M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
B. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
B. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
C. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
C. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
C. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
C. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
C. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ç.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ç.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
 
USAIN_15
 
-αуtαc-
 
ŞəMSəDDiN
 
teardrop
 
๑NumBer๑One๑
 
moon_shin
 
Ghost Rider
 
DAFFODIL
 
-мαviαdα-
 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
27%
 27% [ 21 ]
Məntiqi suallara
10%
 10% [ 8 ]
İdmana
16%
 16% [ 13 ]
İnternetə
11%
 11% [ 9 ]
Gəzməyə
3%
 3% [ 2 ]
Əlavə kitablara
13%
 13% [ 10 ]
Yatmağa
1%
 1% [ 1 ]
Musiqiyə
6%
 6% [ 5 ]
Maraqlı məlumatlara
11%
 11% [ 9 ]
Televizora baxmaqa.
1%
 1% [ 1 ]
Səslərin cəmi : 79

Paylaş | 
 

 Dünya... Nə vaxtadək dözəcəksən?

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
My_Heart



Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 20
Nerden : Azerbaijan-Bilesuvar

Yeni mövzuMövzu: Dünya... Nə vaxtadək dözəcəksən?   C. İyul 08, 2011 1:14 pm

Dünya... heç yorulmamısan? Yorğun deyilsən? Bütün bu olanlara necə dözə bilirsən , Dünya, biz gecələr yatırıq, bəs sən? Sən necə dincəlirsən? Dünya, nec ədə sədaqətlisən, mərhəmətlisən.. Dünya, sənin başına nə oyunlar açdıq.. Heç incimirsən? İncimirsən Sezardan, Nerondan, Titodan, Hitlerdən? Bu qəssabların üzündə buraxdığı izlər, ləkələr səni çirkinləşdirir, amma sən o saf gözəlliyini necə də qoruyursan, Dünya... Dünya sənin “ağ ciyərlərin”i - Amazon cəngəlliklərini hər gün məhv edirlər, necə nəfəs alırsan ??.. İçin sızlamır?? Dünya, sən necə də dözümlüsən, məğrursan.. Dünya, sənin o şəffaf geyimini məhv edirlər, səni çılpaq buraxırlar, səni qoruyan Ozon-u bitirirlər.. Necə qoruyursan özünü Günəşdən?? əziyyət çəkmirsən??... Dünya biz sənə yük oluruq hə?.. Hələ bir də verdiyimiz bu əzablar.. Dünya yağış yağır haa, o sənin göz yaşlarındı?? Məncə yox, çünki elə olsa fəsildən fəsilə ağlamazdın...Hər gün ağlayardın..

Dünya heç üşümürsən? Dünya, o meteorlar səni ağrıtmır? Dünya, sağ tərəfindəki yaralar sağalmayıb hə? Xirosima-Naqasaki yaralarını deyirəm... Bəs solundakı Çernobil necə?? Çox incidir, hə?? Bizdə çox şey itirdik, Dünya.. 15 min insanı itirdik, 50 min insan şikəst qaldı, 5 milyon adam radiasiyadan təsirləndi, 30 kilometrlik sahədə həyat dayandı, və..və… Radiasiyanın təsiri bölgədə 48 min il daha qalacaq, Dünya… Və 300 il ora o gözəl təbiətdən məhrum qalacaq.. Quşlar, bülbüllər olmayacaq.. Gül-çiçəklər olmayacaq.. Dünya, bu nadinc övladlarını, bizi bağışlaya biləcəksən .?? Dünya bəs ‘Böyük Böhran'-a necə dayandın?? Bəs Adolf Hitlerin törəddiklərinə?? Dünya mən utanıram əcdadlarımdan.. Etdiklərindən.. Yəhudi soyqırımı... Nürnberg Məhkəmələri... Fələstin problemi...İsrailin quruluşu..

