M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
B. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
B. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
C. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
C. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
C. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
C. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
C. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ç.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ç.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
 
USAIN_15
 
-αуtαc-
 
ŞəMSəDDiN
 
teardrop
 
๑NumBer๑One๑
 
moon_shin
 
Ghost Rider
 
DAFFODIL
 
-мαviαdα-
 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
27%
 27% [ 21 ]
Məntiqi suallara
10%
 10% [ 8 ]
İdmana
16%
 16% [ 13 ]
İnternetə
11%
 11% [ 9 ]
Gəzməyə
3%
 3% [ 2 ]
Əlavə kitablara
13%
 13% [ 10 ]
Yatmağa
1%
 1% [ 1 ]
Musiqiyə
6%
 6% [ 5 ]
Maraqlı məlumatlara
11%
 11% [ 9 ]
Televizora baxmaqa.
1%
 1% [ 1 ]
Səslərin cəmi : 79

Paylaş | 
 

 Rus dilini öyrənək → Vurğu haqqında

Aşağa gitmek 
MüəllifIsmarıc
-αуtαc-
Admin
Admin
avatar

Mesaj Sayısı : 1398
Doğum tarihi : 05/08/97
Kayıt tarihi : 09/10/10
Yaş : 21
Nerden : Azərbaycan-Biləsuvar

Yeni mövzuMövzu: Rus dilini öyrənək → Vurğu haqqında    Ç.a. May 31, 2011 5:27 am

Rus dilində sözlərin düzgün tələffüzü vurğudan (ударение) asılıdır. Vurğu nəyə deyilir? Vurğu, bildiyiniz kimi, sözdəki hecalardan birinin başqalarına nisbətən yüksək intonasiya ilə deyilməsidir. Bəzi dillərdə sözlər daimi vurğuya malik olur. Yəni bütün sözlərdə vurğu müəyyən bir he-ça üzərində olur. Misal üçün, vurğu ingilis və alman dillərində əksər hallarda birinci hecada, fransız dilində axırıncı heçada, polyak dilində isə axırıncıdan əvvəlki hecada olur. Rus dilində isə vurğu sözlərdə müxtəlif hecalara düşə bilər. Başqa sözlə desək, rus dilində vurğu müstəqildir, onun bu və ya digər hecaya düşməsi xüsusi qanunlarla müəyyənləşmir. Məsələn, hərəsi üç hecadan ibarət olan:
золото sözündə vurğu birinci hecaya,
дорога sözündə ikinci,
молоток sözündə isə üçüncü hecaya düşür. Rus dilində vurğunun bir xüsusiyyəti də ondan ibarətdir ki, eyni mənalı sözlərdə qrammatik formanın tələbinə görə vurğu bir hecadan başqa hecaya keçə bilər. Bu vurğunun yerdəyişməsidir. Müqayisə edək, гора sözündə vurğu sonluğa düşür, bu söz adlıq halın təkindədir; горы—sözündə isə vurğu birinci hecadadır, adlıq və təsirlik halların cəm şəklidir; eləcə də город—adlıq halın təki, горада—adlıq hal və təsirlik hallarının çəmidir. Vurğunun bu xüsusiyyəti rus dilinin daha çevik daha rəvan, səlis və ahəngdar olmasına sübutdur. Vurğunun belə sərbəstliyi və dəyişkənliyi şairlərə ahəngdarlığı ilə fərqlənən müxtəlif qafiyəli və rədifli şeirlər yaratmağa imkan verir.

Vurğu bir hecadan başqa hecaya keçərkən sözün mənası da dəyişə bilər. Belə sözlər omonim sözlərdir. Omonim sözlər— şəkilcə eyni, mənaca müxtəlif sözlərə deyilir. Məsələn, замок (qala, saray, qəsr), замок (kilid, qıfıl), мука (əzab, əziyyət, işgəncə)—мука (un), атлас (coğrafiyada)—атлас (atlas parça) və s.
Adətən vurğu birhecalı köməkçi sözlərin üzərinə düşmür. Lakin bəzən bir hecalı predloqlar (önşəkilçilər) və не ədatı vurğu ilə tələffüz olunur. Bu halda həmin predloq və ya ədatdan sonra gələn müstəqil söz öz vurğusunu itirir. Məsələn, сестры не было дома. Брат не дал мне книги. Учитель дал задание на дом. Мать взяла ребенка на руки.
Rus dilində sözün tərkibində ё varsa, həmişə vurğuludur və vurğu işarəsi bu hərfin üzərinə qoyulmur.
Bəzən sözlər iki cür vurğu ilə tələffüz oluna bilər: далеко—далёко, звезда—звёзды.
Gördüyünüz kimi, rusca tələffüzdə vurğunun böyük rolu vardır. Siz verilmiş sözləri düzgün tələffüz etmək üçün həmin sözlərin üzərində qoyulmuş vurğuya əsaslanmalısınız. Rusca şifahi nitq vərdişlərinə yiyələnməkdə vurğunun yerli-yerində işlədilməsi əsasdır. Bəs qalan sözlərin düzgün tələffüzünü haradan öyrənməli? hər şeydən əvvəl, çalışın ki, sizdə bu lüğətlər olsun: «Русско-азербайджанский словарь», словари русского языка, орфографические словари, словари правильного произношения слов. Sözlərin düzgün yazılışında və tələffüzündə orfoqrafiyaya dair lüğətlərin müstəsna əhəmiyyəti var. Bunlardan müntəzəm istifadə edilməlidir.


Seninle her şeye varım ben
Sen benim uğurlu yolumsun
Yıldızlara yürürüm senle
Sen iste canım senin olsun...


Əvvələ qayıt Aşağa gitmek
My_Heart

avatar

Mesaj Sayısı : 3137
Doğum tarihi : 16/02/96
Kayıt tarihi : 22/03/11
Yaş : 22
Nerden : Azerbaijan-Bilesuvar

Yeni mövzuMövzu: Geri: Rus dilini öyrənək → Vurğu haqqında    Ç.a. May 31, 2011 6:15 am

tesekkurler.






[/center]
Əvvələ qayıt Aşağa gitmek
 
Rus dilini öyrənək → Vurğu haqqında
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Rus dili-
Keç: