M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
B. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
B. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
C. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
C. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
C. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
C. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
C. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ç.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ç.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
 
USAIN_15
 
-αуtαc-
 
ŞəMSəDDiN
 
teardrop
 
๑NumBer๑One๑
 
moon_shin
 
Ghost Rider
 
DAFFODIL
 
-мαviαdα-
 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
27%
 27% [ 21 ]
Məntiqi suallara
10%
 10% [ 8 ]
İdmana
16%
 16% [ 13 ]
İnternetə
11%
 11% [ 9 ]
Gəzməyə
3%
 3% [ 2 ]
Əlavə kitablara
13%
 13% [ 10 ]
Yatmağa
1%
 1% [ 1 ]
Musiqiyə
6%
 6% [ 5 ]
Maraqlı məlumatlara
11%
 11% [ 9 ]
Televizora baxmaqa.
1%
 1% [ 1 ]
Səslərin cəmi : 79

Paylaş | 
 

 Hər şey SƏNƏ əyilir Ya Rəbb!

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
-αуtαc-
Admin
Admin


Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 19
Nerden : Azərbaycan-Biləsuvar

Yeni mövzuMövzu: Hər şey SƏNƏ əyilir Ya Rəbb!   B. Sen. 04, 2011 2:11 pm

Hara baxsam, hansı tərəfə yönəlsəm belə; bütün varlıqlar sənin hökmünə boyun əymiş, rüku edir.
Sanki hər şey dilə gəlmiş qışqırır: "Gəl sən də bizə qatıl! Əyil, sənin və bütün varlıqların sahibinə! Yoxdan var edənə əyil. Əyil ki, O sənin başını əydirməsin, səni kimsəyə zəlil etməsin…"
Nə möhtəşəm bir nizam qurmusan Rəbbim! Hər zərrəyə damğanı vurmusan. Görmək istəyənlərə görünən, eşitmək istəyənlərə qışqıran damğalar və işarələr... Görmək istəməyənlərə silinən, eşitmək istəməyənlərə dilsiz kəsilən izlər...
Ey Sevgili! Ən Sevimli! Ey Rəbbim! Üfüqümü aç görüm, könlümü aç anlayım, pərdələri qaldır, eşidim. Çünki onları şəkilləndirən sənsən; onları dedirdən də sən!...



Dənizlərdən yüksəltdiyin buludları seyr etdim. Heybətlə təsdiqlən bir pəhləvan kimi göyə yüksəlirlər. Yüksəldikcə gurlaşır, gurlaşdıqca sıra dağları xatırladırlar. Göylərdə azad gəzəcəklərini sandım. Amma xeyr! Anladım, yolları çəkilmişdi. Məğrur başlarını itaətlə əydilər, hər biri yollarında getdilər.
Sənin əzəmətin qarşısında damla-damla yerə bağlanırlar. Sonra bir araya gəlib, dərələrə, çaylara çevrilirlər. Eşqinlə divanə kimi başlarını daşlara vura-vura çırpınırlar. Yenə bulud olub yüksəlmək üçün, yenə sənin hüzurunda əyilmək üçün...
Və o damlalar: Ölü torpaqlara can olurlar, can qatırlar. O canla dirilən hər şey bir cavan kimi inkişaf edib səpilir. Sonra… sonra yetkinləşir, başlarını bükürlər.
Əkinlər, ağaclar, dağlar, daşlar... Hər şey səni bilir, uca hüzurunda boyun əyir...
Ulduzlar, planetlər... Hamısı sənin nuruna pərvanədir. Dönür, dönür, itaətlə sənə ruku edir, səni təsbeh edirlər.
Kim deyib ki, yalnız insanoğlu rüku edər, baş əgər?! Zərrələr, insanlar, mələklər, dağlar, daşlar… Bütün varlıqlar ruku edir. Bir an dayanmadan rüku edir, sənin ucalığın qarşısında əyilir.
Ey Rəbbim! Bütün kainat sənin hüzurunda əyilərkən, bu ahəngə mənim də bilərək, istəyərək qatılmağımı istədin.



"Namazı tam qılın, zəkatı haqqıyla verin və ruku edənlərlə birlikdə siz də ruku edin!" (Bəqərə, 43) buyurdun.
"Ey iman edənlər! Ruku edin, səcdə edin. Rəbbinizə ibadət edin. Xeyr işləyin ki, qurtuluşa çatasınız." (Həcc, 77) dedin.
Buyruğun başım üstünə Rəbbim...
Eşidir, itaət edir, hüzurunda əyilirəm Rəbbim!
Məni başqalarına əydirmə!
Sənə ruku etməyin həzzini mənə daddır!
Ruku edənlərlə birlikdə, hüzurun ruku edərək girməyi nəsib et!


Seninle her şeye varım ben
Sen benim uğurlu yolumsun
Yıldızlara yürürüm senle
Sen iste canım senin olsun...


Əvvələ qayıt Aşağa gitmek
 
Hər şey SƏNƏ əyilir Ya Rəbb!
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: İslam-Din-
Keç: