My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Agla ve Qelbe isiq sacan sozler B.e. İyul 25, 2011 2:07 pm | |
| « Ağla və Qəlbə işıq saçan sözlər » | Düşmənçilik
Səni boğmaq istəyən dərin bilgili düşmən
Cahil dostdan yaxşıdır, belə söyləyirəm mən. (Nizami Gəncəvi)
Zəif düşmənin zərər verəcəyini düşünməməmk qığılcımın yanğın törətməyəcəyini düşünmək kimidir. (Sədi Şirazi)
Düşmənlərinə çox əhəmiyyət vermə! Üzülərsən! (Aristotel)
Düşməni əfv etmək dostu əfv etməkdən asandır. (Uilyam Bleyk)
Düşmənə bəslədiyin kini körükləmə, yoxsa özün də yanarsan.. (Uilyam Bleyk)
Yalnız heç nəyə yarmayan adamların dostu olmur. (Jan Leron Dalamber)
Səndə olmayan məziyyətə görə səni öyən düşmənindir. (Karl fon Holtey)
Düşmən qazanmaqdan qorxanın dostu da olmaz. (Peter Hille)
Bəzən biz düşmənlər haqqında daha çox düşünürük, nəinki dostlar haqqında. (Alfred Bucar)
Düşməni dost etmək xoşbəxtlik, dostu düşmənə çevirmək isə ən böyük bədbəxtlikdir. (Əbülfərəc əl – İsfahani)
Düşməninə həm də dost kimi bax, çünki bir çox səhvlərini ancaq ondan öyrənə bilərsən. (Bencamin Fanklin)
Cəmiyyətin iki düşməni var. Bunlardan biri qanunları tapdalayanlar, digəri qanunları kor-koranə tətbiq edənlərdir. (Alfred Kapus)
Düşmənlərinizi əfv edin, ancaq onların adlarını unutmayın. (Con Fitscerald Kennedi)
Dostluğu düşmənçiliyə çevirmək asan, düşmənçiliyi dostluğa çevirmək çətindir. (Jan Batist Kolbert)
“ Düşmənim var ” deyə kədərlənmə! Düşməni olmayanın dəyəri də yoxdur. (Pyotr Kozlov)
Çoxlarına şöhrəti düşmənləri qazandırıb. (Baltazar Qrasian)
Kin bəsləmək cılız insanların ədalətidir. (Fransua de Laroşfuko)
Əsl düşmən heç vaxt səni tərk etmir. (Yakob MixaelReynqold Lents)
Sən düşmənlərinin sayından deyil, vəhdətindən qorx. (Rüstəm Təbəristan Mərzban)
İnsanın özünə etdiyi pisliyi düşmən də edə bilməz. (Naməlum)
Ən uzun sürən düşmənçilik səbəbsiz düşmənçilikdir. (Jan Fransua Pol de Qondi Rets)
Özünü elə apar ki, dost gizli düşmənə çevrilməsin. (Sədi Şirazi)
Düşmənlərin dayazlığı qoy səni aldatmasın, amma onları öz dayazlığınla aldat. (Oljas Süleymenov)
Düşmən can desə də, düşməndir yenə. (Səməd Vurğun)
Düşmən qarışqa da olsa, sən onu fil say. (Azərbaycan atalar sözü)
Düşməni öldürmək əvəzinə, onu şəfqətinlə yola gətir. (Ceyms Allen)
Fikirləriniz... | |
|
Razi
Mesaj Sayısı : 315 Doğum tarihi : 18/11/94 Kayıt tarihi : 26/06/11 Yaş : 29 Nerden : Azərbaycan-Cəlilabad
| Mövzu: Geri: Agla ve Qelbe isiq sacan sozler Ç.a. İyul 26, 2011 5:54 am | |
| Chox maraqli idi heqiqeten qelbe ishiq sacan sozlerdir.Sagol Shamxal. | |
|
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Agla ve Qelbe isiq sacan sozler Ç.a. İyul 26, 2011 11:22 am | |
| | |
|
Fidan
Mesaj Sayısı : 428 Doğum tarihi : 22/05/96 Kayıt tarihi : 18/06/11 Yaş : 27 Nerden : Biləsuvar
| Mövzu: Geri: Agla ve Qelbe isiq sacan sozler Çər. İyul 27, 2011 2:15 pm | |
| Mənalı sözlərə görə çox sağ ol Şamxal. | |
|
My_Heart
Mesaj Sayısı : 3137 Doğum tarihi : 16/02/96 Kayıt tarihi : 22/03/11 Yaş : 28 Nerden : Azerbaijan-Bilesuvar
| Mövzu: Geri: Agla ve Qelbe isiq sacan sozler Çər. İyul 27, 2011 5:16 pm | |
| | |
|
Selena
Mesaj Sayısı : 25 Doğum tarihi : 06/07/95 Kayıt tarihi : 29/06/11 Yaş : 28 Nerden : CELILABAD
| Mövzu: Geri: Agla ve Qelbe isiq sacan sozler C.a. İyul 28, 2011 4:03 am | |
| Heqiqeten cox gozel sozlerdir. XOSBEXTLIYI O VAXT ALA BILERSEN KI,ONU KIMESE VERMEYE CEHD EDESEN. | |
|
Selin
Mesaj Sayısı : 14 Kayıt tarihi : 29/06/11
| Mövzu: Geri: Agla ve Qelbe isiq sacan sozler C.a. İyul 28, 2011 5:19 am | |
| Çox mənalı sozlərdir Birdə onu deyim ki bu sozləri o şəxsə de ki o həyatdan bir məna çıxara bilsin | |
|
ŞəMSəDDiN
Mesaj Sayısı : 1165 Doğum tarihi : 16/03/99 Kayıt tarihi : 16/01/11 Yaş : 25 Nerden : Biləsuvar , 1 may küçəsi
| Mövzu: Geri: Agla ve Qelbe isiq sacan sozler C.a. İyul 28, 2011 9:23 am | |
| | |
|
Sponsored content
| Mövzu: Geri: Agla ve Qelbe isiq sacan sozler | |
| |
|