Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Dağ-çəmən torpaqlar... EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Dağ-çəmən torpaqlar... EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Dağ-çəmən torpaqlar... EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Dağ-çəmən torpaqlar... EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Dağ-çəmən torpaqlar... EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Dağ-çəmən torpaqlar... EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Dağ-çəmən torpaqlar... EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Dağ-çəmən torpaqlar... EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Dağ-çəmən torpaqlar... EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
USAIN_15
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
-αуtαc-
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
ŞəMSəDDiN
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
teardrop
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
๑NumBer๑One๑
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
moon_shin
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
Ghost Rider
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
DAFFODIL
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
-мαviαdα-
Dağ-çəmən torpaqlar... Vote_lcapDağ-çəmən torpaqlar... Voting_barDağ-çəmən torpaqlar... Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Dağ-çəmən torpaqlar... Vote_lcap27%Dağ-çəmən torpaqlar... Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Dağ-çəmən torpaqlar... Vote_lcap10%Dağ-çəmən torpaqlar... Vote_rcap
 10% [ 8 ]
İdmana
Dağ-çəmən torpaqlar... Vote_lcap16%Dağ-çəmən torpaqlar... Vote_rcap
 16% [ 13 ]
İnternetə
Dağ-çəmən torpaqlar... Vote_lcap11%Dağ-çəmən torpaqlar... Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Dağ-çəmən torpaqlar... Vote_lcap3%Dağ-çəmən torpaqlar... Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Dağ-çəmən torpaqlar... Vote_lcap13%Dağ-çəmən torpaqlar... Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Dağ-çəmən torpaqlar... Vote_lcap1%Dağ-çəmən torpaqlar... Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Dağ-çəmən torpaqlar... Vote_lcap6%Dağ-çəmən torpaqlar... Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Dağ-çəmən torpaqlar... Vote_lcap11%Dağ-çəmən torpaqlar... Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Dağ-çəmən torpaqlar... Vote_lcap1%Dağ-çəmən torpaqlar... Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Dağ-çəmən torpaqlar...

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
ŞəMSəDDiN

ŞəMSəDDiN


Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 25
Nerden : Biləsuvar , 1 may küçəsi

Dağ-çəmən torpaqlar... Empty
Yeni mövzuMövzu: Dağ-çəmən torpaqlar...   Dağ-çəmən torpaqlar... EmptyC.a. İyun 23, 2011 7:57 am

Dağ-çəmən torpaqlar... 45

Dağ-çəmən torpaqlar



Dağ-çəmən torpaqları Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Azərbaycanın dağlıq ərazilərinin ayrı-ayrı hissələri bir sıra fiziki-coğrafi şəraitlərinə - iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji-coğrafi şəraitin müxtəlifliyi dağ-çəmən torpaq tipini üç yarımtipə bölməyə imkan verir: Çimli-torflu dağ-çəmən, Çimli dağ-çəmən , Qaramtıl dağçəmən.
Çimli-torflu dağ-çəmən yarımtipi. Çimli-torflu dağ-çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsa da respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağçəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Çimli-torflu dağ-çəmən torpaqları coğrafi cəhətdən bütöv zona əmələ gətirmir, çox vaxt adacıqlar (fraqmentlər halında) şəklində yayılmışdır. Bu torpaqlar Baş silsilədə, Bazardüzü, Tufandağ və Babadağın şimal yamaclarında, Şahnabad düzündə, Baş silsilənin şimal-şərq tərəfə ayrılan qollarının suayrıcı düzənliklərində (Qonaqkənd zonasında), Yan silsiləsinin suayrıcı düzənliklərində və Şahdağın maili yamaclarında, Kiçik Qafqazda Murovdağın şimal və şimal-qərb yamaclarında, dəniz səviyyəsindən 2500-3000 m yüksəkdə yayılmışdır. Bəzən torpaqların alt sərhədi 1900-2000 m yüksəkliyə qədər enir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. Lakin artıq yuxarıda qeyd etdiyimiz kimi ərazidə sərt iqlim şəraitinin mövcud olması və qısa vegetasiya müddəti mikrobioloji proseslərin fəallığını aşağı salır, üzvi qalıqların parçalanması prosesi xeyli zəifləyir. Bütün bunlar isə torpaq səthində kobud humusun akkumulyasiyasına və səthdə çox da qalın olmayan yığılıb açılan (elastiki) torflaşmış çim horizontunun əmələ gəlməsinə şərait yaradır. Çimli-torflu torpaqların inkişaf etdiyi alp çəmənlərinin bioloji məhsuldarlığı 36-209 s/ha arasında tərəddüd edir. Bu çəmənlərdəki ot bitkilərinin torpaqaltı hissəsinin kütləsi 28-191 s/ha arasında dəyişilir. Çimli-torflu dağ-çəmən torpaqlarının bir sıra səciyyəvi morfoloji əlamətləri mövcuddur. Bunlardan birinci növbədə səthdə zəif torflaşmaya məruz qalmış möhkəm çim təbəqəsinin olmasını göstərmək lazımdır. Bunların bir qisminin profilində genetik qatların hamısı ifadə olunmur və profilləri qısadır. Çürüntülü qatlar bilavasitə ana süxurun üzərində yerləşir. Ümumiyyətlə, çimli-torflu dağ-çəmən torpaqlarının profili əksər hallarda qısa olur (40-50 sm), bəzi hallarda isə bundan da qısa olur. Torpaqəmələgətirici süxurların, relyef və qravitasiya proseslərinin xarakteri ilə əlaqədar olaraq bu torpaqların profili üçün yüksək çınqıllılıq səciyyəvidir və bu xüsusiyyət profilin aşağı qatlarına doğru güclənir. Karbonatlı törəmələrə göstərilən torpaqlarda demək olar ki, rast gəlinmir. Mikroçökəkliklərdə, yaxud buzlaq sirklərinin diblərində, səth sularının axa bilmədiyi və izafi rütubətlənmənin mövcud olduğu şəraitdə torpaqların B qatında fraqment halında zəif qleyləşmə əlamətləri müşahidə olunur. Humusun xarakterinə görə çox hallarda kobud humus üstünlük təşkil edir. Humusun tərkibində daha mütəhərrik humus birləşmələri, xüsusilə fulvoturşular üstünlük təşkil edir. Humin turşularının fulvoturşuya nisbəti vahiddən kiçikdir. Yalnız humufikasiya prosesinin daha intensiv inkişaf etdiyi, yaxud yaxşı aerasiyanın olduğu nisbətən quru şəraitdə (subalp zonasına yaxın sahələrdə) bu nisbət vahidə çatır, bəzi hallarda isə ondan yüksək olur. Mütəhərrik üzvi turşuların böyük hissəsi dəmir-alüminium-humus birləşmələri əmələ gətirir. Çimli-torflu dağ-çəmən torpaqlarında ümumi azotun miqdarı nisbətən yüksək olub, 0,9±0,017% təşkil edir. C/N nisbəti geniş intervalda – 17-12 arasında dəyişir. Bu interval aşağı qatlara doğru sıxılır. Humusun azota yuxarıda göstərilən nisbəti üzvi qalıqların zəif parçalanmasını göstərir. Müəyyən olunmuşdur ki, bu torpaqların tərkibində azotun miqdarı humusun faizindən əlavə onun yetişmə və ya minerallaşma dərəcəsindən, yaxud əmələgəlmə şəraitindən asılıdır. Bu səbəbdəndir ki, bəzi növlərdə humusun azota olan nisbəti aşağı qatlarda çoxalır, bəzilərində isə yuxarıda çox, dərinə getdikcə azalır. Göstərilən torpaqların udma tutumu 100 q torpaqda 30,9±7,2 m-ekv-ə çatır. Udulmuş əsasların tərkibi 50-60%-dən 80%- qədər kalsium kationundan ibarətdir. Udulmuş hidrogenin miqdarı yüksək olmayıb udulmuş əsasların cəminin 1,9-9,7%-ni təşkil edir.
Çimli-torflu dağ-çəmən torpaqlarının yayıldığı sahələrdən yay otlaqları kimi geniş istifadə olunur. Yaylaqların məhsuldarlığını artırmaq üçün eroziyaya qarşı mübarizə tədbirləri aparılmalı, mineral və üzvi gübrələrdən istifadə olunmalı, bəzi sahələrdə səthi yaxşılaşdırma işləri həyata keçirilməlidir.
Çimli-dağ çəmən torpaqları yarımtipi. Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli dağ-çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahəni tutmaqla 1800-2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır. Bu sahədə yamaclar dik və bəzən uçurumlu olduğundan çimli dağ-çəmən torpaqları ancaq suayrıcı boyu inkişaf edərək dağ düzənliklərinin səthində geniş örtük yaradır. Dübrar dağından şimal-qərbə, Baş Qafqaz silsiləsindən şimala isə bu torpaqlar vahid zona təşkil edir. Bazardüzü – Şahdağ – Böyük Süval istiqamətində yüksək dağlıq ərazinin genişlənməsi və əlverişli iqlim şəraiti şimal-qərb istiqamətində çimli dağ-çəmən torpaqlarının tutduğu ərazilərin daha da genişlənməsinə səbəb olur. Şahdağ və Suval dağları arasında respublikamızın digər dağlıq ərazilərindən fərqli olaraq çimli dağ-çəmən torpaqlarının aşağı sərhədi 1800 m mütləq yüksəkliyə kimi enir. Buna başlıca səbəb bu ərazilərdə 2000-2200 m-dən yüksəkliklərdə termik şəraitin meşə bitkiləri üçün deyil çəmən bitkilərinin inkişafı üçün daha əlverişli olması ilə əlaqədardır. Çimli dağ-çəmən torpaqları Talış və Zəngəzur silsilələrinin suayrıcı hissələrində bir növ bozqırlaşma şəraitində inkişaf edir. Qismən quraq keçən iqlim (xüsusilə ilin isti yarısında) ərazinin bitki örtüyünün tərkibinə, bu da öz növbəsində torpaqəmələgəlmə prosesinə təsir göstərmişdir. Kiçik Qafqaz dağlarında çimli dağ-çəmən torpaqları vahid zona yaradır. Nisbətən geniş əraziyə malik olan Qarabağ vulkanik yaylasının əlverişli relyef şəraiti bu torpaqların geniş sahədə inkişaf etməsi üçün daha əlverişli şərait yaratmışdır. Murovdağ silsiləsinin şimal və cənub yamaclarında yayılan çimli dağ-çəmən torpaqları vulkanik yaylanın eyni tip torpaqlarına qovuşur. Yuxarıda qeyd olunduğu kimi, çimli dağ-çəmən torpaqlarının inkişaf etdiyi subalp çəmənlərinin bitki örtüyü böyük rəngarəngliyi və yamacların baxarlılığı və rütubətlənmə dərəcəsindən asılı olması ilə fərqlənir. Relyefin daha rütubətli şimal və şimal-qərb yamaclarının bitki örtüyü əsasən müxtəlifotlu və taxılkimilər –müxtəlifotlu çəmənlərdən ibarətdir. Cənub yamaclarda isə daha kserofil bitki qruplaşmaları üstünlük təşkil edir. Subalp çəmənləri ilə dağ meşələrinin sərhədlərində yerləşən ensiz, keçici çəmən-meşə qurşağında isə meşə elementlərinin inkişafı aydın nəzərə çarpır. Əlverişli alp çəmənləri ilə müqayisədə nisbətən yumşaq iqlim şəraiti, zəngin müxtəlifotlu bitkilərin inkişafı burada yumşaq çim qatının yaranması və bioloji dövranın daha fəal getməsi üçün əlverişli şərait yaradır. Çim qatının mövcud olması dağ-çəmən torpaqlarının morfoloji quruluşunun ən səciyyəvi xüsusiyyətlərindən biridir. Azərbaycanın subalp çəmənlərinin bitki örtüyünün ümumi biokütləsi 285-349 s/ha olub, bundan 32-56 s/ha yerüstü, 263-293 s/ha isə yeraltı hissəni təşkil edir. Yerüstü hissənin yeraltı hissəyə bu cür geniş nisbəti subalp çəmənləri üçün səciyyəvi olub yüksək dağlıq sahələrin ekoloji şəraiti ilə əlaqədardır. Torpaqəmələgətirici süxurlar kimi turş vulkanik süxurlar (andezit, andezit bazalt, profirit, qranodiorit) və aşınmanın elüvial məhsulları böyük rol oynayır. Yuxarıda qeyd olunduğu kimi, subalp çəmənlərinin yayıldığı yüksək dağlıq zona üçün rütubətlənmə və ərazinin kifayət qədər parçalanması səciyyəvidir. Bu səbəbdən çimli dağ-çəmən torpaqları yuyucu rejim şəraitində inkişaf edir. Ayrı-ayrı hallarda relyefin nisbətən alçaq sahələrində torpaqlar ağır (sukeçirməyən) ana süxurlar üzərində formalaşarkən profilin aşağı hissəsində qleyləşmə əlamətləri – göy-bozumtul ləkələr müşahidə olunur. Çimli dağ-çəmən torpaqları hazırda əsasən yay otlaqları və biçənəklər üçün istifadə olunur. Heyvandarlığın mühüm yem bazası olan bu yaylaqlarda üç milyondan çox qoyun bəslənir. Əlverişli su-fiziki xassələr və sıx ot örtüyü göstərilən torpaqların səthində səth axınlarının yaranması və eroziya proseslərinin inkişafına mane olur. Lakin hazırda bir sıra ərazilərdə bu torpaqlarda intensiv antropogen eroziyası gedir, otarma cığırları, torpaq yolları, heyvan dırnaqları torpağın çim qatını məhv edir, səthi yuyulmanı sürətləndirir və xətti eroziya yaradır. Yaylaq torpaqlarını qorumaq və onların məhsuldarlığını artırmaq məqsədilə yaylaqların hər bir hektarına düşən mal-qaranın sayına (otarma norması) ciddi nəzarət etmək, faydalı ot əkinini genişləndirmək, bəzi sahələrə gübrə vermək kimi faydalı tədbirləri müntəzəm şəkildə tətbiq etmək lazımdır.
Qaramtıl dağ-çəmən torpaqları yarımtipi. Bu torpaqlar subalp çəmənləri torpaqlarının aşağı hissəsini əhatə edir. Təsvir edilən torpaqların yayıldığı ərazilərin aşağı sərhədi ərazinin oroqrafiyası, geomorfoloji və iqlim şəraitindən asılı olaraq böyük intervalda tərəddüd edir. Böyük Qafqaz vilayətində bu sərhəd dəniz səviyyəsindən 1800-2000 m yüksəklikdən (meşə-çəmən torpaqları ilə təmasda), Kiçik Qafqazda isə bir qədər də yüksəkdən – 2000-2100 m-dən keçir. Baş Qafqaz silsiləsinin şərq qurtaracağında (Şamaxı yaylası) meşələrin qırıldığı və iqlimin daha quraq olduğu ərazilərdə qaramtıl dağ-çəmən torpaqlarına dağ-bozqır torpaqları ilə təmas sahələrində də rast gəlmək olur (Ataçay, Çingilçay və Pirsaatçay hövzələri arasında). Qaramtıl dağ-çəmən torpaqlarının yayıldığı ərazilər üçün relyefin daha sakit formaları səciyyəvidir. Kiçik Qafqazda bu torpaqlar Murovdağ, Mıxtökən silsiləsinin şimal-şərq yamaclarında, Qarabağ yaylasının cənub-şərq hissəsində əsasən az meylli düzən səthlərində, yaylayabənzər sahələrdə, yüksək qədim çay terraslarında, Böyük Qafqazda isə Baş və Yan silsilənin dağarası depresiyalarında, bəzi hallarda (Yan silsilədə) suayrıcı yaylalarda inkişaf edərək yayılmışdır. Təsvir edilən torpaqlar əsasən yuyucu rejim şəraitində əhəngdaşı, əhəngdaşı qumlucalar və karbonatlı gillicələrin aşınma qabığı üzərində formalaşır. Kalsium karbonatla zəngin süxurların üzərində yayıldığı üçün bu torpaqların profilində karbonatlar ayrı-ayrı ocaqlar şəklində yayılır, yaxud illüvial B horizontunda ağ karbonat ləkələri müşahidə edilir. Bu əlamət qaramtıl dağ-çəmən torpaqları dağlıq landşaftın nisbətən daha quraq rejimində inkişaf edən çəmən-bozqır torpaqlarından fərqləndirən əsas diaqnostik göstərici kimi səciyyələndirir. Qaramtıl dağ-çəmən torpaqların yayıldığı ərazilərin bitki örtüyü taxılkimilərin də yaxşı təmsil olunduğu hündürboylu subalp çəmənlərindən ibarətdir. Zəngin ot bitkilərinin, xüsusilə cır yulaf və nazikgövdə kimi çimyaradan bitkilərin inkişafı qalın çim qatının yaranması üçün əlverişli şərait yaradır. Onu da qeyd etmək lazımdır ki, qaramtıl torpaqların çim qatı çimli dağ-çəmən torpaqların çim qatından müəyyən qədər fərqlənir. Çimli dağ-çəmən torpaqlarının çim qatı çəmən xarakterli olması, çim qatının elastikliyi və az sıx olması, qalınlığının 8-10 sm olması ilə fəqrlənirsə, qaramtıl torpaqlarda çim qatı bozqır xarakterli, çəmənləşmə dərəcəsi daha dərin olub həmin qatın qalınlığı 15-20 sm, bəzən isə daha çox olur. Canlı bitki kökləri 30-35 sm-dək dərinliyə daxil olaraq maddələrin daha fəal mübadiləsi və çim qatında kül elementlərinin daha çox toplanması üçün əlverişli şərait yaradır. Bitki örtüyü daha gur və sıx inkişaf etdiyi üçün qaramtıl torpaqların yayıldığı ərazilərdə ümumi fitokütlənin miqdarı çimli dağ-çəmən torpaqların yayıldığı sahələrə nisbətən yüksəkdir (391-489 t/ha). Bitkilərin yeraltı kütləsi yerüstü kütlədən 10-11 dəfə çoxdur (müvafiq şəkildə 343-359 və 41-49 s/ha). Bioiqlim şəraiti ilə əlaqədar olaraq göstərilən torpaqların yayıldığı ərazilərdə humifikasiya prosesi daha qənaətbəxş şəkildə gedir. Torpaq səthinə daxil olan töküntülərin əsas hissəsi sürətlə parçalanır və bu səbəbdəndir ki, səthdə döşənək əmələ gəlmir. Burada bioloji dövranın intensivlik əmsalı 0,6-0,8 təşkil edir. Qaramtıl dağ-çəmən torpaqların aşağıdakı cinsləri ayrılır: yuyulmuş, zəif doymamış, qalıq-karbonatlı,qleyvari, tam inkişaf etməmiş.Aqroistehsalat baxımından qaramtıl dağ-çəmən torpaqlar yüksək məhsuldar yay otlaq sahələrinə aid edilirvə əsasən örüş və biçənək sahəsi kimi istifadə olunur.
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

Dağ-çəmən torpaqlar... Empty
Yeni mövzuMövzu: Geri: Dağ-çəmən torpaqlar...   Dağ-çəmən torpaqlar... EmptyC.a. İyun 23, 2011 8:20 am

Maraqli idi.Sag ol.
Əvvələ qayıt Aşağa gitmek
ŞəMSəDDiN

ŞəMSəDDiN


Mesaj Sayısı : 1165
Doğum tarihi : 16/03/99
Kayıt tarihi : 16/01/11
Yaş : 25
Nerden : Biləsuvar , 1 may küçəsi

Dağ-çəmən torpaqlar... Empty
Yeni mövzuMövzu: Geri: Dağ-çəmən torpaqlar...   Dağ-çəmən torpaqlar... EmptyC.a. İyun 23, 2011 9:15 am

Dəyməz...
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Dağ-çəmən torpaqlar... Empty
Yeni mövzuMövzu: Geri: Dağ-çəmən torpaqlar...   Dağ-çəmən torpaqlar... Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Dağ-çəmən torpaqlar...
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Coğrafiya-
Keç: