Yerin səthində müxtəlif dağlar, düzənliklər, çökəkliklər, çay dərələri var. Bunlar hamısı birlikdə relyef adlanır. Yer kürəsində dağlar və düzənliklər daha geniş ərazilər tutur.
Dağlar ətraf ərazilərdən hündür olan relyef formalarıdır. Dağın hündürlüyü 500 metrdən çox olmalıdır. Əgər hündürlük 500 metrdən azdırsa o dağ yox, düzənlik hesab olunur.
Yer kürəsində dağlar müxtəlif yollarla əmələ gəlir. Bəzi dağlar vulkan püskürmələri nəticəsində yaralanırlar. Əksər dağlar isə yer qabığının qalxmasından əmələ gəlmişdir.
Dağın ən hündür yeri zirvə adlanır. Ən aşağı yerə isə dağın ətəyi deyilir. Dağın zirvəsinə onun yamacı ilə qalxmaq olar.
Dağlar hündürlüyünə görə bir-birindən çox fərqlənir. Hündürlüyü 2000 metrdən çox olan dağlar yüksək dağlar, 1000-2000 arasında olan dağlar, 1000 metrdən az olan dağlar isə alçaq dağlar hesab olunur. Dünyada ən hündür zirvə Asiya qitəsindədir. Bu, Himalay dağlarındakı Comolunqma (Everest) zirvəsidir. Onun hündürlüyü 8848 metrdir.
Yerin səthində tək dayanmış dağa nadir halda rast gəlmək olar. Adətən, dağlar bir-birinin yanında sıra şəklində olur. Bu sıralar dağ silsilələri adlanır. Dağ silsilələri bəzən min kilometrlərlə uzanır. Quruda ən uzun dağ silsiləsi And dağlarıdır. And dağları Cənubi Amerikada yerləşir. Bu silsilənin uzunluğu 9000 km-dən çoxdur.
Dağlarda faydalı qazıntılar çox olur. Bu faydalı qazıntıların əksəriyyəti filizlərdir.
Azərbaycanda da dağ çoxdur. Bizim ölkə üç tərəfdən dağlarla əhatə olunmuşdur. Şimaldan bizi Böyük Qafqaz, qərbdən isə Kiçik Qafqaz dağları əhatə edir. Cənubda Talış dağları uzanır. Bazardüzü Azərbaycanda ən uc azirvədir. Onun hündürlüyü 4466 metrdir. Şahdağ, Tufandağ, Qoşqar, Qızılbulaq, Qapıcıq dalğaları da hündür dalğalardır.
Dünyada ən hündür dağ Comolunqma yox, Havay adalarındakı Mauna-Kilauea dağıdır. Onun hündürlüyü 9 metrdən çoxdur. Sadəcə bu dağın çox hissəsi okeanın altındadır.
Himalay dağlarında hündürlüyü 7300 metrdən çox olan 30 zirvə var.
Cənubi Amerikada ən hündür zirvə Akonqaqua (6960 metr), Şimali Amerikada Mak-Kinli (6193 metr), Afrikada Klimancaro (5895 metr), Antarkdidada Vinson (5140), Avstraliyada Kostyuşka (2230).