Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Similar topics
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
DUNYANI  MOCUZESI EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
DUNYANI  MOCUZESI EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
DUNYANI  MOCUZESI EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
DUNYANI  MOCUZESI EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
DUNYANI  MOCUZESI EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
DUNYANI  MOCUZESI EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
DUNYANI  MOCUZESI EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
DUNYANI  MOCUZESI EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
DUNYANI  MOCUZESI EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
USAIN_15
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
-αуtαc-
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
ŞəMSəDDiN
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
teardrop
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
๑NumBer๑One๑
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
moon_shin
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
Ghost Rider
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
DAFFODIL
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
-мαviαdα-
DUNYANI  MOCUZESI Vote_lcapDUNYANI  MOCUZESI Voting_barDUNYANI  MOCUZESI Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
DUNYANI  MOCUZESI Vote_lcap27%DUNYANI  MOCUZESI Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
DUNYANI  MOCUZESI Vote_lcap10%DUNYANI  MOCUZESI Vote_rcap
 10% [ 8 ]
İdmana
DUNYANI  MOCUZESI Vote_lcap16%DUNYANI  MOCUZESI Vote_rcap
 16% [ 13 ]
İnternetə
DUNYANI  MOCUZESI Vote_lcap11%DUNYANI  MOCUZESI Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
DUNYANI  MOCUZESI Vote_lcap3%DUNYANI  MOCUZESI Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
DUNYANI  MOCUZESI Vote_lcap13%DUNYANI  MOCUZESI Vote_rcap
 13% [ 10 ]
Yatmağa
DUNYANI  MOCUZESI Vote_lcap1%DUNYANI  MOCUZESI Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
DUNYANI  MOCUZESI Vote_lcap6%DUNYANI  MOCUZESI Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
DUNYANI  MOCUZESI Vote_lcap11%DUNYANI  MOCUZESI Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
DUNYANI  MOCUZESI Vote_lcap1%DUNYANI  MOCUZESI Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 DUNYANI MOCUZESI

Aşağa gitmek 
5 posters
MüəllifIsmarıc
DAFFODIL

avatar


Mesaj Sayısı : 545
Doğum tarihi : 10/11/98
Kayıt tarihi : 05/06/11
Yaş : 25
Nerden : BİLƏSUVAR

DUNYANI  MOCUZESI Empty
Yeni mövzuMövzu: DUNYANI MOCUZESI   DUNYANI  MOCUZESI EmptyŞ. İyun 18, 2011 8:51 am

Misir ehramları




Dünyanın 7 möcüzesinden biri daşdan düzeldilmiş bu neheng tikililer - Misir fironlarının sərdabelerı təqriben 5 min il evvel Qedim Misirde yaradılmışdır. Bu zaman fironların hakimiyyeti hedsiz hüdudsuz idi, onları allahlara beraber tuturdular. Möhteşem serdabelar fironların ölümünden sonra da onların hakimiyyetinin ezemetini xatırlatmalı idi. Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ile ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan evvel 28-ci əsrdə tikilmişdir. Misirin qızmar güneşi altında minlerle qul daş alətlərlə (dəmir və tunc o dövrdə məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazım gəlirdi. Adları tarixdə qalmış ehram inşaatçıları aclıqdan və dözülməz zəhmətdən məhv olurdular. Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır.
Bu fironu dağ boyda serdabe qane etmemiş ve o, serdabenın yanına bütöv qayadan yonulmuş daş "keşikçi" qoymağı emr etmişdir. "Keşikçi" insanbaşlı ve aslanbdenlidir. O, Sfinks adlanır.

Semiramidanın Asma Bağları




Dünyanın ikinci "möcüzəsi" - Semiramidanın asma bağları - Qədim Şərqin böyük və zəngin şəheri olan Babildə yerləşmişdi. Əfsanəyə görə bu bağlar Assuriya malikəsi Semiramidanin əmri ilə yaradılmışdı. Əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydançada tikilmişdi. Bu meydançada 6 cərgə pilləvari terras (səki) qalxirdi. Kərpicd?n tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan her birinin ustune torpaq tikilmisj ve burada bag salinmishdi. Pillevari baglari emele getiren bu terraslar yuxaridaki sarayla birlikde neheng bir daga benzeyirdi.Yuzlerle qul gece-gunduz deri tuluqlar asilmish neheng charxlari firladaraq, Ferat chayindan asma baglara su qaldirirdi.

Artemidanın Efes şəhərindəki məbədi




Qədim yunan ilahəsi Artemidanın Kiçik Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü "möcüzəsi" sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözəl naxışları və çoxlu qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdur.

Olimpiyadakı məbəddə Zevsin heykəli




Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltəraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü "möcüzə" idi. Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı. Zevsin başı, çiyinləri, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Sol çiyninə saldığı bürüncəyi (plaşı), saçları və saqqalı isə qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.

Halikarnasda Mavsolun məqbərəsi




Beşinci "möcüzə" Kiçik Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) olmuşdur. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi. Üçyaruslu məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. Ikinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan dördatlı araba Halikarnas məqbərəsini tamamlayırdı (Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır). Mavsolun adından "mavzoley" sözü yaranmışdı.

Rodos Nəhəngi




Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmədi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlinin qoymağa qərara aldılar.Heykəltəraş Xarosun yaratdığı və "Rodos nəhəngi" adlanan bu heykəl altıncı "möcüzə" idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tünc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardır. Bu, günəş allahı Heliosun təsviri idi. Ada sakinləri onu öz himayəçisi sayırdılar.

İsgəndəriyyə mayakı




Eramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında(Isgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim yunanının ən böyük mayakını tikmişdi. Dünyanın yeddinci "möcüzəsi" sayılan üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatır. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.
Əvvələ qayıt Aşağa gitmek
DAFFODIL

avatar


Mesaj Sayısı : 545
Doğum tarihi : 10/11/98
Kayıt tarihi : 05/06/11
Yaş : 25
Nerden : BİLƏSUVAR

DUNYANI  MOCUZESI Empty
Yeni mövzuMövzu: Geri: DUNYANI MOCUZESI   DUNYANI  MOCUZESI EmptyŞ. İyun 18, 2011 8:55 am

bagislayin men orda 7 mocuzesi yazdim amma dusmeyib
Əvvələ qayıt Aşağa gitmek
USAIN_15

USAIN_15


Mesaj Sayısı : 1479
Doğum tarihi : 22/05/96
Kayıt tarihi : 13/04/11
Yaş : 27
Nerden : Biləsuvar

DUNYANI  MOCUZESI Empty
Yeni mövzuMövzu: Geri: DUNYANI MOCUZESI   DUNYANI  MOCUZESI EmptyŞ. İyun 18, 2011 9:07 am

Yaxşıdı
Əvvələ qayıt Aşağa gitmek
Ərzuman

Ərzuman


Mesaj Sayısı : 291
Doğum tarihi : 27/11/94
Kayıt tarihi : 28/04/11
Yaş : 29
Nerden : Azerbaycan-Cəlilabad

DUNYANI  MOCUZESI Empty
Yeni mövzuMövzu: Geri: DUNYANI MOCUZESI   DUNYANI  MOCUZESI EmptyŞ. İyun 18, 2011 9:09 am

chox maraqla oxudum teshekkur edirem.
Əvvələ qayıt Aşağa gitmek
USAIN_15

USAIN_15


Mesaj Sayısı : 1479
Doğum tarihi : 22/05/96
Kayıt tarihi : 13/04/11
Yaş : 27
Nerden : Biləsuvar

DUNYANI  MOCUZESI Empty
Yeni mövzuMövzu: Geri: DUNYANI MOCUZESI   DUNYANI  MOCUZESI EmptyŞ. İyun 18, 2011 9:12 am

oooooooooooooo Razi üzünü görək
Əvvələ qayıt Aşağa gitmek
Ərzuman

Ərzuman


Mesaj Sayısı : 291
Doğum tarihi : 27/11/94
Kayıt tarihi : 28/04/11
Yaş : 29
Nerden : Azerbaycan-Cəlilabad

DUNYANI  MOCUZESI Empty
Yeni mövzuMövzu: Geri: DUNYANI MOCUZESI   DUNYANI  MOCUZESI EmptyŞ. İyun 18, 2011 9:14 am

Salam Ferid gir chata.
Əvvələ qayıt Aşağa gitmek
My_Heart

My_Heart


Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 28
Nerden : Azerbaijan-Bilesuvar

DUNYANI  MOCUZESI Empty
Yeni mövzuMövzu: Geri: DUNYANI MOCUZESI   DUNYANI  MOCUZESI EmptyŞ. İyun 18, 2011 10:34 am

maraqli idi.twk
Əvvələ qayıt Aşağa gitmek
Nice_lady

Nice_lady


Mesaj Sayısı : 389
Doğum tarihi : 15/02/95
Kayıt tarihi : 28/04/11
Yaş : 29
Nerden : bilesuvar rayon

DUNYANI  MOCUZESI Empty
Yeni mövzuMövzu: Geri: DUNYANI MOCUZESI   DUNYANI  MOCUZESI EmptyŞ. İyun 18, 2011 1:20 pm

maraqli idi cooox sag ol bax bele yaxwidi nehayet biri futbol haqqinda yazmadi
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





DUNYANI  MOCUZESI Empty
Yeni mövzuMövzu: Geri: DUNYANI MOCUZESI   DUNYANI  MOCUZESI Empty

Əvvələ qayıt Aşağa gitmek
 
DUNYANI MOCUZESI
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Dünyanı şok edən qeyri-adi rekord

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Ümumi :: Mentiq-
Keç: