Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Similar topics
    Axtar
     
     

    Sonuç :
     
    Rechercher çıkıntı araştırma
    En son konular
    » İmtahanda həyəcanlanırsınız?
    Məmməd Araz EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

    » Liseyə qəbul.
    Məmməd Araz EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

    » Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
    Məmməd Araz EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

    » Azərbaycan filmlərinə baxmısız?
    Məmməd Araz EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

    » Test tapşırığı Azərbaycan dili
    Məmməd Araz EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

    » TEST-AZERBAYCAN DILI Sinaq 1
    Məmməd Araz EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

    » Azərbaycan dili sınaq 2
    Məmməd Araz EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

    » Gəlin ingilizcə danışaq!
    Məmməd Araz EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

    » Tərsdən yaz düz oxu!
    Məmməd Araz EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

    En iyi yollayıcılar
    My_Heart
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    USAIN_15
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    -αуtαc-
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    ŞəMSəDDiN
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    teardrop
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    ๑NumBer๑One๑
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    moon_shin
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    Ghost Rider
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    DAFFODIL
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    -мαviαdα-
    Məmməd Araz Vote_lcapMəmməd Araz Voting_barMəmməd Araz Vote_rcap 
    Anket
    Ən çox nəyə vaxt sərf etmək istərdin ?
    Dərsə
    Məmməd Araz Vote_lcap27%Məmməd Araz Vote_rcap
     27% [ 21 ]
    Məntiqi suallara
    Məmməd Araz Vote_lcap10%Məmməd Araz Vote_rcap
     10% [ 8 ]
    İdmana
    Məmməd Araz Vote_lcap16%Məmməd Araz Vote_rcap
     16% [ 13 ]
    İnternetə
    Məmməd Araz Vote_lcap11%Məmməd Araz Vote_rcap
     11% [ 9 ]
    Gəzməyə
    Məmməd Araz Vote_lcap3%Məmməd Araz Vote_rcap
     3% [ 2 ]
    Əlavə kitablara
    Məmməd Araz Vote_lcap13%Məmməd Araz Vote_rcap
     13% [ 10 ]
    Yatmağa
    Məmməd Araz Vote_lcap1%Məmməd Araz Vote_rcap
     1% [ 1 ]
    Musiqiyə
    Məmməd Araz Vote_lcap6%Məmməd Araz Vote_rcap
     6% [ 5 ]
    Maraqlı məlumatlara
    Məmməd Araz Vote_lcap11%Məmməd Araz Vote_rcap
     11% [ 9 ]
    Televizora baxmaqa.
    Məmməd Araz Vote_lcap1%Məmməd Araz Vote_rcap
     1% [ 1 ]
    Səslərin cəmi : 79

     

     Məmməd Araz

    Aşağa gitmek 
    2 posters
    MüəllifIsmarıc
    My_Heart

    My_Heart


    Mesaj Sayısı : 3137
    Doğum tarihi : 16/02/96
    Kayıt tarihi : 22/03/11
    Yaş : 28
    Nerden : Azerbaijan-Bilesuvar

    Məmməd Araz Empty
    Yeni mövzuMövzu: Məmməd Araz   Məmməd Araz EmptyÇ.a. May 31, 2011 8:13 am

    Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

    1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına «Məmməd Araz» mükafatı təsis olunmuşdur (1993-cü ildən).

    2004-ci ilin dekabrında Bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub
    Publisist İradə Tuncayın atasıdır.
    Yazıçı-jurnalist Aqil Abbasın qaynatasıdır.

    Əsərləri
    Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
    Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
    Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
    Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
    Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
    Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
    İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
    Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
    Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
    Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
    Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
    Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
    Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
    Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
    Dünya düzəlmir. Bakı: «Azərbaycan» nəşriyyatı, 1992, 81 səh.
    Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
    Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
    Yol ayrıcında söhbət. Bakı: «Azərbaycan» nəşriyyatı, 1997, 318 səh.
    Sənətdə son mənzil olmur. Bakı: «Adiloğlu» nəşriyyatı, 2001, 440 səh.
    Ağlayan qayalar. Bakı: «Araz» nəşriyyatı, 2002, 144 səh.
    Vətən deyin. Bakı: «Adiloğlu» nəşriyyatı, 2003, 149 səh.
    Əsgər andı. Bakı: «Araz» nəşriyyatı, 2003, 98 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 337 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: «Ozan nəşriyyatı, 2003, 360 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 376 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 365 səh.

    Tərcümələri

    (ruscadan)
    S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
    G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
    M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
    N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
    Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.

    Yaradıcılığı

    SÖZ AÇIQ OLANDA

    Dur aç pəncərəni açıq havaya,
    Qorxma görünməyə,
    Görməyə qorxma.
    Dur, ey yoldaş insan, dur çıx havaya;
    Dur, təzə gözlə bax köhnəyə qorxma!

    Nə qədər söz udaq, dil sancaqlayaq,
    Göyərdi pıçıltı qapı dalında.
    Bizi anlayanı biz də anlayaq,
    Səsimiz qovruldu qapı dalında.

    Burda iddiamız başdan yuxarı,
    Qapılar dalında pələngik, şirik,
    Burda başımızı yaddan çıxarıb,
    Özgənin başıyla fikirləşirik.

    Söz açıq olanda - göz açıq olur,
    Göz açıq olanda "beş", "əlli" deyil.
    Söz açıq olanda düz-düzə quldu,
    Şapalaq zərbəsi,
    Təsəlli deyil.

    Dartmalar, didmələr, fəndlər, bölgülər
    Oxunu gizlədən yay ola bilmir.
    Biclik tələsindən qaçan tülkülər,
    Düzlük tələsindən yayına bilmir.

    Qoşa buynuzunu gizlətmə başda,
    Qarnını deşəcək - içinə çəksən.
    Özünə görünsən sən açıq aşkar
    Elə özgəyə də görünəcəksən.

    Sirr açar, dürr açar açarımız da,
    Od donsa, buz yansa - inam ələnməz;
    Söz açıq olanda içərimizdə
    "Yalanlar, filanlar" qafiyələnməz.

    Boş vədə fil olsa - dizi qatlanar,
    Tarixin "düzü-düz", varağı ağdır;
    Açmağa düyünlü həqiqətləri
    Duyumlu barmaqlar tapılacaqdır.

    Ədalət qamçısı qəzəb soyudur,
    Qırımlar, qurumlar itirməz onu.
    "Açıq söz" dediyin qızıl suyudur,
    Pas atan ağıllar götürməz onu.

    Ötəri hay-küydən qulağım batar,
    Yalançı köçəri,
    Yalan köçəri.
    Açdım ürəyimi, açdım taybatay,
    Xoş gördük doğru söz,
    Buyur içərii...


    DOST

    Hər çətin anımda kəsin yanımı,
    Axın ürəyimə gülüşlə, sözlə,
    Mən oz varlığımı, öz ünvanımı
    Tapıram hər yeni gəlişinizlə.

    Bəzən hamarda da büdrəyir adam,
    Oxuyun üzümə nə günahım var.
    İttiham etsəniz günah sanaram,
    Güzəştə getsəniz, ittiham olar.

    Gözümdə, könlümdə bir qönçə kimi
    Hərəniz bir duyğu bəxş edər mənə.
    Ömrüm çox dolaşıq düyünçə kimi
    Həmişə möhtacdır dost əllərinə.
    Əvvələ qayıt Aşağa gitmek
    -αуtαc-
    Admin
    Admin
    -αуtαc-


    Mesaj Sayısı : 1398
    Doğum tarihi : 05/08/97
    Kayıt tarihi : 09/10/10
    Yaş : 26
    Nerden : Azərbaycan-Biləsuvar

    Məmməd Araz Empty
    Yeni mövzuMövzu: Geri: Məmməd Araz   Məmməd Araz EmptyÇ.a. May 31, 2011 3:27 pm

    Dost şeiri super şeirdir.
    Düzünü desəm Məmməd Arazın əsərlərini çox oxumamışam ama heç nə üçün gec deyil bilirəm.Tez bir zamanda inşallah oxuyaram.
    Təşəkkürlər.
    Əvvələ qayıt Aşağa gitmek
     
    Məmməd Araz
    Əvvələ qayıt 
    1 səhifə (Cəmi 1 səhifə)
     Similar topics
    -
    » Kür-Araz vilayəti

    Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
    Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Ədəbiyyat-
    Keç: