Bilesuvar Liseyi
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


M.Ibrahimov adina Bilesuvar liseyi
 
AnasayfaGaleriAxtarLatest imagesQeydiyyatdan keçinGiriş
Similar topics
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» İmtahanda həyəcanlanırsınız?
Böyük türk hökmdarı METE EmptyB. İyun 21, 2015 10:03 am tarafından Əliyusif

» Liseyə qəbul.
Böyük türk hökmdarı METE EmptyB. İyun 21, 2015 9:58 am tarafından Əliyusif

» Azərbaycan atalar sözü və məsəlləri test formatında 7-ci sinif.
Böyük türk hökmdarı METE EmptyC. İyun 05, 2015 11:07 am tarafından trinitron

» Azərbaycan filmlərinə baxmısız?
Böyük türk hökmdarı METE EmptyC. İyun 05, 2015 11:04 am tarafından trinitron

» Test tapşırığı Azərbaycan dili
Böyük türk hökmdarı METE EmptyC. İyun 05, 2015 10:59 am tarafından trinitron

» TEST-AZERBAYCAN DILI Sinaq 1
Böyük türk hökmdarı METE EmptyC. İyun 05, 2015 10:50 am tarafından trinitron

» Azərbaycan dili sınaq 2
Böyük türk hökmdarı METE EmptyC. İyun 05, 2015 10:47 am tarafından trinitron

» Gəlin ingilizcə danışaq!
Böyük türk hökmdarı METE EmptyÇ.a. Avq. 12, 2014 12:47 pm tarafından Bloom

» Tərsdən yaz düz oxu!
Böyük türk hökmdarı METE EmptyÇ.a. Avq. 05, 2014 4:21 pm tarafından Bloom

En iyi yollayıcılar
My_Heart
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
USAIN_15
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
-αуtαc-
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
ŞəMSəDDiN
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
teardrop
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
๑NumBer๑One๑
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
moon_shin
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
Ghost Rider
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
DAFFODIL
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
-мαviαdα-
Böyük türk hökmdarı METE Vote_lcapBöyük türk hökmdarı METE Voting_barBöyük türk hökmdarı METE Vote_rcap 
Anket
Ən çox nəyə vaxt sərf etmək istərdin ?
Dərsə
Böyük türk hökmdarı METE Vote_lcap27%Böyük türk hökmdarı METE Vote_rcap
 27% [ 21 ]
Məntiqi suallara
Böyük türk hökmdarı METE Vote_lcap10%Böyük türk hökmdarı METE Vote_rcap
 10% [ 8 ]
İdmana
Böyük türk hökmdarı METE Vote_lcap16%Böyük türk hökmdarı METE Vote_rcap
 16% [ 13 ]
İnternetə
Böyük türk hökmdarı METE Vote_lcap11%Böyük türk hökmdarı METE Vote_rcap
 11% [ 9 ]
Gəzməyə
Böyük türk hökmdarı METE Vote_lcap3%Böyük türk hökmdarı METE Vote_rcap
 3% [ 2 ]
Əlavə kitablara
Böyük türk hökmdarı METE Vote_lcap13%Böyük türk hökmdarı METE Vote_rcap
 13% [ 10 ]
Yatmağa
Böyük türk hökmdarı METE Vote_lcap1%Böyük türk hökmdarı METE Vote_rcap
 1% [ 1 ]
Musiqiyə
Böyük türk hökmdarı METE Vote_lcap6%Böyük türk hökmdarı METE Vote_rcap
 6% [ 5 ]
Maraqlı məlumatlara
Böyük türk hökmdarı METE Vote_lcap11%Böyük türk hökmdarı METE Vote_rcap
 11% [ 9 ]
Televizora baxmaqa.
Böyük türk hökmdarı METE Vote_lcap1%Böyük türk hökmdarı METE Vote_rcap
 1% [ 1 ]
Səslərin cəmi : 79

 

 Böyük türk hökmdarı METE

Aşağa gitmek 
3 posters
MüəllifIsmarıc
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyC.a. Apr. 14, 2011 2:18 pm

Karl Marks belə Meteni orduların dahisi adlandırıb

Ordu hər bir müstəqil dövlət üçün vacib şərtdir. Sərhədlərin qorunması,doğma torpaqların mühafizəsi məhz ordudan, onun hansı səviyyədə olmasından asılıdır. Nə yaxşı ki, müstəqil dövləti və ordusu olan dövlətlərin arasında Azərbaycanın da adı var. Azərbaycanın inkişaf yolunda olan ordusu var. Ordunun hər bir insan üçün hansı mənanı kəsb etdiyini isə demək çətindir.

Hər birimizin oğlunun, qardaşının, yaxınlarının zaman-zaman ordumuzda qulluq etdiyini düşünmək bizə qürur verir. Ordunu hər zaman xalqımız kişilik məktəbi kimi qəbul edib. Orduda qulluq edən hər bir vətən oğlu mətinləşib bütün cətinliklərə sinə gəlib. Orduya məhəbbət vətənə sevgidən başlayır. Bu sevgi bizim xalqımıza tarixdən süzülüb gələn bir ənənədir. Cünki tarixdə türk ordusu adından söz etdirən bir ordu olub. Qədim türklər orduya bir səcdəgah kimi baxıblar. Əsgərlik qədim türkləri belə desək bir həyat tərzi idi. Hər hansı bir təhlükə olan kimi türklər təşkilatlanmış ordu şəklində birləşir və düşmənlərinə qarşı savaşa başlayırdılar. Digər tərəfdən ilk orduların yaranması ondan irəli gəlirdi ki, yeni münbit ərazilərə sahib olmaq lazım idi.Türklərdə ordu quruculuğu olduqca sürətli gedirdi. Cünki qədim türk xalqları ücün ordu adi həyat tərzinə uygun idi. Gündəlik at minmək,silahdan istifadə, ov etmək hərbi təlimin bir növü idi. Türklər sürətli manevredici orduya sahib idilər. Maraqlıdır ki, tarixdə ilk kəşfiyyat qrupları məhz türkər tərəfindən yaradılmışdı. Qədim türklər icərisində isə ordu daha cox hunların dövründə inkişaf etdi. Hunlar orduya yeni nəfəs gətirdilər. Orduda yeni sistem quran hunlar ordunun formalaşmasına nail ola bildilər. Hunların orduya gətirdikləri onluq sistem ordularının daha da təşkilatlanmasına və formalaşmasına şərait yaratdı. Yeni sistem nəticəsində savaş başlayan anda boy bəyləri komandir, boyun adamları isə əsgər olurdular. Hunların qurduğu sistem nəticəsində orduda pusqu qurmaq ücün xüsusi qruplar təşkil edildi. Bu sistem nəticəsində hunlar daha da gücləndi. Hunların qurduğu onlu sistem bu günkü ordularda da istifadə olunur. Bu sistemə gorə ən kicik əsgər birlik on nəfərdən ibarət olurdu. On nəfərlik dəstələrə onbaşılar rəhbərlik edirdi. Dəstələr boyudukcə onlara yüzbaşılar və minbaşılar nəzarət edirdi. Ən boyuk dəstələr isə on min əsgərdən ibarət olurdu və bu dəstələrə tümənlər başcılıq edirdi. Hunlarda bu sistemi quran böyuk sərkərdə Mete idi. Metenin apardığı ordu quruculuğu nəticəsində orduda əyri və sivil uclu qılınclardan istifadə edilməyə başladı. Mete qonşu ölkələrin güclənməsini nəzərə alaraq orduda tam süvari bir birlik yaratdı. Piyadalar yalniz süvari dəstələrin ardinca hərəkət edirdi. Metenin boyuklüyü nəticəsində Böyuk Hun imperiyası öz ərazilərini daha da genişləndirdi.

Türkün, türkçülük idealının nə qədər yüksək olduğunu və türkün, türk hökmdarının vətənpərvərliyi, torpağa bağlılığı, məhəbbəti və ləyaqətini anlamaq üçün imperator Metenin ikicə fəndini xatırlayaq.

Mete hakimiyyətinin lap ilk çağında qonşu Tunghu (monqolların əcdadları) dövləti müharibə üçün bəhanə axtarır ki, Meteni aradan götürsün. Elçi göndərib əvvəlcə onun sevimli atını ona verməyi, bağışlamağı tələb edir. Mete atı verir. İkinci dəfə elçilər onun qəşəng baş hərəmini, kənizini ona verməyi, bağışlamağı tələb edir. Mete onu da verir. Mete hiyləni başa düşmüşdü. Vaxt qazanırdı. Üçüncü dəfə elçilər gəlir. Mete bu dəfə də elçiləri ədəb-ərkanla qəbul edib soruşur.

"-Mən sizin hökmdarınız nə istəmişsə vermişəm. İndi onun arzusu, tələbi nədir?!

Elçilərdən biri qabağa yeriyib şəstlə dedi:

-Böyük hökmdarım bizim sərhəddin yaxınlığındakı sizin çınqıllı, əkilib-biçilməyən ərazini verməyi tələb edir. Əgər bu ərazini verməsəniz müharibə təbili çalınacaqdır.

Mete bir cavab verməyib elçilərə gözləməyi tapşırdı. Sonra yenə də dövlətin nüfuzlu şəxslərini, ağsaqqalları məşvərət üçün çağırtdırdı. Düşmən tərəfin tələbini onlara bildirdi.

Hamı həyəcanlandı. Ağsaqqalardan biri ayağa qalxıb əksəriyyətin fikrini belə ifadə etdi:

-Xaqan sağ olsun, sən qonşu dövlətin bütün tələblərini yerinə yetirmisən. Bizə qulaq asmayıb ən gözəl sevimli atını, ən yaraşıqlı kənizini tunqhulara vermisən. İndi də bu kimsəsiz, çınqıllı, heç nə bitməyən bu torpaq nədir ki, ondan ötrü qonşu dövləti özümüzdən narazı salaq, igidlərimizin qanını tökdürək. Onsuz da tunqhular bəhanə gəzirlər. Mən həmin torpağın verilməsini təklif edirəm.

Məşvərətə toplanmış ağsaqqalların, nüfuzlu şəxslərin əksəriyyəti həmin fikrə tərəfdar çıxır.

Mete hiddətlənib ayağa qalxdı və dedi:

-Torpaq dövlətin təməlidir, onu heç kimə vermək olmaz. Torpağı əcdadlarımız bizə irs qoyub getmişlər, orada babalarımızın sümükləri uyuyur. Torpaq mənim deyil, xalqındır. Xalqın torpağını verməyə heç kəsin ixtiyarı çatmaz. Mən öz atımı, yaraşıqlı kənizimi tunqhulara ona görə verdim ki, onlar mənim özümün idi; amma torpağı verə bilmərəm, bu torpaq gələcək nəslə çatdırılmalıdır. Ya xalq məhv olmalı, ya da torpağı öz qanı hesabına qorumalıdır!".

Amansız döyüş başlanır. Mete tunqhulara elə bir toy tutur ki, onlar indiyədək özlərinə gələ bilmir...

İmperator Metenin növbəti fəndi daha ağıllı və ibrətlidir. Xaqan Şunun Makedoniyalı İskəndərə qarşı işlətdiyi hərbi fənd imperator Mete üçün də gərəkli olur. Geniş ərazidə fatehi-düşməni yorub əldən salmaq, mühasirəyə alıb təslim etmək taktikası işlədir. Çinə qarşı növbəti döyüşdə, daha dürüst desək düşmən hücumunu qarşılamaqda Mete sələflərindən məharətlə öyrənmiş, özü də yeni fəndlər kəşf etmişdi. O, Çin hökmdarı Kaonu İskəndərdən daha ağır vəziyyətə salmışdı. Onu rusvayçı sülh bağlamağa məcbur etdi. Bu hadisə m.ö. 201-ci ildə baş vermişdi.

Mete qonşu Çin ordularının hücumlarından, çinlilərin torpaq, sərhəd iddialarından təngə gəlmişdi. Növbəti döyüşdə 300 minlik hun ordusu 320 minlik Çin ordusu ilə qarşılaşır. Mete özünə məxsus taktika-döyüş fəndi işlədir. Çin imperatoru Kaonu arxasınca sürərək, geri çəkilmə, "aldatma taktikası" ilə yorur, üç tərəfdən hündür dağlarla əhatə olunmuş bir yarğana təpir və mühasirəyə alır: Çin ordusunun hər tərəfdən əli üzülür; yollar bağlanır, mərkəzlə əlaqə kəsilir, ərzaq tükənir, atların yemi qurtarır. Acından qırılmaq təhlükəsi yaranır. Mühasirə 7 gün çəkir. Mete gözlənilmədən mühasirəni açır" .

Müharibələr tarixində bu çox rüsvayçı məğlubiyyət sayılır. Mühasirənin açılması, imperatorun xilası ilə bağlı plan tutulması, elçi elçinin dalınca göndərilməsi, Metenin arvadına sandıq-sandıq qızıl "hədiyyə" - bəxşiş verilməsi və s. barədə nə qədər yazsalar, məsələni müxtəlif yerə yozsalar da, hələlik yer üzündə heç kəs bu "plan" haqqında bir məlumat əldə edə, əsl həqiqəti öyrənə və deyə bilməmişdir: nə üçün Mete belə etmişdir? Bu "plan"ı, bu sirri həm Qərb, həm də Çinin öz tarixçiləri ört-basdır edib əsl həqiqəti deməyib və ya demək istəməyiblər. Xüsusilə, Çin alimləri bilərəkdən bu rüsvayçılığın üstündən keçib onu gizlədiblər. Maraqlıdır ki, türk alimi B.Ögəl də öz tədqiqatında bu sirri aça bilmir, üstündən keçir.

Əslində, bununla Mete demək və çinlilərə sübut etmək istəmişdi ki, mən Mete bircə oxumu korlamadan, bircə qılıncımı korşaltmadan, imperatorumuzla birgə 320 minlik ordunu bax beləcə məhv edə, acından öldürərdim! Amma bunu etmədim. Tanrı övladı olduğumu, türk olduğumu göstərdim. Türk torpağı müqəddəsdir, toxunulmazdır. Bunu dərk edin! Və rədd olub gedin!

Bundan sonra Türkdən qorunmaq üçün dünya arxitektura sənətinin möcüzəsi sayılan "Böyük Çin Səddi" çəkildi. Lakin bu sədd də münaqişələrə sədd çəkə, son qoya bilmədi…

Tarixdə bizim Mete kimi ağıllı, tədbirli və sülhsevər dövlət başçılarımız olub; Çinə qalib gələn, onu təslim və sülhə məcbur edən böyük hökmdarlarımız olub. Mete Dünyada bir ordu qurucusu kimi tanınmaqdadır. Bu günkü müasir ordumuz tezliklə öz sələflərinin ənənələrinə sadiq qalacaq Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında yağı düşmən tapdağından torpaqlarımızı azad edəcək.

Biz Mete nəsliyik!
Əvvələ qayıt Aşağa gitmek
moon_shin

moon_shin


Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 26
Nerden : biləsuvar

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyB.e. May 09, 2011 6:49 pm

AMMA YƏNİ .SƏN DƏ TARİX MƏNLİK DEYİL DEYİRSƏN SONRADA MÖVZÜ AÇIRSAN.
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyÇ.a. May 10, 2011 8:41 am

Tarix mənlik deyil demək onu öyrənmək lazım deyil demək deyil,nənəcan
Əvvələ qayıt Aşağa gitmek
Nice_lady

Nice_lady


Mesaj Sayısı : 389
Doğum tarihi : 15/02/95
Kayıt tarihi : 28/04/11
Yaş : 29
Nerden : bilesuvar rayon

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyÇ.a. May 10, 2011 1:18 pm

haqlisan Aynur
Əvvələ qayıt Aşağa gitmek
moon_shin

moon_shin


Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 26
Nerden : biləsuvar

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyÇ.a. May 10, 2011 5:50 pm

HAQLIYAM AMMA,HƏMİD MƏNDƏN DƏ HAQLIDIR...
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyÇər. May 11, 2011 4:54 am

Həmişə demişəm: mənim nənəm düzgün seçim cəhətdən çox inkişaf edib
Əvvələ qayıt Aşağa gitmek
moon_shin

moon_shin


Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 26
Nerden : biləsuvar

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyÇər. May 11, 2011 4:38 pm

MƏNİM XƏBƏRİM NİYƏ YOXDUR? Rolling Eyes
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyC.a. May 12, 2011 4:48 am

Çünki başın qışqırmağa qarışıb.Yazıq Sübhanə, gör nələr çəkir
Əvvələ qayıt Aşağa gitmek
moon_shin

moon_shin


Mesaj Sayısı : 551
Doğum tarihi : 23/04/97
Kayıt tarihi : 26/01/11
Yaş : 26
Nerden : biləsuvar

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyC.a. May 12, 2011 8:06 am

SÜBHANƏ YAZIQDIRRRR? Twisted Evil
Əvvələ qayıt Aşağa gitmek
๑NumBer๑One๑

๑NumBer๑One๑


Mesaj Sayısı : 1133
Doğum tarihi : 14/01/96
Kayıt tarihi : 12/04/11
Yaş : 28
Nerden : BİLƏSUVAR

Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE EmptyC.a. May 12, 2011 8:40 am

Nəzərə alanda ki, gününün 70 faizi sənlə keçir, nənəcan, ...................................
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Böyük türk hökmdarı METE Empty
Yeni mövzuMövzu: Geri: Böyük türk hökmdarı METE   Böyük türk hökmdarı METE Empty

Əvvələ qayıt Aşağa gitmek
 
Böyük türk hökmdarı METE
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Alban hokmdari Cavansirin yadellilere qarsi mubarizesi...
» TEST:Türk dünyasının coğrafiyası
» Ən böyük və ən kiçik

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Bilesuvar Liseyi :: Özünüzü Sınayın :: Azərbaycan Tarixi-
Keç: