Son dərsin qurtarmağına az qalmışdı.
Şagirdlər dərsdən tez çıxmaq üçün səbirsizlənirdilər.
Dəftər və kitablarını çantalarına qoyurdular.
Zəng çalar-çalmaz, çölə çıxmaq üçün hazır idilər. Bircə Əli hazır deyildi.
Gecikmək üçün əlindən gələni edirdi.
Nəhayət zəng çalındı. Şagirdlər bir anda qapıya qaçdılar.
Əli, yerindən qalxmadı. Ağır ağır əşyasını yığdı.
Bir tərəfdən göz ucuyla müəlliminə baxır,
bir tərəfdən də yoldaşlarının getməsini gözləyirdi.
Müəllimi, onun bu halını görübi:
- Xeyir ola Əli, dedi. Evə getməyəcəksənmi?
Əli, son yoldaşının da çıxdığını görüncə cavab verdi:
- Sizinlə danışmaq istəyirdim müəllimə.
- Yaxşı, dedi müəllimə. Nə söyləyəcəksən de?
- Əhməd yoldaşımız var ha…
- Bəli, nə olub Əhmədə?
- Vəziyyətləri çox da yaxşı deyil.
Anası, yemək üçün çantasına yaxşı şeylər qoymur.
- Sonra?
- Ona kömək etmək istəyirəm. Amma mənim kömək etdiyimi bilsə
kədərlənər. Gündə bir simit pulu yığıb hər həftə sizə versəm, siz də ona verərsiniz?
Cibindən bir ovuc xarab qəpik çıxarıb müəllimin masasının
üzərinə qoydu. Müəllim, pula toxunmadı. Kürsüsünə oturub düşündü.
Əli haqqındakı məlumatlarını yoxladı. Bildiyi qədər Əlinin də ailəsinin
vəziyyəti yaxşı deyildi. Bu çalışqan və sevimli şagirdi, nə qədər də yaxşı niyyətli
və düşüncəli idi. Zəngin bir ailənin uşağı deyildi.
Buna baxmayaraq kömək etmək istəyirdi. Üstəlik kömək etdiyinin bilinməsini istəmirdi.
Müəllim:
-Bildiyim qədər sizin də maddi vəziyyətiniz yaxşı deyil. Səhvmi bilirəm?
- Doğru bilirsiniz müəllimim. Atam gündəlikişə baxır.
Çox vaxt iş tapa bilmir. Amma mən də işləyirəm, pul qazanıram.
- Harada işləyirsən?
- Simit satıram.
Müəllim yenə dayanıb düşündü. Yaxşılığın bu qədərinə nə deməliydi indi.
Bunun reallaşması çətin idi. Onu, bundan imtina etdirmək üçün bir əlac
tapmalı idi. Bunu edərkən, sevimli şagirdini də qırmamalı idi.
Onunla bir az daha çox danışsa, bəlkə bir yolunu tapardı.
Müəllim, Əliyə:
- Böyüyəndə nə olmaq istəyirsən, deyə soruşdu.
- Çox zəngin bir işadamı…
- Nə üçün?
- İnsanlara daha çox kömək etmək üçün…
- Gözəl, dedi Müəllim. Bax indi Əli, Əhmədin ailəsinin vəziyyəti yaxşı deyil;
bu doğrudur. Amma sizinki də bundan çox fərqli deyil. İstəyirsən
tələsmə; çox zəngin adam olanda insanlara kömək edərsən. Olmazmı?
- Olmaz, dedi Əli. İndi etməliyəm.
- Niyə olmaz, səbəbi nədi?
- Üç səbəbdən ötəri olmaz.
Birincisi: Bu pul onsuz da mənim deyil. Yaxşılıq etdiyim üçün Allah, məni insanlara
sevimli göstərir. İnsanlar da bundan təsirlənir, daha çox simit alırlar.
Bunun sayəsində gün boyu işləyənlərdən belə çox simit satıram.
Hələ məhəllədə Həsən Əmi var, hər gün iki simit alıb göyərçinlərə verir.
İkincisi: "Ağac yaş ikən əyilər." deyirlər. İndidən yaxşılıq etməyi
öyrənməsəm, böyüyəndə heç nə edə bilmərəm.
Üçüncüsü isə daha əhəmiyyətlidir: Böyüyəndə çox zəngin bir işadamı
olmaq istəyirəm. Vaxtında sərmayə qoymayanlar böyük iş adamı ola bilməzlər.
Müəllim, qarşısında böyük biri varmış kimi dinləyirdi:
- Sonuncusunu çox yaxşı anlaya bilmədim, dedi. Bir az açıqlayarsanmı?
- Açıqlayım müəllimim, dedi Əli. İndi, çox zəngin olmadığım üçün, ancaq gündə
bir simit pulu qədər kömək edə bilirəm. Bundan çoxunu verə bilmirəm.
Allah, Cənnəti əlindəki gücü qədər yaxşılıq edənə verir. İndi əlimdəki gücüm
bu olduğuna görə Cənnətin qiyməti bir neçə simit pulu qədərdir.
Əgər zəngin olmadan ölsəm bir neçə simit puluyla
Cənnətə girə bilərəm. Bundan daha qazanclı bir sərmayə olarmı?
Müəllimin gözləri doldu. Başını "Bəli"
mənasında yelləyərkən masanın üzərindəki pulları bir-bir yığmağa başladı.