Sənin abidələrini dağıtdıq, yenə bizlər etdik, aramızdakı sapı özümüzdən olanlar etdi… Dünya, deyirlər Hitlerin əkizi klonlamaq istəyirlər, hə? Dünya, mən qorxuram ondan.. Qoyma kopyalasınlar.. Dünya, 68-də tələbələr çox nadinclik etdi hə?.. Bəs Kubadakı mərmilər, Dünya?? Səni 14 gün boyunca rahat buraxmadıq, nəbzin 14 gün boyunca çox sürətlə atdı.. Dünya, səncə bu niyə belədir?? Sən bilərsən də səbəbini.. Axı hamımızı görmüsən, sən əcdadlarımızı qonaq etmisən. Dünya, biz çox ziyanverici qonaqlarıq, hə? Dünya ilk qonağın-Adəm də beləydi? O da ziyanverirdi? Cənnətdən qovulubsa, deməli o da günahsız deyildi, hə? Onda qanımızda vardaa, hə??.. Bütün bu olanlara necə tamaşa edə bilirsən, Dünya.. Necə də təmkinlisən.. Dünya, o bəzən lərzəyə gəlirsən haa, bizdə zəlzələ dediyimiz şeydən bəhs edirəm, sən elə lərzəyə gələndə mən çox qorxurdum uşaq vaxtı..

Dünya qonşuların Mars, Venera və o birilərinin sənə xainliyi tutur, səndə həyat var deyə. Amma bilmirlər ki nə əzablar çəkirsən.. Sənə həsəd aparırlar, amma onlar bu ağrılara tab gətirə bilərdimi? Dünya necə də ürəyi açıqsan, pisə də yer verirsən, yaxşıya da.. Bitərəfsən, yamanlığa yaxşılıq edirsən.. Səni məhv edirik, amma bizə suyunu, havanı verirsən, dünya necə də sadiqsən Tanrına.. O, səni yaratdı və bizləri sənə göndərdi, "Bunları qonaq et",- dedi, sənsə heç səsini belə çıxartmadan insanoğlunun əzablarına dözdün, insanoğlu sənin şəffaf bulaqlarını tükətdi, qol-qanadlarını kəsdi, budadı, doğradı, nəfəsini daraltdı, xəstələndirdi səni, insanoğlu öz qanın qanından olan qardaşlarını yoluxucu xəstəliklərə düçar etdi.. GİÇS virusunu yaratdı, öz əlləriylə.. Dünya, bəs heyvanlar necə, onlar da səni incidir hə?.. Amma bizim qədər yox..hə?? Otlaqlarını çöllərə çevirdi heyvanlar.. Deyəsən ən az zərəri verən yada heç verməyən bitkilərdir, hə? Dünya, səndən bir şey istəsəm verərsən?? Səndən günlüyünü istəsəm, verərsən?

Mən tarixi görmək istəyirəm, saxtalaşdırılmış tarixi yox, həqiqətləri görmək istəyirəm, Dünya, sənin günlüyün mənə çox maraqlıdı, nələr var orda kimlər var..

Birdə, Dünya, səndən bütün əcdadlarım adından üzr istəyirəm .. Bağışla insanoğlunu...

Bəs siz, Tac.azlılar, siz necə düşünürsünüz? Dünyanı çox yormuşuq, hə?
Fikirləriniz...






[/center]
Əvvələ qayıt Aşağa gitmek
Mustafayev Tehmasib



Mesaj Sayısı : 428
Doğum tarihi : 26/10/96
Kayıt tarihi : 18/03/11
Yaş : 20
Nerden : bilesuvar

Yeni mövzuMövzu: Geri: Dünya... Nə vaxtadək dözəcəksən?   C. İyul 08, 2011 1:21 pm

Marqlı idi.......
Sağol Şamxal
Əvvələ qayıt Aşağa gitmek
My_Heart



Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 20
Nerden : Azerbaijan-Bilesuvar

Yeni mövzuMövzu: Geri: Dünya... Nə vaxtadək dözəcəksən?   C. İyul 08, 2011 1:22 pm

deymez






[/center]
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content




Yeni mövzuMövzu: Geri: Dünya... Nə vaxtadək dözəcəksən?   Bugün 7:14 pm

Əvvələ qayıt Aşağa gitmek
 
Dünya... Nə vaxtadək dözəcəksən?
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: Xəbərlər-
Keç: