Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Hicab qadağası EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Hicab qadağası EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Hicab qadağası EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Hicab qadağası EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Hicab qadağası EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Hicab qadağası EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Hicab qadağası EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Hicab qadağası EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Hicab qadağası EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
USAIN_15
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
-αуtαc-
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
ŞəMSəDDiN
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
teardrop
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
๑NumBer๑One๑
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
moon_shin
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
Ghost Rider
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
DAFFODIL
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
-мαviαdα-
Hicab qadağası Vote_lcapHicab qadağası Voting_barHicab qadağası Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Hicab qadağası Vote_lcap27%Hicab qadağası Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Hicab qadağası Vote_lcap10%Hicab qadağası Vote_rcap
 10% [ 8 ]
İdmana
Hicab qadağası Vote_lcap16%Hicab qadağası Vote_rcap
 16% [ 13 ]
İnternetə
Hicab qadağası Vote_lcap11%Hicab qadağası Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Hicab qadağası Vote_lcap3%Hicab qadağası Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Hicab qadağası Vote_lcap13%Hicab qadağası Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Hicab qadağası Vote_lcap1%Hicab qadağası Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Hicab qadağası Vote_lcap6%Hicab qadağası Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Hicab qadağası Vote_lcap11%Hicab qadağası Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Hicab qadağası Vote_lcap1%Hicab qadağası Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Hicab qadağası

Aşağa gitmek 
+6
USAIN_15
DAFFODIL
moon_shin
-мαviαdα-
๑NumBer๑One๑
My_Heart
10 posters
Səhifə : 1, 2  Sonraki
MüəllifIsmarıc
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 11:06 am

Hicab qadağası 1309685807h

Bir az cox oldu.Ona gore bagislayin

Avropanın bir çox ölkələrindən və Türkiyədən sonra islam simvollarına qarşı Azərbaycan cəmiyyətində də açıq mübarizə başladı. Bəli, Azərbaycan cəmiyyətində, yəni o cəmiyyətdə ki, əhalisinin doxsan faizindən çoxunun müsəlman olduğu etiraf edilir. Məhz o cəmiyyətdə ki, ölkə prezidenti öz prezidentlik fəaliyyətinə başlayanda Konstitusiya ilə yanaşı İslam dinin müqəddəs kitabına, yəni Qurana da and içir. Maraqlıdır ki, islam dininin əsas atributlarından biri olan hicaba qarşı açıq-aşkar mübarizə «dünyəvilik» pərdəsi altında aparılır.

Hicaba qoyulan qadağaların arxasında hansı məkrli siyasətin dayandığını başa düşmək üçün hər şeydən əvvəl 1) hicabın hansı mahiyyət daşıdığını, 2) hicaba qoyulan qadağaların vicdan azadlığına nə dərəcədə təhdid olduğunu, 3) kimlərin və nə üçün hicabdan qorxduqlarını, 4) hicabın dünyəviliyə təhlükə olub-olmadığını, 5) milli özünəməxsusluqla hicabın bağlılığını, 6) hicaba qadağaların qoyulması ilə qloballaşma prosesinin əlaqəsini və sair araşdırmağa çalışaq.
Qeyd edək ki, Azərbaycanda hicaba qarşı mübarizə öz formasına və mahiyyətinə görə digər ölkələrindəkindən xeyli fərqlənir. Belə ki, Fransada hicaba qadağanın qoyulması «ibtidai və orta məktəblərdə bütün dini atributların qadağan edilməsi» adı altında aparılırdı. Lakin hamıya bəlli idi ki, bu qadağanın əsas məqsədi İslam dininin əsas atributlarından biri olan hicaba qarşıdır. İnsan hüquqlarına açıq-aşkar zidd olan bu qadağa, Fransanın müsəlman əhalisini cəmiyyətdən təcrid etməklə bərabər, təhsil almaq imkanlarını da xeyli məhdudlaşdırırdı. Lakin Fransa hökuməti, heç olmazsa, vəziyyətdən müəyyən qədər çıxış yolu da qoyurdu. Belə ki, müsəlman məktəblərinin açılması və ya «məsafədən təhsil» imkanları müəyyən qədər saxlanılırdı.
Əhalisinin əksər hissəsinin müsəlman olduğu iddia edildiyi Azərbaycanda hicaba qadağanın qoyulması qəribə şəraitdə baş verdi. Birincisi, bu qadağa heç bir qanunla və ya yazılı sərəncamla müşayiət olunmadı. Təhsil naziri tərəfindən şifahi tərzdə verilən bir göstəriş, yerlərdə bütün məktəb rəhbərlərini, parlamentdə isə xeyli sayda deputatları hərəkətə gətirdi. Birincilər hicablı qızları məktəbə buraxmadılar, ikincilər isə «dünyəvilik» prizmasından belə hüquq pozuntusuna haqq qazandırmağa çalışdılar. Azərbaycan cəmiyyətində hicaba qoyulan qadağaya Milli Məclis üzvləri, siyasilər və ictimai təşkilatlar tərəfindən verilən qiymətlər Azərbaycan cəmiyyətində vahid bir ideoloji xəttin olmadığını bir daha nümayiş etdirdi.
«Dünyəvilik» yolunu tutduğunu bəyan edən cəmiyyətlərdə vaxtaşırı mübahisə predmetinə çevrilən hicab nədir? Dini inanclı insanların baş örtüyü olan hicab nə üçün Fransa və Azərbaycan kimi müxtəlif özünəməxsusluğu olan ölkələrdə hakimiyyətə qorxu yaradır?
Qeyd edək ki, islamda nəinki qadınlar üçün, həm də kişilər üçün geyim məhdudiyyəti nəzərdə tutulub. Qadınlar üz və əlindən başqa bədəninin bütün hissələrini, kişilər isə ən azı beldən dizinə qədər olan hissələri örtməlidirlər. Bu geyim formaları min dörd yüz ildir ki, insanların bir-biri ilə və ümumilikdə cəmiyyətlə münasibətini nizamlayır. Bu geyim formalarına qoyulan tələblərin əsas mahiyyəti ondan ibarətdir ki, onlar digərlərin nəzər-diqqətini özünə cəlb etməsin və insanda özünə qarşı ciddi münasibət yaratsın. Başqa sözlə desək, ətrafdakı insanların hüquqlarına təcavüz etməsin. Qeyd edək ki, bəşəriyyət yaranandan bu günə qədər istənilən ölkədə, istənilən cəmiyyətdə insanların geyiminə rəsmi və ya qeyri-rəsmi məhdudiyyətlər qoyulub. Belə məhdudiyyətlər özünü demokratik adlandıran istənilən ölkədə bu gün də mövcuddur.

Pedaqoji nöqteyi-nəzərdən şagirdlərin vahid geyim formalarının müəyyənləşməsinin kökündə də məhz tədris prosesində diqqətin yayınmaması və yüksək keyfiyyətli tədrisin təmin edilməsi məqsədi durur. Başqa sözlə desək, Azərbaycan Respublikasının Təhsil Qanununun 14.10. maddəsi ilə müəyyən edilən geyim forması tədrisin əsas məqsədinə xidmət etməlidir və tədris prosesində maraqlı tərəflərlə müzakirə edilməlidir. Qeyd edək ki, təhsil nazirinin öz müsahibələrində istinad etdiyi bu maddədə, baş örtüyünə məhdudiyyət qoyan heç bir ifadə yoxdur. Belə ki, bu qanuna əsasən "...bütün təhsil muəssisələrində təhsil alanların geyim formaları təhsil muəssisəsinin nizamnaməsi ilə muəyyən edilir".
İslamdan az-çox xəbəri olan istənilən şəxs bilir ki, müəyyən yaş həddindən sonra qızların baş örtüyündən istifadə etməsi və ya islam adətinə uyğun geyim forması seçməsi onun hüquqlarının nəinki məhdudlaşdırılması, əksinə təmin edilməsidir. Dini ayinlərə ardıcıl riayət etməyən, lakin özünü müsəlman adlandıran milyonlarla qadın var ki, baş örtüyündən istifadə etmir. Lakin onların böyük əksəriyyəti, xüsusilə Azərbaycan cəmiyyətində təsdiq edə bilərlər ki, belə geyimlərin istifadə edilməsi onların hüquqlarının kişilərlə müqayisədə məhdudlaşdırılması deyil.
Danılmaz faktdır ki, dünyanın əksər ölkələrində, xüsusilə Qərb ölkələrində, eləcə də Türkiyə və Azərbaycan kimi ölkələrdə hicablı qadınların işlə təminatında ciddi məhdudiyyətlər olduğu üçün inanclı qadınların əksər hissəsi hicabdan istifadə etmək imkanında deyillər. Başqa sözlə desək, hicab qadınların hüququnu məhdudlaşdırmır, hicablı qadınların hüququnu hakimiyyət məhdudlaşdırır. İşlə təminatda hicablı qadınlara məhdudiyyətlərin yaradılması, təhsil müəssisələrində onların sıxışdırılması artıq adi hüquq pozuntusu çərçivəsindən çıxıb, ciddi siyasi problemə çevrilib. Hicablı qadınların işlə təminatı üçün hətta ilkin müsahibə mərhələsində hicabın çıxarılması tələb kimi qoyulur.
Bütün bunlar bir daha sübut edir ki, müsəlman qadınların və qızların istifadə etdiyi hicab islam əxlaqının və dini inancın göstəricisidirsə, islam mədəniyyətinə düşmən kəsilən qüvvələr üçün siyasi və iqtisadi təzyiq vasitəsidir. Hicaba qoyulan qadağa fundamental insan hüququnun pozulması kimi cəmiyyətin eyni hüquqlu vətəndaşlarının siyasi və iqtisadi sıxışdırılmasıdır və ciddi siyasi diskriminasiyadır. Təəssüf ki, ona qoyulan qadağanın aradan qaldırılması özünü dünyəvi hesab edən vətəndaşların ciddi müqaviməti ilə üzləşir. Belə bir hadisə Türkiyədə hicaba qoyulan qadağanın aradan qaldırılmasında müşayiət olunmuşdu. Öz dini inanclarına görə, hicab geyinən qadın və qızların vicdan azadlıqlarının simvolu öz hakimiyyətlərini itirməkdən qorxan siyasilər üçün «dini seçim» statusundan «siyasi seçim» statusuna transformasiya edilir. Bu kimin günahıdır? Öz dininə sadiq olan və həyatını dini inanclar əsasında quran sadə müsəlman vətəndaşların, yoxsa cəmiyyəti siyasi qarşıdurmalara sürükləməklə öz hakimiyyətini təmin etməyə cəhd göstərən siyasi qrupların?
Azərbaycanın təhsil müəssisələrində hicaba qadağanın qoyulması Azərbaycan KİV-lərində də müzakirə edilməkdədir. Müsahibələrdə diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, mövcud problemin nədən ibarət olduğu ciddi şəkildə gizlədilir. Başqa sözlə desək, adi vətəndaşların vicdan azadlığının kobud şəkildə pozulmasının arxasında hansı siyasi məqsədlərin dayandığı pərdələnir. «Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı APA-ya verdiyi müsahibədə bildirib ki, "...orta məktəblərdə qızların hicab taxması məsələsi Azərbaycanın inkişafının qarşısının alınmasını istəyən, o cümlədən xarici ölkələrin sifarişini yerinə yetirən insanların gündəmə daşıdığı məsələdir. Azərbaycan qadını hicabdan 100 il əvvəl qurtulub". Başqa sözlə desək, Tənzilə xanım elə hesab edir ki, hicab inkişafı ləngidir. Onun fikrincə, ümumiyyətlə türk qadını hicab və çadra taxmayıb və kəlağayıdan baş örtüyü kimi istifadə ediblər. Mən əminəm ki, Azərbaycan məktəblərində nəinki hicaba, ümumiyyətlə hər cür baş örtüyünə, o cümlədən kəlağayıya da qadağa qoyulduğunu Tənzilə xanım bilir.
İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların bu məsələdə seyrçi mövqe tutması, bəzi hallarda isə təhsil nazirinin şifahi verdiyi göstərişi dəstəkləməsi qətiyyən başa düşülən deyil. Belə ki, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə APA-ya bildirib ki, valideynləri tərəfindən azyaşlı qızların məktəbə hicabla göndərilməsi qadın hüquqlarının pozulması deməkdir. O qeyd edib ki, 17 yaşına çatan qadın hicabla bağlı mövqeyini müəyyənləşdirə bilər. Çünki artıq müstəqildir. Məktəblərdə isə hicabdan istifadənin əleyhinəyəm. İslamı dərk edəndən sonra qız hicab bağlaya bilər. Həmçinin azyaşlı qıza öz istəyi olmadan hicab taxdırmaq hüquq pozuntusudur". Əgər məsələni milli və dini aspektdən yalnız hüquq aspektinə keçirsək, hüquq müdafiəçisi «hicablılığın» məcbur edilməsini hüquq pozuntusu kimi qeyd edəndə haqlıdır. Lakin «hicabsızlığı» tələb edəndə qətiyyən haqlı deyil. Çünki «hicabsızlığın» tələb edilməsi də eyni dərəcədə hüquq pozuntusudur.
Təəssüf edirəm ki, hicaba qarşı media hücumları dünyəviliyin müdafiəsi pərdəsi altında aparılır. Halbuki, dünyəviliyin ən əsas göstəriciləri tolerantlıq, plüralizm və insan hüquqlarına hörmətdir. Məsələn, APA-nın rəhbəri Vüsalə Mahirqızı Lent.az saytında qeyd edir ki, «hicabı orta məktəbə daşımaq istəyənlər dünyəvi dövlətin təməl prinsiplərinə, millətin məhək daşına zərbə endirməyə çalışırlar». Maraqlıdır, görəsən Vüsalə xanım dövlətin hansı «təməl prinsipini» və «millətin məhək daşını» nəzərdə tutur? Əgər təməl prinsipi kimi dünyəviliyi nəzərdə tutursa, Azərbaycanda din dövlətdən ayrıdır və hicablı şəxslərin, xüsusilə də şagirdlərin öz dini inancları
əsasında qərar qəbuletmə proseduruna təsir etmək imkanı yoxdur. Bəs belə hicablılar hansı təhlükə mənbəyidir ki, ondan təcili qorunmağı Vüsalə xanım təklif edir. Məhz Vüsalə xanımın yada saldığı Azərbaycan Konstitusiyasında vicdan azadlığı təsbit edilib. Doğrudanmı hicab Konstitusiyada təsbit edilən dövlət quruluşuna bu dərəcədə təhlükə yaradır?
Vüsalə xanım etiraf edir ki, «universitet tələbəsi, dövlət qurumunun çalışanı, özəl və sivil quruluşlarda hər kəs istədiyi geyim formasında görünə bilir», lakin o, belə geyimin orta məktəblərdə olmasına etiraz edir. Vüsalə xanımın məntiqinə görə, Təhsil qanununun 14.10-cu maddəsi, yəni «Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir» ifadəsi elə hicaba qadağa deməkdir. Vüsalə xanın demir ki, bu nizamnamələr təhsildə maraqlı tərəflərin birgə müzakirəsi əsasında formalaşmalı və Konstitusiyada təsbit edilən azadlıqları, o cümlədən vicdan azadlığını məhdudlaşdırmamalıdır. O deyir ki, "əslində bu qanunla istər orta, istərsə də ali məktəbin müəyyənləşdirdiyi geyim formasında hicab yoxdursa, ora belə geyimdə daxil olmaq olmaz". Başqa sözlə desək, itənilən geyimlə girmək olar, yalnız hicabla — Vüsalə xanımım təbirincə desək, «millətin məhək daşına» «zidd olan hicabla» girmək olmaz. Vüsalə xanımın məntiqinə görə, istənilən məktəbin müəyyən etdiyi qaydalar həm Azərbaycan Konstitusiyasının, həm də insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaların tələblərindən güclüdür.
Vüsalə xanımım yazısında bir məqam da diqqətçəkəndir. O yazır: "Əgər indi hicab qadağasının əleyhinə olanları doğrudan da Azərbaycanın gələcək nəslinin İslam fəlsəfəsini, dinin mahiyyətini öyrənməsi maraqlandırırsa, onda yanaşma başqa cür olmalı idi. Onda bu adamlar dünyəvi təhsil çərçivəsində övladlarına İslamı, onun fəlsəfəsini, İslam əxlaqı və yaşam tərzinin öyrədilməsini tələb etməliydilər".



Hörmətli Vüsalə xanım, bir daha qeyd edim ki, dünyəvi təhsil dinin öyrənilməsini qadağa etmir. Digər tərəfdən, əgər bu gün Azərbaycan məktəblərində Azərbaycan xalqının milli mənəvi özünəməxsusluğunun əsas daşıyıcısı olan İslam dini öyrənilmirsə, bu Azərbaycan təhsilinin ən çatışmaz cəhətidir. Əgər Azərbaycan vətəndaşları Azərbaycan dövlətindən bunu tələb edə bilmirlərsə və yaxud təhsil sistemində qərar qəbulu prosesinə təsir göstərə bilmirlərsə, bu, cəmiyyətin demokratik idarəetmədən nə dərəcədə məhrum olması deməkdir. Vüsalə xanımın məntiqinə görə, hələ ki, şagirdlər İslam dini və fəlsəfəsi ilə tanış deyillər, onların geyim formasını valideyn yox, təhsil naziri özü müəyyənləşdirəcək. Azərbaycan məktəblərində hicaba qadağa qoyulmasına heç bir arqumentli cavab tapmayan Milli Məclis üzvləri İslamda «yenilik» etməyə də cəhd göstərirlər.



Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova "İslamın Azərbaycan modeli"-nin hicabsız olduğunu iddia edir. APA-ya verdiyi müsahibədə Rəbiyyət xanım qeyd edib ki, «Azərbaycanda nənələrimiz, analarımız kəlağayı və yaylıq örtərdilər. Bu gün Azərbaycana təqdim olunan o yad model — qara örtük islamın Azərbaycan modelinə tamamilə yaddır». Tənzilə xanım kimi Rəbiyyət xanım da yəqin xəbərsizdir ki, məktəblərə nəinki hicabla, heç kəlağayı və yaylıqla da qoymurlar. Təəssüf ki, Rəbiyyət xanım da dünyəvilik prinsipini əsas gətirərək, vicdan azadlığı kimi fundamental insan hüququnun pozulmasına beləcə haqq qazandırır. Yəni problem baş örtüyünün nədən və necə olmasından ibarət deyil, ümumiyyətlə onun olması ilə bağlı yaranan qorxu hissidir. Bəs bu qorxu hissinin mahiyyətində nə durur? Azərbaycan cəmiyyətində dünyəviliyə təhdid, yoxsa İslam inancının güclənməsi ilə ictimai müqavimətin və haqsızlığa qarşı mübarizə əzminin artması ethimalı?
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 11:17 am

Bir şeyə mən əminəm.Əgər qadın öz qeyrəti ilə kişilərdən geri qalmırsa, hətta bəzi şərəfsizləri ötürsə, öz namus və qeyrəti ilə öyünə bilirsə, ona özünü naməhrəmlərdən qorumaq üçün hicaba ehtiyacı yoxdur.Bu gün belə bir qadağanın olması heç də yaxşı hal deyil.Bu tam şəkildə İslama qarşı yönəlmiş bir təxribatdır. Bununla qeyri müsəlman dünya İslamın əhatə dairəsinin genişlənməsindən nə dərəcədə narahat olduqlarını biruzə verdilər.Amma ən pisi bilirsiz nədir. özümüzkülərdə bu siyasətin ardıyca gedirlər. necə deyərlər bizi vuranlar elə özümüzkülərdir.Yəni sapı özümüzdəndir
Əvvələ qayıt Aşağa gitmek
-мαviαdα-

-мαviαdα-


Mesaj Sayısı : 500
Doğum tarihi : 10/11/97
Kayıt tarihi : 02/04/11
Yaş : 26
Nerden : Bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 11:25 am

Men AZERBAYCAN RESPUBLIKASINDA hicaba qadaga qoyan wexslere sadece aciyiram onlar yalniz bu dunyani duwunub axireti unutmuw kimselerdir. ALLAH o keslere hidayet versin.
Görəsən, hicab müsəlman qadının İslam dininə mənsubiyyətinin ifadə forması və həmin dinin tərk edilməsi haram buyurulmuş vacib şərtlərindən biri deyilmi? Belə olduğu təqdirdə, nəyə görə başıörtüdü orta məktəb qızları, məhdudlaşdırılması yalnız qanunla, özü də müəyyən əsaslarla mümkün olan, dini etiqad azadlığı və dini mənsubiyyətə görə məhdudlaşdırılmasına heç bir halda yol verilməyən təhsil hüququnun həyata keçirilməsi arasında seçim qarşısında qalmalıdırlar?

Əvvələ qayıt Aşağa gitmek
moon_shin

moon_shin


Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 26
Nerden : biləsuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 11:49 am

onlar bunu nə düşüncə ilə edirlər bunu onlardan soruşmaq lazımdır.əgər biz islam dini qəbul etmiş bir dövlətiksə onda insanların baş örtlərinə qadağan niyə qoyurlar.mənim çox sevdiyim dostlarımdan biri hicablıdır.tanıyırsınız əminə.əminə liseyə girəndə anar müəllim ona yaxınlaşıb sən onu nə vaxtsa açacaqsan?demişdi.əminəm ki anar müəllim bu ifadəni hicaba qarşı olanların tərəfini saxlayaraq deməmişdi.o da bilirik ki,indi olmasada gələcək də təhsildə problem olacağını bilərəkdən demişdi.indi əminənin də düşüncələrindən biri budur.o.təbbi ki baş örtüsünü açmayacaq amma.nəyə görə indi o bu problem haqındada ayrıca oturub düşünməlidir...
Əvvələ qayıt Aşağa gitmek
DAFFODIL

avatar


Mesaj Sayısı : 545
Doğum tarihi : 10/11/98
Kayıt tarihi : 05/06/11
Yaş : 25
Nerden : BİLƏSUVAR

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 11:52 am

heqiqeten de hicaba qadaga qoyanlarin basi islemir axi size ne kim baglayir baglasin daaaa
esasen mekteblerde bu qadaga ozunu gosterrir axi size ne siz dersinizi kecin deeeeee
Əvvələ qayıt Aşağa gitmek
USAIN_15

USAIN_15


Mesaj Sayısı : 1479
Doğum tarihi : 22/05/96
Kayıt tarihi : 13/04/11
Yaş : 27
Nerden : Biləsuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 12:22 pm

Bagislayin hamisini oxuya bilmedim.Amma sohbetin neden getdiyini bilirem.Usaqlar hamisi oz fikirlerini yazdilar ve men de onlari oxumusam.Bunlarin hamisi ile raziyam.Hicab Islamin inkarolunmaz atributlarindan biridir ve Islami qebul etmis qizlar mueyyen yasa catdiqdan sonra eger engel yoxsa hicab taxmalidi.Lakin yazida da serhlerde de bir sey diqqetimi cekdi.Bele bir sey deyilir ki Azerbaycan Islam dovletidir ona gore bele qadagan yolverilmezdir.Amma bir seyi yaddan cixartmaq olmaz ki Azerbaycan Iran,Pakistan ve basqa dovletler kimi Islam dovleti deyil.Yeni yazilanda Azerbaycan Islam Dovleti yazilmir.Buna gore de hicabin legv olunmasina huquqi cehetden bir engel yoxdu.Ele Islam dovleti yox sadece ehalinin cox hissesinin muselman olmasina ve talerant olmasina gore hicabi dunyevilik adi altinda qadagan ede bilerler.Burdan da bele netice cixir ki eger vahid forma varsa ve hicab bu formaya daxil deyilse hicabi qadagan etmek olar.Amma hicabi mektebli formasina da daxil etmek olmaz.Cunki Azerbaycan talerant bir olkedir burda basqa dinden olan usaqlar da tehsil alir. Buna gore de Islamin geyimini umumi mektebli formasina daxil etmek olmaz.Iranda ise bu tamam basqadir.Iran Islam olkesidir ve qadinlarin hicab baglamasi mecburidir.Orda avtamatik olaraq mektebli formasina hicab da daxildir.
Amma bele bir sual da ortaya cixa biler ki ehalinin boyuk ekseriyyeti muselmandirsa onda niye dovlet lazimi detbirler gorub hicabi qadagan etmekden basqa bu meseleni hell etmir?Artiq bu dovletin basinda duranlarin menliyine,xalqi nezere almagina ve istemeyine qalib.
Əvvələ qayıt Aşağa gitmek
teardrop

teardrop


Mesaj Sayısı : 1139
Doğum tarihi : 24/10/94
Kayıt tarihi : 24/03/11
Yaş : 29
Nerden : bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 12:57 pm

men de bir fikir bildirim ki fransa kimi bir cox dovletler hicabi qoymadilar vunki ogrular falan bundan istifade edib o geyimde gelib ogurluq edirdiler!!!
Əvvələ qayıt Aşağa gitmek
USAIN_15

USAIN_15


Mesaj Sayısı : 1479
Doğum tarihi : 22/05/96
Kayıt tarihi : 13/04/11
Yaş : 27
Nerden : Biləsuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 12:59 pm

Qaqam bu yazini hansi saytdan tapmisan adini yazrsan daa.Bir de ki burda Azrebaycan cemiyyetini,hakimiyyetdt duran insanlari ve azerbaycanlilarin basqa dinlere olan hormetini gozden salmaq ucun isledilen cumleler var.
Əvvələ qayıt Aşağa gitmek
teardrop

teardrop


Mesaj Sayısı : 1139
Doğum tarihi : 24/10/94
Kayıt tarihi : 24/03/11
Yaş : 29
Nerden : bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 1:04 pm

millet 40 defe serh yazib bunun niye demeyib ki !!! gorsen mi hami oz serhlerinin sayini artirmaq isteyir
Əvvələ qayıt Aşağa gitmek
USAIN_15

USAIN_15


Mesaj Sayısı : 1479
Doğum tarihi : 22/05/96
Kayıt tarihi : 13/04/11
Yaş : 27
Nerden : Biləsuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 1:04 pm

Sems razi deyilsen?
Əvvələ qayıt Aşağa gitmek
teardrop

teardrop


Mesaj Sayısı : 1139
Doğum tarihi : 24/10/94
Kayıt tarihi : 24/03/11
Yaş : 29
Nerden : bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 1:07 pm

ele razi oldugum ucun dyrem de !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
hem de cox ciddiyem mence bu sitede konunu oxumuyub serh sayi artirmaq ucun yazmaq adet halidir
Əvvələ qayıt Aşağa gitmek
-αуtαc-
Admin
Admin
-αуtαc-


Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 26
Nerden : Azərbaycan-Biləsuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 1:10 pm

Şəms bu mövzuda yazılanlar şərhlər hamısı mövzuyla əlaqədar şərhlərdir axı...
Əvvələ qayıt Aşağa gitmek
teardrop

teardrop


Mesaj Sayısı : 1139
Doğum tarihi : 24/10/94
Kayıt tarihi : 24/03/11
Yaş : 29
Nerden : bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 1:12 pm

men bawqa sey deyrem ve x edirem deme ki sen de bilmisen axi bezen butun serhi oxuyanda gorsen ki konudaki hansisa diqqet celb eden nokteye toxunmuyublar
Əvvələ qayıt Aşağa gitmek
-αуtαc-
Admin
Admin
-αуtαc-


Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 26
Nerden : Azərbaycan-Biləsuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 1:24 pm

Şəms bu mövzuya dəfələrlə toxunmuşuq və sevindirici olmayan hadisələr baş verib ona görə də yenidən bu məsələ haqqında danışmaq istəmirəm
Həm mövzudan kənara çıxmayaq
Əvvələ qayıt Aşağa gitmek
teardrop

teardrop


Mesaj Sayısı : 1139
Doğum tarihi : 24/10/94
Kayıt tarihi : 24/03/11
Yaş : 29
Nerden : bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 1:26 pm

hemid dediyi mudrik meselesi -sen dediyin olsun
Əvvələ qayıt Aşağa gitmek
ŞəMSəDDiN

ŞəMSəDDiN


Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 25
Nerden : Biləsuvar , 1 may küçəsi

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 3:51 pm

Bəli bu çox pis şeydir...Türkiyədə bunun üçün neçə aylardı hələdə qırğın-davadı...ama birdə bizə bax...
Əvvələ qayıt Aşağa gitmek
Nice_lady

Nice_lady


Mesaj Sayısı : 389
Doğum tarihi : 15/02/95
Kayıt tarihi : 28/04/11
Yaş : 29
Nerden : bilesuvar rayon

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 4:38 pm

heqiqeten hicaba qadagan qoymaq cooox agilsiz 1weydir
Əvvələ qayıt Aşağa gitmek
ŞəMSəDDiN

ŞəMSəDDiN


Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 25
Nerden : Biləsuvar , 1 may küçəsi

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 4:51 pm

Hmmm...Hamıya burdakı fikri ilə qatılıram...
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 5:03 pm

Burdaki haminin fikrne qatilira.
Bir seyde nezerinize catdirim.
Bizizm evvelki mektebimizdede Hicabli bir qizi mektebden cixarmisdilar
Bir seyde var ki Bu usaq Tehsil almaq isteyir.Onda ne etsin?
Bu hicabin cixarilmasi meselesi coox pis seydi
Mende bu fikire naraziyam.En azindan 8-lerden bir nefer Hicab taxir.Onun mektebden cixarilmasi cox pis olar.
Əvvələ qayıt Aşağa gitmek
moon_shin

moon_shin


Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 26
Nerden : biləsuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 6:11 pm

şamxal düz deyirsən.birdə dərslərində pis olsa bir çey,dərslərində o qədər başarılıdır ki.ən çox da ona adam əsəbləşir...
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB. İyul 03, 2011 6:13 pm

He,en azinda oda oxumaq isteyir
Əvvələ qayıt Aşağa gitmek
USAIN_15

USAIN_15


Mesaj Sayısı : 1479
Doğum tarihi : 22/05/96
Kayıt tarihi : 13/04/11
Yaş : 27
Nerden : Biləsuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB.e. İyul 04, 2011 7:46 am

Hə hamınız düz deyirsiz.Ölkədə hər kəsin təhsil almaq hüququ var.Amma mən bu məsələyə yuxarıda da toxunmuşdum.Bizim hökuməti də qınamaq bir az düz deyil.Çünki ümumdünya(əsasən xristian dövlətləri) siasəti İslama qarşı yönəlmişdir.O demək deyil ki İslamı məhv eləmək istəyirlər yox bunu bacara da bilməzlər sadəcə İslamı gözdən salmaq,onu insanlar üçün çətinləşdirmək istəyirlər.Bu sadəcə hicabı qadağan etməklə qurtarmır:minarələrin qadağası,müsəlman insanlara Avropada yaradılan çətinliklər və s.Və bu əməllərə "hegemon" dövlətlər də qoşulmuşdur.Belə şəraitdə Azərbaycan İslam respublikası olmadığına, zəif və ən əsası əhalisinin çoxu müsəlman olduğuna görə Azərbaycana həmin dövlətlər təzyiq göstərir ki Azərbaycan da bu tədbirləri görsün.Lakin bu məqalədə bəyənilməyən Azərbaycan hökuməti İslamı zədələməməkdən, xalqı razı qoymaqdan və həmin dövlətlərin gözündən pərdə asmaqdan ötrü hicabı heç olmasa məktəblilərə qadağan etmişdir.Yəni Azərbaycan çox kiçik dövlət olmasına və əhalisinin çoxu müsəlman olmasına baxmayaraq hegemon dövlətlərinin İslama qarşı siasətinin Azərbaycanda baş tutmasına mane olmuşdur.
Hadisələrə belə baxsaq daha yaxşı olar
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB.e. İyul 04, 2011 8:38 am

Şəms sənə birşey deyim. O oğru məsələsi tam bir bəhanədir. bunu istifadə edib öz niyyətlərini yerinə yeridirlər. bir də qaldı şərh məsələsinə. bu barədə söhbət artıq sırağagün kəaskin pislənib. və müzakirə edilib.Sən onda gəzintidə idin
Əvvələ qayıt Aşağa gitmek
teardrop

teardrop


Mesaj Sayısı : 1139
Doğum tarihi : 24/10/94
Kayıt tarihi : 24/03/11
Yaş : 29
Nerden : bilesuvar

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB.e. İyul 04, 2011 9:00 am

pah gezintinin bura aidiyyeti yoxdu cunki men gelib burdakilarin oxumusam!!!!!
men siz dediklerinizden raziyam ama uzun tam ortulmesi ile razi deylem!!!
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası EmptyB.e. İyul 04, 2011 9:04 am

Bəs mən nə yazmışam. Qeyrətli qadının qoruyucu kişiyə də ehtiyacı yoxdur
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Hicab qadağası Empty
Yeni mövzuMövzu: Geri: Hicab qadağası   Hicab qadağası Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Hicab qadağası
Əvvələ qayıt 
1 səhifə (Cəmi 2 səhifə)Səhifə : 1, 2  Sonraki

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: Xəbərlər-
Keç: