M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
B. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
B. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
C. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
C. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
C. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
C. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
C. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ç.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ç.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
 
USAIN_15
 
-αуtαc-
 
ŞəMSəDDiN
 
teardrop
 
๑NumBer๑One๑
 
moon_shin
 
Ghost Rider
 
DAFFODIL
 
-мαviαdα-
 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
27%
 27% [ 21 ]
Məntiqi suallara
10%
 10% [ 8 ]
İdmana
16%
 16% [ 13 ]
İnternetə
11%
 11% [ 9 ]
Gəzməyə
3%
 3% [ 2 ]
Əlavə kitablara
13%
 13% [ 10 ]
Yatmağa
1%
 1% [ 1 ]
Musiqiyə
6%
 6% [ 5 ]
Maraqlı məlumatlara
11%
 11% [ 9 ]
Televizora baxmaqa.
1%
 1% [ 1 ]
Səslərin cəmi : 79

Paylaş | 
 

 BİOLOGİYADAN TESTLƏR

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
moon_shin



Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 19
Nerden : biləsuvar

Yeni mövzuMövzu: BİOLOGİYADAN TESTLƏR   C.a. Apr. 28, 2011 5:27 pm

1. Bitkilərdə tənəffüs prosesi harada baş verir?
A)Xüsusi tənəffüs orqanlarında
B) Mantar hüceyrələrində
C) Gövdənin borucuqlarında
D)Canlı hüceyrələrin hamısında
E) Havaötürücü hüceyrələrdə
2. Hansı bitkinin bir fərdində çiçəklər olduğu halda, dişiciklər olmaya da bilər?
A)Qarğıdalının
B) Söyüdün
C) Xiyarın
D)Albalının
E) Noxudun
3. Nə üçün çılpaqtoxumluların toxumlarını meyvə hesab etmək olmaz?
A)Onların toxumları olmadığı üçün
B) Onlarda yetişmə prosesi getmədiyi üçün
C) Onlar çiçəkdən inkişaf etmədiyi üçün
D)Onlar yetişərkən rənglərini dəyişdiyi üçün
E) Onların toxumları yumurtacıqdan inkişaf etmədiyi üçün
4. Buğdanın bir sünbülcüyündəki və vələmirin bir sünbülcüyündəki erkəkciklərin maksimal sayının arasındakı fərq nəyə bərabərdir?
A)3
B) 9
C) 32
D)21
E) 12
5. Bir ilkin bakteriyadan 144 nəslin əmələ gəlməsi üçün nə qədər vaxt lazımdır?
A)2,5 saat
B) 24 saat
C) 48 saat
D)7,5 saat
E) 12 saat
6. Sadalananlardan hansı ən “isti” canlıdır?
A)Ördəkburun
B) Göyərçin
C) Timsah
D)Triton
E) May böcəyi
7. İnsanın dərisini deşərək orqanizmə daxil olan qurd:
A)Ankilostoma
B) Askarid
C) Exinokokk
D)Öküz soliteri
E) Qaraciyər sorucusu
8. Hansı cücülərin inkişafında qışlama mərhələsi olmur?
A)Ekvatorda yaşayan
B) Kəpənəklərin
C) Natamam çevrilmə ilə inkişaf edən
D)İri şəhərlərdə yaşayan
E) Tam çevrilmə ilə inkişaf edən
9. Hansı balıqlarda mayalanma daxilidir?
A)Diribaladoğanlarda
B) Dənizdə yaşayanlarda
C) Çayda yaşayanlarda
D)Nəsil qayğısına qalanlarda
E) Yırtıcılarda
10. Hansı sırada müvafiq olaraq caynaqların sayı ən az və ən çox olan heyvanlar verilmişdir?
A)Göyərçin və dəvəquşu
B) Doydaq və ağacdələn
C) Dəvəquşu və arxeopteriks
D)Qu quşu və doydaq
E) Arxeopteriks və yarasa
11. İnsanda göstərilən orqanlardan hansı diafraqmadakı xüsusi dəlikdən qarın boşluğuna keçir?
A)Traxeya
B) Ağciyərlər
C) Mədə
D)Bronxlar
E) Qida borusu
12. İnsan skeleti 4 şöbədən ibarətdir: başın skeleti (kəllə) (1), gövdənin skeleti (2), ətraf qurşaqlarının skeleti (3), sərbəst ətrafların skeleti (4). Bu şöbələri onların hər birində olan sümüklərin sayının artması ardıcıllığı ilə düzün:
A)1, 2, 3, 4
B) 4, 3, 2, 1
C) 3, 1, 2, 4
D)3, 1, 4, 2
E) 2, 3, 1, 4
13. Limfanın laxtalanması zamanı əmələ gələn tromb, qanın laxtalanması zamanı əmələ gələn trombdan, aşağıdakı sadalananlardan hansı ilə fərqlənir?
A)O, qırmızı rəngdə olmur
B) Onun tərkibində fibrin olmur
C) O, daha tez əmələ gəlir
D)Onun əmələ gəlməsi üçün fibrinogen lazım deyil
E) Onun tərkibində dəmir çoxdur
14. 30 nəfərdən ibarət qrup 2004-cü ilin fevral ayında cənub Qütbünə piyada ekspedisiyaya yola düşəcək. Bu ekspedisiya heyətinin tərkibində olan həkim beten fevral ayı üçün minimum nə qədər C vitaini ehtiyatı götürməlidir (Nəzərə alsaq ki, konservləşdirilmiş ərzaq məhsullarında C vitamini demək olar ki, yoxdur.) ?
A)40 q
B) 45 q
C) 42 q
D)43,5 q
E) 46,5 q
15. İnsan dərisinin 5 sm2 sahəsinə nə qədər tər vəzisi düşər?
A)1
B) 200
C) 500
D)2500
E) 6-7
16. İnsanda hansı nahiyələr böyük yarımkürələr qabığının eyni payında yerləşir?
1.görmə 2.iybilmə 3.eşitmə
4.hərəki 5.dadbilmə
A) 1; 2
B)2;4
C)1;5
D) 3;4
E) 2;5
17. Sadalananlardan hansı qadın orqanizmində yetişməkdə olan yumurtahüceyrələrin sayını azaldır?
A)Fiziki hərəkətlər
B) Ali təhsil
C) Akselerasiya
D)Yaxşı qidalanma
E) Hamiləlik
18.Hansı elm orqanizmlərin geniş növ müxtəlifliyini öyrənməyə imkan verir?
A)Ekologiya
B) Sistematika
C) Biologiya
D)Paleontologiya
E) Embriologiya
19. Bitkinin 1 m2 yarpaq səthində 5 saat ərzində fotosintez nəticəsində, neçə litr oksigen əmələ gələr?
A)3, 73 l
B) 5 l
C) 134,4 l
D)8,87 l
E) 27,5 l
20. Blastomer nədir?
A)Rüşeym vərəqəsi
B) Ziqot
C) Rüşeym
D)Qamet
E) Hüceyrə
21. Müəyyən bir növə aid olan heyvanlarda A-B-genotipinə -fenotip I, A-bb genotipinə -fenotip II, aa B- genotipinə -fenotip III və aa bb genotipinə -fenotip IV uyğundur. I fenotipə malik olan erkək heyvanın IV fenotipli dişi fərdlə çarpazlaşmasından IV fenotipə malik olan bala doğulmuşdur. Bu erkək fərdin eyni genotipə malik olan dişi fərdlə çarpazlaşması nəticəsində alınan nəsildə fenotiplərin parçalanması hansı nisbətdə baş verməlidir?
A)9:3:3:1
B) 6:2:2:1:1
C) 1:1:1:1
D)6:3:3:2:1:1
E) 4:2:2:1
22. İ. V. Miçurinin hansı işləri uğursuzluqla nəticələnib?
A)Mentor metodunun tətbiqi
B) “Tərbiyələndirmə” metodlarının tətbiqi
C) Coğrafi cəhətdən uzaq formaların hibridləşdirilməsi
D)İqlimə uyğunlaşdırma təcrübələri
E) Uzaq hibridləşdirmə təcrübləri
23. İnsanın ətraf mühit temperaturuna qarşı dözümlülüyünün yuxarı və aşağı hüdudları:
A)+36˚ - (-42˚) S
B) +70˚ - (-50˚) S
C) +20˚ - (-25˚) S
D)+50˚ - (-70˚) S
E) 0˚ - (-100˚) S
24. Göstərilənlərdən hansı yaşamaq uğrunda mübarizənin növdaxili formasına aiddir?
A)Rəqabət
B) Parazitizm
C) Yırtıcılıq
D)Simbioz
E) Bir növün digər növ tərəfindən birtərəfli istifadəsi
25. Hansı insanın qazıntı halında tapılan qalıqlarından alimlər daha az məlumat əldə etmişlər?
A)Neandertalın
B) Heydelberq adamının
C) Kromanyonun
D)Sinantropun
E) Pitekantropun
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑



Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 20
Nerden : BİLƏSUVAR

Yeni mövzuMövzu: Geri: BİOLOGİYADAN TESTLƏR   C.a. Apr. 28, 2011 6:04 pm

1.e
2.a
3.c
4.e
5.c
6.b
7.a
8.a
9.a
10.c
11.e
12.c
13.a
14.d
15.c
16.b
17.c
18.b
19.a
20.c
21.
22.
23.d
24.a
25.
Əvvələ qayıt Aşağa gitmek
 
BİOLOGİYADAN TESTLƏR
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Biologiya-
Keç: