M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
B. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
B. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
C. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
C. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
C. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
C. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
C. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ç.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ç.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
 
USAIN_15
 
-αуtαc-
 
ŞəMSəDDiN
 
teardrop
 
๑NumBer๑One๑
 
moon_shin
 
Ghost Rider
 
DAFFODIL
 
-мαviαdα-
 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
27%
 27% [ 21 ]
Məntiqi suallara
10%
 10% [ 8 ]
İdmana
16%
 16% [ 13 ]
İnternetə
11%
 11% [ 9 ]
Gəzməyə
3%
 3% [ 2 ]
Əlavə kitablara
13%
 13% [ 10 ]
Yatmağa
1%
 1% [ 1 ]
Musiqiyə
6%
 6% [ 5 ]
Maraqlı məlumatlara
11%
 11% [ 9 ]
Televizora baxmaqa.
1%
 1% [ 1 ]
Səslərin cəmi : 79

Paylaş | 
 

 İbrətamiz hekayələr..

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
My_Heart



Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 20
Nerden : Azerbaijan-Bilesuvar

Yeni mövzuMövzu: İbrətamiz hekayələr..   C. İyul 08, 2011 1:49 pm

Həyatda kiçik şey yoxdur... (ibrətamiz hekayə)

Nəhayət həyat yoldaşını razı sala bilmişdi.Bu gün ikisi də ilk dəfə idi ki, “ailə həkiminə” gedəcəkdi...
Gözləmə otağında oturar-oturmaz adi bir şey üçün mübahisəyə başladılar.Bu dəfə də həmişəki kimi bir-birlərini incidib susdular.Sonra da həkimlə görüş saatlarının çatdığını görüb içəri keçdilər. “Ailə həkimi” hər birindən o birində gördüyü gözəl şeylər haqqında yazmağını xahiş etdi.Həkimin ağzından söz qurtarmamış otağa dərin bir səssizlik çökdü.Hər birinin əlində bir kağız,bir qələm olsa da,heç biri qələmini kağıza toxundurmurdu.
Aradan xeyli vaxt keçəndən sonra əvvəlcə kişi yazmağa başladı.Sonra da qadın qələmini kağıza toxundurdu.Əvvəlcə hər ikisi çox yavaş yazırdılar.Ancaq sonra bir-birlərinə baxıb “sürətlərini artırdılar”.İndi isə az qala bir-birləri ilə yarışırdılar.Və çox keçməmiş hər ikisi kağızları doldurdular...
Nəhayət,qadın əlindəki kağızı “ailə həkiminə” uzatdı.Həkim isə gözləri ilə kağızı ona yox,həyat yoldaşına verməyi xahiş etdi.
Qadın istəksizcəsinə kağızı həyat yoldaşına uzatdı.Həyat yoldaşı da istəksizcəsinə kağızını ona verdi.Və hər ikisi kağızlarını oxumağa başladılar.


Ardını oxumaq üçün bu linkə klik edin..



Sultan və Vəzir (ibrətamiz hekayə)

Bir vəzir 30 il idi ki, hökümdara xidmət edirdi. Öz sədaqəti, doğru danışmağı, Allaha inamı ilə hamının böyük hörmətini qazanmışdı. Ancaq o öz dürüstlüyü ilə sarayda çoxlu düşmən qazanmışdı. Onlar vəzirin ikiüzlülüyü və xəyanətkarlığı barədə şaiyələr yayır, hər gün sultanın qulağına vəzir haqqında böhtanlar pıçıldayırdılar. Nəhayət, təqsirsiz vəzirə qarşı sultanda şübhələr yarandı və o, uzun illər ona sədaqətlə xidmət etmiş vəziri ölümə məhkum etdi. Bu ölkədə ölümə məhkum edilmişlərin əl qolunu bağlayır və sultanın yırtıcı ov itlərinin saxlandığı qəfəsə atırdılar. İtlər isə dərhal onları tikə-tikə edirdi. Ancaq vəziri köpəklərin qabağına atmazdan əvvəl, ondan son arzusunu soruşdular. Vəzir dedi: “Borclarımı qaytarmaq, mənə borcu olanlardan pullarımı yığmaq, mənə əmanət olunmuş əşyaları sahiblərinə geri vermək, var dövlətimi uşaqlarım və yaxın adamlarım arasında bölmək üçün mənim edamımı on gün təxirə salın”. Sultan vəzirə qaçmağa cəhd etməyəcəyi baradə and içdirib onun arzusunu yerinə yetirdi. Vəzir tez evə gəlib, yuz qızıl shikkə götürdü və sultanın itlərinə baxanın yanına gəldi. O yüz qızılı sultanın itlərinə baxanın qarşısına qoyaraq dedi: “İtlərə on gün qulluq etməyə mənə icazə ver”. Sultanın itlərinə baxan isə bu şərtə razı oldu. Vəzir on gün itlərə qulluq etdi, onlara nəvaziş göstərdi, sevə-sevə tüklərini daradı və yaxşı yedizdirdi. On günün axırında itlər artıq onun əl-ayağını yalayırdılar. On birinci gün vəzir sultanın hüzuruna getdi və bütün iddihamlar yenidən onun üzünə oxundu.

Ardını oxumaq üçün bu linkə klik edin...



İbrətamiz hekayə...(əsəbi olduğunuz vaxt bu hekayəni xatırlayın)

Yük maşınını yeni almışdı... Maşına baxmaq üçün həyətə çıxdı... Bu vaxt üç yaşlı oğlunun əlindəli çəkiclə maşını əzdiyini gördü... Uşaq o qədər sevinirdi ki, sanki dünyada ən sevdiyi bir oyunu oynayırdı... Tez oğlunun yanına gəldi və əlindəki çəkici alıb qəzəblə onun kiçik barmaqlarına vurmağa başladı... Çox keçmədi ki, özünə gəldi... Artıq gec idi... Tələshik oğlunu xəstəxanaya apardı... Həkimlər uşağın sınan sümüklərini birləşdirməyə çalışsalar da əllərindən bir şey gəlmədi... Barmaqları kəsməkdən başqa çarə yox idi...
Uşaq gözlərini açanda artıq əlləri sarıqlı idi... Diqqətlə əllərinə baxdı və məsum bir ifadə ilə: "Ata maşınını əzdiyim üçün məni bağışla",- dedi sonra da eyni məsumluqla əlavə etdi:

Ardını oxumaq üçün bu linkə klik edin..



Allah, Cənnəti əlindəki gücü qədər yaxşılıq edənlərə verir.


Son dərsin qurtarmağına az qalmışdı. Şagirdlər dərsdən tez çıxmaq üçün səbirsizlənirdilər. Dəftər və kitablarını çantalarına qoyurdular. Zəng çalar-çalmaz, çölə çıxmaq üçün hazır idilər. Bircə Əli hazır deyildi.
Gecikmək üçün əlindən gələni edirdi.

Nəhayət zəng çalındı. Şagirdlər bir anda qapıya qaçdılar. Əli, yerindən qalxmadı. Ağır ağır əşyasını yığdı. Bir tərəfdən göz ucuyla müəlliminə baxır, bir tərəfdən də yoldaşlarının getməsini gözləyirdi.

Müəllimi, onun bu halını görübi:
- Xeyir ola Əli, dedi. Evə getməyəcəksənmi?

Əli, son yoldaşının da çıxdığını görüncə cavab verdi:

- Sizinlə danışmaq istəyirdim müəllimə.

- Yaxşı, dedi müəllimə. Nə söyləyəcəksən de?

- Əhməd yoldaşımız var ha…

- Bəli, nə olub Əhmədə?

- Vəziyyətləri çox da yaxşı deyil. Anası, yemək üçün çantasına yaxşı şeylər qoymur.

- Sonra?

- Ona kömək etmək istəyirəm. Amma mənim kömək etdiyimi bilsə kədərlənər. Gündə bir simit pulu yığıb hər həftə sizə versəm, siz də ona verərsiniz?

Cibindən bir ovuc xarab qəpik çıxarıb müəllimin masasının üzərinə qoydu. Müəllim, pula toxunmadı. Kürsüsünə oturub düşündü.

Əli haqqındakı məlumatlarını yoxladı. Bildiyi qədər Əlinin də ailəsinin vəziyyəti yaxşı deyildi. Bu çalışqan və sevimli şagirdi, nə qədər də yaxşı niyyətli və düşüncəli idi. Zəngin bir ailənin uşağı deyildi. Buna baxmayaraq kömək etmək istəyirdi. Üstəlik kömək etdiyinin bilinməsini istəmirdi.

Müəllim:

-Bildiyim qədər sizin də maddi vəziyyətiniz yaxşı deyil. Səhvmi bilirəm?

- Doğru bilirsiniz müəllimim. Atam gündəlikişə baxır. Çox vaxt iş tapa bilmir. Amma mən də işləyirəm, pul qazanıram.

- Harada işləyirsən?

- Simit satıram.

Müəllim yenə dayanıb düşündü. Yaxşılığın bu qədərinə nə deməliydi indi. Bunun reallaşması çətin idi. Onu, bundan imtina etdirmək üçün bir əlac tapmalı idi. Bunu edərkən, sevimli şagirdini də qırmamalı idi. Onunla bir az daha çox danışsa, bəlkə bir yolunu tapardı.

Müəllim, Əliyə:

- Böyüyəndə nə olmaq istəyirsən, deyə soruşdu.

- Çox zəngin bir işadamı…

- Nə üçün?

- İnsanlara daha çox kömək etmək üçün…

Ardını oxumaq üçün bu linkə klik edin..




Mənim ilk məhəbbətim...

Səninlə tanış olduğumuz gün yəqinki, yadından çıxmayıb. Bax həmin gün vuruldum sənə. Istər istəməz qəlbimdə alovlanan məhəbbət bu gün məni sənin görüşünə apardı. Getdim. Sənin boynuna sarılıb sənə olan sonsuz məhəbbətimdən söhbət açmaq istədim. Qürurum yol vermədi. Danışdıqca elə hey gözlərinə baxırdım. Gözlərinin vurğunu idim.
Ilahi sən məhəbbəti nə qədər böyük, əl çatmaz yaratmısan. Hər adam onun zirvəsinə qədəm basa bilmir. Bir-iki görüşdən sonra mən həmin zirvənin yamaclarına qədəm qoymuş oldum. Özümü dünyanın ən xoşbəxt adamı sanırdım. Səninlə olan görüşlərimin sayı artdıqca sənsiz yaşaya bilməyəcəyimi yəqinləşdirdim. Axı sən mənim sabaha ümüdlə baxan gözlərimsən. Bu gün varamsa yaşayıramsa bilki, səni görmək, səninlə danışmaq üçün yaşayıram. Mən səni sən düşündüyündən də çox sevirəm. Səni heç vaxt unutmaram. Bu uzanan yollar bir göz qırpımında gəlib keçən illər bizi ayırsada səni qəlbimdə həmişə yaşadacağam.

Ardını oxumaq üçün bu linkə klik edin..

Mənə sevgi borcun var.

Bir gün oğlan qıza səsləndi:
-Mənə göz yaşı borcun var!
Gənc qız soruşdu:
Necə ödəyə bilərəm?
Oğlan qızın üzünə baxaraq:”Gülümsə “ dedi.
Qız gülümsədi.Oğlan cibindəki dəsmalı çıxarıb borcunu sildi.Və dəsmalı qatlayıb yenə ürəyinin üstündəki iç cibinə qoydu.Qızın əlində qızlgüllər var idi.Çiçəklər baharın qoxusunu yayırdı sanki ətrafa.
Oğlan yenə dedi:
-Mənə xoşbəxtlik borcun var!
Qız bir qədər təəccüblü şəkildə soruşdu:
-Necə ödəyə bilərəm?
-Başını qoy dizlərimə
Qız sakitcə başını oğlanın dizləri üstünə qoydu.Oğlan şəfqətlə qızın saçlarını oxşamağa başladı.Saçları günəşə və yağışlara heç həsrət yaşamamış bahara bənzəyirdi.Çarəsizliyini hördü oğlan.Sonra saçının hər telinə xoşbəxtliyin sədalarını bağladı.Yetmədi...Ağladı...
Hava yavaş-yavaş qaralırdı.Həyətdə yağış yağırdı.
Adam tez-tez borc dəftərinə nəzər salırdı.Qızın gözlərinə baxırdı.
-Mənə ürək borcun var!
Qız sanki borcunu bilirdi.Təəccüblənmədi
Bu borcu necə ödəyə bilərəm?
-Uzat əllərini....
Əllərini uzatdı.Əlləri elə isti idiki bütün borcları ovcunun içində əridi.
Qız yavaş-yavaş gedirdi.Oğlan son dəfə səsləndi
-Mənə can borcun var!
Qadın təəccübləndi.”Can?”
-Bəli can borcun var.Sənsizlik məni öldürür.
Sözlər qadının xoşuna gəldi.
-Yaxşı bu borcumu necə qaytara biləcəyimi de
Oğlan bir az yaxınlaşdı:”Yum gözləri....”
Heç tərəddüt etmədən yumdu gözlərini.Oğlanda yumdu gözlərini və qızın titrəyən dodağına gözəl bir öpüş qondurdu.
-Bu etdiyin nə deməkdir? –deyə qadın səsləndi
Oğlan peşmanlıq ilə məmnunluq arasında bir hədər dayandı.Sonra
-Həyat öpüşüdür-dedi.






[/center]
Əvvələ qayıt Aşağa gitmek
Mustafayev Tehmasib



Mesaj Sayısı : 428
Doğum tarihi : 26/10/96
Kayıt tarihi : 18/03/11
Yaş : 20
Nerden : bilesuvar

Yeni mövzuMövzu: Geri: İbrətamiz hekayələr..   C. İyul 08, 2011 1:56 pm

əziyyətə gore sagol
Əvvələ qayıt Aşağa gitmek
My_Heart



Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 20
Nerden : Azerbaijan-Bilesuvar

Yeni mövzuMövzu: Geri: İbrətamiz hekayələr..   C. İyul 08, 2011 2:00 pm

Deymez






[/center]
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content




Yeni mövzuMövzu: Geri: İbrətamiz hekayələr..   Bugün 7:13 pm

Əvvələ qayıt Aşağa gitmek
 
İbrətamiz hekayələr..
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: Xəbərlər-
Keç: