Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Similar topics
    Axtar
     
     

    Sonuç :
     
    Rechercher çıkıntı araştırma
    En son konular
    » İmtahanda həyəcanlanırsınız?
    Molla Nesreddin letifeleri...  EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

    » Liseyə qəbul.
    Molla Nesreddin letifeleri...  EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

    » Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
    Molla Nesreddin letifeleri...  EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

    » Azərbaycan filmlərinə baxmısız?
    Molla Nesreddin letifeleri...  EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

    » Test tapşırığı Azərbaycan dili
    Molla Nesreddin letifeleri...  EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

    » TEST-AZERBAYCAN DILI Sinaq 1
    Molla Nesreddin letifeleri...  EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

    » Azərbaycan dili sınaq 2
    Molla Nesreddin letifeleri...  EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

    » Gəlin ingilizcə danışaq!
    Molla Nesreddin letifeleri...  EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

    » Tərsdən yaz düz oxu!
    Molla Nesreddin letifeleri...  EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

    En iyi yollayıcılar
    My_Heart
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    USAIN_15
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    -αуtαc-
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    ŞəMSəDDiN
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    teardrop
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    ๑NumBer๑One๑
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    moon_shin
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    Ghost Rider
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    DAFFODIL
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    -мαviαdα-
    Molla Nesreddin letifeleri...  Vote_lcapMolla Nesreddin letifeleri...  Voting_barMolla Nesreddin letifeleri...  Vote_rcap 
    Anket
    Ən çox nəyə vaxt sərf etmək istərdin ?
    Dərsə
    Molla Nesreddin letifeleri...  Vote_lcap27%Molla Nesreddin letifeleri...  Vote_rcap
     27% [ 21 ]
    Məntiqi suallara
    Molla Nesreddin letifeleri...  Vote_lcap10%Molla Nesreddin letifeleri...  Vote_rcap
     10% [ 8 ]
    İdmana
    Molla Nesreddin letifeleri...  Vote_lcap16%Molla Nesreddin letifeleri...  Vote_rcap
     16% [ 13 ]
    İnternetə
    Molla Nesreddin letifeleri...  Vote_lcap11%Molla Nesreddin letifeleri...  Vote_rcap
     11% [ 9 ]
    Gəzməyə
    Molla Nesreddin letifeleri...  Vote_lcap3%Molla Nesreddin letifeleri...  Vote_rcap
     3% [ 2 ]
    Əlavə kitablara
    Molla Nesreddin letifeleri...  Vote_lcap13%Molla Nesreddin letifeleri...  Vote_rcap
     13% [ 10 ]
    Yatmağa
    Molla Nesreddin letifeleri...  Vote_lcap1%Molla Nesreddin letifeleri...  Vote_rcap
     1% [ 1 ]
    Musiqiyə
    Molla Nesreddin letifeleri...  Vote_lcap6%Molla Nesreddin letifeleri...  Vote_rcap
     6% [ 5 ]
    Maraqlı məlumatlara
    Molla Nesreddin letifeleri...  Vote_lcap11%Molla Nesreddin letifeleri...  Vote_rcap
     11% [ 9 ]
    Televizora baxmaqa.
    Molla Nesreddin letifeleri...  Vote_lcap1%Molla Nesreddin letifeleri...  Vote_rcap
     1% [ 1 ]
    Səslərin cəmi : 79

     

     Molla Nesreddin letifeleri...

    Aşağa gitmek 
    4 posters
    MüəllifIsmarıc
    Mustafayev Tehmasib

    Mustafayev Tehmasib


    Mesaj Sayısı : 428
    Doğum tarihi : 26/10/96
    Kayıt tarihi : 18/03/11
    Yaş : 27
    Nerden : bilesuvar

    Molla Nesreddin letifeleri...  Empty
    Yeni mövzuMövzu: Molla Nesreddin letifeleri...    Molla Nesreddin letifeleri...  EmptyÇər. İyul 06, 2011 1:03 pm

    Göyə niyə dırmaşmışsan?
    Molla Nəsrəddinin Teymurlənglə ilk görüşünü belə danışırlar:
    Teymur Mollanı saraya çağırtdırır. Molla içəri girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:
    - Salam əleyküm, ya Allah!
    Teymur deyir:
    - Mən Allah deyiləm ay kişi! Mən...
    Molla onun sözünü ağzında qoyub deyir:
    - Qurban olum sənə, ya cənab Cəbrayıl!
    Teymur deyir:
    - A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?
    Molla deyir:
    - Başa düşmürəm. İndi ki nə Allahsan, nə də mələk, düş, adam kimi otur adamların içində də, daha niyə göyə dırmaşmışsan?


    Bir arşın saqqal, beş yüz pud taxıl
    Molla Nəsrəddinin balaca bir əkin yeri var imiş. O, hər il bu yerdə buğda əkər, əlli – altmış pud məhsul götürüb, külfətini dolandırarmış. Teymurləng hakimiyyət başına keçəndən sonra vergilər birə - beş artır. Kəndxudalar istədiklərini eləyib cammatın başına oyun açırlar. Növbə Mollaya da gəlib çatır, kəndxuda tutur yaxasından ki:
    - Sənin bu il beş yüz pud taxılın olub. Gərək o haqq – hesabdan da vergi verəsən.
    - Canım, vallah, mənim vur – tut əlli pud taxılım olub. . .
    Kəndxuda dediyindən əl çəkmir. Axırda Molla əlacsız qalıb şəhərə, Teymurun yanına şikayətə gedir.Teymur Mollanın şikayətinə qulaq asandan sonra qışqırır ki:
    - Utanmırsan, bu bir arşın saqqal ilə yalan danışırsan?
    Molla heç bir söz deməyib qalxır, qapıya tərəf yönəlir ki, çıxıb getsin, Teymur soruşur:
    - Nə oldu? Hara getdin?
    - Kəndxudada günah yox imiş, qibleyi – aləm! Padşah mənim bir tutam saqqalımı bir arşın görəndə onun kəndxudası da əlli pud taxılımı beş yüz pud görər də. . .


    Qoxulu dilənçi
    Teymurləng Molla Nəsrəddinə əmr eləyir ki:
    - Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, eıə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız – qələm götürüb o həyasızların siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.
    Molla kağız – qələm götürüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:
    - Niyə hirslənirsən, qibleyi – aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də. . .
    Teymur deyir:
    - A kişi, mən boyda Teymurləng dilənçiyəm? Özü də lap həyasızı?
    - Niyə hirslənirsən, qibleyi – aləm!? Çidanı çuvalda gizlətmək olmaz. Dilənçisən, özü də lap həyasızından.
    - Demək, sənin fikrincə gərək mən şəhərdən sürgün olunam?
    - Bəli, qibleyi – aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb – yaxarıb alırlar. Amma sən döyə - döyə alırsan.


    Teymurun sualı
    Teymurləng bir gün Mollaya deyir.
    - Molla, sənə bir hikmətli sual vermək istəyirəm. O nədi ki, bu dünyada nə yetişib, nə yetişir, nə də yetişəcək?
    - Bizi işə götürəndə sənin bizə təyin elədiyin maaş.


    Cücələrim danışır
    Molla Nəsrəddin şəhərin bütün mollalarını təngə gətirmişdi. Axırda mollalar yığışıb onun əlindən Teymurləngə şikayət edirlər. Molla baxır ki, bu işin axırı yaxşı olmayacaq. Çox götür – qoydan sonra özünü verir vəzirin yanına, yanı cücəli bir toyuq da aparır rüşvət aparır ki, onu Teymurləngin hüzurunda müdafiə etsin. Sabahısı gün şikayət edən mollalar və Molla Nəsrəddin Teymurləngin əmrilə hüzura gəlirlər. Mollalar şikayətlərini eləyirlər, qurtarandan sonra vəzir irəli yeriyib, Molla Nəsrəddini Teymura tərifləməyə başlayır. Teymurləng vəzirə də qulaq asandan sonra üzünü Molla Nəsrəddinə tutub deyir:
    - Yaxşı, de görüm, sən öz günahsızlığın barədə nə danışacaqsan?
    - Şah sağ olsun! Mənim danışmağıma ehtiyacım yoxdur, mənim toyuğum cücələri ilə bərabər lazımi qədər mənim xeyrimə danışdı.


    Yalan deyiblər
    Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:
    - Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.
    - Qibleyi – aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.


    Üzr bədtər əz günah
    Bir gün Teymurləng Molladan soruşur ki:
    - Molla, üzr bədtər əz günah nə deməkdi?
    - Qibleyi aləm sağ olsun! Bu fars sözüdü. Mənası budu ki üzrü günahından pis
    - Başa düşmürəm. Necə yəni üzrü günahından pis?
    - Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir ki, görmüş olduğu işdən də pis olur.
    Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru başa sala bilmir. Axırda Teymur hirslənib deyir:
    - A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca möhlət verirəm.Başa saldın, salmısan, salmadın, boynunu vurduracağam.
    Molla heç nə deməyib Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə dönür ki:
    - Dəli olmamısan ki? Nə qayırırsan?
    - Üzr istəyirəm, qibleyi – aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də bizim arvadsan?
    Teymur qışqırır ki:
    - Nə danışırsan?
    - Hirslənmə, qibleyi – aləm. Üzr bədtər əz günah bax budur!


    Belimə bağlasınlar
    Deyirlər ki, Teymurləng Mollanın nə dərəcədə cəsarətli olduğunu yoxlamaq üçün cəlladlara əmr edir:
    - Bu saat bunu boğazından asasınız!
    Cəlladlar Mollanı qarmalayıb götürürlər. Molla heç bir söz demir. Qapıdan çıxdıqları vaxt Teymur soruşur:
    - Axır dəqiqələrindir, Molla. Vəsiyyətin varsa, elə!
    - Vəsiyyətim yoxdur. Ancaq balaca bir xahişim var.
    - De!
    - Mənim boğazımdan yaman qıdığım tutur. Xahiş eləyirəm əmr eləyəsiniz kəndiri boğazıma yox, belimə bağlasınlar.


    Sonra gözüm üstə
    Bir gün Teymurləng Molladan soruşur:
    - De görüm, məni nə qədər istəyirsən?
    - Mən Molla Nəsrəddinəm, sən də qibleyi – aləm. Demək ki, mən səni o qədər istəyirəm nə qədər ki Molla Nəsrəddin Teymuru istəyə bilər.
    - Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi?
    - Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.
    - Məsələn, əgər mən əmr eləsəm bu saat özünü dənizə atarsanmı?
    Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:
    - Haraya?
    - Qibleyi – aləm sağ olsun! Sənin yolunda dənizə atılıb boğulmaq mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedim üzməyi öyrənim, sonra gözüm üstə


    Ədalətindən danışıram
    Günlərin bir günü Teymurləng böyük bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətlə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:
    - Yenə ikim bilir nə basıb bağlıyırsan?. . .
    Molla heç özünü sındırmadan baş əyib deyir:
    - Nə eləyim, qibleyi – aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram
    Əvvələ qayıt Aşağa gitmek
    My_Heart

    My_Heart


    Mesaj Sayısı : 3137
    Doğum tarihi : 16/02/96
    Kayıt tarihi : 22/03/11
    Yaş : 28
    Nerden : Azerbaijan-Bilesuvar

    Molla Nesreddin letifeleri...  Empty
    Yeni mövzuMövzu: Geri: Molla Nesreddin letifeleri...    Molla Nesreddin letifeleri...  EmptyÇər. İyul 06, 2011 1:05 pm

    Maraqli idi
    sag ol
    Bunlarin Bezilerin bilirdim
    Amma eziyyete gore sag ol
    Əvvələ qayıt Aşağa gitmek
    USAIN_15

    USAIN_15


    Mesaj Sayısı : 1479
    Doğum tarihi : 22/05/96
    Kayıt tarihi : 13/04/11
    Yaş : 27
    Nerden : Biləsuvar

    Molla Nesreddin letifeleri...  Empty
    Yeni mövzuMövzu: Geri: Molla Nesreddin letifeleri...    Molla Nesreddin letifeleri...  EmptyÇər. İyul 06, 2011 1:08 pm

    Sağol can-cigər
    Əvvələ qayıt Aşağa gitmek
    Mustafayev Tehmasib

    Mustafayev Tehmasib


    Mesaj Sayısı : 428
    Doğum tarihi : 26/10/96
    Kayıt tarihi : 18/03/11
    Yaş : 27
    Nerden : bilesuvar

    Molla Nesreddin letifeleri...  Empty
    Yeni mövzuMövzu: Geri: Molla Nesreddin letifeleri...    Molla Nesreddin letifeleri...  EmptyÇər. İyul 06, 2011 1:09 pm

    Deymez
    Əvvələ qayıt Aşağa gitmek
    ŞəMSəDDiN

    ŞəMSəDDiN


    Mesaj Sayısı : 1165
    Doğum tarihi : 16/03/99
    Kayıt tarihi : 16/01/11
    Yaş : 25
    Nerden : Biləsuvar , 1 may küçəsi

    Molla Nesreddin letifeleri...  Empty
    Yeni mövzuMövzu: Geri: Molla Nesreddin letifeleri...    Molla Nesreddin letifeleri...  EmptyC.a. İyul 07, 2011 10:01 am

    Bəzilərin çıxmaqla maraqlı idi sağol əziyyətə görə...
    Əvvələ qayıt Aşağa gitmek
    Mustafayev Tehmasib

    Mustafayev Tehmasib


    Mesaj Sayısı : 428
    Doğum tarihi : 26/10/96
    Kayıt tarihi : 18/03/11
    Yaş : 27
    Nerden : bilesuvar

    Molla Nesreddin letifeleri...  Empty
    Yeni mövzuMövzu: Geri: Molla Nesreddin letifeleri...    Molla Nesreddin letifeleri...  EmptyC. İyul 15, 2011 12:42 pm

    yenede deymez...
    Əvvələ qayıt Aşağa gitmek
    Sponsored content





    Molla Nesreddin letifeleri...  Empty
    Yeni mövzuMövzu: Geri: Molla Nesreddin letifeleri...    Molla Nesreddin letifeleri...  Empty

    Əvvələ qayıt Aşağa gitmek
     
    Molla Nesreddin letifeleri...
    Əvvələ qayıt 
    1 səhifə (Cəmi 1 səhifə)
     Similar topics
    -
    » Molla Pənah Vaqif

    Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
    Bilesuvar Liseyi :: Ümumi :: Lətifələr-
    Keç: