M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
B. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
B. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
C. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
C. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
C. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
C. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
C. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Ç.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Ç.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
 
USAIN_15
 
-αуtαc-
 
ŞəMSəDDiN
 
teardrop
 
๑NumBer๑One๑
 
moon_shin
 
Ghost Rider
 
DAFFODIL
 
-мαviαdα-
 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
27%
 27% [ 21 ]
Məntiqi suallara
10%
 10% [ 8 ]
İdmana
16%
 16% [ 13 ]
İnternetə
11%
 11% [ 9 ]
Gəzməyə
3%
 3% [ 2 ]
Əlavə kitablara
13%
 13% [ 10 ]
Yatmağa
1%
 1% [ 1 ]
Musiqiyə
6%
 6% [ 5 ]
Maraqlı məlumatlara
11%
 11% [ 9 ]
Televizora baxmaqa.
1%
 1% [ 1 ]
Səslərin cəmi : 79

Paylaş | 
 

 Misirlə də tanış olaq

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
๑NumBer๑One๑

avatar

Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 21
Nerden : BİLƏSUVAR

Yeni mövzuMövzu: Misirlə də tanış olaq   Ş. Apr. 16, 2011 12:46 pm

Qədim Misir - Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında qədim dövlət.

Dövlətin tarixi 6 dövrə bölünür:
1. Erkən padşahlıq (e.ə. təqr. 3000 - e.ə. təqr. 2800)
2. Qədim padşahlıq (e.ə. təqr. 2800 - e.ə. təqr. 2250)
3. Orta padşahlıq (e.ə. təqr. 2050 - e.ə. təqr. 1750)
4. Yeni padşahlıq (e.ə. təqr. 1580 - e.ə. təqr. 1070)
5. Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070 - e.ə. təqr. 332)
6. Yunan-Roma dövrü (e.ə. 332 - e. 395).

Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir. Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir yerləşirdi.

Bir çox dillərdə işlənən "Eqipet" sözü Misir dövlətinin qədim paytaxtı Xikupta şəhərinin (Xet-Ka-Ptax — "Ka-Ptaxın evi", yun. — Memfis) adından götürülmüşdür. Yunan dilinə bu söz "Ayqyuptos" kimi daxil olmuş, oradan isə digər Avropa dillərinə keçmişdir. Misirlilər özləri ölkələrini «Ta Kemet» – «Qara torpaq» adlandırırdılar. Herodota görə, "Misir Nilin töhfəsidir". Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri-mümkündür. Nil vadisini əhatə edən dağlar da müxtəlif daş növləri ilə zəngin idi. Misirin özündə metal yox idi. Metal qonşu vilayətlərdən gətirilirdi; Sinay yarımadasından mis, Nillə Qırmızı dəniz arasındakı səhradan qızıl, Qırmızı dənizin sahillərindən sink və qurğuşun əldə edilirdi. Gümüş və dəmir isə Kiçik Asiyadan gətirilirdi. Əsrlər boyu yayın başlanğıcında yağan yağışların hesabına Nilə tökülən sular artdığından daşqınlar başlayır. Daşqından sonra vadidə torpaq həm çox rütubətli olur, həm də qalın lay halında qara və çox məhsuldar lillə ötürülürdü. Təsadüfi deyildir ki, bütün bunlara görə Qədim Misiri Qara torpaq adlandırırdılar.

Qədim misirlilər qumluq və bataqlıqlarla həmişə mübarizə aparmışlar. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik olmuşdur. Bunlardan əlavə arıçılıq, maldarlıq və digər sənət sahələri də inkişaf etmişdir. Ümumiyyətlə, insanların əməyi Nil vadisinin simasını köklü surətdə dəyişdirmişdir. Misir yaşayış üçün, demək olar yararlı olmayan bir yerdən, artıq b.e. əvvəl IV minillikdə əhalisi sıx olan bir ölkəyə çevrilmişdir. Elə həmin dövrdən başlayaraq Misirdə quldarlıq, onun ardınca da quldarlıq dövləti yaranmışdır. Misir fironların – padşahların hakimiyyəti altına düşdü. Padşahlardan biri Misirin şimalını – bütün deltanı, digəri isə ölkənin cənubunu – Nil çayının vadisini özünə tabe etmişdi.

Misirdə həndəsə, astronomiya, təbabət inkişaf etmişdir. Onlar təqvim yaratmışdılar. Bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu da on iki aya bölürdülər. Onların hesablamasına görə, il 365 gündən ibarət idi. Gündüzü və gecəni onlar 12 saata bölürdülər. Misirdə günəş və su saatı ixtira edilmişdir.

Ümumiyyətlə, elmi biliklər kənd təsərrüfatının, sənətkarlığın, tikinti işinin, gəmiçiliyin, ticarətin yüksəlməsinə böyük kömək etmişdir. Yazı biliklərin, bədii əsərlərin qorunub saxlanmasına, onların nəsillərdən nəsillərə, bir xalqdan başqa xalqlara keçməsinə imkan vermişdir.
Əvvələ qayıt Aşağa gitmek
teardrop

avatar

Mesaj Sayısı : 1139
Doğum tarihi : 24/10/94
Kayıt tarihi : 24/03/11
Yaş : 23
Nerden : bilesuvar

Yeni mövzuMövzu: Geri: Misirlə də tanış olaq   Ş. Apr. 16, 2011 12:53 pm

maraqlidir ama hamisini yadimda saxlaya bilmedim
Əvvələ qayıt Aşağa gitmek
 
Misirlə də tanış olaq
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Orta Əsrlər Tarixi-
Keç: