: B

Qeyd etmək lazımdır ki, test tapşırıqları hazırda müəllim və şagirdlərin əlində olan 11-ci sinif buraxılış imtahanları üçün hazırlanmış “Test bankı”ndan hazırlanmışdır. Buna baxmayaraq, bir çox məktəblərdə imtahana hazırlığın səviyyəsi yüksək olmamış, müəllimlər şagirdlərlə zəif iş aparmışlar.

2010-2011-ci dərs ilinin yoxlama və buraxılış imtahanlarında da ancaq proqram materiallarından istifadə olunacaq bəzi mürəkkəblik dərəcəsinə görə orta və çətin sayılan test tapşırıqlarının həlli nümunələrinə baxaq:

1. Qida zəncirlərində həm produsent, həm də konsument kimi iştirak edə bilən ibtidai orqanizm hansıdır?

A) Adi amöb B) Dizenteriya amöbü C) Yaşıl evqlena D) İnfuzor-tərlik E) Malyariya paraziti

Verilən test tapşırığı orta çətinliyə malik mövzulararası test tapşırığıdır. VII sinif zoologiyadan “İbtidailər” və XI sinif ümumi biologiyadan “Ekologiya” bölmələrini əhatə edir. Şagirdlər bu test tapşırığını yerinə yetirmək üçün biogeosenozun əsas strukturunu müəyyən edən canlılar qrupu, yəni produsentlər, konsumentlər və redusentlər haqqında məlumata malik olmalıdırlar. Onlar bilməlidir ki, produsentlər üzvi maddələr istehsal edən avtotrof orqanizmlər, xüsusən yaşıl bitkilərdir. Konsumentlər isə hazır üzvi maddə ilə qidalanan heterotrof orqanizmlərdir. Şirin su hövzəsinin ekosistemində ibtidai birhüceyrəli heyvan olan yaşıl evqlena işıqda bitkilər kimi avtotrof qidalanır, uzun müddət qaranlıqda qaldıqda isə rəngsizləşir və hazır üzvi maddələrlə qidalanmağa başlayır. Yəni birinci halda o, produsent, ikinci halda isə konsumentdir.

Düzgün cavab: C

2. Üzvi aləmin təkamülü prosesində aşağıdakılardan hansı aromorfoza misal ola bilər:

A) quşlarda istiqanlılıq

B) skatda yastı bədən forması

C) balinakimilərdə dərialtı qalın piy qatı

D) şalada bədənin qoruyucu rəngi

E) lentşəkilli qurdlarda bağırsağın reduksiyaya uğraması

Bu test tapşırığı X sinif üzvi aləmin təkamülü mövzusu əsasında hazırlanmışdır. Mürəkkəblik dərəcəsinə görə çətin test tapşırığı sayılır. Məqsəd üzvi aləmin təkamülü prosesinin istiqamət və yollarını fərqləndirə və tətbiq edə bilmək bacarığını müəyyənləşdirməkdir. Məlumdur ki, aromorfoz ümumi quruluş yüksəlişinə aparan, orqanizmlərin mürəkkəbləşməsi ilə bağlı olan böyük təkamül dəyişkənliyidir. Aromorfoz böyük sistematik vahidlərin meydana çıxmasına gətirib çıxarır. Verilmiş test tapşırığındakı B), C), D), E) distraktorlarında idioadaptasiyaya, yəni mühit şəraitinə uyğunlaşmağa xidmət edən xırda təkamül dəyişkənliklərinə misallar verilmişdir. Quşlarda və məməlilərdə istiqanlılıq isə ilk əvvəl qan-damar və tənəffüs sistemi orqanlarının, ümumilikdə bütün orqanizmin mürəkkəbləşməsi ilə əlaqədardır.

Düzgün cavab: A

3. DNT molekulunda QUOTE nukleotidlərinin nisbəti neçəyə bərabərdir?

A) 2 B) 1 C) 0 D) 4 E) 10

Hesablama xarakterli orta səviyyəli test tapşırığıdır. Tapşırığı yerinə yetirmək üçün şagird X sinif “Sitologiya” bölməsi üzrə biliklərə malik olmalıdır. O, DNT molekulunun ikiqat zəncirinin quruluşunu, komplementarlıq prinsipini, nukleotidlərin həndəsi və kimyəvi quruluş uyğunluğunu yaxşı bilməlidir. Məlumdur ki, DNT molekulu iki zəncirlidir. Zəncirlər bir-biri ilə azot əsasları olan hissədə qarşı-qarşıya durur. Komplementarlıq prinsipinə əsasən adenin (A) timinə (T), quanin (Q) isə sitozinə (S) uyğundur və onlar arasında hidrogen rabitəsi yaranır. Deməli, zəncirdə adenin nukleotidlərinin sayı timinə, quanin nukleotidlərinin sayı da sitozinə bərabərdir: A=T və S=Q.

Sadə riyazi məntiqə görə, A+Q=T+S yəni,

Düzgün cavab: B

4. Drozofil milçəyinin toxumluğunda meyoz prosesinə neçə ilkin cinsi hüceyrə daxil olmalıdır ki, alınan spermatozoidlərdə xromosomların ümumi sayı 80-ə bərabər olsun (2n=Cool?

A) 10 B) 5 C) 4 D) 20 E) 40

Hesablama testləri kateqoriyasına daxil olan çətin mövzulararası test tapşırığıdır. Bu tapşırığı yerinə yetirmək üçün şagird ümumi biologiyadan “Orqanizmlərin çoxalması və inkişafı” və “Genetikanın əsasları” bölmələrini əsaslandırmağı bacarmalıdır. Nəzəri biliklərini praktik olaraq tətbiq edib tapşırığın cavabını aşağıdakı kimi hesablamalıdırlar: çoxhüceyrəli heyvanlarda cinsiyyət hüceyrələrinin formalaşması prosesi cinsiyyət vəzilərində gedir ki, bu qametogenez prosesi adlanır. Erkək cinsi hüceyrələrin yaranması prosesində ilkin cinsiyyət hüceyrəsi yetişmə zonasında meyoz yolla bölünür. Nəticədə bir ilkin cinsiyyət hüceyrəsindən dörd spermatozoid əmələ gəlir və onlarda xromosom sayı haploid olur. Məsələnin şərtində verilmişdir ki, alınan spermatozoidlərdə xromosomların ümumi sayı 80-ə bərabərdir. Əgər bir spermatozoiddə xromosomların haploid sayı n=4 olarsa, onda 80:4=20 spermatozoidlərin ümumi sayı alınır. Nəzərə alsaq ki, bir ilkin cinsi hüceyrədən 4 spermatozoid əmələ gəlir, onda 20:4=5 ilkin hüceyrə alınır. Deməli, drozofil milçəyinin toxumluğunda meyoz prosesinə 5 ilkin cinsi hüceyrə daxil olmuşdur.

Düzgün cavab: B

5. Buğda toxumunda ehtiyat qida maddələri toplanır:

A) rüşeymin bütün hissələrində

B) toxumun qabığında

C) endospermdə

D) ləpədə

E) rüşeym gövdəciyində

Bu test tapşırığı mövzulararası, orta çətinlik dərəcəsinə malikdir. Bu test tapşırığının öhdəsindən gəlmək üçün şagird VI sinif “Toxum” bölməsinə və ümumi biologiya “Orqanizmlərin çoxalması və inkişafı” mövzularına müraciət etməlidir. Test tapşırığını yerinə yetirmək üçün şagirdlər çiçəkli bitkilərdə ikiqat mayalanma prosesini, toxumun quruluşunu, birləpəli və ikiləpəli bitkilərin toxumlarını bir-birindən fərqləndirməyi bacarmalıdırlar. Məlumdur ki, çiçəkli bitkilərdə ikiqat mayalanmadan sonra mayalanmış yumurta hüceyrə diploid rüşeymə, mərkəzi hüceyrə isə onun ehtiyat qidasını təmin edən triploid xromosom yığımlı endospermə çevrilir. Nəticədə toxumun formalaşması prosesində əksər ikiləpəli bitkilərin toxumunda endosperm inkişaf etmir və ehtiyat qida maddələri rüşeymin hissələrində toplanılır. Birləpəli bitkilərin toxumunda isə endosperm yaxşı inkişaf edir. Buğda bitkisi də birləpəli olduğu üçün onun toxumunda ehtiyat qida maddələri endospermdə toplanır.

Düzgün cavab: C

6. Hansı göbələk parazit deyil?

A) qov göbələyi

B) çovdar mahmızı

C) sürmə

D) yalançı tülküqulağı

E) kartof göbələyi

Ümumiləşdirici xarakterə malik VII sinif həcmində orta çətinlik dərəcəli test tapşırığıdır. Bu testə düzgün cavab vermək üçün şagird göbələklərin quruluşunu, qidalanma üsulunu bilməli və onları fərqləndirməyi bacarmalıdır. Hafizə yönümlü bu test tapşırığında şagird parazit göbələklərinin adlarını bilməli, onları zəhərli göbələklərlə qarışdırmamalıdır. Göbələklər üsuluna görə saprofit və parazit olur. D distraktorundan başqa digər cavabların hamısında parazit göbələklər verilmişdir. Bu cavablarda verilmiş göbələklər digər bitkilərin üzərində yaşayaraq onların hazır üzvi maddələri hesabına qidalanır. Bəzən şagirdlər zəhərli göbələkləri də səhvən parazit kimi qəbul edir, saprofit və parazit qidalanma üsullarını bir-birindən ayıra bilmirlər. Ona görə də düzgün cavabı da tapmağa çətinlik çəkirlər. D distraktorundakı yalançı tülküqulağı göbələyi qidalanma üsuluna görə saprofit papaqlı göbələkdir. Yəni saprofitlər bitki və heyvan qalıqları ilə qidalanır. Deməli, yalançı tülküqulağı göbələyi parazit deyil.

Düzgün cavab: D

7. Əgər insanda baş-beyin yarımkürələrinin ənsə payı zədələnərsə, hansı analizatorun işi pozula bilər?

A) eşitmə B) dəri-əzələ C) görmə D) dad E) qoxu

IX sinif həcmində orta dərəcəli mühakimə xarakterli test tapşırığıdır. Bu tapşırığa cavab vermək üçün şagird “Sinir sistemi” və “Analizatorlar” fəsillərini yaxşı bilməli, onlar arasında əlaqə yaratmalıdır. Adətən şagirdlər bu tipli test tapşırıqlarının həllində bir qədər çətinlik çəkirlər, çünki qoyulan tapşırığı yerinə yetirmək üçün dərslikdə verilən faktları məntiqlə mətndən distraktorlara gətirmək lazımdır. “Baş-beyin yarımkürələri” mövzusunda hər bir analizatorun mərkəzi hissəsi haqqında məlumat verilir. Və şagird baş-beyin yarımkürələrində bu mərkəzlərin yerini bildikdən sonra asanlıqla test tapşırığını yerinə yetirə bilər. Baş-beyin yarımkürələrinin ənsə payında görmə hissiyyatının qabıq mərkəzi yerləşir. Təbii ki, bu nahiyə zədələndikdə görmə hissiyyatı pozular.

Düzgün cavab: C

Buraxılış imtahanları üçün test tapşırıqlarının hazırlanması sahəsində daim yeni-yeni işlər görülür, qiymətləndirmə vasitələri yeniləşir və təkmilləşir. 2010-2011-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarında biologiya fənnindən 12 sualın salınması şagirdlərin biliyinin obyektiv qiymətləndirilməsi üçün şərait yaradır.



Qaynaq: Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsi
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Biologiya fənni üzrə imtahan  Empty
Yeni mövzuMövzu: Geri: Biologiya fənni üzrə imtahan    Biologiya fənni üzrə imtahan  EmptyŞ. Sen. 17, 2011 8:59 am

bəs buların cavablarını niyə vermisən eee
Əvvələ qayıt Aşağa gitmek
ŞəMSəDDiN

ŞəMSəDDiN


Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 25
Nerden : Biləsuvar , 1 may küçəsi

Biologiya fənni üzrə imtahan  Empty
Yeni mövzuMövzu: Geri: Biologiya fənni üzrə imtahan    Biologiya fənni üzrə imtahan  EmptyŞ. Sen. 17, 2011 9:16 am

Silim cavabları?
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Biologiya fənni üzrə imtahan  Empty
Yeni mövzuMövzu: Geri: Biologiya fənni üzrə imtahan    Biologiya fənni üzrə imtahan  EmptyŞ. Sen. 17, 2011 10:07 am

day bunnan sora hara silirsən.qoy qalsın. özümüz cavablarını tapsaydıq yaxşı olardı. amma bir şey olmaz. bilməyənlər öyrənər
Əvvələ qayıt Aşağa gitmek
-αуtαc-
Admin
Admin
-αуtαc-


Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 26
Nerden : Azərbaycan-Biləsuvar

Biologiya fənni üzrə imtahan  Empty
Yeni mövzuMövzu: Geri: Biologiya fənni üzrə imtahan    Biologiya fənni üzrə imtahan  EmptyŞ. Sen. 17, 2011 1:20 pm

Həə dəəəə Həmid öyrənsin də qoy Biologiya fənni üzrə imtahan  1126996624
Əvvələ qayıt Aşağa gitmek
DAFFODIL

avatar


Mesaj Sayısı : 545
Doğum tarihi : 10/11/98
Kayıt tarihi : 05/06/11
Yaş : 25
Nerden : BİLƏSUVAR

Biologiya fənni üzrə imtahan  Empty
Yeni mövzuMövzu: Geri: Biologiya fənni üzrə imtahan    Biologiya fənni üzrə imtahan  EmptyŞ. Sen. 17, 2011 5:48 pm

Semseddin bu suallari ozun yazsaydin ela olardi ama neyse superdi tesekkurler Very Happy
Əvvələ qayıt Aşağa gitmek
ŞəMSəDDiN

ŞəMSəDDiN


Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 25
Nerden : Biləsuvar , 1 may küçəsi

Biologiya fənni üzrə imtahan  Empty
Yeni mövzuMövzu: Geri: Biologiya fənni üzrə imtahan    Biologiya fənni üzrə imtahan  EmptyŞ. Okt. 29, 2011 5:04 am

Özüm yazaram Nərgiz ama 7-ci sinifə kimi... Wink
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Biologiya fənni üzrə imtahan  Empty
Yeni mövzuMövzu: Geri: Biologiya fənni üzrə imtahan    Biologiya fənni üzrə imtahan  Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Biologiya fənni üzrə imtahan
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» İmtahan sualları...
» İmtahan bitti!
» Biologiya 7-ci form

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Biologiya-
Keç: