Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Ağciyərlər EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Ağciyərlər EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Ağciyərlər EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Ağciyərlər EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Ağciyərlər EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Ağciyərlər EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Ağciyərlər EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ağciyərlər EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ağciyərlər EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
USAIN_15
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
-αуtαc-
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
ŞəMSəDDiN
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
teardrop
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
๑NumBer๑One๑
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
moon_shin
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
Ghost Rider
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
DAFFODIL
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
-мαviαdα-
Ağciyərlər Vote_lcapAğciyərlər Voting_barAğciyərlər Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Ağciyərlər Vote_lcap27%Ağciyərlər Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Ağciyərlər Vote_lcap10%Ağciyərlər Vote_rcap
 10% [ 8 ]
İdmana
Ağciyərlər Vote_lcap16%Ağciyərlər Vote_rcap
 16% [ 13 ]
İnternetə
Ağciyərlər Vote_lcap11%Ağciyərlər Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Ağciyərlər Vote_lcap3%Ağciyərlər Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Ağciyərlər Vote_lcap13%Ağciyərlər Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Ağciyərlər Vote_lcap1%Ağciyərlər Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Ağciyərlər Vote_lcap6%Ağciyərlər Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Ağciyərlər Vote_lcap11%Ağciyərlər Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Ağciyərlər Vote_lcap1%Ağciyərlər Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Ağciyərlər

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Ağciyərlər Empty
Yeni mövzuMövzu: Ağciyərlər   Ağciyərlər EmptyŞ. Apr. 16, 2011 1:03 pm

Ağciyər — bəzi balıqlarda (ikitənəffuslülər, pəncəüzgəclilər, çoxüzgəçlilər), quruda yaşayan onurğalılarda və insanda hava tənəffüsü orqanı.

Ağciyər hava ilə qan arasında qaz mübadiləsini təmin edir. İkitənəffüslülərdə ağciyər tənəffüs funksiyası daşıyan qoşa kisəcikdir. Çoxüzgəçlilərin ağciyəri hamardivarlı, çütdür.

Quruda yaşayan onurğalıların ağciyəri qədim pəncəüzgəçli balıqların ağciyərindən əmələ gəlmiş və bədən boşluğunun ön hissəsindədir; məməlilərdə və insanda isə ağciyər diafraqmaiın inkişafı ilə əlaqədar əmələ gələn döş boşluğunda yerləşir. Ağciyəri seroz qişa — plevra ortüyü var. Adətən, cüt olur, lakin ayaqsız amfibiyalarda, ayaqsız kərtənkələlərdə və ilanlarda ağciyərin biri (çox vaxt soldakı) reduksiyaya uğramışdır.

Ciyərsiz salamandrların ağciyəri yoxdur.

Suda-quruda yaşayanlarda hava ağız boşluğu dibinin ritmik hərəkəti ilə ağciyərə qovulur.

Ali heyvanlarda (amniotlarda) hərəkətli döş qəfəsi genişləndikcə hava ağciyərə sorulur. Məməlilər nəfəs alarkən köks boşluqunun tutumu diafraqmanın yığılması hesabına da böyüyür.

Suda-quruda yaşayanlarda ağciyər bilavasitə udlaqdan və ya traxeyadan başlanır.

İbtidai sürünənlərdə (qatteriya) ağciyər arakəsmələrlə ayrılmış kameralardan ibarətdir.

Bəzi kərtənkələlərdə (varan), tısbağalarda, timsahlarda ağciyər süngərəbənzərdir. Bir sıra sürünənlərdə ağciyər çıxıntıları — ağciyər kisəcikləri olur. Quşların ağciyəri döş qəfəsinin bel tərəfinə bitişikdir. Əsas və bəzi ikinci dərəcəli bronxlar ağciyərdən kənara çıxaraq onun ikiqat ventilyasiyasını təmin edən hava kisələri əmələ gətirir. Məməlililərdə bronx şaxələrinin sayı çox olub, bronx ağacı əmələ gətirir, şaxələr çox nazik bronxiollara keçir; bronxiollar isə alveol axacaqları, alveol kisəcikləri və alveollarla tamamlanır. Bunlar qaz mübadiləsiidə iştirak edir. Bəzi onurğasız heyvanlarda da (məsələn, ciyərli molyusklarda) tənəffüs orqanları ağciyər adlanır. Holoturiyalarda (dəniz xiyarı) kloakanın tənəffüs funksiyasını icra edən şaxəli çıxıntıları su ağciyəri adlanır.

İnsanda ağciyər cüt orqanlardanır. Sağ ağciyər üç (yuxarı, orta, aşağı), sol ağciyər iki (yuxarı və aşağı) paydan ibarətdir. Bundan əlava, ağciyərdə çoxbuçaqlı piramidayabənzər paycıqlardan ibarət seqmentlər (hər ağciyərdə 10 və ya 11 seqment) olur.
Ağciyərləriniz sizin hərəkətlərinizə görə özünü tənzimləyən orqandır. Qaçdıqda ağciyərləriniz daha çox işləyir və artan oksigen ehtiyacınızı təmin edir, oturduqda isə daha yavaş işləyir, ancaq heç dayanmır. Yaşadığınız müddətdə ağciyərləriniz hava pompası kimi heç dayanmadan orqanizmin içinə hava alır, sonra bu havanı bayıra pompalayır. Bunu edərkən də tənəffüs sisteminin digər işçilərilə birlikdə uyğunluq içində hərəkət edir. Çünki nəfəs almaq üçün təkcə ağciyərin olması kifayət deyil. Ağciyərin işləməsini təmin edən kənar gücə də ehtiyac var. Bu güc döş qəfəsinin altındakı diafraqm və qabırğaların aralarındakı əzələlər sayəsində qazanılır.

Nəfəs alıb-verərkən özünüzə baxın. Qabırğalarınızın bayıra və yuxarı doğru hərəkət etdiyini görəcəksiniz. Bu zaman ağciyərin altında yerləşən diafraqma əzələsi də aşağıya doğru yastılaşır. Ağciyər nəfəs borusundakı havanı aşağıya çəkir. Nəfəs verildikdə də qabırğalar içəriyə çəkilir. Qabırğanın altında yerləşən diafraqm əzələsi yuxarıya doğru hərəkət edir. Ağciyər sıxıldıqda kiçik kisəciklərdəki hava nəfəs borusundan bayıra çıxır.

Qaçmaq, gülmək, yerimək, yatmaq… Siz bunları heç düşünmədən edirsiniz, ancaq bütün bu müxtəlif hərəkətlər əsnasında ağciyərlərinizdə orqanizminizin oksigen ehtiyacını müəyyən edən avtomatik tənəffüsə nəzarət sistemi işləyir. Hərəkət halında olarkən bədən hüceyrələrinin fəaliyyətləri artır, hüceyrələr daha çox güc və enerji sərf edir. Ona görə də bədəndəki 100 trilyona yaxın hüceyrə normalda olduğundan daha çox oksigenə ehtiyac hiss edir. Oksigen ehtiyacının artması ilə yanaşı hüceyrələrin istehsal etdiyi artıq karbondioksid də orqanizmdən dərhal xaric edilməlidir. Əgər artan oksigen tələbatı təmin edilməsə, bundan bütün orqanizm hüceyrələri zərər görür. Bu səbəbdən tənəffüs sürətlənir, yəni ağciyərlər daha sürətlə işləyirlər.

Həyat üçün çox vacib olan bu hal yenə möcüzəli sistem sayəsində həll olunur. Beyin kötüyü adlandırılan hissədə qandakı karbondioksid faizinə davamlı surətdə nəzarət edən reseptorlar var. Bu reseptorların bağlı olduğu mərkəzlər, içinə düşdükləri vəziyyətə görə ağciyərlərin işləməsini təmin edən əzələlərə lazımi əmrlər göndərir. Beyin kötüyü başqa ağciyərlərin xarici səthində yerləşən təzyiqə qarşı həssas reseptorlar da ağciyər həddindən artıq gərildikdə beyin kötüyünə tənəffüs dərinliyinin azaldılması üçün lazımi əmrlər göndərirlər. Bu proseslər hər gün, hər saniyə, hər an heç dayanmadan təkrarlanır.

Bir-birini tamamlayan bir çox tarazlıqdan ibarət bu sistemin öz-özünə kor-təbii şəkildə təsadüflər nəticəsində əmələ gəlməsini iddia etmək, əlbəttə, mümkün deyil. İnsan bədənindəki tənəffüs sistemi yaradılış nümunələrindən sadəcə biridir.
Əvvələ qayıt Aşağa gitmek
-мαviαdα-

-мαviαdα-


Mesaj Sayısı : 500
Doğum tarihi : 10/11/97
Kayıt tarihi : 02/04/11
Yaş : 26
Nerden : Bilesuvar

Ağciyərlər Empty
Yeni mövzuMövzu: Geri: Ağciyərlər   Ağciyərlər EmptyB.e. İyun 27, 2011 3:19 am

Maraqlı məlumatlara görə təşəkkürlər....
Əvvələ qayıt Aşağa gitmek
 
Ağciyərlər
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Coğrafiya-
Keç: