M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
B. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
B. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
C. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
C. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
C. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
C. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
C. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ç.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ç.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
 
USAIN_15
 
-αуtαc-
 
ŞəMSəDDiN
 
teardrop
 
๑NumBer๑One๑
 
moon_shin
 
Ghost Rider
 
DAFFODIL
 
-мαviαdα-
 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
27%
 27% [ 21 ]
Məntiqi suallara
10%
 10% [ 8 ]
İdmana
16%
 16% [ 13 ]
İnternetə
11%
 11% [ 9 ]
Gəzməyə
3%
 3% [ 2 ]
Əlavə kitablara
13%
 13% [ 10 ]
Yatmağa
1%
 1% [ 1 ]
Musiqiyə
6%
 6% [ 5 ]
Maraqlı məlumatlara
11%
 11% [ 9 ]
Televizora baxmaqa.
1%
 1% [ 1 ]
Səslərin cəmi : 79

Paylaş | 
 

 Qalibiyyət hissi

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
๑NumBer๑One๑



Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 20
Nerden : BİLƏSUVAR

Yeni mövzuMövzu: Qalibiyyət hissi   C. İyul 01, 2011 12:21 pm

Qalibiyyət duyğusu
Qalibiyyət hissi! Hamının varlıdan yoxsula, ağıllıdan axmağa qədər hamının məhəbbətlə ,nəvazişlə əzizlədiyi duyğu! Çoxları ona görə həyatlarından belə keçməyə hazır olub. Çoxları onun uğrunda vuruşub. Və yalnız onlardan biri qalib gəlib. Mükafatın nə olduğu çox vaxt onları maraqlandırmayıb. Onları maraqlandıran-qalib gəlmək, birinci olmaq hissi olub.
Qalib gəlmək o qədər güclü bir hisdir ki, ona qalib gəlmək belə olmur. Bəzən bu insanın gözlərini kor edir. Ətrafında heç nəyi hiss etmirsən. Yalnız qalibiyyət barədə düşünürsən. Bir də görürsən ki, ətrafında bir nəfər də olsun yaxınların qalmayıb. Bütün dostların , yaxınların, səni tərk etmiş, səndən üz döndərmişlər. Onda sən peşiman olur, dönüb arxaya baxdıqda nə qədər səhvlər buraxdığını anlayırsan.Amma atalar yaxşı deyib: “Sonrakı peşimançılıq fayda vermir”
Həqiqətən də, atalarımız nə qədər uzaqgörən olmuşlar. Hər bir məsəl yerli-yerində işlədilmişdir.
Qalibiyyətə tabe olub onun ardınca gedənlər çox vaxt əvvəlcə bu hissə çatıb ondan ləzzət alırlar, özlərini birinci, dahi, ən mükəmməl hesab edirlər. Amma bunun sonrası daha acınacaqlı olur. Onlar özlərindən daha güclüsü ilə rastlaşanda əvvəlcə əhəmiyyət vermir, sonra təəccüblənir, daha sonra əsəbiləşir, ona da qalib gəlməyə çalışır, qalib gələ bilməyəndə onlarda ruh düşkünlüyü əmələ gəlir. Həyatdan küsür, yaşamağa maraqları itir. Budur qalibiyyətin acı nəticələri!
Mən demirəm ki, qalib gəlmək pis şeydir. Mən demirəm ki, həyatda olduğun kimi qalıb “əh, qalib gəlməyi neynəyirəm, onsuzda axırı yaxşı olmayacaq” deyə düşünəsiniz.Xeyr! Qalib gəlməyə məndə can atmışam. Hamı can atıb. Amma atalar burda da yaxşı deyib: “Yüz ölç, bir biç”. Elədiyin hərəkətin sonrasını yaxşı-yaxşı düşünməlisən. Axı bu qalibiyyətin mənə verdiyi , öyrətdiyi nə olacaq? Bax bu sualı özümüzə verməliyik.
Valideynlər öz uşaqlarına lap kiçik yaşlarından yalnız qalib gəlmək hissini aşılayırlar. Uşaq daim valideynlərinin ondan qalibiyyət qazanmasını istədiyini gördükdə fikirlərini bunun üzərində cəmləşdirir. Dostlarından uzaqlaşır, bağçada ,məktəbdə yoldaşlarına qalib gəlməyə çalışırlar. Məktəbdə özlərinə dost tapa bilmirlər. Hamıdan, hər şeydən- uşaqlığın ən gözəl çağlarından məhrum olurlar. Bu bədbinlik özdəki daimi kədər, ciddi ifadə hamını onlardan uzaqlaşdırır. Bir gün valideynlərindən ayrı yaşadıqda belə bu fikir onları rahat buraxmır.Həyatda daim tək-tənha yaşamağa təhkim olunurlar.
Bu vəziyyətin ən pis formasıdır. Bəzən belə olmaya da bilər. Elələri var ki, qalibiyyətə başqa cür yanaşırlar. Məndə belələrindənəm. Mən kiməsə mütləq qalib gəlməyə çalışmıram . Bacarırsansa, qalib gələcəksən,əgər bacarmadınsa, faciə deyil. Həyat mübarizədir. Zəif nöqtələrini tapıb, onun üzərində işləyəcəksən. Hazırlaşacaqsan.

Mən həmişə qeyd edirəm və ətrafımdakılara da bunu aşılamağa çalışıram:
Həyat qısadır. Onu kiməsə qalib gəlib yalançı qürur uğrunda mübarizə aparmağa sərf etməyə dəyməz . bundansa dünyanı öyrənib yeni-yeni biliklər əldə etmək daha yaxşıdır. Özümüzü tənhalaşdırmaqdansa, yeni dostlar tapıb əhatəmizi genişləndirmək daha yaxşıdır. Təbii ki yaxşıdır!
Bilirsiniz insanları daha çox birincilik yolunda tənhalığa sürükləyən nədir? Hansısa mühitə düşürsən, görürsən ki, səndən irəlidə olanlar var. Onlara bir-bir qalib gəlməyə başlayırsan. ən sonuncuya da qalib gələndən sonra qalib gəlməyə heç kim olmur. Onda dönüb arxaya baxdıqda qalib gəldiyin insanlara nə qədər qaba hərəkətlərlə keçdiyini görürsən, onların hamısı səndən üz döndərirlər. Bu onların paxıllığından irəli gəlmir, bu sənin onlara qarşı göstərdiyin münasibətin nəticəsidir.
Mən demirəm qalib gəlmək pisdir. Xeyr qətiyyən belə deyil. Qalib gəlmək lazımdır. Amma sağlam rəqabətlə. Qalib gəlməkdən ötrü hər dəqiqə qarşı tərəfin xətrinə dəyib daha bir nəfəri özümdən uzaqlaşdıracamsa................................!






Baba Seyidoğlu
Əvvələ qayıt Aşağa gitmek
My_Heart



Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 20
Nerden : Azerbaijan-Bilesuvar

Yeni mövzuMövzu: Geri: Qalibiyyət hissi   C. İyul 01, 2011 12:25 pm

Hemid cox maraqlidi.
Cooooox sag ol
Sen ozun yazmisan yeqin bunu.he?






[/center]
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑



Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 20
Nerden : BİLƏSUVAR

Yeni mövzuMövzu: Geri: Qalibiyyət hissi   C. İyul 01, 2011 12:46 pm

hə müəllif özüməm. əvvəl bunun qısa xülasəsini vermişdim. indi tam şəkildə qoydum
Əvvələ qayıt Aşağa gitmek
My_Heart



Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 20
Nerden : Azerbaijan-Bilesuvar

Yeni mövzuMövzu: Geri: Qalibiyyət hissi   C. İyul 01, 2011 12:47 pm

lap yaxsi
Basdan ayaga istedatsan daaaaaaa






[/center]
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑



Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 20
Nerden : BİLƏSUVAR

Yeni mövzuMövzu: Geri: Qalibiyyət hissi   C. İyul 01, 2011 12:49 pm

sağ ol. bu elə də böyük bir şey deyil.
Əvvələ qayıt Aşağa gitmek
My_Heart



Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 20
Nerden : Azerbaijan-Bilesuvar

Yeni mövzuMövzu: Geri: Qalibiyyət hissi   C. İyul 01, 2011 12:53 pm

Sen bundada yaxsilarin hazirlayarsan
Insallah






[/center]
Əvvələ qayıt Aşağa gitmek
moon_shin



Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 19
Nerden : biləsuvar

Yeni mövzuMövzu: Geri: Qalibiyyət hissi   C. İyul 01, 2011 1:33 pm

deyəsən məktəbimizdən bir yazar çıxacaq...
Əvvələ qayıt Aşağa gitmek
My_Heart



Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 20
Nerden : Azerbaijan-Bilesuvar

Yeni mövzuMövzu: Geri: Qalibiyyət hissi   C. İyul 01, 2011 1:34 pm

Deyesen






[/center]
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑



Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 20
Nerden : BİLƏSUVAR

Yeni mövzuMövzu: Geri: Qalibiyyət hissi   Ş. İyul 02, 2011 7:39 am

Yazar deyəndəki mən elə də böyük şeylər yaza bilmirəm.Bunlar xırda-xuruşdur. Səfilləri oxuyanda utanıram. Çünki heç də yaxşı yazar olmadığımı anlayıram. "Kəlilə və Dimnə"ni oxuyanda heyfislənirəm. Çünki dərin məntiqli olmadığımı qavrayıram."Sirli ada, Kapitan Qrantın uşaqları, Yerin mərkəzinə səyahət, Dr. Doelin başı, Görünməz adam"ı oxuyanda fikrə dalıram. Çünki fantaziyamın və fantastik biliklərimin elə də böyük olmaması məni düşünməyə məcbur edir.....
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content




Yeni mövzuMövzu: Geri: Qalibiyyət hissi   Bugün 5:52 am

Əvvələ qayıt Aşağa gitmek
 
Qalibiyyət hissi
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: Məsləhətlər-
Keç: