M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
B. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
B. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
C. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
C. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
C. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
C. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
C. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ç.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ç.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
 
USAIN_15
 
-αуtαc-
 
ŞəMSəDDiN
 
teardrop
 
๑NumBer๑One๑
 
moon_shin
 
Ghost Rider
 
DAFFODIL
 
-мαviαdα-
 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
27%
 27% [ 21 ]
Məntiqi suallara
10%
 10% [ 8 ]
İdmana
16%
 16% [ 13 ]
İnternetə
11%
 11% [ 9 ]
Gəzməyə
3%
 3% [ 2 ]
Əlavə kitablara
13%
 13% [ 10 ]
Yatmağa
1%
 1% [ 1 ]
Musiqiyə
6%
 6% [ 5 ]
Maraqlı məlumatlara
11%
 11% [ 9 ]
Televizora baxmaqa.
1%
 1% [ 1 ]
Səslərin cəmi : 79

Paylaş | 
 

 Nəsrəddin Tusi

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
by_ramsess



Mesaj Sayısı : 20
Doğum tarihi : 22/11/77
Kayıt tarihi : 18/12/10
Yaş : 39
Nerden : Azərbaycan,Biləsuvar

Yeni mövzuMövzu: Nəsrəddin Tusi   Ş. Dek. 18, 2010 10:49 pm

Yazan: Əsgərov Rəşadət Tarix: 19 dekabr 2010

Bağdadda imam Musa ibn Kazimin məzarı ilə yanaşı bir qəbir var. Başdaşının üstündə hüsnxətlə yazılmış bu sözlər oxunur: "Dinin və xalqın köməyi, elm aləminin şahı. Zamanın anası belə oğul yetirməyib." Burada Azərbaycan xalqının böyük oğlu- görkəmli filosof, astronom və riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas Məhəmməd ibn Həsən Nəsirəddin Tusi uyuyur. Bizim əcdadlarımız fikirlərini obrazlı ifadə edə bilmişlər. Onun ölümündən 800 il keçir, həyatı və yaradıcılıq yolu haqqında yüzlərlə, minlərlə əsərlər yaradılmışdır, ancaq heç kəs Tusi haqqında bundan ətraflı və yığcam bir şey söyləyə bilməmişdir: "elm aləminin şahı".
Məhəmməd Nəsirəddin Tusi 1201-ci il 18 fevralda Həmədan şəhərində anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin-İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.
Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. hələ gənc yaşlarından e'tibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınmış Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mə'nəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilir. Alim 1242-ci ildə tamamladıqı məşhur "Şərhül - İşarat" (Əbu Əli Sinanın "İşarat" adlı fəlsəfi risaləsinə şərhlər) əsərinin sonunda yazır: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi." 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan "Ələmut" qalasını da tutur, Nəsirəddini və digər alim məhbusları azad edirlər. Nəsirəddin Hülaku xanın şəxsi məsləhətçisi tə'yin olunur. Elə ilk günlərdən Nəsirəddin Hülaku xanın bir çox vacib siyasi tədbirlərinin həyata keçirilməsində məs'uliyyəti öz üzərinə götürür. Misal üçün, uzun müddət Müsəlman aləminin müqəddəs şəhəri sayılan Bağdada hücumdan çəkinən Hülaku yalnız Nəsirəddinin elmi cəhətdən əsaslandırılmış fikirlərindən sonra bu addımı atmağa cür'ətlənir. Və beləliklə də Abbasilər sülaləsinin 500 illik hökmranlığına son qoyulur.
Bağdad ələ keçirildikdən sonra Hülaku xan öz möhtəşəm dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. İlxanilər adlanan bu yeni dövlətin başçıları "ilxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır.
Öz dövrünün bir çox alimləri kimi, Nəsirəddin Tusi də elmin müxtəlif sahələrini dərindən mənimsəmişdi. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır.
Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə'), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.
Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə', "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.
Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcısını gözləməkdədir. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.
Görünür, o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülaku xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər də'vət edir. Tusi özü "Zici-İlxani" adlı əsərində bu barədə belə yazır: "Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini." Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları mə'lum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.
Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: "hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.
Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib - hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır.
Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri "İlxanilərin astronomik cədvəlləri" adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor H. C. Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coqrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. "Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.
Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.
Nəsirəddin Tusi dünyasını 1274-cü ildə iyunun 25-də Bağdadda dəyişmiş və orada "Came məscidi"ndə torpağa tapşırılmışdır. Onun üç oğlu olub: Əsiləddin Həsən, Fəxrəddin Əhməd və Sədrəddin Əli. Nəsirəddin öldükdən sonra üçüncü oğlu uzun müddət rəsədxanaya rəhbərlik etmişdir.
XIV əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçmüşlər. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar. Hal-hazırda Azərbaycan Respublikasında və İran İslam Respublikasında Nəsirəddin Tusinin çox sayda varisləri yaşamaqdadır.
Dahi alimin həyat və yaradıcılığı haqda bu oçerki vaxtilə əlyazmalarla işləməkdən ötrü məxsusi olaraq, Marağaya köçmüş XIII əsr Suriya tarixçisi Bar-Ebreyin "Ümumi tarix" əsərindən götürülmüş aşağıdakı sözlərlə tamamlamaq istərdik. O əvvəlcə Marağadakı kitabxanadan bəhs edir: "Əlverişli şərait yarandığından mən Suriya, ərəb və fars dillərində yazılmış kitablarla zəngin olan Marağa kitabxanasında işləmək imkanı qazandım." Sonra isə Tusinin şəxsiyyəti ilə bağlı yazır: "Həmin ildə (1274-cü il nəzərdə tutulur) fars filosofu, tanınmış alim, elmin bütün sahilərində gözəl bilici, riyaziyyat xəzinəsi olan Nəsir (əd-din Tusini) mənə təqdim etdilər. O, müşahidələr aparmaq üçün (astronomik) alətlər kəşf etmiş, (Ptolomeyin pərgarları ilə müqayisədə) hədsiz dərəcədə böyük olan və misdən hazırlanan sirkullar düzəltmişdi. O, planetlərin hərəkətini müşahidə edib, qeydə almaqdan ötrü İskəndəriyyəyə getmişdi. Azərbaycan şəhəri olan Marağada müxtəlif ölkələrin müdrikləri onun başına toplanmışdılar. O səbəbdən ki, Bağdadın və Assuriyanın sayılan ailələrinin və məscidlərinin əksəriyyəti onun nəzarəti altında idi (onun nüfuzunu qəbul edirdi). Başına yığılmış alim və tələbələrin maaş və təqaüdünü onlardan alırdı. Həmin zaman Bağdaddakı işlərini yoluna qoyarkən burada Allahın rəhmətinə qovuşdu. Camaat öyrənmişdi ki, onu zəhərləyiblər. Onun çoxsaylı əsərləri var - "Məntiq"dən tərcümələri, ilahiyyat və təbiət elmləri üzrə araşdırmaları... O, həmçinin farsca "Etika" da meydana gətirib. Burada o, Platon və Aristotelin tətbiqi fəlsəfəyə dair fikirlərini toplayıb. O, qədim filosofların da əsərlərilə tanış olub, ancaq öz yaradıcılığında onlara düşmən münasibət bəsləyib.

Əvvələ qayıt Aşağa gitmek
-мαviαdα-



Mesaj Sayısı : 500
Doğum tarihi : 10/11/97
Kayıt tarihi : 02/04/11
Yaş : 19
Nerden : Bilesuvar

Yeni mövzuMövzu: Geri: Nəsrəddin Tusi   B.e. İyun 27, 2011 3:26 am

Maraqlı melumata görə təşəkkürlər....
Demek olarki coxunu bilirdim




Üç rəngli bayrağınla məsud yaşa!

Əvvələ qayıt Aşağa gitmek
 
Nəsrəddin Tusi
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Suallarınız? :: Dərs haqqinda-
Keç: